Məhkəmə qərarları › İş №2(107)-149/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-149/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-149/2022 19.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 qаrşı iş üzrə (açar sözlər: borc tələbi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiаçı İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 qаrşı “borc tələbinə dаir” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(014)-13/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. 18 iyul 2013-cü il tarixli 111.LN.2004.180713.00002 saylı müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 istifadə müddəti 36 ay olan 15000 manat məbləğində kredit verilmiş, cavabdeh kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin kredit müqaviləsinin təminatı olaraq bağlanmış 18 iyul 2013-cü il tarixli 111.CL.180713.00002/a saylı ipoteka müqaviləsi ilə Fərhad Fəxrəddin oğlu, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan .Ağdaş şəhər, N.Nərimanov küçəsi 13A saylı xüsusi mülkiyyətdə olan 0.0402 saylı torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. xx.xx.2016-ci il tarixə olan Maliyyə arayışından məlum olur ki, həmin tarixə Cavabdeh1 iddiaçıya 6666.70 manat əsas borc üzrə, 1307.66 manat faizlər üzrə, 1160.84 manat cərimə olmaqla cəmi 9135.2 manat məbləğində borcu mövcuddur.

4. AB Consulting MMC tərəfindən verilmiş 23 yanvar 2018-ci il tarixli 008/AGB/18 saylı qiymətləndirmə rəyindən məlum olur ki, Cavabdeh1 məxsus Ağdaş şəhəri, N.Nərimanov küçəsi ünvanında mülkiyyətdə olan 0.0402 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 13 A nömrəli fərdi yaşayış evinin 22 yanvar 2018-ci il tarixinə olan qiyməti 31 000 (otuz bir min) manat təşkil edir.

5. Хəbərdаrlıq və bildiriş məktublаrındаn görünür ki, İddiaçı ASC prеtеnziyа qаydаsınа riаyət еdərək, cаvаbdеhlərdən bоrcu ödəmələrini tələb еtmiş, əks təqdirdə məhkəməyə mürаciət оlunаcаğı bаrədə оnları хəbərdаr еtmişdir.

6. İddiaçı tərəfindən cavabdehlərə xx.xx.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilərək, tutmanın ipoteka pedmetinə yönəldiləcəyi barədə məhkəməyə müraciət olunacağına dair xəbardarlıq edilmişdir.

7. İddiaçı tərəfindən verilmiş tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 16 iyun 2017-ci il tarixdə ********** saylı № ilə qeydə alınmışdır.

8. İddiаçı İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 qаrşı «borc» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 iyul 2013-cü il tarixli 111.LN.2004.180713.00002 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixə olan 6666.70 manat əsas, 1307.66 manat faiz, 1160.84 manat cərimə olmaqla, cəmi borcu 9135.20 manat məbləğində borcun tutulması; Tutmanın Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 2 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və borcun ünvan 2 saylı fərdi yaşayış evinin açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi; Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 2 saylı fərdi yaşayış evinə yönəldildikdə və onun satışından 1 ay sonra həmin fərdi yaşayış evin istifadə hüquqlarının itirilmiş hesab ediməsi, evdən çıxarılması və evin boşaldılması; Tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18 iyun 2013-cü il tarixli 111.LN.2004.180713.00002 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 36 ay müddətinə illik 6 % ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. 18 iyun 2013-cü il tarixdə 111.LN.2004.180713.00002 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 (ipoteka qoyan) arasında 18 iyul 2013-cü il tarixli 111.LN.2004.180713.00002/a saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqaviləninin şərtlərinə görə İddiaçı ASC-yə Ağdaş şəhəri N.Nərimanov küçəsi 13A saylı fərdi yaşayış evinə ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir.Cavabdeh1 18 iyul 2013-cü il tarixli 111.LN.2004.180713.00002 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2016-cı il tarixə olan 6666.70 manat əsas, 1307.66 manat faiz, 1160.84 manat cərimə olmaqla cəmi borcu 9135.20 manat təşkil edir. Bu günədək Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə fazilərin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində Həmin Məcəllənin 295 və 319-cu maddələrinə əsasən İddiaçı ASC-yə ipoteka müqaviləsinin şərlətinə görə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququ vermişdir.

10. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2019-cu il tarixli 11789 saylı еkspеrt rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəaitlərinə dair hesabdan çıxarış və xx.xx.2013-cü il tarixli 111.LN.2004.180713.00002 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2016cı il tarixə (iddia ərizəsində və arayışda göstərilən tarix) banka olan borcu 7051.90 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 6638.12 manat, faiz borcu üzrə 413.78 manatdır.

11. Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) 27 yanvar 2020-ci il tarixli, 2(014)-13/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 18 iyul 2013cü il tarixli 111.LN.2004.180713.00002 saylı kredit müqaviləsi üzrə əsаs krеdit bоrcu 6638.12 manat, faiz borcu 413.78 manat, gecikməyə görə cərimə borcu 200 manat olmaqla cəmi 7251.90 manatın tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 18 iyul 2013cü il tarixli 111.LN.2004.180713.00002/a saylı müqaviləyə əsasən onlara məxsus olub ünvan 1 ünvanında yerləşən 0.0402 hektar torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönləndilməsi, həmin torpaq sahəsi və üzərində yerləşən evin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada cavabdehdən tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 31000 manat məbləğində müəyyən edilməsi, fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 0.0402 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi, ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu və 31 manat bildirişin qeydə alınmasına dair xərc, cəmi 61 manatın isə müştərək qaydada cavabdehlərdən alınaraq İddiaçı ASC-nin hesabına ödənilməsi, cаvаbdеh Cavabdeh1 145 manat ekspertiza xərcinin tutularaq Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir.

12. İş üzrə qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin qətnaməsi ilə tələb İpoteka predmetinin ilkin satış qiyməti 31000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin gəldiyi nəticə ilə aşağıda qeyd olunanlara görə razı deyil. Bildirir ki, ipoteka predmetlərinin ilkin satış qiymətini "xxxx" MMC əsassız olaraq həddindən az məbləğdə müəyyən etmişdir. Belə ki, "xxxx" MMC ünvan 2 ünvanında yerləşən 0.0402 hektar torpaq səhəsi və üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətini 31000 manat məbləğində müəyyən edərkən həmin ərazidə əmlakın bazar qiymətinin formalaşmasına təsir edən halları nəzərə almamışdır. Ağdaş şəhəri, N.Nərimanov küçəsində satışa çıxarılmış əmlakların internet səhifələrində yerləşdirilmiş satış elanlarından da görünür ki, həmin ərazilərdə əmlakların qiyməti yüksəkdir. Hesab edir ki, işə apellyasiya məhkəməsində baxılarkən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün təkrar qiymətləndirmə ekspertizası keçirilməli və ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. Göstərilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(014)-13/2020 saylı qətnaməsini qismən - ipoteka predmetinin ilkin satış qiymətinin 31000 manat məbləğində müəyyən edilməsinə dair hissəsində ləğv edilməsi, həmin əmlakın qiymətinin müəyyən edilməsi üçün təkrar qiymətləndirmə ekpertizası keçirməklə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

15. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini qismən (ipoteka predmetinin ilkin satış qiymətinin 31000 manat məbləğində müəyyən edilməsinə dair hissəsində) mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317-ci və “İpotekа hаqqındа” Azərbaycan Respublikası Qаnununun 34.1.2-ci mаddəsinə əsаsən öhdəlik üzrə fаizlərin ödənilməsi müddətlərinin аrdıcıl olаrаq iki dəfə pozulmаsı nəticəsində ipotekа sаxlаyаn ipotekа predmetinə tutmаnı yönəltməklə, onun sаtılmаsını, əldə edilmiş puldаn kredit borcunun, hesаblаnmış fаizlərin və cərimələrin, həmçinin bununlа bаğlı çəkilmiş bütün xərclərin ipotekаyа qoyulmuş əmlаk hesаbınа ödənilməsini tələb edə bilər. “İpoteka haqqında” Azərbаycаn Respublikаsı Qаnunu: Maddə 1.0.6. İpoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 39.3. Məhkəmə ipotekа predmetinə tutmаnın yönəldilməsi hаqqındа qərаr qəbul edərək, qərаrdа ipotekа predmetinin ilkin sаtış qiyməti ipotekа qoyulаn ipotekа sаxlаyаnın rаzılаşmаsı əsаsındа, mübаhisə olduqdа isə müstəqil qiymətləndiricinin rəyi əsаsındа məhkəmə tərəfindən müəyyən edilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.1. İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(014)-13/2020 saylı qətnaməsi mübahisələndirilən - ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməlidir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

22. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. Apellyasiya şikayətinin əsas dəlili ipoteka predmetinin ilkin satış qiymətinin aşağı həddə göstərilməsidir.

24. Məhkəmə kollegiyası işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərinin kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissələrində düzgün nəticəyə gəlsə də, ipoteka predmetinin ilkin satış qiymətinin 31000 manat məbləğində müəyyən edilməsində səhvə yol vermişdir.

25. Əvvala ipoteka predmetinin qiymətləndirilməsi bir neçə il əvvəl-2018-ci ildə aparılmışdır. Həmin vaxtdan keçən müddət ərzində daşınmaz əmlaklların qiymətlərində müəyyən artımın baş verdiyi danılmazdır. İkincisi, həmin qiymətləndirmə rəyində daşınmaz əmlakın likvid qiyməti müəyyən edilməmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında olan tövsiyyələrini nəzərə alıb, iş üzrə qаnuni və obyektiv qərаr qəbul edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2022-ci il tarixli, 2(107)-149/2022 saylı qərardadları ilə ipoteka predmetlərinin qiymətləndirməsi üçün müstəqil qiymətləndirici ekspert dəvət edilmiş, ipoteka predmetinin qiymətləndirməklə likvid qiymətinin müəyyən edilməsi "xxxx" MMC-yə həvalə edilmişdir.

28. "xxxx" MMC-nin 09 iyun 2022-ci il tarixli, G-06/22-150 nömrəli rəyində qeyd olunur ki: - Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0.0402 hektar torpaq səhəsində yerləşən fərdi yaşayış evinin bazar və likvid qiyməti 09 iyun 2022-ci il tarixinə aşağıdakı kimidir:

- Bazar dəyəri – 39.000 (otuz doqquz min) manat, - Likvid dəyəri – 35.000 (otuz beş min) manat.

29. Məhkəmə kollegiyası sözügedən ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin 35.000 manat təşkil etməsi barədə qiymətləndirmə şirkətinin rəyi ilə razılşır. Belə ki, həmin qiymətləndirmə rəyi daha çox reallığı əks etdirir.

30. Məhkəmə kollegiyası hesab edir ki, həmin rəyə hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

32. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

33. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(014)-13/2020 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0.0402 hektar torpaq səhəsində yerləşən fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 35.000 manat məbləğində müəyyən edilməlidir.

35. İş üzrə aparılmış qiymətləndirmə tədqiqatlarının dəyəri təşkil edən - 200 (iki yüz) manat məbləğində (VÖEN: **********, “Azərbaycan Beynəlxalq Bankı” ASC Abşeron filialı, VÖEN: **********, M/h:AZ03NABZ013501**********2944, Kodu: 805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h :AZ52İBAZ********************) pul vəsaiti Cavabdeh1 tutularaq qeyd olunan hesaba ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(014)-13/2020 saylı qətnaməsi mübahisələndirilən - ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0.0402 hektar torpaq səhəsində yerləşən fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 35.000 manat məbləğində müəyyən edilsin. İş üzrə aparılmış qiymətləndirmə tədqiqatlarının dəyəri təşkil edən - 200 (iki yüz) manat məbləğində (VÖEN: **********, “Azərbaycan Beynəlxalq Bankı” ASC Abşeron filialı, VÖEN: **********, M/h:AZ03NABZ013501**********2944, Kodu: 805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h :AZ52İBAZ********************) pul vəsaiti Cavabdeh1 tutularaq qeyd olunan hesablara ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar