Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1477/2021 07.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia-, istifadə hüququ, evə köçürmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Balakən Rayon Məhkəməsinin 2(019)-347/2021 saylı, 15 aprel 2021-ci il tаrixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və oğlu X14 cavabdehə məxsus olan, Balakən rayonu Tülü kəndində yerləşən evinə istifadəyaşayış hüququnun tannması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, onun, oğlu X22 ilə birlikdə Balakən rayonu Tülü kəndində yerləşən, cavabdehə məxsus olan evə istifadə hüququnun tanınması və onların həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2010-cu ilin dekabr ayında ailə qurmuş, yaşı çatmadığı üçün nikaha girməmiş və həmin evlilikdən 10.10.2011-ci il təvəllüdlü Kənan adlı oğlu olmuşdur. Cavabdeh, Balakən rayonunun Tülü kəndində, atababa yurdu olan evdə yaşayır. O da təbii ki, həmin evə gəlin köçmüş və oğlu doğulandan da sonra xeyli müddət orada oğlu və yoldaşı ilə birlikdə yaşamışdır. 2014-cü ildə Nicat Ukraynaya getmişdir. Uşaqla atasıgilə gəlmiş, təhsillə əlaqədar Bakıya gəlmiş və burada kirayədə yaşamağa başlamışdır. Cavabdeh vaxtaşırı Azərbaycana gəlib-getmiş, oğlunu görmüşdür. Özü daimi burada olmadığı üçün, cavabdehin bibisi Mehriban xanım uşağı orada görürdü. 2020-ci ilin fevralında məhkəməyə müraciət etmiş və Cavabdeh 170 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiası təmin edilmişdir. Hazırda Xırdalan şəhərində kirayədə yaşayır. Daha burada yaşamaq mümkün deyildir. Qeydiyyatda olduğu ata evində yaşamaq üçün lazımi şərait yoxdur. Çünki ev həm şəraitsizdir, həm də orada yaşayan çoxdur, sıxlıqdır. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 2(019)-347/2021 saylı, 15 aprel 2021-ci il tаrixli qətnaməsi ilə (hakim Z.Tahirov) İddiaçı Cavabdeh qarşı onun, oğlu X22 ilə birlikdə Balakən rayonu Tülü kəndində yerləşən, cavabdehə məxsus olan evə istifadə hüququnun tanınması və onların həmin evə köçürülmələri tələbinə dair iddiası təmin edilməmiş, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 2010-cu il tarixdə qeyrirəsmi nikahla Cavabdeh ilə evlənmiş, nikahlarını rəsmiləşdirməmişlər. Onların ər-arvad münasibətlərindən 10.10.2011-ci ildə X20 adında bir uşaqları doğulmuşdur. İddiaçı ərə gedərkən cavabdehin nənəsi X10 məxsus Balakən rayonu Tülü kəndində yerləşən evə köçmüş və uşaq da həmin evdə doğulmuşdur. Cavabdeh 2014-cü il tarixdə Ukrayanaya getmiş, iddiaçı isə uşaqla birlikdə atası evinə gəlmişdir. Balakən Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(019)-276/2020 nömrəli qətnaməsinə əsasən cavabdehin 10.10.2011-ci ildə doğulmuş X12 atası olması müəyyən edilmiş və cavabdehdən iddiaçının xeyrinə həmin uşağın saxlanması üçün 170 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. İddiaçı hazırda uşaqla bilikdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. Eyni zamanda birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh və onun atası X6 adlarına fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. X13 və Cavabdeh mərhum X1 onun təsərrüfatından ayrılmışlar. Həmin ev mərhum X10 məxsus olub, həmin evdə qeydiyyatda heç kim yoxdur. X2 vərəsələri müəyyən edilməmişdir. İddia ərizəsindən məlum olmuşdur ki, iddiaçı cavabdehə qarşı iki tələb irəli sürmüşdür: onun, oğlu X22 ilə birlikdə Balakən rayonu Tülü kəndində yerləşən, cavabdehə məxsus olan evə istifadə hüququnun tanınması və onların həmin evə köçürülməsi. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdehin mərhum nənəsi Ayşə Bayramovanın, onun vərəsələrinin, həmçinin cavabdehin sözügedən evə mülkiyyət hüquqları qeydiyyata alınmadığı və həmin ev onların mülkiyyətində olmadığı üçün İddiaçı uşağı Kənan Babayevlə həmin evdən istifadə hüququ müəyyən oluna bilməz. Belə ki, qeyd edildiyi kimi, istifadə hüququ mülkiyyət hüququndan yaranmaqla onun üç hüquqi elementindən biridir, həmçinin mülkiyyət hüququnu məhdudlaşdıran hüquqdur. Evə mülkiyyət hüququ olmadığından, istifadə hüququnun yaranması üçün də hüquqi əsas mövcud olmur. Digər tərəfdən ümumiyyətlə iddiaçının, cavabdehin və uşağın evə heç bir digər hüququ, o cümlədən istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır. İddiaçı bunun əksini, yəni evin dövlət qeydiyyatına alınması, uşağı ilə birlikdə həmin evə istifadə hüququnun yaranmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə onun üzərinə düşür. Ona görə də iddiaçı Qönçə Babayevanın iddia predmetini təşkil edən evə mülkiyyət və istifadə hüquqları yaranmamışdır. Ona görə də bu tələb əsassızdır və təmin olunmamalıdır. İddiaçının evə köçürmə tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı cavabdehin qeyri-rəsmi arvadı olmuşdur və iddia predmetini təşkil edən evin sahibi olmuş X9 yaxın qohumu və digər qohumu deyildir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) göstərilən 5 qrup şəxslər dairəsinə aid deyildir. Yəni İddiaçı evin məxsus olduğu mərhum X7 və onun vərəsələrindən özünün maddi cəhətdən saxlanmasını tələb etmək hüququna malik olan şəxs deyildir, Cavabdeh nənəsi X15 iddiaçını və onun uşağını saxlamaq vəzifəsi daşımamışdır və onun vərəsələrinin də belə bir vəzifə daşıması təsdiq olunmur. Ona görə də Azərbaycan Respublikasının yuxarıda istinad olunan normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən qərarında ifadə olunan hüquqi mövqeyinə uyğun olaraq İddiaçı və onun uşağının cavabdehin nənəsi X10 məxsus olmuş sözügedən evdən istifadə hüququ yaranmır və onlar həmin evə köçürülə bilməz. Məhkəmə işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək, hesab etmişdir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evinə iddiaçının və onun yetkinlik yaşına çatmayan uşağının istifadə hüququnun tanınması və onların həmin yaşayış evinə köçürülməsinin təmin edilməsi üçün həmin evə mülkiyyət hüquqlarına bu müdaxiləni zəruri edən şərtlər müəyyən edilməmişdir. Əvvəla, bu müdaxilə qanunda nəzərdə tutulmamışdır. Belə ki, iddiaçı və onun uşağı evin məxsus olduğu şəxsin və onun vərəsələrinin yaxın qohumu və digər qohumları sırasına daxil deyildir və onlardan özünün və uşağının saxlanmasını tələb etmək hüququna malik deyildir. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırki işdə mübahisə predmetini təşkil edən fərdi yaşayış evinə mülkiyyət hüququna müdaxilənin qanuni məqsəd daşıması və təxrəsalınmaz ictimai tələbatdan irəli gəlməsi müəyyən olunmur. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli yaşayış evindən istifadə hüququnun müəyyən olunması və həmin evə köçürülmənin müəyyən edilməsi qanunda nəzərdə tutulmadığından qanuni məqsəd daşımır. Həmin fərdi yaşayış evindən istifadə hüququnun müəyyən olunması və həmin evə köçürülmənin təmin edilməsinin təxrəsalınmaz ictimai tələbatdan irəli gəlməsi halının olmaması ilə bağlı qeyd edilməlidir ki, cavabdehin evə dair heç bir hüququ yoxdur, cavabdehin evin sahibi olmuş mərhum nənəsinin isə iddiaçını və onun uşağını evlə-yaşayış sahəsi ilə təmin etmək öhdəliyi olmamışdır. Onun vərəsələrinin belə bir öhdəlik daşıması da müəyyən olunmur. Hazırda iddiaçının və uşağının evdən istifadə hüquqlarının müəyyən olunmasının təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməsini və onları bu evdə yerləşdirməsinin evə heç bir hüququ olmayan cavabdehin və onun mərhum nənəsinin vərəsələrinin vəzifəsi olmasını təsdiq edən hallara dair sübutlar təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür İddiaçı azyaşlı uşağının mübahisəli fərdi yaşayış evinə istifadə hüquqlarının müəyyən olunması və onların həmin yaşayış evinə köçürülməsi barədə tələbə qiymət verilərkən Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən fərdin hüquqları ilə ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunub-olunmaması məsələsi araşdırılmalıdır. Hazırki işdə İddiaçı və uşağının həmin evdə istifadə hüquqlarının müəyyən olunması və evə köçürülməsinin təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməsi müəyyən olunmamışdır. Eyni zamanda iddiaçı və uşağına istifadə hüququnun verilməsi ilə evə mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün evin faktiki mülkiyyətçisinin vərəsələrinə hər hansı kompensasiya təklif edilməmişdir. Belə olan halda iddiaçıya və uşağına istifadə hüququnun verilməsi və onun uşağı ilə həmin evə köçürülməsinin müəyyən edilməsi, heç bir təxrəsalınmaz ictimai tələbatla şərtləndirilmədiyi, bu məhdudlaşdırmanın müddəti müəyyən olunmadığı, həmçinin istifadə hüququnun müəyyən olunması ilə bağlı evin mərhum mülkiyyətçisinin vərəsələrinə heç bir kompensasiya ödənişi həyata keçirilmədiyi halında həmin vərəsələrin evə dair hüquqlarının məhdudlaşdırılması onların fərdi hüququnun pozulması, ağır yükə məruz qalması və bununla da ədalətli tarazlığın pozulmasıdır. Ona görə də hazırkı vəziyyətdə iddiaçıya və uşağına evdən istifadə hüququ verilməklə onun və uşağının evə köçürülməsinin təmin edilməsi evə mülkiyyət hüquqlarının (sahiblik və istifadə hüququnun) məhdudlaşdırılması və bununla da ədalətli tarazlıq prinsipinin kobud pozuntusu ilə nəticələnmiş olardı. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 139.2-ci, 139.3-cü, 146.1-ci, 146.2-ci, 152.1-ci, 152.2-ci, 152.3cü, 152.4-cü, 152.5-ci, 152.7-ci, 152.8-ci, 152.9-cu, 158.1.2-ci, 158.4-cü, 178.1-ci, 178.2-ci, 228.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Pespublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0-cı, 9.1-ci, 9.2.1 və 9.2.2-ci, 12.2-ci, 30.1-ci, 30.2-ci, 30.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-ci, 89-ci, 90cı, 91-ci, 92-ci, 93-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarı, Avropa Konvensiyasının 8-ci maddəsi, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, o, cavabdehlə 2010-cu ilin dekabr ayında ailə qurmuş, yaşı çatmadığı üçün nikaha girməmiş və həmin evlilikdən 10.10.2011 ci il təvəllüdlü Kənan adlı olmuşdur. Cavabdeh, Balakən rayonunun, Tülü kəndində atababa yurdu olan evdə yaşayır. O, həmin evə gəlin köçmüş və oğlu doğulandan sonra xeyli müddət oğlu və yoldaşı ilə birlikdə yaşamışdır. 2014-cü ildə Nicat Ukraynaya getmiş uşaqla atasıgilə gəlmişdir. Daha sonra Bakıya gəlib oğlu ilə birlikdə kirayədə yaşamağa başlamışdır. Nicat vaxtaşırı Azərbaycana gəlib-gedirdi, bu zaman ata yurdunda qalırdı və oğlu ilə görüşürdü. 2020-ci ildə məhkəmə qətnaməsi ilə Cavabdeh 170 manat aliment tutulması qət edilmiş, və o, alimenti vaxtında ödəyir. Artıq kirayədə yaşamaq imkanı yoxdur. Atasıgildə yaşayan çoxdur ev sıxlıqdır. Mübahisəli ev, sorğulara verilən cavablardan məlum olduğu kimi, X4 və X11 məxsus olmuşdur. Onların oğlu, Nicatın atası, yəni, onun qayınatası X13 artıq neçə illərdir ki, ortalıqda yoxdur. Ondan heç bir məlumat olmasa da, o və oğlu, habelə yoldaşı Nicat həmin evdə uzun müddət yaşamış və təsərrüfatı faktiki olaraq qəbul etmişdirlər. Balakən Rayon İcra Hakimiyyətinin Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin Balakən Rayon Məhkəməsinin sorğusuna cavab olaraq verdiyi 13 saylı, 05.03.2021-ci il tarixli cavab məktubundan görsənir ki, həmin ev və torpaq mərhum X19ma məxsus olub, hal hazırda həmin evdə qeydiyyatda Cavabdeh və X13 vardır. Məhkəmə bu faktı texniki səhv hesab etmişdir. X29 Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin 29.01.2020ci il tarixli arayışından görünür ki, Nicat Balakən rayonu, Tülü kəndində qeydiyyatdadır. Məhkəmə qətnamədə bir neçə dəfə Cavabdeh Tülü kəndində (o kənddə Nicat və atası Adilə aid başqa bir ev yoxdur) qeydiyyatda olmadığını göstərir. Bu hala istinad edərək onların istifadə hüququnun tanınmamasını və həmin evə köçürülməmələrini qət etmişdir. Halbuki, məhkəmə öz qətnaməsinin müşayiətedici məktubunda Cavabdeh ünvanını məhz, ünvan 1siya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 2(019)-347/2021 saylı, 15 aprel 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər və üçüncü şəxs X8 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0-cı maddəsinə görə mənzil hüquq və vəzifyələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.2.1 və 9.2.2-ci maddələrinə əsasən o cümlədən mənzil hüquqlarının müdafiəsi müvafiq olaraq mənzil hüquqlarının tanınması; mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə-Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülukiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Pespublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahadən istifadə hüququ ilə bağıl məsələlərələ baxılarkən 2009-cu ili oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qedə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvü» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanımasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında yaşayış sahəsi mülkiyyətçisinin «digər qohumları»nın onun ailə üzvü kimi qiymətləndirilməsi həmin şəxslərin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində müəyyən edilmiş şəxslər dairəsinə, yəni yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxslər dairəsinə daxil olması ilə şərtləndirilmişdir. Yəni yaşayış sahəsi mülkiyyətçisinin arvadı (əri), uşaqları və valideynləri olmayan digər qohumları o halda mülkiyyətçinin ailə üzvü kimi yaşayış sahəsindən onunla bərabər istifadə hüququna malik şəxs kimi qiymətləndirilə bilər ki, həmin şəxslər Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin muülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxslərdən olsun. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il tarixli qərarı; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Balakən Rayon Məhkəməsinin 2(019)-347/2021 saylı, 15 aprel 2021-ci il tаrixli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 2(019)-347/2021 saylı, 15 aprel 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı 2010-cu il tarixdə qeyri-rəsmi nikahla Cavabdeh ilə evlənmiş, nikahlarını rəsmiləşdirməmişlər. Onların ər-arvad münasibətlərindən 10.10.2011-ci ildə X20 adında bir uşaqları doğulmuşdur. İddiaçı ərə gedərkən cavabdehin nənəsi X10 məxsus Balakən rayonu Tülü kəndində yerləşən evə köçmüş və uşaq da həmin evdə doğulmuşdur. Cavabdeh 2014-cü il tarixdə Ukrayanaya getmiş, iddiaçı isə uşaqla birlikdə atası evinə gəlmişdir. Balakən Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(019)-276/2020 nömrəli qətnaməsinə əsasən cavabdehin 10.10.2011-ci ildə doğulmuş X12 atası olması müəyyən edilmiş və cavabdehdən iddiaçının xeyrinə həmin uşağın saxlanması üçün 170 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. İddiaçı hazırda uşaqla bilikdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh və onun atası X6 adlarına fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. X13 və Cavabdeh mərhum X1 onun təsərrüfatından ayrılmışlar. Hazırda mübahisəli ev məhkəmə kollegiyası tərəfindən üçüncü şəxs kimi işə cəlb edilmiş, Cavabdeh bibibsi X3 adınadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və bunu aşağıdakılarla əsaslandırır; İddiaçının evə köçürmə tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdehin qeyri-rəsmi arvadı olmuşdur və iddia predmetini təşkil edən evin sahibi olmuş X9 yaxın qohumu və digər qohumu deyildir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93cü maddələrində (15-ci fəsil) göstərilən 5 qrup şəxslər dairəsinə aid deyildir. Yəni İddiaçı evin məxsus olduğu mərhum X7 və onun vərəsələrindən özünün maddi cəhətdən saxlanmasını tələb etmək hüququna malik olan şəxs deyildir, Cavabdeh nənəsi X15 iddiaçını və onun uşağını saxlamaq vəzifəsi daşımamışdır və onun vərəsələrinin də belə bir vəzifə daşıması təsdiq olunmur. Eyni zamanda hazırda mübahisəli ev məhkəmə kollegiyası tərəfindən üçüncü şəxs kimi işə cəlb edilmiş, Cavabdeh bibibsi X3 adınadır. İddiaçı isə X3 ailə üzvü deyildir. Ona görə də Azərbaycan Respublikasının yuxarıda istinad olunan normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən qərarında ifadə olunan hüquqi mövqeyinə uyğun olaraq İddiaçı və onun uşağının Cavabdeh bibisi X5 məxsus olan sözügedən evdən istifadə hüququ yaranmır və onlar həmin evə köçürülə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək, hesab edir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evinə iddiaçının və onun yetkinlik yaşına çatmayan uşağının istifadə hüququnun tanınması və onların həmin yaşayış evinə köçürülməsinin təmin edilməsi üçün həmin evə mülkiyyət hüquqlarına bu müdaxiləni zəruri edən şərtlər müəyyən edilməmişdir. Əvvəla, bu müdaxilə qanunda nəzərdə tutulmamışdır. Belə ki, iddiaçı və onun uşağı evin məxsus olduğu şəxsin və onun vərəsələrinin yaxın qohumu və digər qohumları sırasına daxil deyildir və onlardan özünün və uşağının saxlanmasını tələb etmək hüququna malik deyildir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, iddiaçının köçmək istədiyi ev xüsusi mülkiyyət kimi 28.07.2021-ci il tarixdə Cavabdeh bibisi Atayeva 3-cü şəxs Mehirban Abdusəməd qızının adına qeydiyyatdan keçdiyindən, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olmuşdur. Beləliklə kollegiya hesab edir ki, iddiaçı Cavabdeh bibisi X3 ailə üzvü hesab edilmədiyindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, iddiaçının 3-cü şəxsin xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ olmadığından o uşağı ilə birlikdə həmin evə köçürülə bilməz. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Balakən Rayon Məhkəməsinin 2(019)-347/2021 saylı, 15 aprel 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 2(019)-347/2021 saylı, 15 aprel 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1477/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1477/2021
07.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver