Məhkəmə qərarları › İş №2(107)-1479/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1479/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1479/2023 26.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X5 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı pul tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(014)-148/2023 saylı qiyabi qətnaməsindən Cavabdeh “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması barədə” həmin məhkəmənin 11 sentyabr 2023-cü il tarixli, 2(014)-148/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(014)-148/2023 saylı qiyabi qətnaməsi ilə iddiаnın təmin еdilməsi, Cavabdeh 6700 manat pul və 87 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair” ərizə ilə müraciət edərək qeyd etmişdir ki, məhkəmə qətnaməsi çıxarılarkən Bakı şəhərində olmuşdur. Belə ki, arvadının səhhətindəki problemləri ilə əlaqədar Bakı şəhərində müayinələrdə olmuş, məhkəmə proseslərində iştirak edə bilməmiş, həmçinin məhkəmənin qiyabi qətnaməsindən xəbəri olmamışdır. Qiyabi qətnamədən iyul ayının 18-i xəbər tutmuş, dərhal qiyabi qətnamənin ləğvinə dair ərizənin verilməsi üçün lazımi addımları atmağa başlamış və qiyabi qətnamənin ləğvinə dair ərizəsi məhkəməyə təqdim olunmuşdur. Lakin Ağdaş Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərardadı ilə qiyabi qətnamənin ləğvi barədə verilmiş ərizə müddəti buraxmağı əsas gətirilərək geri qaytarılmışdır. Halbuki, o, qiyabi qətnamədən iyul ayının ortalarından sonra xəbər tutmuşdur. Ağdaş Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərardadında qiyabi qətnamənin SS839355770AZ saylı unikal identifikatoru olan poçt göndərişi vasitəsi ilə göndərilmiş və 30 may 2023-cü il tarixdə Cavabdeh tərəfindən təhvil alındığı göstərilsə də, o, həmin vaxtı Ağdaş şəhərində olmadığı üçün qiyabi qətnamənin kimə verildiyini bilmir. Həmin vaxtı evdə yaşlı anası olub, birincisi əgər həmin qətnamə anasına verilibsə də anasının yaşlı qadın olduğu üçün onu vaxtında bu barədə xəbərdar etməməsi mümkünsüz bir hal deyil, həmçinin də ailələrində xəstə arvadının olduğu və başlarının ona qarışdığı bir vaxtda, ikincisi isə onun internet vasitəsi ilə poçt göndərişlərinin izlənilməsində SS839355770AZ saylı unikal poçt identifikatorunu qeyd edərək nə vaxt və kimə təhvil verilməsini öyrənmək istəsə də, məlumat aşkar edilmədiyi göstərilmişdir. Ona Ağdaş Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərardadı 25 avqust 2023-cü il tarixdə verilmişdir. Hesab edir ki, o, qiyabi qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş bir aylıq müddəti ötürməmiş, belə ki, arvadının xəstəliyi ilə əlaqədar Bakı şəhərində olduğu üçün qiyabi qətnamədən iyul ayının ortalarından sonra xəbər tutmuş, dərhal sonra qiyabi qətnamənin ləğvinə ərizə vermiş və ərizəsinə 03 avqust 2023-cü il tarixdə baxılaraq müddətin ötürülməsi səbəbindən geri qaytarılmış, bütün bu proseslər qiyabi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən ötürülməsinə səbəb olmuşdur. Qeyd olunanlara əsasən Ağdaş Rayon Məhkəməsinin 2(014)-148/2023 saylı 26 aprel 2023-cü il tarixli qiyabi qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı bildirmişdir ki, cavabdeh məhkəmənin qiyabi qətnaməsini icra etməmək üçün hazırkı ərizə ilə müraciət etmişdir. Buna görə də ərizənin təmin edilməməsini və müddətin bərpa edilməməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh ərizənin təmin edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim Cavid Sultanov) 11 sentyabr 2023-cü il tarixli, 2(014)-148/2023 saylı qərardadı ilə Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(014)-148/2023 saylı qiyabi qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(014)- 148/2023 saylı qərardadından şikayət vermişdir. Şikayət apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə eyni məzmunda olmuş, əlavə olaraq göstərilmişdir ki, qiyabi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası qanunvericilikdə nəzərdə tutulmuş çəkişmə və ədalətli məhkəmə araşdırılması prinsipinə əməl etmək üçün labüd olsa da, Ağdaş Rayon Məhkəməsi müddətin üzrlü səbəbdən ötürülməsi barədə etdiyi sübutlara əsaslı və obyektiv qiymət verməyərək tərəfindən apellyasiya şikayəti verilməsi müddətini ötürməsinin üzrlü səbəbdən baş verməsinə bir sübut təqdim edilməməsi əsası ilə apellyasiya şikayəti verilməsi üçün prosessual müddət bərpasından imtina edilməsi barədə 11 sentyabr 2023-cü qərardadını qəbul etmişdir. Halbuki, o, yuxarıda qeyd etdiyi kimi üzrlü səbəbdən qiyabi qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddəti buraxmamış, həmçinin bu barədə sübutlarını məhkəməyə təqdim etmişdir. Göstərilənlərə əsasən şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(014)-148/2023 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(014)-148/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 11 sentyabr 2023cü il tarixli, 2(014)-148/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(014)-148/2023 saylı qiyabi qətnaməsi SS839355770AZ saylı unikal poçt identifikatoru (ştrix-kod) olan poçt göndərişi vasitəsilə göndərilmiş və xx.xx.2023-cü il tarixdə Cavabdeh qeydiyyatda olduğu ünvanda təhvil alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə vermişdir. Müddətin bərpasına dair ərizədə ailə vəziyyəti ilə əlaqədar Ağdaş şəhərində olmamasını göstərsə də, bununla bağlı birinci instansiya məhkəməsinə heç bir sübut təqdim etməmişdir. Ərizədə göstərilən digər hallar və ərizəyə qoşulmuş digər sənədlər isə buraxılmış prosessual müddətin bərpa olunması üçün əsas hesab oluna bilməz. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ərizə təmin edilməməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin təqdim etdiyi tibbi sənədlər 2021- 2022-ci illərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü ... maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.Həmin məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Müddətin ötürülməsinin səbəblərinin üzürlü sayılması üçün təkzibolunmaz əsaslar təqdim edilməlidir. Məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici kifayət qədər böyük - 1 aylıq müddət müəyyən etmiş (MPM, maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (MPM, maddə 133). Mülki Prosessual Məcəllənin 133-cü maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş vəzifələrin növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə “hüquqi müəyyənlik” prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzib edilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən MPM-in 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə akllarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktına müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res cudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Odur ki, yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsində buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə mülki mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil. Məhkəmə kollegiyasının bu mülahizələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. Məsələn: “V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə” 12 oktyabr 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirdi ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanm 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Avropa Məhkəməsi eyni yanaşmanı Brumareskunun Rumıniyaya qarşı 28 oktyabr 1999-cu il tarixli, X1rşı 25 iyul 2002-ci il tarixli, Ryabıxın Rusiyaya qarşı 24 iyul 2003-cü il tarixli, X3rşı 19 oktyabr 2004-cü il tarixli qərardadlarda və bir sıra başqa qərarlarında da nümayiş etdirmişdir. Həmin qərarlar mülki işlər üzrə çıxarılmış qətnamələrin nəzarət icraatında təkrar araşdırılması ilə bağlı olsalar da, beynəlxalq məhkəmə bu işlərə baxarkən, ümumiyyətlə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması məsələsinə dair hüquqi mövqeyini açıqladığından, kollegiya həmin presedentlərə baxdığı məsələyə aid olan mühüm beynəlxalq hüquqi mənbələr kimi istinad edir. Belə olan halda buraxılmış prosessual müddətin bərpasından imtina ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi, vaxtı keçmiş şikayətin qarşısının alınması və məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək məqsədinə xidmət edir. Bu məhdudiyyət də ədalət mühakiməsinin maraqlarının təmin edilməsi, vaxtı keçmiş şikayətlərin qarşısının alınması və məhkəmənin dəyərli vaxtının alınmasından çəkindirməkdə ifadə olunan qanuni məqsəd daşıyır və tətbiq edilən bu vasitə ilə qarşıya qoyulan həmin məqsəd arasında ağlabatan əlaqə mövcuddur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası şikayətin buraxılmış müddətin bərpası qanunvericilikdə nəzərdə tutulmuş çəkişmə və ədalətli məhkəmə araşdırılması prinsipinə əməl etmək üçün labüd olması barədə dəlili ilə əlaqədar qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsinin hazırlıq iclasında şəxsən iştirak etdiyi, işin məhkəmə iclasına təyin edilməsindən məlumatlı olmasına baxmayaraq iştirak etməməsi, təxirə salınmış sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada (SMS bildiriş vasitəsi ilə) xəbərdar olunsa da yenə də iclaslara gəlməməsi iş materiallarından məlum olur. Bu isə ona dəlalət edir ki, cavabdeh özü şüurlu surətdə çəkişmə və ədalətli məhkəmə araşdırılması prinsipinin həyata keçirilməsində maraqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Ağdaş Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(014)-148/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(014)-148/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar