Məhkəmə qərarları › İş №2(107)-1489/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1489/2021

04.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1489/2021 04.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(035)- 246/2021 nömrəli qətnaməsindən cavabdehlər X3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(035)-246/2021 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia qismən təmin olunmuş, cavabdehlər X4 və Cavabdeh1 taxıl sahəsini yararsız hala salınması ilə əlaqədar dəymiş maddi zərərə görə 1457 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 1487 manat məbləğində pulun müştərək qaydada alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən taxılın əkilməsi üçün çəkilmiş xərcə görə 410 manat, taxıl sahəsinin tamamilə yararsız hala salınması ilə əlaqədar dəymiş ziyana görə 1457 manat, dövlət rüsumuna görə 30 manat pulun müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon Təzəkənd bələdiyyəsinin 10.02.2007-ci il tarixli 02 saylı qərarına və İddiaçı ilə Zərdab rayon Təzəkənd bələdiyyəsi ilə arasında bağlanmış 10.03.2007-ci il tarixli icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus olan 1.0 ha torpaq sahəsi 15 il müddətinə əkinçilik məqsədi ilə iddiaçıya icarəyə verilmişdir. İddiaçı həmin torpaq sahəsində taxıl əkmiş, yüksək məhsuldarlıq əldə edilməsi üçün aqro-texniki qulluqla bağlı bütün zəruri tədbirləri görmüş və lazımı sıxlığı almışdır. İddiaçı ötən 13 il müddətində həmin torpaq sahəsindən hər hansı bir əngəl olmadan istifadə edərək icarə hüquqlarını həyata keçirsədə, 2021-ci ilin fevral ayının 13-dən cavabdehlər özbaşına olaraq həmin taxıl sahəsini otarmaqla, iddiaçının icarə hüquqlarına qanunsuz olaraq müdaxilələr edərək həmin hüququn həyata keçirilməsinə maneçilik törətmiş və iddiaçıya maddi ziyan vurmuşlar. Belə ki, cavabdehlər 2021-ci ilin fevral ayının 13-dən başlayaraq bu günədək həm özlərinə məxsus, həm də kəndin malqarasını (nobata gedərkən) taxıl sahəsinə salaraq otarmışlar. Ona görə də iddiaçı Azərbaycan Respublikusr-DİN-nin “ 102” xidmətinə məlumat vermişdir. Həmin məlumata əsasən Zərdab ıavon Polis Şöbəsi tərəfindən 15.02.2021-ci il tarix|i məktubla Zərdab rayon X10 Mərkəzinə tnüracibt olunaraq sahəyə baxış keçirilməsi tapşırılmış və həmin mərkə^jı rnütəxəsisləri tbrəfindəlhı taxıl sahəsinə baxış keçirilərək 16.02.2021-ci il tarixli rəy verilmişdir. Həmin rəydə göstərilmişdir ki, bundan sonra heyvanların otarılması olmazsa və əlavə tədbir görülərsə məhsul götürülməsi mümkün ola bilər. Ona görə də həmin vaxt rəyə əsasən yalnız sahəyə taxıl əkilməsi üçün xərclər hesablanmış, əldən çıxmış fayda hesablanmamışdır. Lakin təəssüf ki, cavabdehlər tərəfindən qanunsuz əməllər davam etdirilmiş və sonrakı vaxtlarda da, hətta hal-hazıradək sahə mal-qaraya ötazdırılmış, nəticədə məhsul demək olar ki, tamamilə məhv olmuşdur. Məhkəmə prosesinin gedişində məhkəmənin sorğusuna əsasən taxıl sahəsinə Zərdab rayon X10 Mərkəzinin mütəxəsisi tərəfindən yenidən baxış keçirilmiş, taxıl sahəsinin tamamilə otarıldığı və sahədən məhsul gözlənilmədiyi müəyyən edilərək, məhv olmuş məhsulun 28-31 sentner və ya 2800-3100 kq olduğu müəyyən edilmişdir. Bu isə iddiaçıya 1457 manat məbləğində maddi ziyan vurulması deməkdir. Cavabdehlər hazırda da iddiaçıya ziyan vurmaqda davam edirlər. Dəfələrlə xəbərdarlıq etməsinə və məhkəmədə iddia qaldırmasına baxmayaraq cavabdehlər qanunsuz hərəkətlərindən əl çəkməmişlər. Cavabdehlər Teymur İsrəfılov və Cavabdeh1 öndə gedərək kəndin mal-qarasını sözügedən taxıl sahəsinə salaraq iddiaçıya maddi ziyan vurulmasında xüsusi fəallıq göstərərək, edilən qanunsuz əməllərdə öndə getmişlər. Ona görə də iddiaçıya maddi zərərin vurulmasında xüsusi canfəşanlıq etdikləri üçün iddiaya cavab verməli olan şəxs kimi hazırkı cavabdehlər seçilmişdir. Hesab edir ki, cavabdehlər bu qanunsuz və özbaşına əməlləri ilə iddiaçının icarəvə mülkiyyət hüquqlarını pozmaqla bərabər, həm ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi barədə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına qarşı çıxırlar. Hesab edir ki, iddiaçının icarə və mülkiyyət hüquqlarına dövlət tərəfindən təminat verilməlidir. Heç kəsin özbaşnalığına yol verilə bilməz. Hamı qanun qarşısında məsuliyyət daşımalıdır. Ona görə məhkəmədən iddianın təmin edilməsi, yəni cavabdehlərdən 1897 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayonunun Təzəkənd kəndində yaşayır. Özünün şəxsi təsərrüfatında 02 baş iribuynuzlu heyvanı vardır. Həftədə 2-3 dəfə pul müqabilində nobata gedir, yəni kəndin mal-qarasını otarmaqla məşğul olur. İddiaçı 2007-ci ildən icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus 1.0 ha torpaq sahəsini icarəyə götürüb əkir. Cari mövsüm üçün də orada buğda əkmişdir. Kənd sakinlərinin narazılığını nəzərə alan bələdiyyə sədri 10.02.2021-ci il tarixli məktubla iddiaçıya müraciət edərək torpaq sahəsini boşaldaraq bələdiyyənin mülkiyyətinə qaytarılması barədə iddiaçıya xəbərdarlıq etdiyi üçün iki gün sonradan başlayaraq bu günə kimi həm özünün, həm də nobata gedərkən kəndin naxırını (təxminən 150-200 baş mal-qaranı) iddiaçıya məxsus taxıl sahəsinə aparıb otarır. Hazırkı iş üzrə digər cavabdeh Teymur İsrəfılov da onunla birlikdə olmuşdur. Lakin, təkcə onlar deyil, digər sakinlər də iddiaçıya məxsus taxıl sahəsini otarmışlar. Həm də özbaşına deyil, Zərdab bələdiyyəsinin 10.02.2021-ci il tarixli məktubunu əsas götürərək otarmışlar. İddiaçının nə üçün yalnız onların ikisini cavabdeh seçməsini anlaya bilmir. Hesab edir ki, iddia tamamilə qanunsuzdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi X1 Zaur Təhla oğlunun izahatına uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər X3 və Cavabdeh1 аpellyаsiyа şikаyətləri vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh X3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Torpağın mülkiyyətçisi olan Zərdab bələdiyyəsi iddiaçı ilə bağlanmış icarə müqaviləsini ləğv etmiş, bu barədə 10 fevral 2021-ci il tarixli məktubla İddiaçı məlumat verilmişdir. İddia ərizəsində göstərildiyi kimi Təzəkənd kənd sakinlərinə məxsus mal-qara iddiaçının icarəsində olan torpaq sahəsində iddiaçı müvafiq xəbərdarlıq məktubunu aldıqdan iki gün sonra otarılmışdır. Bundan başqa həmin torpaq sahəsində bütün Təzəkənd kəndin sakinlərinin mal qarası otarılmış, bu barədə sübutlar məhkəməyə təqdim edilmişdir. Zərdab X10 mərkəzindən iddiaçıya dəymiş ziyanla bağlı verilmiş akt sübut kimi qəbul edilməməlidir. Belə ki, iddiaçının icarəsində olan torpaq sahəsi örüş otlaq sahəsidir, həmin sahədən əkin sahəsi kimi istifadə edilməməlidr, qanunsuz əkilmiş əkininin otarılmasına görə məsuliyyət cavabdehlərin üzərinə qoyula bilməz. İddiaçının məhkəməyə təqdim etdiyi, məhkəmənin isə "şübhədənkənar sübut" kimi qəbul edərək iddanın təmin edilməsində istinad etdiyi fotoşəkillərdə iddiaçının icarəsində olmuş torpaq sahəsində kütləvi mal qara müşahidə olunmuşdur( barəsində şikayət verilən məhkəmə aktı, səh 3 abz, 3). Onların mülkiyyətində cəmi 6 baş mal-qara vardır, bundan başqa iddiaçı fevral ayında icarəsində olan torpaq sahəsinin otarıldığını iddia edir, həmin ayda, eləcə də mart ayında qış fəsli ilə əlaqədar ot örtüyü demək olar ki, cüzi olur. Dəymiş zərərin gözlənilən məhsulun dəyəri əsasında (ehtimal olunan dəyəri) müəyyən edilməsinə dair məhkəmənin qənaəti heç bir məntiqə sığmır, çünki iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin təyinatı örüş torpaq sahəsidir, örüş torpaqlarının isə qanunvericiliyə əsasən müvəqqəti əkilən sahəsi bütün sahənin 3%-dən yuxarı ola bilməz. Odur ki, istinad edilən sübut "şübhədənkənar sübut" sayıla bilməz. Məhkəmə tərəflərə bərabər yanaşmamış, bir sıra vəsatətlərini əsassız və qanunsuz olaraq təmin etməmişdir. Məhkəmədə cavabdehlər dövlət hesabına vəkillə təmin olunmalarını, bu olmadıqda vəkillə müqavilə bağlanması üçün vaxt verilməsini xahiş etmişlər. Lakin məhkəmə bu vəsatəti təmin etməmişdir. Bundan başqa cavabdehlər məhkəmə ekspertizasının keçirilməsini, dəymiş hesab edilən ziyanın dəqiqləşdirilməsini xahiş etmişlər. Bu vəsatət də təmin edilməmişdir. Məhkəmədə bildirmişlər ki, iddiaçı örüş sahəsini qanunsuz olaraq əkib, yonca bitkisi birinci il minimum məhsul verir, torpaq sahəsinə baxış keçirən mütəxəssislər sahədə ot örtüyünün olmadığını müşahidə etmiş, bu barədə protokol tərtib etmişlər. Lakin bu sənəd məhkəmə tərəfindən obyektiv qiymətləndirilməmişdir. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(035)- 246/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 cavabdeh X3 ilə eyni məzmunlu apellyasiya şikayəti verərək onu əsaslandırıb göstərmişdir ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(035)- 246/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(035)-246/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər X3 və Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər X3 və Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(035)-246/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş 1457 manata aid olan hissəsində ləğv edilməli, iş üzrə ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı 1457 manat dəymiş maddi ziyanın ödənilməsi tələbi qismən təmin edilməli, dəymiş maddi ziyana görə 410 manat cavabdehlər X3 və Cavabdeh1 alınıb İddiaçı verilməli, iddia tələbinin qalan hissəsi təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Zərdab rayon Təzəkənd bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 10.03.2007-ci il tarixli icarə müqaviləsindən görünür ki, Zərdab rayon Təzəkənd bələdiyyəsinin (hazırkı Zərdab bələdiyyəsinin) 10.02.2007-ci il tarixli 02 saylı qərarı əsasında İddiaçı həmin kəndin ərazisindən 1.0 ha torpaq sahəsi əkinçilik m əqsədi ilə 15 il müddətinə icarəyə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Zərdab X10 Mərkəzinin direktoru V.Bayramov tərəfindən Zərdab rayon Polis Şöbəsinə ünvanlanmış 27-R saylı, 16.02.2021-ci il tarixli məktubdan (Rəydən) görünür ki, Zərdab RPŞ-nin rəis müavini U.Ağayevin 15.02.2021-ci il tarixli məktubuna əsasən Zərdab rayon X10 Mərkəzinin mütənasibləri tərəfindən hazırkı iddiaçıya məxsus taxıl sahəsinə baxış keçirilərək sahədə aqrotexniki qaydalar gözlənilməklə əkin aparıldığı, bitiş suyu vurulduğu, sahədə normal sıxlıqda bitki örtüyünün və mövsümə uyğun inkişafda olduğu, mal-qaranın kütləvi otarılması səbəbindən əkinə ciddi ziyan dəydiyi, bundan sonra heyvanların otarılması olmazsa və əlavə tədbir görülərsə məhsul götürülməsinin mümkün ola biləcəyi göstərilmişdir. Rəyə əsasən yalnız sahəyə taxıl əkilməsi üçün xərclər hesablanaraq (məhsula görə gəlir (əldən çıxmış fayda) hesablanmamışdır): - şum 1 x 40 = 40; mala 1 x 30 =30; səpin 1 x 20 = 20; toxum 220 kq x 1.0 = 220; suvarma kanalları çəklişi 40; suvarma suyu, suçu pulu, digər xərclər 60 manat, cəmi 410 manat müəyyənləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Zərdab X10 Mərkəzinin direktoru V.Bayramov tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 47-R saylı, 06.04.2021-ci il tarixli Rəydən görünür ki, İddiaçı məxsus 1.0 ha buğda sahəsinə mütəxəsislər tərəfindən baxış keçirilmiş, baxış zamanı əkin sahəsinin tamamilə otarıldığı və sahədən məhsul gözlənilmədiyi, buğdanın əkilməsinə çəkilən xərclərin 400-450 manat arasında qiymətləndirildiyi, rayon üzrə orta məhsuldarlığın ötən mövsümdə 34.5 sentner olduğu, hazırda ötən mövsümün buğda məhsulunun 0.45-0.47 manat arasında ticarət edildiyi, sahədə bitki qalıqları əsasında bitki sıxlığı, bitki sayı və kollama vəziyyətinə əsasən məhv olmuş məhsulun 28-31 sentner arası və ya 2800-3100 kq ola biləcəyi müəyyənləşdirilmişdir. İşdə olan İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən görünür ki, ona məxsus taxıl sahəsində kütləvi mal-qara vardır. Cavabdehlər məhkəmə iclasında həmin fotoşəkildəki sahənin iddiaçıya məxsus olduğunu təsdiq etmişlər. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 24, 29.2, 60.1 və 71-ci maddələrinə, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 17.1, 18, 21, 152.1, 164.1, 560.1, 1096.1, 1096.2 1097.1 və 1115-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1 və 84.3-cü maddələrinə, “Azərbaycan Respublikasında mülkiyyət haqqında” 09.11.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 4.0.2 və 5.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Kostitusiyasmın 24-cü maddəsinin İİİ-cii hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan sui-istifadıyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Kostitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (İatriadis Yunanıstana qarşı işüzrə 25.03.1999-cu il tarixli Qərar, n 31107/96, §54). “Mülkiyyət” anlayışı-“möycud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağ ı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 17.1-ci maddəsinə görə bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya vəəxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1096.1, 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulmasıüçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmişəmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” 09.11.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4.0.2-ci maddəsinə görə müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyəti bələdiyəyə məxsusdur. Həmin Qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Zərdab rayon Təzəkənd (indiki Zərdab bələdiyyəsi) bələdiyyəsi ilə aralarında bağlanmış 10.03.2007-ci il tarixli icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus olan 1.0 ha torpaq sahəsi 15 il müddətinə əkinçilik məqsədi ilə hazırkı İddiaçı icarəyə verilmişdir. İddiaçı ötən 13 il müddətində hər hansı bir etiraz olmadan sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirərək, istifadə etmiş, iddiaçı cari mövsüm üçün həmin torpaq sahəsinə buğda əkmiş və torpaq sahəsi buğda əkini altında olmuşdur. İddiaçı yüksək ınəhşuldarlıq əldə edilməsi üçün aqro-texniki qulluqla bağlı bütün zəruri tədbirləri görmüş və lazımi sıxlığı almışdır. Əvvəlki illərdə hər hansı bir çətinlik olmasa da, 13.02.2021-ci il tarixdən cavabdehlər iddiaçıya məxsus taxıl sahəsini sonuncunun iradəsinə zidd olaraq özbaşına heyvanlara otarmaqla iddiaçıya maddi ziyan vurmuşlar. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər məhkəmə iclasında sözügedən torpaq sahəsinin iddiaçıya qanunsuz verildiyini bildirərək iddiaçının buğda sahəsini heyvanlara otazdırdıqlarını inkar etməyərək, özbaşına deyil, Zərdab bələdiyyəsinin 10.02.2021 -ci il tarixli məktubunu əsas götürərək otardıqlarını bildirərək özlərini haqlı bilmişlər. Birinci instansiya məhkəməsində məhkəmə prosesinin gedişində iş üzrə rəy vermək üçün dövlət orqanı kimi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Zərdab X10 Mərkəzi məhkəmə tərəfindən cəlb edilmiş və iş üzrə müvafiq Rəy alınmışdır. Birinci instansiya məhkəməsi iddiaçının iddiaya cavab verməli olan şəxslər kimi yalnız hazırkı cavabdehləri seçməsi məsələsinə münasibətdə qeyd etməyi lazım bilmişdir ki, bu mülki prosesual qnunvericilik normalarının müddəalarına uyğundur. Belə ki, mülki prosesual qanunvericiliyə əsasən məhkəmələrdə mülki işlərin başlanması, iddia tələbinin həcminin artırılması və azaldılması, iddia tələbindən tam və ya qismən imtina etmək, mübahisənin barışıq sazişi ilə bitirmək iddiaçının sərəncamı ilə mümkün olduğundan məhkəmə hesab edir ki, iddiaçının yalnız hazırkı cavabdehlərə qarşı iddia irəli sürərək iddianı müdafiə etməsi hüquqa zidd deyildir. Birinci instansiya məhkəməsi iddiaya hüquqi qiymət verərkən ilk növbədə maddi zərərin vurulması barədə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sözügedən torpaq sahəsi Zərdab rayon Təzəkənd (indiki Zərdab bələdiyyəsi) Bələdiyyəsinin mülkiyyəti olduğundan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən normalarının tələbləri baxımından bələdiyyə həmin torpaq sahəsini iddiaçıya icarəyə verməkdə, iddiaçı isə bələdiyyə ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirtməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi cavabdehlərin hərəkətlərinin qanuni olub-olmamasma dair hüquqi dəyərləndirmə apararaq hesab etmişdir ki, sözügedən icarə müqaviləsi məhkəmə qaydasında ləğv olunmadığı halda cavabdehlərin iddiaçının əkinçilik m əqsədi ilə icarəsində olmaqla əkin (buğda) altında olan torpaq sahəsinə birbaşa müdaxilə etmələri qanunla qadağan olunan özbaşnalıqdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə iclasında cavabdehlər iddianı qəbul etməsələr də, iddiaçının icarə və əmlak hüququna etdikləri müdaxilənin qanuni olmasını məhkəmə iclasında əsaslandıra bilməmişlər. Ona görə də birinci instansiya məhkəməsi cavabdehlərin yuxarıda qeyd olunan hərəkətlərini başqasına ziyan vurmağa yönəlmiş qanunla qadağan olunan özbaşnalıq kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər iddiaçıya məxsus buğda sahəsinin otarılmasma aidiyyətləri məhkəmə iclasında sübut olunduğu üçün onlar iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşımalıdırlar. Cavabdehlər həmin vaxt özbaşına deyil, bələdiyyə sədrinin məktubuna uyğun hərəkət etdiklərini bildirsələr də, məzmununda onların iddiaçıya məxsus əkin sahəsinin otara bilmələri barədə bələdiyyənin hər hansı bir göstəriş verməsinə dair məlumatın olduğu məktubu məhkəməyə təqdim etməmişlər. Onların məhkəməyə təqdim etdikləri bələdiyyə sədrinin 10.02.2021-ci il tarixli məktubda (məktub kserosurətdən ibarətdir) torpaq sahəsinin boşaldılması barədə iddiaçıya yönəlik müraciətin əks olunduğu görünür. Bu isə iddiaçının həmin torpaq sahəsini dərhal boşaltmalı olması demək deyildir və olsa-olsa məhkəmə mübahisəsinə yol açır. Cavabdehlər məhkəmə iclasında iddianı qəbul etmədiklərini bildirsələr də, öz etirazlarını əsaslandıra bilməmiş, iddianın rədd olunması üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişlər. İddiaçı isə yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandıra bilmişdir. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus sözügedən taxıl sahəsinin fotogörüntülərinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Zərdab X10 Mərkəzinin rəylərinə, Zərdab rayon Təzəkənd bələdiyyəsi ilə hazırkı İddiaçı arasında bağlanmış 10.03.2007-ci il tarixli icarə müqaviləsinə qarşılıqlı şəkildə qiymət verərək hesab etmişdir ki, həmin sübutlar iddianın təmin edilməsi üçün hüquqi əhəmiyyətə malikdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Hazırkı İddiaçı icarə hüququ əsasında ona məxsus torpaq sahəsində əkmiş olduğu əkin (hazırkı halda buğda) onun mülkiyyəti olmuş, həmçinin həmin əkindən gözlənilən fayda “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasımn 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən onun üçün mülkiyyətin əldə edilməsinin “qanuni gözləntisi”ni təşkil edir. Azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələgələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilərdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Müqavilə üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir. Bu isə ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehlər icarə hüququ əsasında iddiaçıya məxsus buğda sahəsini özbaşına, iddiaçının iradəsinə zidd olaraq heyvanlara otazdırmaqla iddiaçıya maddi zərər vurduqlarına, iddiaçını gələcək faydadan (gəlirdən) məhrum etdiklərinə görə iddiaçı qarşısında müştərək qaydada mülki hüquqi məsuliyyət daşımalıdırlar. İddiaçının icarə və mülkiyyət hüququna təminat verilməli, ona dəymiş ziyan mütəxəssis rəyində müəyyən edilmiş yuxarı miqdar əsas götürülməklə, yəni buğdanın otarılmasına görə 3100 kq buğda x 1.0 ha = 3100 kq buğda; 3100 kq buğda x 0.47 manat = 1457manat miqdarında hesablanmaqla cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi şuma görə 1 x 40 = 40 manat; malaya görə 1 x 30 =30 manat; səpinə görə 1 x 20 = 20 manat; toxuma görə 220 kq x 1.0 = 220 manat; suvarma kanalları çəklişinə görə 40 manat; suvarma suyu, suçu pulu, digər xərclərə görə 60 manat, cəmi 410 manat tələbinə dair hissədə iddiaya hüquqi qiymət verərək hesab etmişdir ki, adıçəkilən xərclər son məhsulun tərkib hissəsinə daxil olduğu və son məhsul yuxarıda qeyd olunan qaydada qiymətləndirilərək təmin edildiyi üçün ayrı şəkildə qiymətləndirilərək tələb edilə bilməz. İddiaçının icarə və mülkiyyət hüququna təminat verilməli, iddia qismən təmin edilməli, iddiaçıya dəymiş maddi zərərə görə 1457 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməli, xərclərə görə 410 manat tələbinə dair hissədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılması üçün iddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin hallarını əsas götürən məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi bu məzmunda qətnamə qəbul etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə, qətnamənin iddianın təmin olunmuş 1457 manata aid olan hissəsində ləğv olunmasına, iddianın qismən təmin olunmasına əsas olan hallar müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı şuma görə 1 x 40 = 40 manat; malaya görə 1 x 30 =30 manat; səpinə görə 1 x 20 = 20 manat; toxuma görə 220 kq x 1.0 = 220 manat; suvarma kanalları çəklişinə görə 40 manat; suvarma suyu, suçu pulu, digər xərclərə görə 60 manat, cəmi 410 manat məbləğində ziyanın dəyməsi sübuta yetirilməsinə baxmayaraq son məhsulun hər kiloqramının qiymətinin 0.47 manat olan 3100 kiloqram buğda məhsulu olacağı ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Movcud olmayan və gələcəkdə mövcud olacağı fərziyyələr əsasında ehtimal olunan məhsulla bağlı ziyanın tələb edilməsi və həmin tələbin təmin edilməsi əsaslı sayıla bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə iddianın təmin olunmuş 1457 manata aid olan hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdehlər X3 və Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(035)-246/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş 1457 manata aid olan hissəsində ləğv edilməli, iş üzrə ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı 1457 manat dəymiş maddi ziyanın ödənilməsi tələbi qismən təmin edilməli, dəymiş maddi ziyana görə 410 manat cavabdehlər X3 və Cavabdeh1 alınıb İddiaçı verilməli, iddia tələbinin qalan hissəsi təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddia tələbinin həcmi 2000 manatdan az olduğundan qəbul ediləcək qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər X3 və Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(035)-246/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş 1457 manata aid olan hissəsində ləğv edilsin. İş üzrə ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı 1457 manat dəymiş maddi ziyanın ödənilməsi tələbi qismən təmin edilsin. Dəymiş maddi ziyana görə 410 manat cavabdehlər X3 və Cavabdeh1 alınıb İddiaçı verilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar