Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1490/2020 26.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-719/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-719/2020 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddiа qismən təmin edilmiş, xx xxxxxx 2009-cu il tarixdə anadan olmuş X8 və xx xxxx 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan anadan olmuş xx xxxxxx 2009-cu il təvəllüdlü X8 və xx xxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh alınıb ona verilməli olan aliment məbləğinin artırılaraq hər ay hər bir uşaq üçün sabit pul məbləğində 160 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə xx xxxxxxx 2005-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların xx xxxxxx 2009-cu il tarixdə Arzu və xx xxxx 2011-ci il tarixdə Fatimə adlı uşaqları anadan olmuşdur. Cavabdehlə nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar və aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Həmin qətnaməyə əsasən nikahları pozularkən azyaşlı uşağı onun yanında saxlanılmış və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay üçün sabit pul məbləğində 50 manat alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Sonradan onun iddiası əsasında həmin aliment məbləği artırılaraq hər ay hər bir uşaq üçün 80 manat müəyyən edilmişdir. Müəyyən olunan həmin aliment məbləği uşaqlarının maddi-mənəvi, sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün kifayət etmir. Hazırda cavabdehin maddi imkanın zəif olduğunu bilir. Təxminən, bir uşaq üçün azı 120 manat aliment məbləğinin təyin olunmasına ediraz etmir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı xx xxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində himayəsində iki azyaşlı uşağının olması və səhhəti ilə əlaqədar birinci instansiya məhkəməsinin iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq iddiasına onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə birinci instansiya məhkəməsinin iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməsə də, onun ərizəsi ilə İddiaçı ayrıldıqdan sonra yenidən nikaha daxil olduğu qadınla arasında bağlanmış nikaha dair, həmin nikahdan anadan olmuş iki uşağının doğumuna dair şəhadətnamələri və işləməsinə dair arayışı xx xxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin qətnaməsi əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Hər bir uşağın əlavə xərcləri də mövcuddur. Hər iki uşaq məktəbə gedir. Onların paltarı, kilab-dəftəri, nəqliyyat xərcləri və s. kimi xərcləri mövcuddur. Bunları nəzərə aldıqda bu gün Şəki Rayon Məhkəməsinin müəyyən etdiyi 90 manat aliment məbləği çox aşağı bir məbləğdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-719/2020 nömrəli qətnaməsinin ləğv edib, iddia tələbinin tam təmin olunması barədə qərar verilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X3 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-719/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-719/2020 nömrəli qətnaməsi dəyişdirilməli, xx xxxxxx 2009-cu il tarixdə anadan olmuş X8 və xx xxxx 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-1157/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 80 manat alimentin məbləği artırılmalı, hər ay sabit pul məbləğində 110 (bir yüz on) manat aliment Cavabdeh alınaraq İddiaçı verilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2 (075)-1157/2016 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahdan anadan olmuş uşaqları- xx xxxxxx 2009-cu il təvəllüdlü X8 və xx xxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh alınıb İddiaçı verilməli olan aliment məbləği artırılaraq hər ay hər bir uşaq üçün 80 manat müəyyən edilmişdir. İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Baxışlı (Novruzova) Rüfanə Cümşüd qızının arasında xx xxxxxx 2015-ci il tarixdə Şəki şəhər İHBnin Baş Göynük kənd İcra Nümayəndəliyində bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki şəhər İHB-nin Baş Göynük kənd İcra Nümayəndəliyi tərəfindən xx xxxx 2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2016-cı il təvəllüdlü X7 atası Cavabdeh, anası isə X4r. İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2017-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası isə X4r. İşdə olan X6 tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayıb S.Mümtaz küçəsində (bazar ərazisi) təsərrüfat malları mağazasında satıcı işləyən Cavabdeh hər ay 250 manat hesabı ilə əmək haqqı hesablanır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1 və 112.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx xxxxxxx 2005-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların xx xxxxxx 2009-cu il tarixdə Arzu və xx xxxx 2011-ci il tarixdə Fatimə adlı uşaqları anadan olmuşdur. Sonradan onlar faktiki olaraq ayrılmışlar və aralarında bağlanmış nikah məhkəmə qətnaməsinə əsasən pozulmuş, eyni zamanda xx xxxxxx 2009-cu il təvəllüdlü X8 və xx xxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 50 manat aliment tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Bundan sonra İddiaçı iddiası əsasında Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2 (075)- 1157/2016 nömrəli qətnaməsinə tərəflərin birgə nikahdan anadan olmuş uşaqları- xx xxxxxx 2009-cu il təvəllüdlü X8 və xx xxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh alınıb İddiaçı verilməli olan aliment məbləği artırılaraq hər ay hər bir uşaq üçün 80 manat müəyyən edilmişdir. İddiaçı himayəsində olan uşaqlarının saxlanılması üçün qət edilmiş 80 manat aliment məbləği ilə uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2009-cu il təvəllüdlü X8 və xx xxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin, İddiaçı tərəfindən Cavabdeh aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini, Cavabdeh orta aylıq əmək haqqının 250 manat olmasına dair məhkəməyə təqdim etdiyi arayışı, Cavabdeh İddiaçı ayrıldıqdan sonra yenidən ailə qurmasını və həmin ailədən də iki uşağının olmasını, İddiaçı özünün də iddia ərizəsində Cavabdeh maddi imkanın zəif olduğunu göstərməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2009-cu il təvəllüdlü X8 və xx xxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 90 manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, alınıb verilməsi qət edilmiş alimenti hər ay sabit pul məbləğində bir uşaq üçün 90 manat, iki uşaq üçün cəmi 180 manat miqdarında müəyyən etməklə reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. xx xxxxxx 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırki iş üzrə iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 160 manat aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh hər ay sabit pul məbləğdə 90 manatdan daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmaması barədə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)- 719/2020 nömrəli qətnaməsi dəyişdirilməli, xx xxxxxx 2009-cu il tarixdə anadan olmuş X8 və xx xxxx 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-1157/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 80 manat alimentin məbləği artırılmalı, hər ay sabit pul məbləğində 110 (bir yüz on) manat aliment Cavabdeh alınaraq İddiaçı verilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddianın məbləği yuxarıda qeyd olunan normanın dispozisiya şərtlərini yaratmır. Belə ki, iddiaçı hər ay uşaqların saxlanması üçün 160 manat aliment alırdı (hər uşağa görə 80 manat). Hazırkı iddiasında hər uşağa görə tələb 160 manat təşkil edir. Deməli, artırılması tələb olunan məbləğ 160 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Tələb olunan məbləğin bir il ərzində məcmusu (160 X 12 ay = 1920 manat) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-719/2020 nömrəli qətnaməsi dəyişdirilsin. xx xxxxxx 2009-cu il tarixdə anadan olmuş X8 və xx xxxx 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-1157/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 80 manat, iki uşaq üçün cəmi 160 manat alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 110 (bir yüz on) manat, iki uşaq üçün cəmi 220 manat aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1490/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1490/2020
26.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver