Məhkəmə qərarları › İş №2(107)-146/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-146/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-146/2022 28.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ipoteka müqaviləsi, likvid dəyər) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 2(025)-325/2021 saylı, 19 avqust 2021-ci il tаrixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2015-ci il 16 mart tarixli kredit müqaviləsi üzrə banka 3460.93 ABŞ dolları faiz, 1001.5 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 16.03.2018-ci il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 606.95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8559.3 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; 2. Tutmanın Cavabdeh1 mülkiyyətindəki Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.36 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; 4. Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.06.2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim edərək Cavabdeh3 vəfat etdiyindən iddia tələbindən ona qarşı olan hissədə imtina etdiyklərini bildirdi, 1. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2015-ci il 16 mart tarixli kredit müqaviləsi üzrə banka 3489.92 ABŞ dolları əsas, 3460.93 ABŞ dolları faiz, 1001.5 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 16.03.2018-ci il tarixdən 12.01.2021 -ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 606.95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8559.3 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; 2. Tutmanın Cavabdeh1 mülkiyyətindəki Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.36 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; 4. Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 16 mart tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "Nikoyl” İKB ASC-nin “Qəbələ” filialından illik 25%-lə 36 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.36 ha torpaq sahəsi 2015-ci il 16 mart tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 16 mart tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il yanvarın 12-dək Cavabdeh1 2015-ci il 16 mart tarixli kredit müqaviləsi üzrə banka 3489.92 ABŞ dolları əsas, 3460.93 ABŞ dolları faiz, 1001.5 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 7952.35 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetin tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına əriz göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabd bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 12 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 16 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 3489.92 ABŞ dolları əsas, 3460.93 ABŞ dolları faiz, 1001.5 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 16.03.2018-ci il tarixdən 12.01.2021 -ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 606.95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8559.3 ABŞ dolları borcu vardır. 16 mart 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 2(025)-325/2021 saylı, 19 avqust 2021-ci il tаrixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 16 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3489 ABŞ dolları 92 sent əsas borc, 3460 ABŞ dolları 93 sent faiz, 100 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 16.03.2018-ci il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 606 ABŞ dolları 95 sent məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 7657 ABŞ dolları 80 sent qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 160 000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına borcun İddiaçı ASC-yə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, 300 manat qiymətləndirmə xərcinin Cavabdeh1 tutularaq “X2” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, 220 manat qiymətləndirmə xərcinin İddiaçı ASC-dən tutularaq təqdim edilmiş hesab üzrə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh1, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 16.03.2015-ci il tarixli 5-G1-1- 0-370-15 saylı əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 25 % dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. 16.03.2015-ci il tarixli 5-G1-1-0-370-15 nömrəli əsas kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 10000 ABŞ dolları məbləği illik 25 %lə, 36 ay müddətinə aylıq 397.60 ABŞ dolları, sonuncu ay 397.53 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. 12.01.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 12.01.2021-ci il tarixə 3489.92 ABŞ dolları əsas borc, kreditin bitmə tarixinə 3460.93 ABŞ dolları faiz, 1001.5 ABŞ dolları cərimə və 606.95 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 8559.3 ABŞ dolları borcunun olması göstərilmişdir. Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 16.03.2015-ci il tarixli 5-G1-1-0-370-15 saylı ipoteka müqaviləsinə əsasən borclu Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evini və 0.36 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 24.761 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. “X2” MMC-nin 17.05.2021-ci il tarixli, 278 saylı ekspertiza rəyinə əsasən Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırki real bazar qiyməti 42500 (qırx iki min beş yüz) manat, likvid qiyməti 36100 (otuz altı min yüz) manat və 0.36 ha torpaq sahəsinin hazırki real bazar qiyməti 151200 (yüz əlli bir min iki yüz), likvid qiyməti 136100 (yüz otuz altı min yüz) manat təşkil edir. “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.08.2021-ci il tarixli, 021-12 saylı ekspertiza rəyinə əsasən Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırki real bazar və likvid qiyməti – 20.000 manat (91 kvm x 220 AZN) və 0.36 ha torpaq sahəsinin hazırki real bazar və likvid qiyməti 140.000 manat (36 sot x 4000 AZN) olmaqla - ümumilikdə bazar və likvid qiyməti 160.000 (bir yüz altmış min) manat təşkil edir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14.02.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində istifadədə olan 0.36 ha torpaq sahəsində 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyedtr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19.03.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində istifadədə olan 0.36 ha torpaq sahəsində 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyedtr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Bildiriş məktublarından görünür ki, İddiaçı ASC borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə borcluya xəbərdarlıq etmişdir. Göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 12.01.2021-ci il tarixə Cavabdeh1 əsas borcunun 3489.92 ABŞ dolları və faiz borcunun 3460.93 ABŞ dolları olduğu müəyyən edilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.04.2021-ci il tarixli, 9/956 saylı rəyindən görünür ki, 12.01.2021-ci il tarixə Cavabdeh1 əsas borcunun 3819.41 ABŞ dolları və faiz borcunun 4325.97 dolları olduğu müəyyən edilmişdir. Lakin İddiaçı ASC məhkəməyə bununla bağlı iddia tələbini həcminin artırlmasına dair ərizə təqdim etməmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borcu üzrə 3489.92 ABŞ dolları və faiz borcu üzrə isə 3460.93 ABŞ dolları borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçı bankın xeyrinə 16.03.2018-ci il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda üzrə 606 ABŞ dolları 95 sent borcun tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 16 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3489 ABŞ dolları 92 sent əsas borc, 3460 ABŞ dolları 93 sent faiz, 100 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 16.03.2018-ci il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 606 ABŞ dolları 95 sent məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 7657 ABŞ dolları 80 sent qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 160 000 (bir yüz altmış min) manat müəyyən edilməli, satışdan əldə olunan vəsait hesabına borc İddiaçı ASC-yə ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalı, 300 manat qiymətləndirmə xərci Cavabdeh1 tutularaq təqdim edilmiş hesab üzrə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir, 220 manat qiymətləndirmə xərci İddiaçı ASC-dən tutularaq təqdim edilmiş hesab üzrə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir, Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh1, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 100 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 100 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin təhvil verilməsinə dair iddia tələbləri mübahisəyə baxılmasının hazırkı mərhələsində təmin edilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 269.1. 269.4, 319.1, 385.1, 386.1, 442, 445, 448.1-ci maddələri , “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə hallarında öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. Göründüyü kimi qanunvericiliyin məqsədi odur ki, ipoteka predmetinin dəyərinin likvid dəyərlə götürülməsi ilə həmin əmlakın tez bir zamanda satılması mümkün olsun, nəticədə işin uzanmaması üçün borcverənin birbaşa zərərə məruz qalması halı aradan qalxmış olsun. Hazırkı işdən göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iki dəfə qiymətləndirməylə bağlı ekspertizanın keçirilməsi qərara alınmış və birinci rəydə (“X2” MMC-nin 17.05.2021-ci il tarixli, 278 saylı ekspertiza rəyi) qeyd olunmuşdur ki, fərdi yaşayış evinin hazırkı real bazar qiyməti 42500 manat, likvid qiyməti 36100 manat və 0.36 ha torpaq sahəsinin hazırki real bazar qiyməti 151200, likvid qiyməti 136100 manat təşkil edir. Məhz bank tərəfindən bununla razılaşmamış və təkrar qiymətləndirmənin keçirilməsi ilə bağlı vəsatət verilmiş, ikinci dəfə qiymətləndirmə keçirilmiş və ikinci rəydə (“X1” MMC-nin 02.08.2021-ci il tarixli, 021-12 saylı ekspertiza rəyi) fərdi yaşayış evinin hazırki real bazar və likvid qiyməti - 20.000 manat (91 kvm x 220 AZN) və 0.36 ha torpaq sahəsinin hazırki real bazar və likvid qiyməti 140.000 manat (36 sot x 4000 AZN) olmaqla - ümumilikdə bazar və likvid qiyməti 160.000 (bir yüz altmış min) manat təşkil edir. Ona görə də məhkəmə ipoteka predmetinin likvid dəyərini 160.000 manat götürmüşdür. Hərçənd bank bu rəylə də razılaşmır və hesab edir ki, ikinci rəydə əmlakın likvid dəyərinin müəyyənləşdirilməsi üçün əsaslı sübut deyil. Belə ki, işə birinci instansiya məhkəməsində də əlavə edilmiş internet saytlarından çıxarışdan da göründüyü kimi Qəbələ rayonunda 1 ha torpaq sahəsinində yerləşən 3 otaqlı fərdi yaşayış evinin bazar qiymətinin 55000 manat olduğu göstərilmiş, həmçinin bu işə bundan əvvəlki məhkəmə icraatında birdəfə baxıldığı zaman əmlakın bazar dəyərinin 75000 manat olduğu qeyd olunmuşdur. Göründüyü kimi bank tərəfindən təqdim olunan sübutlarla hazırki ekspert rəyləri arasında kəskin fərq vardır. Hesab edir ki, bu məsələnin aydınlaşdırılması üçün qiymətləndirici təyin edilməli və bu qiymətləndirici Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməli və həmin orqanın vermiş olduğu rəydən sonra işdə olan sübutlar qarşılıqlı şəkildə qiymətləndirilməli, ondan sonra yekun nəticəyə gəlmək lazım idi. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Qəbələ Rayon Məhkəməsinin 2(025)-325/2021 saylı 19.08.2021-ci il tarixli qətnaməsinin qismən, yəni ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində ləğv edilərək, təkrar qiymətləndirmə keçirildikdən sonra həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 2(025)-325/2021 saylı, 19 avqust 2021-ci il tаrixli qətnaməsinin qismən, yəni ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində ləğv edilərək, təkrar qiymətləndirmə keçirildikdən sonra həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin o, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza əsasında verilmiş rəylə razı olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qismən qəbul edərək, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza əsasında verilmiş rəylə razı olduğunu bildirmişdir. Ona görə də o, məhkəmə kollegiyasından qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, ipoteka predmetinin dəyərinin müəyyən edilməsinə aid hissədə mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni ipoteka predmetinin dəyərinin müəyyən edilməsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin 160000 manat olmaqla açıq hərracdan satılması hissəsində səhvə yol vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 16.03.2015-ci il tarixli 5-G1-1-0- 370-15 saylı əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 25 % dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. 16.03.2015-ci il tarixli 5-G1-1-0-370-15 nömrəli əsas kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 10000 ABŞ dolları məbləği illik 25 %lə, 36 ay müddətinə aylıq 397.60 ABŞ dolları, sonuncu ay 397.53 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. 16.03.2015-ci il tarixli 5-G1-1-0-370-15 saylı ipoteka müqaviləsinə əsasən borclu Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evini və 0.36 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 24.761 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. “X2” MMC-nin 17.05.2021-ci il tarixli, 278 saylı ekspertiza rəyinə əsasən Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırki real bazar qiyməti 42500 (qırx iki min beş yüz) manat, likvid qiyməti 36100 (otuz altı min yüz) manat və 0.36 ha torpaq sahəsinin hazırki real bazar qiyməti 151200 (yüz əlli bir min iki yüz), likvid qiyməti 136100 (yüz otuz altı min yüz) manat təşkil edir. “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.08.2021-ci il tarixli, 021-12 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırki real bazar və likvid qiyməti – 20.000 manat (91 kvm x 220 AZN) və 0.36 ha torpaq sahəsinin hazırki real bazar və likvid qiyməti 140.000 manat (36 sot x 4000 AZN) olmaqla - ümumilikdə bazar və likvid qiyməti 160.000 (bir yüz altmış min) manat təşkil edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi lazım bilir ki, cavabdehlər qəbul edilmiş qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Belə ki, apellyator şikayətinin dəlillərində bildirmişdir ki, bank tərəfindən təqdim olunan sübutlarla hazırki ekspert rəyləri arasında kəskin fərq vardır. Hesab edir ki, bu məsələnin aydınlaşdırılması üçün qiymətləndirici təyin edilməli və bu qiymətləndirici Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməli və həmin orqanın vermiş olduğu rəydən sonra işdə olan sübutlar qarşılıqlı şəkildə qiymətləndirilməli, ondan sonra yekun nəticəyə gəlmək lazım idi. Kollegiya şikayətin həmin dəlili razılaşır. Məhkəmə kollegiyasının qərardadı ilə qiymətləndirici dəvət edilmiş, “X3” MMCnin 18 mart 2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, Cavabdeh1 məxsus Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 110762 manat, yuvarlaq 110700 manat, likvid dəyəri 92000 manat təşkil edir. Aparılmış hesablamalar və təhlillərə əsasən Cavabdeh1 məxsus Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən fərdi yaşayış evinin 18 mart 2022-ci il tarixinə bazar dəyəri 110700 manat, likvid dəyəri 92000 manat təşkil edir. Kollegiya hesab edir ki, ipoteka predmetinin likvid dəyərinin 92000 manat müəyyən edilməsi həm iddiaçının, həm də cavabdehin mənafeyinə uyğundur. Belə ki, ipoteka predmetinin likvid qiyməti müqavilədə nəzərdə tutulduğundan 4 dəfə çoxdur. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ilkin satış qiymətini ağılabatan hesab etmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, ipoteka predmetinin likvid dəyəri 92000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kollegiyanın iclasında iştirak edən tərəflər yəni iddiaçının nümayəndəsi və Cavabdeh1 rəydə verilmiş məbləğlə razı olduqlarını bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə İpoteka Predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Beləliklə kollegiya hesab edir ki, İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli və Qəbələ Rayon Məhkəməsinin 2(025)-325/2021 saylı, 19 avqust 2021ci il tаrixli qətnaməsi ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilərək ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 92000 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-325/2021 saylı, 19 avqust 2021-ci il tаrixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilsin. İpoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 92000 (doxsan iki min) manat məbləğində müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar