Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1490/2021 05.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X9 qarşı «alimentin artırılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- alimentin artırılması tələbi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-ci il tаrixli, 2(051)-893/2021 saylı qətnaməsindən cavabdeh X5 nümayəndəsi X6 verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, X4 14 yanvar 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarının artırılıb hər ay 250 (iki yüz əlli) məbləğdə alimentin cavabdeh X4 alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X10 ilə 27 dekabr 2013-cü ildə ailə qurmuş, birgə nikahlarından 14 yanvar 2014-cü il təvəllüdlü X11 adlı uşaqları anadan olmuşdur. Ailəli olduğu vaxtlarda mehriban ailə kimi yaşamışlar. Sonradan uşaq qız olduğu üçün həyat yoldaşı Fərman Hüseynov ilə aralarında söz-söhbət yaranmış və bunun nəticəsi olaraq 2014-cü ildə Mingəçevir şəhər məhkəməsinin qətnaməsinin əsasında nikahları pozulmuşdur. Cavabdeh uşağına baxmadığı üçün məcburiyyət qarşısında qalaraq Mingəçevir Şəhər Məhkəməsində alimentin ödənilməsi ilə bağlı iddia qaldırmışdır. Həmin iddia təmin olunmuş və Mingəçevir Şəhər Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 2(051)-2245/2018 saylı qətnaməsi ilə cavabdeh X4 14.01.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarınının artırılaraq 135 manat müəyyən edilməsi qət edilmişdir. Cavabdeh uşağı ilə maraqlanmır, ona heç bir maddi yardım göstərmir. Həmçinin ödəməli olduğu alimenti də vaxtında ödəmir, müxtəlif bəhanələr gətirir. Hal-hazırda 135 manata uşağı saxlamaq mümkün deyil. Özü tələbədir. Universitetdə ödənişli əsaslarla təhsil alır. Maddi vəziyyəti çox acınacaqlıdır. Atasının himayəsindədir. Atası İİ qrup əlildir. Anası isə rəhmətə getmişdir. Cavabdehin maddi imkanları çox yaxşıdır. Bakı şəhərində Tikinti şirkətləri vardır. Orbita MTK-da qəlibçi işləyir. 1000-1200 manat məbləğində vəzifə maaşından ibarətdir. Tərtərdə iki mərtəbəli, Bakıda iki evləri vardır. Birinin həyətindən 3 ev tikilib və kirayə verirlər. Onların bir Qazel markalı və xarici maşınları vardır. Maşının adı “Vito Mercedes” **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Cavabdeh Fərman Hüseynov ildə iki üç dəfə də xarici ölkəyə gedir. Odur ki, cavabdehdən tutulan alimentin miqdarının artırılıb hər ay 14.01.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarının artırılıb hər ay 250 (iki yüz əlli) məbləğdə alimentin cavabdeh X4 alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-ci il tаrixli, 2(051)-893/2021 saylı qətnaməsi ilə (hakim Ə. Hüseynov) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Qambay Vəzirov küçəsi, döngə 3-də yaşayan X4 tutulan alimentin məbləği artırılaraq 14.01.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 (bir yüz əlli) manat müəyyən edilmiş və və hər ay tutularaq, ünvan 1 ünvanda yaşayan İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı və 05.08.1990-cı il təvəllüdlü X3 şəhərində doğulmuşdur. Mingəçevir şəhər məhkəməsinin 05.09.2018-ci il tarixli qətnaməsi ilə X4 14.01.2014-cü ildə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 135 (bir yüz otuz beş) manat miqdarında alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış Sevinc adlı uşaq böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyədədir və o uşaqlarını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın alimentinin artırılaraq hər ay 150 manat miqdarında tutulmasını məqsədəuyğun saymışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü, 75.1-ci, 75.4-cü, 76-cı, 78.1-ci, 78.2-ci, 112-ci maddələri, Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsi, 5-ci, 8-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən çəkişmə prinsipi pozulmuş, cavabdeh tərəfin və nümayəndəsinin iştirakı təmin edilmədən məhkəmə araşdırılması həyata keçirildiyindən iş üzrə tam obyektiv və hərtərəfli araşdırma aparılmamış, bununla da ədalət və humanizm prinsipləri pozulmuşdur. Qətnamədə iddiaçının heç bir fakta əsaslanmayan, “onların maddi imkanlarının çox yaxşı olmasına” dair cəfəng məlumatlarına istinad edilmişdir. Konkret olaraq, cavabdeh Fərman Hüseynovun iddiaçı tərəfindən göstərilən hansı əmlaka sahib olduğu araşdırılmamış, bu haqda mötəbər mənbə olan aidiyyatı dövlət orqan və təşkilatlarına sorğu verilməmiş, həqiqətən əmlakın cavabdehə məxsus olduğu müəyyənləşdirilməmiş və iddiaçı tərəfin yalan məlumatlarına əsasən göstərilmişdir ki, “məhkəmə iclasında müəyyən olunmuşdur ki, aliment müəyyən olunduği dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur”. Bu nəticə yanlış və absurddur. Belə ki, cavabdeh faktiki olaraq xəstədir. Onun xəstəliyi ilə əlaqədar heç bi yerdə işləyə bilməməsi barədə iddiaçı tərəfin müfəssəl məlumatı olsa da, onun "xxxx" MTK-da qəlibçi işləyərək aylıq 1000-1200 manat vəzifə maaşı almasına dair iddiası təsdiqini tapmamışdır. Bundan əlavə qətnamənin təsviri əsaslandırıcı hissəsində AR MPM-nin 119.1-ci maddəsinə istinad edərək, əslində həmin Məcəllənin 119.2-ci maddəsinin dizpozisiyasını köçürsə də qətnamənin nəticəvi hissəsində dövlət rüsumunun ödənilməsinin hansı tərəfə aid olmasına münasibət bildirilmədiyindən qanunvericiliyin tələbi pozulduğu üçün apelyatorun rüsumu ödəyib-ödəməyəcəyi, ödəyəcəyi təqdirdə hansı məbləğdə ödəməsi qeyrimüəyyəndir. Həmçinin iş üzrə cavabdeh Fərman Hüseynovun xəstəliyinə dair Ağdam rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim edilsə də, bu hal nəzərə alınmamışdır. Halbuki, onun xəstəliyi nəzərə alınsaydı, xəstə insan üçün aylıq 150 AZN ödənilməsi qeyri-mümkün hesab edilərdi. Cavabdeh kənddə yaşayır, iş yeri və fərdi təsərrüfatı yoxdur, hazırki Pandemiya şəraitində qazanc əldə edilməsi məhdudluğu məhkəmədə nəzərə alınmamışdır. Bundan əlavə cavabdeh mütəmadi olaraq “Şizofreniya paranoid”, “Depressiv paranoid sindromu” diaqnozu ilə müalicə olunur. Bu səbəbdən də o ətrafdakı insanlarla ünsiyyət qura bilmir və daimi iş yeri tapa, mütəmadi qazanc əldə edə bilmir. Odur ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-ci il tаrixli, 2(051)- 893/2021 saylı qətnaməsinin dəyişdirilərək cavabdeh X4-azyaşlı övladı, 14 yanvar 2014-cü il təvəllüdlü X1 üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-ci il tаrixli, 2(051)-893/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, cavabdeh X5 nümayəndəsi X12 məhkəmə kollegiyasına teleqram göndərərək, X2 ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, cavabdeh X5 nümayəndəsi X12 heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla zaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Qanun: Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin məbləğini mübahisələndirir, Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-ci il tаrixli, 2(051)-893/2021 saylı qətnaməsinin dəyişdirilərək cavabdeh X4-azyaşlı övladı, 14 yanvar 2014-cü il təvəllüdlü X1 üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Apelyator qətnamənin alimentin məbləğini mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını alimentin məbləğinə münasibətdə yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız alimentin məbləğinə dair hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-ci il tаrixli, 2(051)-893/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında müəyyən olmuşdur ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı və 05.08.1990-cı il təvəllüdlü X3 şəhərində doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 05.09.2018-ci il tarixli qətnaməsi ilə X4 14.01.2014-cü ildə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 135 (bir yüz otuz beş) manat miqdarında alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi hər ay uşağın saxlanması üçün 150 manat aliment məbləğini müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarının 35-ci səhifəsində olan SMS bildirişdən görünür ki, X10 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılıb. Digər dəlillərə münasibət bildirən kollegiya hesab edir ki, digər dəlillər də əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 175 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alır. Ona görə də kollegiya hesab edir ki, cavabdehin qeyd etdiyi hallar onu uşaqları saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə 2021-ci il üçün uşaqlar üçün müəyyən edilmiş 175 manat aliment məbləğini nəzərdən keçiridikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini uşaq üçün 150 manat qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşağın saxlanması üçün 150 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-ci il tаrixli, 2(051)-893/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X5 nümayəndəsi X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2021-ci il tаrixli, 2(051)-893/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1490/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1490/2021
05.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver