Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-149/2023 12.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsədən tutulmasına dair” mülki iş üzrə (Açar sözlər: kredit borcu, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsədən tutulmasına dair” Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(035)-559/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh əsas borca görə 1083.26 manat, ödənilmiş dövlət rüsumuna görə 37.35 manat və xidmət haqqına görə 0.40 manat pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan X4 "xxxx" ASC-nin Ağdaş filialı ilə bağladığı 373-xx.xx.2017-SM176 saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 29.78 faiz dərəcəsi ilə, 36 ay müddətinə hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə uyğun olraq geri ödəmək şərti ilə 1600 manat məbləğində pul götürmüşdür. X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Zərdab rayon Dövlət Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2058 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, mərhum X3 miras əmlakını qəbul edilməsi barədə Zərdab rayon Gödəkqobu kəndində qeydiyyatda olan arvadı Cavabdeh xx.xx.2019-cu il tarixli, 169 rester nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı "xxxx" ASC öhdəliyinə əməl etsə də, borclu X4, onun vəfatından sonra isə vərəsəsi olan hazırkı Cavabdeh müqavilə öhdəliyinə əməl etməmişdir. Belə ki, cavabdeh mərhum əri Fərrux Zahidovdan qalmış mirası qəbul etməsinə baxmayaraq iddiaçının qarşısında olan öhdəliyini icra etməmişdir. Nəticədə varis olan cavabdehin əsas borca görə 1083.26 manat məbləğində kredit borcu yaranmışdır. Bank tərəfindən borcun könüllü ödənilməsi barədə müraciət olunmasına baxmayaraq borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(035)-559/2022 saylı qətnaməsi ilə (hakim T.Qubadov) iddianın təmin edilməsi, X3 vərəsəsi olan Cavabdeh əsas borca görə 1083.26 manat, ödənilmiş dövlət rüsumuna görə 37.35 manat, xidmət haqqına görə 0.40 manat, cəmi 1121.01 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, borcalan X4 "xxxx" ASC-nin Ağdaş filialı ilə bağladığı 373-xx.xx.2017-SM176 saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 29.78 faiz dərəcəsi ilə, 36 ay müddətinə hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə uyğun olaraq geri ödəmək şərti ilə 1600 manat məbləğində pul götürmüşdür. X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Zərdab rayon Dövlət Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2058 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, mərhum X3 miras əmlakını qəbul edilməsi barədə Zərdab rayon Gödəkqobu kəndində qeydiyyatda olan arvadı Cavabdeh xx.xx.2019-cu il tarixli, 169 rester nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiаçı "xxxx" ASC öhdəliyinə əməl etsə də, borclu X4, onun vəfatından sonra isə vərəsəsi olan hazırki Cavabdeh müqavilə öhdəliyinə əməl etməmişdir. Belə ki, cavabdeh mərhum əri Fərrux Zahidovdan qalmış mirası qəbul etməsinə baxmayaraq iddiaçının qarşısında olan öhdəliyini icra etməmişdir. Nəticədə varis olan cavabdehin əsas borca görə 1083.26 manat məbləğində kredit borcu yaranmışdır. Bank tərəfindən borcun könüllü ödənilməsi barədə müraciət olunmasına baxmayaraq borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti vərəsəlik hüququndan irəli gəlməklə müqaviləvi öhdəliklərə aid olan borc münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin vərəsəlik, öhdəliklər və borcla bağlı normaları tətbiq edilməlidir. Məhkəmə qeyd etmişdir ki, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, iddia əsaslı və qanunidir. Ona görə də iddia təmin edilməlidir. İş materiallarından məlum olmuşdur ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə dövlət rüsumuna görə 37.35 manat, xidmət haqqına görə 0.40 manat pul ödəmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 443.1, 448.1, 1306, 1146.1, 1255.1, 1306.1, 1151, 558, 1153-cü maddələri, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 472.1 və 1306-cı mаddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Аzərbаycаn Respublikаsı Konustitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı Fərrux Zahidov «şizofreniya, paranoid forma, fasiləsiz gedişli, artan qüsurla F20.0» diaqnozlu xəstəlikdən uzun illər ərzində əziyyət çəkmişdir və belə bir xəstə ilə "xxxx" ASC-nin Zərdab filialı arasında hansı əsasla kredit müqaviləsi bağlanaraq kredit verilməsi şübhə doğurur. Çünki, bir sıra banklar tərəfindən müvafiq təlimatlara əsasən bəzi xəstəliklər səbəbindən vətəndaşlara kreditlərin verilməsinə məhdudiyyətlər qoyulmuşdur. İkinci bir hal isə ondan ibarətdir ki, hazırki qanunvericiliyə əsasən banklar tərəfindən kreditlər verildiyi halda, sığortalının hər bir borcalanla bağladığı və sığortaladığı kredit müqaviləsi olur ki, bu da kredit risklərinin sığortası Qaydalarıdır. Bu Qaydalar əsasında həyata keçirilən sığorta, sığorta obyektinə görə əmlak sığortasına aid olub və müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar kredit verilmiş şəxsin krediti qaytarmaması nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan kreditlərin sığortası sinifinə daxildir. Belə olan halda, nədən "xxxx" ASC-nin Zərdab filialı «şizofreniya, paranoid forma, fasiləsiz gedişli, artan qüsurla F20.0» xəstəlikdən əziyyət çəkən bir xəstəyə kredit verərkən qeyd olunan Qaydalara uyğun sığorta müqaviləsi imzalanmamışdır. Məhkəmə baxışı zamanı isə bu hallara toxunulmamış və işin müsbət halları üçün tam olaraq məhkəmə araşdırması aparılmamışdır. Bundan başqa həyat yoldaşı F.Zahidov 17 yanvar 2019-cu ildə ölmüşdür və onun ölümündən tam iki il keçdikdən sonra mərhumun kreditlə bağlı problemi olması ortaya çıxmışdır. O zaman sual olunur borc alan F.Zahidov hər ay üzərinə düşən kredit öhdəliyini yerinə yetirmədiyi halda, nədən bir neçə aydan sonra onun yaxınlarına bununla bağlı məlumat verilməmiş və mərhumun yalnız ölümündan 2 il keçdikdən sonra kreditlə bağlı məsələ qaldırılmışdır. Bildirir ki, mərhum həyat yoldaşı Fərrrux Zahidovdan qalmış ban nömrəsi XTA210630D0952639, mühərrikin nömrəsi 21***-******* və buraxılış ili 1983-cü il olan markalı 66BB188 dövlət nömrəli nişanlı nəqliyyatı miras əmlakı olaraq qəbul etmiş və tarixindən də göründüyü kimi həmin nəqliyyat vasitəsi 40 ilin avtomobildir. Həmin avtomobil artıq istismar müddətini başa vuraraq keyfiyyət və dəyərini itirdiyindən o məcburiyyət qarşısında qalaraq həmin avtomobili ucuz qiymətə satmış və əldə olunmuş az miqdarda olan vəsaiti isə zəruri olan ehtiyaclara sərf etmişdir. Hesab edir ki, indiki müasir bir dövrdə, yeni-yeni və çox çeşidli müasir avtomobillər istehsal olunduğu bir vaxtda 1983-cü il buraxılışlı bir avtomobilə zərurət olsun. Bundan başqa əgər mərhum F.Zahidov bankdan sözügedən krediti götürmüşsə, o zaman nədən bank tərəfindən psixoloji xəstəlikdən əziyyət çəkən bir şəxsə kredit verilərkən ona zamin dura biləcək şəxs tələb olunmamışdır. Yuxarıda qeyd etdiyi kimi bu halda kreditin məhz F.Zahidov tərəfindən götürülməsinə şübhə doğurur. Ona görə də bu və ya bu kimi halların araşdırılması məqsədi ilə "xxxx" ASC-nin Zərdab filialından mərhum X4 ilə bank arasında 1600 manat kreditin götürülməsi barədə bağlanmış kredit və sığorta müqavilələrinin götürülərək dədiqləşdirilməsinə, imza nümunələrinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(035)-559/2022 saylı qətnaməsinə əsasən vərəsə olaraq ondan əsas borca görə 1083.26 manat, ödənilmiş dövlət rüsumuna görə 37.35 manat, xidmət haqqına görə 0.40 manat, cəmi 1121.01 manat pul tutularaq iddiaçı ""xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnaməsinin ləğv edilməsi və qanuni və əsaslı qərarın qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(035)-559/2022 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 739.1-ci mаddəsinə əsasən bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pula və ya digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə, miqdаrdа оlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinəgörəohdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci mаddəsinə görəəgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 1306-cı mаddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras q oyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146.1-ci maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255.1-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 472.1 və 1306-cı mаddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Аzərbаycаn Respublikаsı Konustitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci tarixli qərarı ilə müəyyən edilmişdir ki, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq boclunun ölümündən sonra ilk növbədə miras qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi ilə irəli sürülərkən mirasın qəbulu ilə bağlıqanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zaminlər borclu öldükdən sonra əsas borcdan əlavə faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən inistutlardan biri vərəsəlik inistutudur. Vərəsəlik hüquqi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyənləşdirilən hüquq normalarının məcmusudur. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1151-ci mаddəsinə müvafiq olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni miras qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(035)-559/2022 saylı qətnaməsinin ləğv olunması, iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(035)-559/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edildi ki, borcalan X4 "xxxx" ASC-nin Ağdaş filialı ilə bağladığı 373-xx.xx.2017-SM176 saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 29.78 faiz dərəcəsi ilə, 36 ay müddətinə hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə uyğun olaraq geri ödəmək şərti ilə 1600 manat məbləğində pul götürmüşdür. X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Zərdab rayon Dövlət Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2058 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, mərhum X3 miras əmlakını qəbul edilməsi barədə Zərdab rayon Gödəkqobu kəndində qeydiyyatda olan arvadı Cavabdeh xx.xx.2019-cu il tarixli, 169 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı "xxxx" ASC öhdəliyinə əməl etsə də, borclu X4, onun vəfatından sonra isə vərəsəsi olan hazırki Cavabdeh müqavilə öhdəliyinə əməl etməmişdir. Belə ki, cavabdeh mərhum əri Fərrux Zahidovdan qalmış mirası qəbul etməsinə baxmayaraq iddiaçının qarşısında olan öhdəliyini icra etməmişdir. Nəticədə varis olan cavabdehin əsas borca görə 1083.26 manat məbləğində kredit borcu yaranmışdır. Bank tərəfindən borcun könüllü ödənilməsi barədə müraciət olunmasına baxmayaraq borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, apellyatorun apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, həqiqətən də X4 "xxxx" ASC-nin Ağdaş filialı ilə 373-xx.xx.2017-SM176 saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi bağlayaraq, sonuncudan illik 29.78 faiz dərəcəsi ilə, 36 ay müddətinə hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə uyğun olaraq geri ödəmək şərti ilə 1600 manat məbləğində pul götürmüşdür. Cavabdeh X4 xx.xx.2019-cu il tarixdə vəfat etsə də, o hələ sağ olduğu müddət ərizəndə onunla iddiaçının arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə isə o iddiaçının qarşısında olan öhdəliyini icra etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki cavabdehə qarşı bu tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, mülki iş materiallarına əlavə edilən Zərdab rayon Dövlət Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2058 nömrəli məktubu ilə məlum olmuşdur ki, mərhum X3 miras əmlakını qəbul edilməsi barədə Zərdab rayon Gödəkqobu kəndində qeydiyyatda olan arvadı Cavabdeh xx.xx.2019-cu il tarixli, 169 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). X1 ilə "xxxx" ASC-nin Ağdaş filialı arasında bağlanmış 373-xx.xx.2017-SM176 saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlik vərəsəlik qaydasında mərhumun həyat yoldaşına, yəni mülki üş üzrə Cavabdeh keçmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəlik vərəsəlik qaydasında Cavabdeh keçdiyindən, cavabdeh hazırki borc üzrə vərəsəlik qaydasında əldə etdiyi əmlak payına mütənasib surətdə öhdəlik daşıyır. Belə ki, cavabdeh mərhum əri Fərrux Zahidovdan qalmış mirası qəbul etməsinə baxmayaraq iddiaçının qarşısında olan öhdəliyini icra etməmişdir. Nəticədə onun əsas borca görə 1083.26 manat məbləğində kredit borcu yaranmışdır. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, kreditin məhz F.Zahidov tərəfindən götürülməsinə şübhə doğurur. Ona görə də bu və ya bu kimi halların araşdırılması məqsədi ilə "xxxx" ASC-nin Zərdab filialından mərhum X4 ilə bank arasında 1600 manat kreditin götürülməsi barədə bağlanmış kredit və sığorta müqavilələrinin götürülərək dədiqləşdirilməsinə, imza nümunələrinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə məhkəmə imza nümunələrinin dəqiqləşdirilməsinə zərurət görməmişdir. Kollegiya qeyd edir ki, imza nümunələrinin dəqiqləşdirilməsi xüsusi biliyə malik olan şəxslər, yəni ekspertlər tərəfindən həyata keçirildiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Lakin həmin maddənin bu hissəsi imperativ norma kimi çıxış etmədiyindən, qanunverici bu hissədə müvafiq qərar qəbul etmək səlahiyyətini məhkəmənin öz mülahizəsinə buraxmışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qanunverici ekspertizanın təyin edilməsi üçün əsaslandırılmış vəsatətlə məhkəməyə müraciət etmək vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Hazırki iş üzrə cavabdeh ekspertizanın təyin edilməsinə dair əsaslandırılmış vəsastət verməmişdir. Qanunverici isə ekspertizanın təyin edilməsi ilə bağlı məhkəmənin üzərinə vəzifə deyil, hüquq qoymuşdur və onu deməyə əsas verir ki, məhkəmə ekspertizanın təyin edilməsini işin tam, hərtərəfli və obyektiv baxılması üçün zəruri hesab edərsə ekspertiza təyin edə bilər, yəni sözügedən maddənin bu hissəsi imperativ norma kimi çıxış etmədiyindən, qanunverici bu hissədə müvafiq qərar qəbul etmək səlahiyyətini məhkəmənin öz mülahizəsinə buraxmışdır. Buna görə də məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd edilən dəlilləri ilə razılaşmır və hesab edir ki əsassızdır. Bundan başqa apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, həyat yoldaşı F.Zahidov 17 yanvar 2019-cu ildə ölmüşdür və onun ölümündən tam iki il keçdikdən sonra mərhumun kreditlə bağlı problemi olması ortaya çıxmışdır. O zaman sual olunur borc alan F.Zahidov hər ay üzərinə düşən kredit öhdəliyini yerinə yetirmədiyi halda, nədən bir neçə aydan sonra onun yaxınlarına bununla bağlı məlumat verilməmiş və mərhumun yalnız ölümündan 2 il keçdikdən sonra kreditlə bağlı məsələ qaldırılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, iş materiallarına əlavə edilən 373-xx.xx.2017-SM176 saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin şərtlərindən görünür ki, sözügedən müqavilə 36 ay müddətinə bağlanmışıdır. Bu isə onu deməyə əsas verir ki, həmin müqavilənin müddəti 27 oktyabr 2020-ci il tarixdə bitir. Hazırki iddia müddətinin axımı isə sözügedən müqavilənin müddətinin bitdiyi gündən hesablanır. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə 07 iyul 2022-ci il tarixdə mürqaciət etmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini ötürülməmişdir. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri əsaslı deyildir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(035)-559/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(035)-559/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-149/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-149/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver