Məhkəmə qərarları › İş №2(107)-1486/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1486/2023

20.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1486/2023 20.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X5 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Kərimli Tunar Mübariz oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, 2(051)-1063/2023 saylı qərardadından Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(051)-1063/2023 saylı qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-664/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 220 manat müəyyən edilsin və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(051)-1063/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün X4 Mülki Kollegiyasına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1116/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(051)-1063/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, 2(051)-1063/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «alimentin miqdarnın artırılmasna» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(051)-1063/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsin müddətinin üzürsüz səbəbdən ötürüldüyü üçün bərpa edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinə baxarkən iddiaçının təqdim etdiyi və iddiasında göstərdiyi əsassız dəlilləri araşdırmamış, həmçinin onun sosial rifahı, hazırki ailə vəziyyətini nəzərə alınmamış, artırılan aliment məbləğini ödməklə bağlı maddi durumumun qənaətbəxş olub-olmaması yoxlanılmamışdır. Sözügedən qətnamə dövlət poçt xidməti vasitəsilə Mingəçevir şəhər Məhkəməsi tərəfindən ona rəsmi olaraq xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Lakin o, həmin qətnamədən prosessual müddətinin ötürmədən 2 dəfə xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə apellyasiya şikayəti yazıb yalnışlıqla Şəki Apellyasiya Məhkəməsinə dövlət poçtu vasitəsilə göndərmiş (poçt qəbzlərinin surəti əlavə olunur), həmin məhkəmə isə şikayətlərini ona geri qaytarmışdır. Nəhayət sözügedən apellyasiya şikayətini MPM-də nəzərdə tutulan forma və tələblərə riayət edərək hazırlamış və elektron informasiya sistemi vasitəsilə prosessual qaydalara əsasən Mingəçevir şəhər Məhkəməsinə təqdim etmişdir. Lakin, bu dəfə də Mingəçevir Şəhər Məhkəməsi hazırki qərardadla heç bir sübuta əsaslanmayan fikirlərlə onun ərizəsi təmin etməmiş və apellyasiya şikayətimin qaytarılması qənaətinə gəlmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1063/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizəsinin təmin edilərək, apellyasiya şikayətinin icraata qəbul edilib baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(051)-1063/2023 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarnın artırılması» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, 2(051)-1063/2023 sayl qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətinin təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, 2(051)-1063/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası iş materiallarına baxaraq qeyd edir ki, Cavabdeh məhkəmə qəbzinə 10 iyun 2023-cü il tarixdə imza etməklə qətnaməni rəsmi qaydada qəbul etmişdir. Bundan sonra Cavabdeh 11 avqust 2023-cü il tarixdə Mingəçevir şəhər məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(051)1063/2023 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Cavabdehin qətnamənin surətində 24 iyun 2023-cü il tarixdə almasına dair dəlil gətirsə belə o yenə də aprellypsiya şikayətini 11 avqust 2023-cü il tarixdə verdiyi üçün aprellyasiya şikayətinin verilmə müddətini ötürmüşdür. Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün müddətinin ötürülməmiş hesab edilməsi üçün əsas yoxdur. Belə ki, cavabdeh tərəfindən müddətin ötürülməsi məhkəmə tərəfindən deyil, cavabdehin özünün prosessual hərəkətsizliyi səbəbindən ötürülmüşdür. Həmin səbəblərin üzrlü sayılması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh mübahisəli qətnaməni xx.xx.2023-cü il tarixdə almış, aldığı tarixdən etibarən 1 ay onun şikayət vermə müddəti olmuşdur. Lakin cavabdeh qanunla ona verilmiş bu imkandan istifadə etməmiş, qətnamədən apelyasiya şikayəti verilməsi müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-ci maddəsinə əsasən, müddətin bərpası barədə ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə,şikayət verilməli, sənədlər təqdim edilməlidir və s.). “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında da deyilir ki, atılmalı olan formal adımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 7 noyabr 2023cü il tarixli, 2(051)-1063/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 7 noyabr 2023cü il tarixli, 2(051)-1063/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, 2(051)-1063/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar