Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1476/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair üzrə mülki iş üzrə (Açar sözlər: iddia-maddi ziyan, mənəvi zərər, kompensasiya ) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və vəkili X6, Cavabdeh iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin 2(046)-128/2021 saylı, 22 aprel 2021-ci il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 7.000 manat, mənəvi zərərə görə 2.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, 2019-cu ilin noyabr ayında Göyçay rayonu Mollahacılı kəndində yaşayan X1 Göyçay rayonu Qızılağac kəndində yerləşən 1,81 hektar və 3,18 hektar olmaqla, ümumilikdə 5 hektara yaxın torpaq sahəsi almışdır. Göyçay rayon Notariat Ofisində 29 dekabr 2019-cu il tarixdə 1,81 ha və 3,18 ha torpaq sahəsinə dair aralarında alğı-satqı müqaviləsi bağlanmışdır. 1,81 ha və 3,18 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları 23 yanvar 2020-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır və DƏDRXnin 16 saylı Ərazi İdarəsi tərəfindən adına müvafiq çıxarış verilmişdir. Həmin torpaq sahəsini alanda Cavanşir Abdullayev torpaq sahəsinə taxıl səpmişdir. Həmin torpaq sahəsini aldıqdan sonra orada müxtəlif meyvə ağacları əkmişdir. Torpaq sahəsini aldıqdan sonra, mütəmadi olaraq torpaq sahəsinə getmiş və nəzarət etmişdir. İyun ayında biçin vaxtı çatmış, bu səbəbdən əkdiyi ağacların arasına əkilmiş taxılı biçmək üçün kiçik qabaritli kombayn axtarmışdır. 14 iyun 2020-ci il tarixdə həmin torpaq sahəsinə getdikdə əkilmiş taxılın tamamilə biçildiyini, taxıl və bəlimin yığılaraq oğurlandığını görmüşdür. Dərhal torpağı aldığı Cavanşir Abdullayevlə telefonla maraqlanmış, Cavanşir Abdullayev əkilmiş taxılın Cavabdeh tərəfindən biçildiyini, taxıl və bəlimin onun tərəfindən yığılaraq aparıldığını bildirmişdir. Bundan sonra qeyd etdiyi oğurluq hadisəsi zamanı ona dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehlə danışmaq istəsə də, cavabdeh danışığa gəlməkdən və ziyanı ödəməkdən boyun qaçırmışdır. Bundan sonra o, DİN 102 xidmətinə zəng edərək, şikayət etmişdir. Göyçay rayon Polis Şöbəsinin 24 iyun 2020-ci il tarixli qərarı ilə tələbinin mülki xarakterli olduğu ona izah edilmişdir. Şikayəti ilə əlaqədar Göyçay rayon Polis Şöbəsində araşdırma zamanı, izahatı alınarkən Cavabdeh əkilmiş taxılın onun tərəfindən biçildiyini etiraf etmişdir. Eyni zamanda araşdırma zamanı Göyçay rayonu Mollahacılı kəndində yaşayan X2 izahatı alınarkən, o, qeyd etmişdir ki, torpaq sahəsi satılarkən əkilmiş taxıl da torpaq sahəsi ilə birlikdə İddiaçı satılmış və bu barədə Cavabdeh məlumat verilmişdir. Buna baxmayaraq, Cavabdeh əkilmiş taxılın torpaq sahəsi ilə birlikdə İddiaçı satılmasını biləbilə özbaşına olaraq taxılı biçmiş, taxıl və bəlimi yığaraq aparmışdır. Qeyd edir ki, əkilmiş taxılın Cavabdeh tərəfindən biçilməsi, taxıl və bəlimin onun tərəfindən yığılaraq aparılması nəticəsində, ona 7.000 manat məbləğində ziyan dəymişdir. Cavabdeh ona vurduğu ziyanın əvəzi olaraq 7.000 manat məbləğində pulu könüllü ödəmir, polisə müraciət etsə də, müxtəlif bəhanələr gətirməklə həmin pulu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bundan başqa, Cavabdeh qanunsuz hərəkətləri ilə ona mənəvi zərər vurmuşdur. Belə ki, qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Artıq əsəb xəstəliyi tapmışdır. Həmin keçirdiyi iztirablara, mənəvi sarsıntılara və əsəblərinin pozulmasına görə müalicə olunur. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 2(046)-128/2021 saylı, 22 aprel 2021-ci il tаrixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, satıcılar X7, X19, X8, X13, X5 və X3 ilə alıcı İddiaçı arasında Göyçay rayon Notariat ofisində 25 dekabr 2019-cu il tarixdə AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqısı müqaviləsi bağlanmış və satıcılar birgə mülkiyyətlərində olan 2,57 ha torpaq sahəsini alıcıya satmışlar. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, satıcılar X20, X14, X15, X21 və X16 ilə alıcı İddiaçı arasında Göyçay rayon Notariat ofisində 28 dekabr 2019-cu il tarixdə AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqısı müqaviləsi bağlanmış və satıcılar birgə mülkiyyətlərində olan 3,32 ha torpaq sahəsinin 2,42 ha hissəsini alıcıya satmışlar. 24 yanvar 2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunmuşdur ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən 1,81 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. 23 yanvar 2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan məlum olmuşdur ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən 3,18 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin iddiaçının adına həmin torpaq sahələrinə dair torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Eyni zamanda şahid X2 məhkəmə iclasında verdiyi ifadədən məlum olmuşdur ki, alqı-satqı müqavilələrində qeyd olunan torpaq sahələrinin mülkiyyətçiləri ilə aralarında olan şifahi razılığa əsasən həmin torpaq sahələrini icarəyə götürmüşdür. Hər il həmin ərazilərdə taxıl əkmişdir. 2018-ci ildə də taxıl əkini vaxtında, Cavabdeh müraciət etmiş, sonuncu həmin sahədə taxıl əkmişdir. Bu işlərin yerinə yetirilməsini Azərlə 880 manata razılaşmışlar. İşlər yerinə yetiriləndən sonra, 600 manat pulu Azərə ödəsə də, 280 manat borcu qalmışdır. Bir müddət Azərin borcunu ödəyə bilməmişdir. Bu səbəbdən, 2019-cu ildə səpin vaxtı Azərə təklif etmişdir ki, torpaq sahəsini Azər özü əksin, məhsulu götürsün, heç bir icarə haqqı ödəməsin və 280 manat borcla əvəzləşdirsin. Azər bu təkliflə razılaşmış və torpaq sahəsində əkin aparmışdır. Azərlə aralarında olan razılaşmadan torpaq mülkiyyətçilərinin də xəbəri olmuşdur. Onlar buna heç bir etiraz etməmişlər. Torpağın satılması ilə bağlı İddiaçı ilə müzakirə apararkən, bu məlumatları İddiaçı da bildirmişdir və öncədən məlumatlandırmışdır ki, Azər öz taxıl məhsulunu məhsul yetişəndə gəlib aparacaq və onun Azərə olan borcu ilə əvəzləyəcək. Alğı-satqı müqavilələri bağlanmamışdan öncə İddiaçı bununla razılaşmışdır. Lakin sonradan, taxıl məhsulunun yığımı vaxtı Azərdən polis orqanlarına şikayət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Qeyd olunan torpaq sahələrində taxıl nə Cavanşir Abdullayev, nə də iddiaçı tərəfindən deyil, iş üzrə cavabdeh tərəfindən səpilmişdir. Cavanşir Abdullayev torpaq sahələrinin mülkiyyətçisi olmamışdır. Cavanşir Abdullayev aralarında olan şifahi razılıqlara əsasən torpaq sahələrinin mülkiyyətçilərindən həmin sahələri icarəyə götürərək, öncələr taxıl əkmişdir. 2019-cu ilin taxıl səpini mövsümündə isə icarəyə götürdüyü torpaq sahələrində borclu olduğu pulun əvəzində taxıl əkməyi hazırkı iş üzrə cavabdehə təklif etmiş, cavabdeh C.Abdullayevin borcu ilə əvəzləşdirmək şərti ilə həmin ərazilərdə taxıl səpmişdir. İddiaçıya torpaq sahələri torpağın əsl mülkiyyətçiləri tərəfindən satılarkən torpaq cavabdehin əkdiyi taxıl məhsulu ilə yüklü olmuşdur. İddiaçılar həmin torpaq sahəsinin mülkiyyətçiləri olsalar da, torpaq sahəsində əkilmiş taxıl məhsulunun mülkiyyətçiləri olmamışlar, taxıl məhsulu cavabdehə məxsus olmuşdur və onlar alğı-satqı müqavilələri bağlayarkən torpaq sahələrində olan taxıl məhsulu ilə bağlı hər-hansı bənd qeyd etməmişlər. İddiaçı torpaq sahələrinə dair müqavilələr bağlayarkən, orada taxılın səpilməsindən xəbərdar olmuşdur. Həmçinin, iddiaçı bilirdi ki, torpaq sahələri satılmamışdan öncə faktiki olaraq Cavanşir Abdullayevə icarəyə verilmiş, sonuncunun cavabdehə borcu olmuş, həmin borcun bağlanması müqabilində sahədə cavabdeh tərəfindən taxıl səpilmişdir və taxıl məhsulu nə torpaq sahələrinin mülkiyyətçiləri (icarəyə verənlərə), nə də Cavanşir Abdullayevə məxsus deyil. İddiaçı torpaq sahəsini taxıl məhsusu ilə birgə alsa idi, torpaq sahəsinin, gələcək taxıl məhsulunun, bəlimin ümumi dəyərini satıcılara ödəmiş olsa idi, müqavilələrdə bununla bağlı bənd olardı. Lakin alğı-satqı müqavilələrində belə bənd mövcud deyil. Digər tərəfdən, iddiaçı sahənin şumlanmasına, digər zəruri işlərin görülməsinə, səpin aparılmasına və sair aqro texniki işlərin görülməsinə hər hansı vəsait sərf etməmiş, ona real zərər, həmçinin mənəvi zərər vurulmamışdır. Torpaq mülkiyyətçilərinin faktiki olaraq torpaq sahələrini icarəyə verdikləri X2 borc əvəzinə torpaq sahələrini üçüncü şəxsə (hazırkı iş üzrə cavabdehə) icarəyə verilməsindən xəbərləri və buna razılıqları olmuş, torpaq sahəsi özünün maddi vəsaitlərini sərf etməklə cavabdeh tərəfindən aqrotexniki qulluq göstərilməklə taxıl məhsulu əkilmiş (səpilmiş), torpaq sahələri iddiaçıya satılarkən, iddiaçıya öncədən bu barədə məlumat verilmiş, iddiaçının X4 ilə Cavabdeh arasındakı münasibətlərdən xəbəri olmuşdur. Hazırkı iş üzrə iddiaçı və şahid Göyçay rayon Polis Şöbəsində verdikləri izahatlarında, bunu birbaşa olmasa da, etiraf edirlər. İddiaçı, Cavanşir Abdullayevin danışıqlarından sonuncu ilə cavabdeh arasında olan münasibətlərdən xəbərdar olduğunu bildirir, lakin Cavanşirlə danışığının vaxtını bilərəkdən 14 aprel 2020-ci il tarixə keçirir, halbu ki, onlar arasında bu barədə söhbət, danışıq bundan aylar öncə, 2019-cu ilin sonlarında baş tutmuşdur. Məhkəmənin daxili inamına görə (daxili inamı formalaşdıran məqamlar - cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda iddiaçı ilə şahidin verdikləri izahatlarla hazırda verdikləri izahatlar arasında əhəmiyyətli fərqlərin olması, iddiaçının, şahidin cavabdehə münasibətdə davranışları, izahatları verərkən göstərdikləri davranış və s. bu kimi işin faktiki halları) iddiaçı torpaq sahəsini alarkən torpaq sahəsində cavabdeh tərəfindən taxıl səpildiyini, taxılın borcun bağlanması əvəzində əkildiyini, həmin məhsulun nə torpaq mülkiyyətçilərinə, nə də torpağı faktiki olaraq icarəyə götürmüş C.Abdullayevə aidiyyatı olmadığını bilmiş, ona həmin taxılın cavabdeh tərəfindən biçilib borc əvəzinə aparılacağı bildirilmiş, alğı-satqı müqavilələri bağlanarkən torpaq mülkiyyətçiləri, C.Abdullayev və iddiaçı arasında bununla bağlı razılıq olmuş, lakin müqavilələr bağlanandan sonra iddiaçı buna hüququ çatmadığı halda, özünə məxsus olmayan taxıl məhsulu və bəlimlə bağlı əsassız iddia irəli sürməyə başlamışdır. İddia tələbinin zərərin əvəzinin ödənilməsi hissəsində əsassız olması müəyyən edildiyindən, tələbin mənəvi zərərin ödənilməsi hissəsinə hüquqi qiymət verilməsi zərurət qalmır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 23-cü, 152.3-cü, 572.1-ci, 699.2-ci, 699.4-cü, 706.1-ci, 706.2-ci, 712.1-ci, 718-ci, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin İİİ hissəsi, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarı, Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddia tələbini rədd edərkən şahid X2 ifadəsinə istinad etmişdir. Qətnamədə (eyni zamanda protokolda) göstərilmişdir ki, şahid Cavanşir Abdullayev bildirmişdir ki, “alqı- satqı müqavilələrində qeyd olunan torpaq sahələrinin mülkiyyətçiləri ilə aralarında olan şifahi razılığa əsasən həmin torpaq sahələrini icarəyə götürmüşdür. Hər il həmin ərazilərdə taxıl əkmişdir. 2018-ci ildə də taxıl əkini vaxtında, Cavabdeh müraciət etmiş, sonuncu həmin sahədə taxıl əkmişdir. Bu işlərin yerinə yetirilməsin, Azərlə 880 manata razılaşmışlar, işlər yerinə yetiriləndən sonra 600 manat pulu Azərə ödəsə də, 280 manat borcu qalmışdır. Bir miiddət Azərin borcunu, ödəyə bilməmişdir. Bu səbəbdən, 2019cu ildə səpin vaxtı Azərə təklif etmişdir ki, torpaq sahəsini Azər özü əksin, məhsulu götürsün, heç bir icarə haqqı ödəməsin və 280 manat borcla əvəzləşdirsin. Azər bu təkliflə razılaşmış və torpaq sahəsində əkin aparmışdır. Azərlə aralarında olan razılaşmadan torpaq mülkiyyətçilərinin də xəbəri olmuşdur. Onlar buna heç bir etiraz etməmişlər. Torpağın satılması ilə bağlı İddiaçı ilə müzakirə apararkən, bu məlumatları İddiaçı da bildirmişdir və öncədən məlumatlandırmışdır ki, Azər öz taxıl məhsulunu məhsul yetişəndə gəlib aparacaq və onun Azərə olan borcu ilə əvəzləyəcək. Alqı-scıtqı müqavilələri bağlanmamışdan öncə İddiaçı bununla razılaşmışdır. Lakin sonradan, taxıl məhsulunun yığımı vaxtı Azərdən polis orqanlarına şikayət etmişdir». Lakin şahid Cavanşir Abdullayevin ifadəsi məhkəmə tərəfindən təhrif olunmuşdur. Əslində isə şahid Cavanşir Abdullayev məhkəmədə bildirmişdir ki, “ bizim aramızda olan alqı-satqı danışıqları zamanı mən Tahirə dedim ki, bu torpaqda taxıl əkilib, bunun taleyi necə olacaq? Tahir də mənə dedi ki, mən o torpağı taxıl qarışıq hamısını alıram və icazə ver orada ağaclarımı əkməyə başlayım. Mən də razılaşdım və Tahirə ağac əkməyinə icazə verdim. Bundan sonra mən Azəri tapdım və ona dedim ki, Azər mən torpağı satıram, alan adam da torpağı taxıl qarışıq alır, gəl oturaq söhbət edib məsələni həll edək. Lakin Azər gəlmədi. Və mən həmin torpağı Tahirdəə taxıl qarışıq satdım. Mən torpağı Tahirə satdıqdan sonra, da Azərə dedim ki, gəl razılaşaq, torpağı satmışam. O. isə gəlmədi. Səbəbini bilmirəm. Aradan 8 ay keçəndən sonra heç kimə demədən Azər gəlib taxılı biçib aparıb. Mən elə o taxıl biçiləndə elə bilmişəm ki, taxılı torpağı alan şəxs biçib. Yoxsa buna imkan verməzdim. Əgər Azərin hər hansısa bir narazılığı var idisə, o niyə mənlə danışığa gəlməyib, 8 aydan sonra gəlib taxılı biçib?“ Göründüyü kimi, şahid torpağı taxılla birlikdə ona satdığını, bu barədə əvvəldən və sonradan Azərə məlumat verdiyini bildirsə də, məhkəmə onun ifadəsini təhrif edərək mənim ziyanıma olan formada şərf etmişdir. Belə ki, o torpaq sahəsini ora səpilmiş taxılla birlikdə almışdır. Və torpağı alan kimi də ora meyvə ağacları əkməyə, orada bağ salmağa başlamışdır. Torpağı aldığı oktyabr ayından biçin vaxtına kimi, yəni iyuna qədər də həmin sahəyə qulluq etmiş, xüsusilə də bir neçə dəfə suvarma işləri aparmışdır. Sual olıunur-əgər taxıl Azərə məxsus idisə, niyə o 8-9 ay ərzində həmin taxılı suvarmırdı? Əgər taxıl onun olsa idi, o vaxtlı-.vaxtında sahəyə gələr, qulluq edər, xüsusilə də taxılı suvarardı. Həmçinin Azər özü öz ifadəsində bildirmişdir ki, «2019-cıı ilin dekabr ayında sahələri nəzərdən keçirərkən, qeyd olunan ərazidə cərgə ilə meyvə ağacları əkildiyini görmüşdür. Anlamışdır ki, torpaq sahələri satılıb. Cavanşirin oğlu Veysəli görmüş, torpağın satılıb-satılmadığını soruşmuş və öyrənmişdir ki, torpaq sahəsi satılmışdır. 2020-ci ilin mart ayında həmin torpaq sahəsinə gedəndə ağacların hər tərəfdən 1 metr məsafəsində olan taxılın preparatla məhv edildiyini görmüşdür. Güman etmişdir ki, ağaclara ziyan dəyməsin deyə torpağı alan şəxslər mühafizə zolağı yaratmışlar və dərman preparatları səpmişlər. Bununla bağlı heç kiınə heç nə deməmiş, heç bir etiraz bildirməmiş, narazıçılıq yaratmamış, heç kimlə şəxsi münasibətlərini pozmamışdır. Göründüyü kimi. Azər özü etiraf edir ki, artıq dekabr ayından sahənin (taxılın) satıldığını bilmişdir. Həmçinin taxılın bir hissəsinin də məhv edildiyini görmüşdür. Əgər taxıl .Azərə məxsus olsa idi, o ən azından taxılın bir hissəsinin məhv edildiyini görən zaman buna etiraz edər, səsini çıxarardı. Onu da qeyd edim ki, mən həmin sahəni almamışdan əvvəl Cavanşir ilə danışıqlar aparan zaman Qızıl ağac kənd icra nümayəndəsi Rövşən Mikayılov da onların söhbətlərində iştirak etmiş, o, da onun torpağı taxılla birgə aldığına, bu barədə Azərə məlumat verilməsinə şahid olmuşdur. Qeyd olunan xüsusatlarla bağlı onun da şahid qismində dindirilməsini xahiş edir. İşdə olan sənədlərdən görünür ki, həmin torpaq sahələri artıq 2019-cu ilin dekabr ayından onun mülkiyyətinə keçmişdir (alqı-satqı müqavilələri əsasında). Azər özü də ifadəsində artıq dekabr ayından torpaq sahəsinin satılmasından məlumatlı olduğunu bildirmişdir. Göründüyü kimi Azər torpaq sahəsinin, həmçinin də orada olan məhsulun onun mülkiyyətində olduğunu bilə-bilə ona məxsus olan sahəyə qanunsuz daxil olmuş və orada məhsulu biçərək ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Əgər Azərin kimlərləsə, hər hansısa bir formada borc münasibətləri var idisə belə, bu ona ona məxsus olan taxılı biçməyə əsas vermirdi. O, həmin münasibətləri həmin şəxslərlə öz aralarında həll etməli idi. Qeyd olunanları nəzərə alaraq o, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 2(046)-128/2021 saylı, 22 aprel 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X22 apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 2(046)-128/2021 saylı, 22 aprel 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 2(046)-128/2021 saylı, 22 aprel 2021ci il tаrixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxs qismində cəlb olunmuş X9, X23, X10, X5, X3, X17 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Mülki Məcəllənin 699.2-ci maddəsinə əsasən kirayəlik əşya kirayəçiyə verilənədək ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə, əgər əldə edən kirayə müqaviləsindən irəli gələn öhdəliklərin icrasını öz üzərinə götürürsə, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 699.4-cü maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə, əgər bunların həyata keçirilməsi nəticəsində kirayəçi müqaviləyə uyğun istifadədən məhrum olarsa, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. Əgər üçüncü şəxslərin hüquqları və iddiaları müqaviləyə uyğun istifadəyə mane olursa, kirayəçi bu hüquqların və iddiaların həyata keçirilməsinin qadağan olunmasını tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Mülki Məcəllənin 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Mülki Məcəllənin 712.1-ci maddəsinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin; birgə istifadə üçün torpağı tamamilə və ya qismən hər hansı kənd təsərrüfatı birliyinə versin. Mülki Məcəllənin 718-ci maddəsinə əsasən icarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir. Mülki Məcəllənin 572-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Mülki Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir və qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-128/2021 saylı, 22 aprel 2021ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; Kollegiyanın iclasında müəyyən edilmişdir ki, satıcılar X7, X19, X8, X13, X5 və X3 ilə alıcı İddiaçı arasında Göyçay rayon Notariat ofisində 25 dekabr 2019-cu il tarixdə AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqısı müqaviləsi bağlanmış və satıcılar birgə mülkiyyətlərində olan 2,57 ha torpaq sahəsini alıcıya satmışlar. Eyni zamanda müəyyən olunmuşdur ki, satıcılar X20, X14, X15, X21 və X16 ilə alıcı İddiaçı arasında Göyçay rayon Notariat ofisində 28 dekabr 2019-cu il tarixdə AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqısı müqaviləsi bağlanmış və satıcılar birgə mülkiyyətlərində olan 3,32 ha torpaq sahəsinin 2,42 ha hissəsini İddiaçı satmışlar. 24 yanvar 2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunmuşdur ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən 1,81 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. 23 yanvar 2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan məlum olmuşdur ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən 3,18 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin iddiaçının adına həmin torpaq sahələrinə dair torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, alqı-satqı müqavilələrində qeyd olunan torpaq sahələrinin mülkiyyətçiləri ilə aralarında olan şifahi razılığa əsasən həmin torpaq sahələrini X4 icarəyə götürmüşdür. Cavanşir Abdullayev hər il həmin ərazilərdə taxıl əkmişdir. Həmin ərazilərdə taxıl əkilərkən hazırkı işdə cavabdeh olan Cavabdeh onun tapşırığı ilə həmin əraziləri şumlayaraq taxıl əkmiş və bunun müqabilində X24 Bəşirova müəyyən haqq ödəmişdir. Sonuncu dəfə 2018-ci ildə də taxıl əkini vaxtında, Cavabdeh müraciət etmiş, sonuncu həmin sahədə taxıl əkmişdir. Bu işlərin yerinə yetirilməsini Azərlə 880 manata razılaşmışlar. İşlər yerinə yetiriləndən sonra, 600 manat pulu Azərə ödəsə də, 280 manat borcu qalmışdır. Bir müddət Azərin borcunu ödəyə bilməmişdir. Bu səbəbdən, 2019-cu ildə səpin vaxtı Azərə təklif etmişdir ki, torpaq sahəsini Azər özü əksin, məhsulu götürsün, heç bir icarə haqqı ödəməsin və 280 manat borcla əvəzləşdirsin. Azər bu təkliflə razılaşmış və torpaq sahəsini şumlayaraq taxıl əkmişdir. Azərlə aralarında olan razılaşmadan torpaq mülkiyyətçilərinin də xəbəri olmuşdur. Onlar buna heç bir etiraz etməmişlər. Etiraz etməmələrinin səbəbi isə mülkiyyətçilərin Cavanşir Abdullayevlə olan şifahi razılaşmaları olmuşdur. Torpağın satılması ilə bağlı İddiaçı ilə müzakirə apararkən, bu məlumatları İddiaçı da bildirmişdir və öncədən məlumatlandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən şumlanaraq taxıl səpməsini mübahisələndirməmişdir. Eyni zamanda iş üzrə şahid Cavanşir Abdullayev də mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən şumlanaraq taxıl səpməsini qeyd etmişdir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçı mübahisəli torpaq sahəsini əkilmiş taxılla bərabər almış, eyni zamanda cavabdehin həmin torpaq sahəsinə qulluq göstərməməsini qeyd etmişdir. Məhkəmə kollegiyası iddiaçının həmin arqumentlərini əsassız sayır. Belə ki, şahid Cavanşir Abdullayev verdiyi ifadəsində dəfələrlə cavabdehə bu işlə bağlı müəyyən razılğa gəlməsini təklif etmişdir. Kollegiyanın gənaətinə görə işin bu halı onu deməyə əsas verir ki, Cavanşir Abdullayevin Cavabdeh borcu olmuşdur. Həmin borcun əvəzləşdirilməsi üçün mübahisəli torpaq sahəsini cavabdehə əkmək üçün təklif etmişdir. Cavabdeh həmin torpaq sahəsini Cavanşir Abdullayevin tapşırığı ilə əkmişdir. Yəni cavabdehin hərəkətlərində hər hansı bir özbaşınalıq olmamışdır. Çünki cavabdeh uzun müddətdir ki, Cavanşir Abdullayevin icarəyə götürdüyü torpaq sahələrini şumlayaraq taxıl əkir. Yəni cavabdeh həmin işi tapşırıqsız aparmayıb. Taxıl biçini zamanı isə özünün əkdiyi taxılı biçərək götürmüşdür. Bundan başqa kollegiya qeyd edir ki, alqı satqı zamanı həmin torpaq sahəsinin əkilmiş taxılla bərəbər satılması barədə hər hansı bir razılaşmanın olduğu sübut olunmur. Belə ki, müqavilə iddiaçı ilə Cavanşir Abdullayev arasında yox, torpağın mülkiyyətçiləri arasında bağlanmışdır. Beləliklə kollegiya hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəllənin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Mənəvi zərərlə bağlı isə kollegiya aşağıdakıları qeyd edir; Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehin iddiaçıya vurmuş olduğu mənəvi ziyanın sübut edilməsidir. İddiaçı tərəfindən belə bir sübut məhkəmələrə təqdim edilməmişdir. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuş, mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-128/2021 saylı, 22 aprel 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 2(046)-128/2021 saylı, 22 aprel 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1476/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1476/2021
23.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver