Məhkəmə qərarları › İş №2(107)-1483/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1483/2021

04.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1483/2021 04.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(051)-970/2021 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(051)-970/2021 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia qismən təmin olunmuş, ünvan 1 ünvanında yaşayan Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq 26 dekabr 2008-ci il təvəllüdlü X5, 22 sentyabr 2010-cu il təvəllüdlü X3 və 30 avqust 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 160 (bir yüz altmış) manat, cəmi 480 (dörd yüz səksən) manat müəyyən edilməsi və hər ay tutularaq, ünvan 2 ünvanda yaşayan İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlanması qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 26 dekabr 2008-ci il təvəllüdlü X5, 22 sentyabr 2010-cu il təvəllüdlü X3 və 30 avqust 2012ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarının artırılıb hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 600 manat məbləğdə alimentin Cavabdeh alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 birinci instansiya məhkəməsinin iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 20058ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 26 dekabr 2008-ci il təvəllüdlü Əşrəfli Aytən, 22 sentyabr 2010-cu il təvəllüdlü Əşrəova Ayşən və 30 avqust 2012-ci il təvəllüdlü Əşrəfli Mədinə adlı üç nəfər uşaqları olmuşdur. Aralarındakı nikah 2018-ci ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Mingəçevir şəhər Məhkəməsinin 06.08.2020-ci il tarixli, 2(051)-1031/2020 saylı qətnaməsi ilə Cavabdeh 26 dekabr 2008-ci il təvəllüdlü X5, 22 sentyabr 2010-cu il təvəllüdlü X3 və 30 avqust 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa 130 manat olmaqla cəmi 390 manat alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Bundan əlavə əlavə təyin olunmuş alimentlə uşaqları saxlamaq çətindir. Uşaqlar böyüdükcə onların tələbatları da artır. Cavabdeh özü isə Rusiya Federasiyasında Neft şirkətində işləsə də heç bir maddi köməklik göstərmir. Özü isə heç bir yerdə işləmir. Halbuki, cavabdeh uşaqlarını saxlamaqda ona kömək etməyə borcludur. Odur ki, cavabdehdən tutulan alimentin miqdarının artırılıb, 26 dekabr 2008-ci il təvəllüdlü Aytən, 22 sentyabr 2010-cu il təvəllüdlü Ayşən və 30 avqust 2012-ci il təvəllüdlü Mədinə adlı uşaqlara ödənilən alimentin miqdraının artırılıb hər ay, hər bir uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat miqdarında aliment tutulması haqqında qətnamə çıaxrılması barədə məhkəməyə müraciət etmək məcburtiyyətində qalmışdır. Odur ki, cavabdehdən tutulan alimentin miqdarının artırılıb hər ay hər uşağa 26 dekabr 2008-ci il təvəllüdlü X5, 22 sentyabr 2010cu il təvəllüdlü X3 və 30 avqust 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarının artırılıb hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 600 manat məbləğdə alimentin Cavabdeh alınıb İddiaçı verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş və maddi hüquq normasını düzgün tətbiq etməmiş, qətnamədə göstərilən hallar iş materiallarına uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi iddiaçının maddi vəziyətinin aşağı səviyyədə olması halı iş materiallarında olan sübutlarla təsdiq olunmamış, qətnamədə göstərilən həmin hal iş materiallarına uyğun olmamışdır. Bundan başqa, iş üzrə sübutlarla iddiaçının maddi vəziyətinin yüksəldilməsi üçün təşəbbüs göstərməsi, lakin iradəsindən asılı olmayan səbəbdən maddi vəziyətində yüksəlişə nail ola bilməməsi, gəlir mənbəyinin olmaması halları da təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsinin mübahisənin həllində istinad etdiyi iddiaçının maddi və ailə vəziyyətində dəyişiklik olması sübut edilməmiş, yaşayış minimumu isə qətnamənin qəbul edilməsindən qısa müddət əvvəl və hər uşaq üçün 5 manat artırılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051 )-1031 /2020 saylı 06.08.2020-ci ilə alimentin miqdarı müəyyən olunduqdan sonra, keçən qısa müddət ərzində iddiaçının maddi vəziyyətində ağırlaşmaya doğru dəyişikliyin olması sübut edilmədiyindən, eləcə də birgə nikahlarından doğulmuş uşaqlarının hər iki valideynlərindən bərabər maddi təminat almaq hüquqları olduğundan iddia tələbi əsassızdır və təmin edilə bilməz. Mübahisə həll edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş, qətnamədə göstərilən hallar iş materiallarına uyğun olmamışdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(051)- 970/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(051)-970/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021ci il tarixli 2(051)-970/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş bir uşaq üçün 30 manat olmaqla 3 uşağa görə cəmi 90 manat alimentin artırılması hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiasının təmin edilmiş bir uşaq üçün 30 manat olmaqla 3 uşağa görə cəmi 90 manata aid olan hissəsi rədd edilməli, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 26 dekabr 2008ci il təvəllüdlü X10, 22 sentyabr 2010-cu il təvəllüdlü X7 və 30 avqust 2012-ci il təvəllüdlü X4 valideynləri X8 və X6r. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 06.08.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 22 sentyabr 2010-cu il təvəllüdlü X7 və 30 avqust 2012ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 130 manat olmaqla cəmi 390 manat məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 112.1-ci maddələrinə, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə və Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3, 5, 8 və 13-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulur. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış Aytən, Ayşən və Mədinə adlı uşaqlar böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyədədir və o uşaqlarını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Birinci instansiya məhkəməsi tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın alimentinin artırılaraq hər ay hər uşaq üçün 160 manat miqdarında tutulmasını məqsədəuyğun saymışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin hallarını əsas götürən məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi bu məzmunda qətnamə qəbul etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Birinci instansiya məhkəməsi alimentin artırılaraq hər ay hər uşaq üçün 160 manat miqdarında tutulmasını məqsədəuyğun saymışdır. Məhkəmə kollegiyası qpellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Mingəçevir şəhər Məhkəməsinin 06.08.2020-ci il tarixli, 2(051)-1031/2020 saylı qətnaməsi ilə Cavabdeh 26 dekabr 2008-ci il təvəllüdlü X5, 22 sentyabr 2010-cu il təvəllüdlü X3 və 30 avqust 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa 130 manat olmaqla cəmi 390 manat alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir ki, həmin məhkəmə qətnaməsinin qəbul edilməsindən o qədər də çox vaxt keçməmişdir, qətnamənin qəbul edildiyi vaxtdan bu vaxtadək iddiaçının maddi durumu və ya həyat şəraiti ilə bağlı onun vəziyyətini pisləşdirəcək, cavabdehin isə maddi vəziyyətini yaxşılaşdıracaq şəkildə heç nə dəyişməmişdir. Bunun əksini sübut edən hər hansı bir hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı qanuna əsasən onun iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə, qətnamənin iddianın təmin edilmiş bir uşaq üçün 30 manat olmaqla 3 uşağa görə cəmi 90 manata aid olan hissəsində ləğv olunmasına, iddianın təmin edilmiş bir uşaq üçün 30 manat olmaqla 3 uşağa görə cəmi 90 manata aid olan hissəsində rədd olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə iddianın təmin olunmuş bir uşaq üçün 30 manat olmaqla 3 uşağa görə cəmi 90 manat alimentin artırılması hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(051)-970/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş bir uşaq üçün 30 manat olmaqla 3 uşağa görə cəmi 90 manat alimentin artırılması hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiasının təmin edilmiş bir uşaq üçün 30 manat olmaqla 3 uşağa görə cəmi 90 manata aid olan hissəsi rədd edilməli, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(051)-970/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş bir uşaq üçün 30 manat olmaqla 3 uşağa görə cəmi 90 manat alimentin artırılması hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiasının təmin edilmiş bir uşaq üçün 30 manat olmaqla 3 uşağa görə cəmi 90 manata aid olan hissəsi rədd edilsin. Qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar