Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-148/2023 10.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Çapay oğlunun cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı maddi ziyan və dövlət rüsumu tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- maddi ziyan tələbi, sübutetmə yükü, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı3, Cavabdehlər Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 Oktay oğlu, Cavabdeh1, Cavabdeh4, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, X9, X1, X13, X18, X4, X5, X19 və X10 iştirakları ilə, Zərdab Rayon Məhkəməsinin 2(035)-02/2022 saylı, 13 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı3 apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, X20, Cavabdeh1, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada onların xeyrinə 100.000 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi məhkəmənin icraatınaa götürülmüş və sonrakı nömrəsi 2(035)-07/2021 olan mülki iş başlanmışdır. Bundan başqa iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər X14 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada onların xeyrinə 50.000 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi məhkəmənin icraatına götürülmüş və sonrakı nömrəsi 2(035)-08/2021 olan mülki iş başlanmışdır. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Zərdab rayon Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən əkinçiliyin inkişafı üçün İddiaçı3 icarəsinə Zərdab rayonu Çallı kəndi ərazisindən 50 il müddətinə 50 ha, həmin bələdiyyənin xx.xx.2005-ci il tarixli, 3 saylı qərarı və xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən əkinçiliyin inkişafı üçün İddiaçı2 icarəsinə Zərdab rayonu Çallı kəndi ərazisindən 20 il müddətinə 50 ha, Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən əkinçiliyin inkişafı üçün İddiaçı1 icarəsinə Zərdab rayonu Çallı kəndi ərazisindən 50 il müddətinə 86 ha torpaq sahəsi verilmişdir. 2020-ci ilin əvvəllərinə kimi sözügedən icarə torpaqlarından heç bir etiraz və narahatçılıq olmadan istifadə etmişlər. Lakin, xx.xx.2020-ci il tarixdən cavabdehlər həmin torpaq sahələrindən istifadələrinə maneələr yaratmağa başlamış, kütləvi şəkildə torpaq sahələrinə basqın edərək, su arxlarını və qoruma çəpərlərini dağıdaraq onların taxıl, xəsil və körpə yonca bitkilərini, habelə təbii biçənək sahələrini iri və xırdabuynuzlu mal-qaraya otardaraq məhv etmişlər. Nəticədə cavabdehlər Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, X20, Cavabdeh1, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 tərəfindən onlara 100.000 manat, digər cavabdehlər X14, X9, X1, X13, X18, X6, X7, X11, X5, X15, X19 və X21 tərəfindən 50.000 manat dəyərində maddi ziyan vurulmuşdur. Cavabdehlərdən qanunsuz hərəkətlərinə son qoymalarını tələb etsələr də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmədən iddianın təmin edilməsini xahiş edirlər. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin 2(035)-02/2022 saylı, 13 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Qubadov) iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, X20, Cavabdeh1, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, X14, X9, X1, X13, X18, X6, X7, X11, X5, X15, X19 və X16 qarşı “maddi ziyan və dövlət rüsumu tələbi”nə dair iddialarının təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçılar tərəfindən köçürülmüş dövlət rüsumunun onların özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zərdab rayon Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən əkinçiliyin inkişafı üçün İddiaçı3 Fəzli oğlunun icarəsinə Zərdab rayonu Çallı kəndi ərazisindən 50 il müddətinə 50 ha, həmin bələdiyyənin xx.xx.2005-ci il tarixli, 3 saylı qərarı və xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən əkinçiliyin inkişafı üçün İddiaçı2 icarəsinə Zərdab rayonu Çallı kəndi ərazisindən 20 il müddətinə 50 ha, Çallı bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 09 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən əkinçiliyin inkişafı üçün İddiaçı1 icarəsinə Zərdab rayonu Çallı kəndi ərazisindən 50 il müddətinə 86 ha torpaq sahəsi verilmişdir. İddiaçılar 2020-ci ilin əvvəllərindən başlayaraq hazırki cavabdehlər tərəfindən onlara məxsus sözügedən icarə torpağında əkilmiş əkin, o cümlədən təbii biçənək sahələrinə xırda və iribuynuzlu mal-qara salaraq onlara maddi ziyan vurduqlarını iddia edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, iddiaçılar onlara məxsus icarə torpağında əkilmiş əkin, o cümlədən təbii biçənək sahələrinə cavabdehlər təəfindən xırda və iribuynuzlu mal-qara salıb otarmaqla onlara maddi ziyan vurduqlarını iddia etsələr də, vurulan ziyanın məbləğinə dair məhkəməyə hər hansı bir sübut (aqranom (mütəxəssis) rəyi, ekspert rəyi və s.) təqdim etməmişlər. Məhkəmə hesab etmişdir ki, hazırki iddia iddia predmetinə görə elə iddialardandır ki, burada sübutetmə yükü iddiaçıların üzərinə düşür. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar onlara məxsus icarə torpağında əkilmiş əkin, o cümlədən təbii biçənək sahələrinə cavabdehlər tərəfindən xırda və iribuynuzlu mal-qara salıb otardıqlarını iddia etsələr də, iddialarını məhkəmə iclasında sübuta yetirə bilməmişlər. İddiaçı, həm də digər İddiaçı1 nümayəndəsi İddiaçı3 iddianın müdafiəsinə dair məhkəmə iclasında verdiyi izahatı cavabdehlərin məhkəmə iclasında verdikləri izahatlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə tərəfindən təklif olunsa da, iddiaçı tərəf izahat verməkdən savayı iddianı əsaslandıra biləcək hər hansı bir mötəbər sübutu, yəni iddia olunan qanunsuz hərəkətlərin cavabdehlər tərəfindən törədilməsinə dair sübutu məhkəməyə təqdim edə bilməmişlər. İddiaçıların təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilən fotoşəkillərə gəlincə məhkəmə qeyd etməyi lazım bilmişdir ki, həmin fotoşəkillər iddiaçılara məxsus icarə torpağında əkilmiş əkin, o cümlədən təbii biçənək sahələrinin məhz hazırki cavabdehlər tərəfindən bilvasitə xırda və iribuynuzlu mal-qara salıb otarılmasını özündə əks etdirmir. Fotoşəkillərdə hazırki cavabdehlərdən yalnız Cavabdeh11 əks olunduğu görsənsə də, onun məhz heyvan otarması görünmür. Belə ki, onun boş sahədə tək olduğu görünür. Ona görə də məhkəmə hesab edir ki, həmin fotoşəkillər iddianın təmin olunması üçün yetərli deyildir. İddiaçıların təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilən DİSK-dəki videogörüntülərə gəlincə məhkəmə qeyd etməyi lazım bilmişdir ki, həmin videogörüntülərdə bir qrup kənd sakinlərinin İddiaçı3 və digər şəxslərlə (iddiaçıya məxsus fermada qalan çobanlarla) mübahisə etdikləri görsənsə də, iddiaçılara məxsus icarə torpağında əkilmiş əkin, o cümlədən təbii biçənək sahələrinin məhz bilavasitə hazırki cavabdehlər tərəfindən xırda və iribuynuzlu mal-qara salıb otarmaları görsənmir. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq, tərəflərin məhkəmə iclasında verdikləri izahatlara, işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab etmişdir ki, iddiaçılar iddia olunan maddi zərərin vurulmasının əsası kimi çıxış edən hərəkətin, yəni onlara məxsus icarə torpağında əkilmiş əkin, o cümlədən təbii biçənək sahələrinin məhz bilavasitə hazırki cavabdehlər tərəfindən xırda və iribuynuzlu mal-qara salınıb otarılmasını məhkəmə iclasında sübüta yetirə bilməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 106.1, 218.1, 77.1, 88, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, "Azərbaycan Respublikasında mülkiyyət haqqında"Azərbaycan Respublikası Qanunuun 1-ci maddəsinin 2-ci hissəsi imperativ qayda olmaqla mülkiyyətçini digər şəxslərin özbaşınalığından qorumaq məqsədi daşıyır. Göründüyü kimi, mülki qanunvericiliyin normalarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güddüyü şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, içtimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqların konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq müıbahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir cox qərarlarında (Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 okytabr 1982-ci il tarixli qərarı; X26rşı iş üzrə 26 oktyabr 1984-cii il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Barəsində şikayət verilən məhkəmə aktı bu tələblərə cavab vermir. Məhkəmənin işin faktiki hallarını araşdırmadan, təqdim etdiyi sübutlara obyektiv, qanuni və ədalətli qiymət verməmişdir. Məhkəmə işin hallarının ətraflı araşdırmayıb. İş materiallarının məhkəmə qətnaməsində sadalanan hissəsindən görünür ki, cavabdehlər ona və digər iddiaçılara məxsus, qanuni mülkiyyətlərındə olan torpaq sahəsindəki əkinləri öz mal qaralarına qəsdən otarmış, qalan əkinləri məhv etmişlər. Bununla əlaqədar fotoşəkillər və videogörüntülərı əks etdirən disklər məhkəməyə təqdim edilmişdir. Videodisklərdəki görüntülərə qiymət verən məhkəmə hesab etmişdir ki, bir qrup kənd sakinin onunla mübahisə etdiyi görünsə də iddiaçılara məxsus torpaq sahəsindəki əkinlərin otarıldığı görünmür. Məhkəmə iddiaçı ilə cavabdehlərin bir qrupunun məhz otarılmış torpaq sahəsində mübahisə etdiklərinə, mübahisənin məhz əkinlərin cavabdehlər tərəfindən otarılması mövzusunda olduğuna diqqət yetirsəydi, yaxud yetirmək istəsəydi obyektiv həqiqəti müəyyən edə bilər, iddianı təmin edərdi. Barəsində şikayət verilən məhkəmə aktından göründüyü kimi iddiaçı tərəf cavabdehlərin vurduğu zərərin məbləğinin müəyyən edilməsi üçün bütün tədbirləri görmüşdür. O cümlədən iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər mülkiyyətlərində olan torpaq sahəsinə cavabdehlərin girişinə qadağan qoyulmasına dair müvəqqəti təminat tədbirinin görülməsini xahiş etmiş, ərizə əsasında Zərdab rayon Məhkəməsinin 2(035)- 536/2020 saylı iş üzrə 11 avqust 2020-ci il tarixli qərardadı ilə təmin edilmiş, cavabdehlərin həmin qərardaddan verdikləri apellyasiya şikayəti 2(107)-1882/2020 saylı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə rədd edilmişdir. Bundan başqa iddiaçı torpaq sahəsinin qəsdən cavabdehlər tərəfindən otarılması faktına görə araşdırma aparılması üçün rayon Prokurorluğuna, polis şöbəsinə müraciət etmiş, araşdırmanın nəticəsi ilə bağlı Zərdab Rayon PŞ-nin TQ-nin təhqiqatçısı,polis mayoru cənab Orxan Nəsirov tərəfindən “Cinayət işinin rədd başlanmasının rədd edilməsi haqqında" 02 mart 2020-ci il tarixli qərar qəbul edilmişdir. Araşdırma zamanı izahatı alınmış X3 iddiaçılara məxsus əkin sahəsinin cavabdehlər tərəfindən qəsdən otarıldığını təsdiq etmişdir, (qərarın surəti əlavə olunur) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş məktubda göstərilənlərin əksinə olaraq o günlərlə mütəxəsisslərin gəlməsini gözləmişdir, ekspertiza keçirilməsinə dair vəsatət vermişdir. 150 km məsafə qət edərək özəl ekspertiza fəaliyyəti ilə məşğul olan, Beyləqan şəhərində yerləşən qurumdan mütəxəssis rəyi almışdır, məhkəməyə və Zərdab DAİM-in mütəxəsisslərinə təqdim edərək rəy verilməsini xahiş etmişdir, yazışmalar aparmışdır. "Paritet-M” MMC-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş 71 saylı, 26 oktyabr 2021-ci il tarixli "Qiymətləndirmə rəyi”ndə 108979,80 manat olduğu müəyyən edilmişdir. Həmin rəyə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Odur ki qeyd edilənləri nəzərə alaraq, Zərdab Rayon Məhkəməsinin 2(035)-02/2022 saylı, 13 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətinin təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin 2(035)-02/2022 saylı, 13 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 Oktay oğlu, Cavabdeh1, Cavabdeh4, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, X9, X1, X13, X18, X4, X5, X19 və X21 ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 2(035)-02/2022 saylı, 13 may 2022-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, digər proses tərəfləri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Zərdab Rayon Məhkəməsinin 2(035)-02/2022 saylı, 13 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin 2(035)-02/2022 saylı, 13 may 2022-ci il tarixli qətnaməsini İddiaçı3 Fəzli oğlunun apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 2(035)- 02/2022 saylı, 13 may 2022-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarı əsasında tərəflər arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 50.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 50 il müddətinə İddiaçı3 Fəzli oğlunun, Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı əsasında tərəflər arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 50.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 20 il müddətinə İddiaçı2, Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı əsasında tərəflər arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 86.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 50 il müddətinə İddiaçı1 icarəsinə verilmişdir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə işin faktiki hallarını araşdırmadan, təqdim etdiyi sübutlara obyektiv, qanuni və ədalətli qiymət verməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. İşdə olan Zərdab rayonu Çallı bələdiyyəsi ilə İddiaçı3 Fəzli oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarı əsasında tərəflər arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 50.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 50 il müddətinə İddiaçı3 Fəzli oğlunun icarəsinə verilmişdir. İşdə olan Zərdab rayonu Çallı bələdiyyəsi ilə İddiaçı2 arasında bağlanmış 01,04,2005-ci il tarixli icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı əsasında tərəflər arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 50.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 20 il müddətinə İddiaçı2 icarəsinə verilmişdir. İşdə olan Zərdab rayonu Çallı bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı əsasında tərəflər arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 86.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 50 il müddətinə İddiaçı1 icarəsinə verilmişdir. Göründüyü kimi Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarı əsasında tərəflər arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 50.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 50 il müddətinə İddiaçı3 Fəzli oğlunun, Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı əsasında tərəflər arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 50.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 20 il müddətinə İddiaçı2, Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı əsasında tərəflər arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 86.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 50 il müddətinə İddiaçı1 icarəsinə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən torpaq sahələrinin ayrı-ayrılıqda iddiaçılar İddiaçı3 Fəzli oğlunun, İddiaçı2, İddiaçı1 icarəsinə verildiyi iş materialları ilə öz təstiqini tapsa da və iddiaçı ona məxsus icarə torpağında əkilmiş əkin, o cümlədən təbii biçənək sahələrinə cavabdehlər tərəfindən xırda və iribuynuzlu mal-qara salıb otarmaqla onlara maddi ziyan vurduqlarını iddia etsə də, o vurulan ziyanın məhz cavabdehlər tərəfindən vurulmasına dair məhkəməyə hər hansı bir sübut (akt) və s.təqdim edə bilməmişdir. İşdə olan fotoşəkillərdən və DİSK-dəki videogörüntülərdən görünür ki, həmin şəkillərdə əkin yerində çoxlu sayda adamların su arxını doldurmaları, eləcə də sürü şəklində xırda və iribuynuzlu heyvanların əkin yerlərində və ətrafında olduğu, həmin heyvanların bəzi hallarda sahibsiz olduğu, bəzi hallarda bir nəfər tərəfindən otarıldığı əks olunmuşdur. Lakin həmin fotoşəkillər və videogörüntülərdə cavabdehlər tərəfindən xırda və iribuynuzlu mal-qaranın iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə salınıb otarılması görünmür. Məhkəmə kollegiyası qeyd edir ki, kollegiyanın iclası zamanı İddiaçı3, ona məxsus icarə torpağında əkilmiş əkin, o cümlədən təbii biçənək sahələrinə cavabdehlər tərəfindən xırda və iribuynuzlu mal-qara salınıb otarılması ilə bağlı hər hansı sübut növü (kənd əhalisi və icra nümayəndəliyi tərəfindən tərtib edilmiş aktı) məhkəməyə təqdim edilməsi təklif olunsa da, o təklif olunan aktın olmadığını bildirmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı3 tərəfindən iddia olunan maddi zərərin vurulmasının əsası kimi çıxış edən hərəkətin, yəni ona məxsus icarə torpağında əkilmiş əkin, o cümlədən təbii biçənək sahələrinin məhz bilavasitə hazırki cavabdehlər tərəfindən xırda və iribuynuzlu mal-qara salınıb otarılmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Göründüyü məhkəmə kollegiyası tərəfindən təklif olunsa da, iddiaçı tərəf izahat verməkdən başqa iddianı əsaslandıra biləcək hər hansı bir mötəbər sübutu, yəni iddia olunan qanunsuz hərəkətlərin cavabdehlər tərəfindən törədilməsinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən iddianı əsaslandıra biləcək hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən, iş üzrə ekspertizanın təyin edilməsinə də əsas yoxdur. Kollegiya qeyd edir ki, ekspertizanın keçirilib-keçirilməməsi məhkəmənin səlahiyyətində olan məsələdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qanunverici ekspertizanın təyin edilməsi ilə bağlı məhkəmənin üzərinə vəzifə deyil, hüquq qoymuşdur və onu deməyə əsas verir ki, məhkəmə ekspertizanın təyin edilməsini işin tam, hərtərəfli və obyektiv baxılması üçün zəruri hesab edərsə ekspertiza təyin edə bilər, yəni sözügedən maddənin bu hissəsi imperativ norma kimi çıxış etmədiyindən, qanunverici bu hissədə müvafiq qərar qəbul etmək səlahiyyətini məhkəmənin öz mülahizəsinə buraxmışdır. Bundan başqa apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, 150 km məsafə qət edərək özəl ekspertiza fəaliyyəti ilə məşğul olan, Beyləqan şəhərində yerləşən qurumdan mütəxəssis rəyi almışdır, məhkəməyə və Zərdab DAİM-in mütəxəsisslərinə təqdim edərək rəy verilməsini xahiş etmişdir, yazışmalar aparmışdır. "Paritet-M” MMC-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş 71 saylı, 26 oktyabr 2021-ci il tarixli "Qiymətləndirmə rəyi”ndə 108979,80 manat olduğu müəyyən edilmişdir. Həmin rəyə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, "Paritet-M” MMC-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş İddiaçı3 məxsus icarə torpağında əkilmiş əkin, o cümlədən təbii biçənək sahələrinə dəymiz zərərlə bağlı 71 saylı, 26 oktyabr 2021-ci il tarixli rəy mövcud olsa da, iddiaçı həmin dəymiş zərərin hazırki cavabdehlər tərəfindən vurulmasını sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin İddiaçı3 iddiası üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin 2(035)-02/2022 saylı, 13 may 2022-ci il tarixli qətnaməsi İddiaçı3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 2(035)-02/2022 saylı, 13 may 2022-ci il tarixli qətnaməsi İddiaçı3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.