Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1478/2021 10.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(019)-502/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, cavabdeh Balakən rayonu Gərəkli kəndində yaşayan Cavabdeh 2765.70 (iki min yeddi yüz altmış beş manat 70 qəpik) məbləğində əsas borcun, 30 (otuz) manat rüsum, 0.40 (qırx) qəpik xidmət haqqı, ümumilikdə isə 2796.10 manat (iki min yeddi yüz doxsan altı manat 10 qəpik) borcun (pulun) tutularaq, Azəriqaz” İstehsalat Birliyinin xeyrinə (hesabına) ödənilməsi (bank hesabla: ABB, Kod 605153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəhqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 20 may 2021-ci il tarixli 2(019)- 502/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 605.70 manat borc və təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmış 302.40 manat borc olmaqla cəmi 908.10 manat məbləğində əsas borc, iddianın təmin olunmuş hissəsinə münasib olaraq ödənilmiş 9.85 manat dövlət rüsumu və 0,40 (qırx) manat bank xidmət haqqı tutularaq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz” İstehsalat Birliyinin xeyrinə (hesabına) (bank hesabı: ABB, Kod 605153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azərqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) ödənilsin; iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB Zaqatala RQİİ-nin Balakən xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Balakən rayonu Gərəkli kəndində yaşayan Cavabdeh məxsus mənzildə müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçının yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********04930 saylı qaz hesabında ödənilməmiş 2765.70 manat borc vardır, həmin borcun 605.70 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 2160 manat hissəsi qazın bərpası ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Belə ki, istehlakçı istifadə edilmiş təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən, istismarda olan «SMART» G-4 markalı İTRON tipli 1502AZ**********63 nömrəli qaz sayğacının 401 m3 göstəricisi ilə 605.70 manat borc yaranmışdır. Bundan başqa cavabdehə məxsus fərdi yaşayış evində istismarda olan qaz sayğacından müxtəlif dövrlərdə mütəmadi olaraq kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə halı aşkar edilmişdir. Belə ki, 01.02.2017-ci il tarixdə cavabdehə məxsus mənzildə sayğacdan kənar xətt vasitəsilə qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkarlanmışdır. Faktla bağlı qaz cihazİarının inventarizasiyası aparılmaqla təbii qazdan istifadə qaydalarının pozulması haqqında 08.02.2017-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 08.02.2017-ci il tarixli qərarı ilə 2268 m3 (və ya 453.60 manat) həcmində müəyyən edilərək, ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Eyni zamada cavabdehə məxsus mənzildə aşkarlanan təbii qazdan qeyri-qanuni istifadə faktı ilə bağlı foto çəkiliş aparılmışdır. Həmçinin 19.10.2018-ci il tarixdə cavabdehə məxsus mənzildə sayğacdan kənar xətt vasitəsi ilə qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkarlanmışdır. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19.10.2018-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 29.10.2018-ci il tarixli qərarı ilə 9720 m3 (və ya 972 manat) həcmində müəyyən edilərək, ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Eyni zamanda cavabdehə məxsus mənzildə aşkarlanan təbii qazdan qeyri-qanuni istifadə faktı ilə bağlı foto çəkiliş aparılmışdır. Həmçinin 13.01.2020-ci il tarixdə cavabdehə məxsus mənzildə sayğacdan kənar xətt vasitəsi ilə qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkarlanmışdır. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 13.01.2020-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİl-nin 28.01.2020-ci il tarixli qərarı ilə 4320 m3 (və ya 432 manat) həcmində müəyyən edilərək, ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Eyni zamanda cavabdehə məxsus mənzildə aşkarlanan təbii qazdan qeyriqanuni istifadə faktı ilə bağlı video çəkiliş aparılmışdır. Həmçinin 19.02.2021-ci il tarixdə cavabdehə məxsus mənzildə sayğacdan kənar xətt vasitəsi ilə qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkarlanmışdır. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19.02.2021-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 22.02.2021-ci il tarixli qərarı ilə 3024 m3 (və ya 302.40 manat) həcmində müəyyən edilərək, ziyanın əvəzininin ödənilməsi tələb olunmuşdur. Eyni zamanda cavabdehə məxsus mənzildə aşkarlanan təbii qazdan qeyri-qanuni istifadə faktı ilə bağlı video çəkiliş aparılmışdır. Belə ki, göstərilən müxtəlif tarixlərdə qeydə alınmış sayğacdan kənar xətt vasitəsi ilə istehlakçı faktiki istifadə etdiyi təbii qazın uçotunun aparılmasına maneələr yaradır və nəticədə bu yolla qazdan istifadənin əsl dəyərinin gizlətməkdədir. Ona görə də iddiaçı tərəf cavabdehdən 605.70 manat sayğac göstəricisinə əsasən aparılmış hesabata və 2160 manat hissəsi isə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmış, ümumilikdə 2765.70 manat borcun (453.60 m + 972 m + 432 m + 302.40 + 605.70 m = 2765.70 m) tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(019)-502/2021saylı qətnaməsi çıxarılarkən iddia tələbinin təmin edilməyən hissədə maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin yalnız sayğac göstəricisinə əsasən yaranmış 605.70 manat borca və təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19.02.2021-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 302.40 manat dəymiş ziyana aid hissədə təmin etmişdir. Hazırda mübahisə predmeti və məhkəmənin təmin etmədiyi hissələr isə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 13.01.2020-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 432 manat, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19.10.2018-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 972 manat, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 08.02.2017-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 453.60 manata aid hissələrdir ki, məhkəmə həmin hissələrdə düzgün hüquqi nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq işin təxirə salınmasını xahiş etsə də, üzrlü səbəb barədə hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(019)-502/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 24 noyabr 2016-cı il tarixli, 17592 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Zaqatala RQİİ-ilə Cavabdeh arasında bağlanmış, verilən hər bir kub metr qazın qiyməti 0.10 manat məbləğində müəyyən edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19 fevral 2021-ci il tarixli, ******* nömrəli aktda göstərilir ki, Cavabdeh evində sayğacdan kənar qeyri-qanuni xətt aşkar edilmişdir. 22.02.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərardan görünür ki, 19.02.2021-ci il tarixli, ******* №-li akt üzrə Cavabdeh 3024 m3 sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. 08 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibari tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 19.02.2021-ci il tarixdə Balakən rayonu Gərəkli kəndindəki fərdi yaşayış evində qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində 302,40 manat məbləğində ziyan vurmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz ) manat məbləğində cərimə edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 13 yanvar 2020-ci il tarixli, ******* nömrəli aktda göstərilir ki, abonentə Smart G-4 itron tipli sayğac qoyulmuşdur. Sayğacdan kənar qeyri-qanuni birləşmə ilə (rezin boru) qazdan istifadə edilir. Həmin aktda Cavabdeh imzası yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 28.01.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərardan görünür ki, 13.01.2020-ci il tarixli, ******* №-li akt üzrə Cavabdeh 4320 m3 sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19.10.2018-ci il tarixli, ******* nömrəli aktda abonentin qeyriqanuni rezin boru ilə sayğacdan kənar qaz xəttinə qoşulmasının aşkar edilməsi göstərilmişdir. Həmin aktda Cavabdeh imzası yoxdur. 29.10.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərardan görünür ki, 19.10.2018-ci il tarixli, ******* №-li akt üzrə Cavabdeh 9720 m3 sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 01.02.2017-ci il tarixli, ******* nömrəli aktda abonentdə sayğacdan kənar qeyri-qanuni birləşmənin aşkar edilməsi göstərilmişdir. Həmin aktda Cavabdeh imzası yoxdur. 08.02.2017-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərardan görünür ki, 01.02.2017-ci il tarixli, ******* №-li akt üzrə Cavabdeh 2268 m3 sayğacdan kənar təbii qaz sərfiyyatı hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları»nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların; 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Smart-karf tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini təiəb edə bilməz. 5.5-ci bəndinə əsasən qaz payiayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv və iddianın tam təmin edilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, işin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh iddiaçı təşkilata 605.70 manat təbii qazdan istifadə borcunun olması, həmçinin cavabdehin 19.02.2021-ci il tarixdə yaşadığı Balakən rayonu Gərəkli kəndində qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla iddiaçıya 302.40 manat məbləğində ziyan vurması, bu ziyanla onun qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və 08 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla bu 302.40 manat ziyanın vurulmasında cavabdehin təqsirinin olması əsasında baş vermişdir. İkincisi, iddiaçı tərəf tələbində həmçinin 605.70 manat cari qaz borcu və 302.40 manat ziyandan əlavə 453.60 manat, 972 manat və 432 manat qaz borcunun təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı aparılmış hesabata əsasən yarandığını göstərmişdir. Lakin iş materiallarında cavabdehin təbii qazdan qeyri-qanuni istifadəyə görə 453.60 manat qaz borcunun yaranması ilə bağlı hər hansı sübutu-təbii qazdan istifadə qaydalarının pozuması haqqında akt, itirilmiş qazın bərpasına dair tələbnamə üzrə qərar və sair sənəd yoxdur və iddiaçı da belə bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında 13 yanvar 2020-ci il tarixli, ******* nömrəli akt əsasında 28.01.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərarda Cavabdeh 4320 m3 sayğacdankənar təbii qaz sərfiyyatının hesablanması və nəticədə onun bununla bağlı borcunun 432 manat olması, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19.10.2018-ci il tarixli, ******* nömrəli akta əsasən 29.10.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərarla Cavabdeh 9720 m3 sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmaqla onun borcunun 972 manat olması və Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 01.02.2017ci il tarixli, ******* nömrəli akta əsasən 08.02.2017-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərarla Cavabdeh 2268 m3 sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmaqla onun borcunun 226.68 manat olması göstərilmişdir. Beləliklə yuxarıda istinad olunun normaların tələbindən görünür ki, fiziki şəxslərin evlərinə quraşdırımış qaz sayğaclarının, ocümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər . Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(019)-502/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellsiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(019)-502/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1478/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1478/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver