Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1482/2021 05.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- alimentin artırılması tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tаrixli, 2(014)-956/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından 19 noyabr 2004-cü ildə anadan olmuş X4 adlı uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq 300 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 22 fevral 1999-cu il tarixdə rəsmi nikah qeydə aldırmaqla evlənib ailə qurmuşlar, birgə nikahlarından Günay,Gülnar və İbrahim adlı 3 uşaqları anadan olmuşdur. Uşaqlardan Günay və Gülnar yetkinlik yaşına çatmışdır. Ailə qurduqdan sonra ilk vaxtlar tərəflərin münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşmişdir, buna səbəb aralarında baş vermiş narazılıqlar olmuşdur, odur ki, 03 aprel 2018-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından anadan olmuş uşaqlar onun himayəsində saxlanılması,hər ay hər uşaq üçün 80 manat aliment kəsilmişdir. Daha sonra Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği artırılmış, Ağdaş Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli 2(014)-221/2018 saylı qətnaməsi ilə Əzizov Mahir Maarif oğlundan İddiaçı xeyirinə iki uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 19 noyabr 2004-cü ildə anadan olmuş Əzizzadə İbrahim Mahir oğlu 18 yaşına çatana qədər onların saxlanılmaları üçün İddiaçı Şahmurad qızının xeyrinə hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat aliment tutulması, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir,cavabdeh məhkəmə qətnaməsi ilə qət edilmiş alimenti ödəsə də, sözügedən məbləğ uşağın normal yaşamasına, tələbatlarının ödənilməsinə yetmir. İddiaçı işləməyib, uşağa qulluq etdiyi üçün alimentin artırılmasına ehtiyacı vardır. Cavabdehin maddi durumu normal olduğundan, tələb olunan alimenti ödəməyə maddi gücü yetərlidir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tаrixli, 2(014)-956/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(014)-1191/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyirinə uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 19 noyabr 2004-cü ildə anadan olmuş X4 18 yaşına çatana qədər onun saxlanılması üçün İddiaçı xeyrinə hər ay 150 (yüz əlli) manat alimentin tutulması, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə Ağdaş Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli 2(014)-221/2018 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı Şahmurad qızının xeyirinə iki uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 19 noyabr 2004-cü ildə anadan olmuş X4 18 yaşına çatana qədər onların saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat aliment tutulması, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşaqların mənafeyi, 2021-ci il üçün uşaqlara görə qanunla nəzərdə tutulmuş yaşayış minimumu nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə İbrahim adlı uşağın saxlanılması üçün 150 manat aliment tutulmalıdır. İddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarı nəzərə alınaraq aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır, iddia qalan hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasında 2021-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4, 78.1, 78.2-ci, 100.2-ci, 112.1-ci maddələri, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi, Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsi, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci, 9.4-cü maddələri, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli plenum qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası bərabərlik əsasında keçməmişdir, apelyatora məhkəmə iclası zalında özünün və övladının marağını qorumağa imkan yaradılmamışdır. Qəbul edilmiş qətnamə cavabdehin mənafeyini qoruyur. Qətnamə qəbul edilərək, birinci instansiya məhkəməsi alimentin qanunla nəzərdə tutulan minimum məbləğini diqqətə almamışdır. Məhkəmə qətnaməsi düzgün tərtib edilməmiş, tərəflərin tələblərinə birmənalı yanaşılmışdır. Apelyator evdar qadındır və oğlu on ildən artıqdır ki, xəstədir və ona qulluq edir. Bu səbəblə də, işləyə bilmir. Cavabdehin maddi vəziyyəti isə yaxşıdır, lakin o övladını tanımaqdan və onlara könüllü olaraq kömək etməkdən imtina edir. Ona görə də o, Ağdaş Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tаrixli, 2(014)-956/2021 saylı qətnaməsinin ləğv edilməsini, 19 noyabr 2004-cü il tarixində anadan olmuş oğlu X2 yetkinlik yaşına çatana qədər hər ay saxlanması üçün 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 uşağın xəstə olduğunu, həmçinin cavabdehin bağ-bağçasının olduğunu, maddi vəziyyətinin yaxşı olduğunu, ona görə də Ağdaş Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tаrixli, 2(014)-956/2021 saylı qətnaməsinin ləğv edilməsini, 19 noyabr 2004-cü il tarixində anadan olmuş oğlu X2 yetkinlik yaşına çatana qədər hər ay saxlanması üçün 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tаrixli, 2(014)-956/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun: «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də iş üzrə Ağdaş Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tаrixli, 2(014)- 956/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə Ağdaş Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli 2(014)-221/2018 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı Şahmurad qızının xeyirinə iki uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 19 noyabr 2004-cü ildə anadan olmuş X4 18 yaşına çatana qədər onların saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat aliment tutulması, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə tərəfindən qətnamə çıxarıldığı vaxtdan hazırki vaxtadək tərəflərin ailə və ya maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Belə bir dəyişiklik olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. İddiaçı alimentin artırılması və cavabdehin maddi vəziyətinin yaxşılaşması barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tаrixli, 2(014)-956/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tаrixli, 2(014)-956/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1482/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1482/2021
05.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver