Məhkəmə qərarları › İş №2(107)-1491/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1491/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1491/2021 04.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiacı İddiaçı Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-469/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-469/2021 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia təmin olunmuş, Şəki şəhəri, A.Şaiq küçəsi 66 ünvanında yaşayan Cavabdeh 570,90 manat borc, 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqının tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, A.Şaiq küçəsi 66 ünvanında yaşayan Cavabdeh 570,90 manat borcun, əvvəlcədən ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 qəpik xidmət haqqının, ümumilikdə isə 601,30 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı İddiaçı nümayəndəsi X3 izahatında göstərmişdir ki, İddiaçı Zaqatala X6 İdarəsinin ünvan 1 ünvanında yaşayan Cavabdeh qaz paylayıcısı ilə fiziki şəxs arasında qazın alqı-satqısı barədə müqavilə əsasında məişət qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. Cavabdeh yaşadığı Şəki şəhəri, A.Şaiq küçəsi 66 ünvanında yerləşən mənzilində uzun müddət təbii qazdan istifadə edilsə də, **********10000 saylı qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. İstehlakçının məişət qaz sayğacının 570,90 manat borcu yaranmışdır. 2019-cu ilin mart ayında həmin ünvanda 166 manat borc olduğuna görə mexaniki sayğac smart sayğacla əvəz edilmişdir. Həmin vaxt mexaniki sayğacın üzərində olan 166 manat borc yeni quraşdırılmış smart tipli sayğacın üzərinə işlənilmişdir. Ünvanına smart tipli sayğac quraşdırıldıqdan sonra onun yenidən mexaniki sayğacla əvəz edildiyi 21 may 2020-ci il tarixədək, yəni bir ildən də artıq bir dövr üçün cavabdeh istehlak etdiyi qazla bağlı cəmi 25 manat ödəniş etmiş, həmin məbləğin 5 manatı isə cavabdehin əvvəlki borcu olan 166 manatdan silinmişdir. 21 may 2020-ci il tarixdə cavabdehin ünvanına quraşdırılmış smart tipli sayğac açılarkən onun mexaniki hissəsində cavabdehin 3067 kubmetr qaz istehlak etməsi müəyyən edilmiş, cavabdeh də bununla razılaşaraq həmin aktı imzalamışdır. Hazıda tələb edilən borcun 414,90 manatı smart tipli sayğacın hesabladığı borcdur. Smart tipli sayğaclarda qazdan istifadə karta əvvəlcədən pulun yüklənməsi yolu ilə həyata keçirildiyi halda sayğacın klapanının bağlanmadığı halda əvvəlcədən ödəniş edilmədiyi halda belə qazın sayğac vasitəsi ilə verilişi davam edir. Hazırkı halda da cavabdeh əvvəlcədən ödəniş etməsə də smart tipli sayğacın klapanı bağlanmadığına görə qazdan istifadə etmişdir. 2020-ci ilin may ayının 21-də smart tipli sayğac mexanici sayğacla əvəz edildikdə smart tipli sayğacın üzərində olan 3067 kubmetr göstəricinin 1785 kubmetri 10 qəpikdən hesblanmışdır. Belə ki, cavabdeh 2019-cu ildə onun üznvanına smart tipli sayğac quraşdırılana qədər əvvəlki sayğac vasitəsi ilə 415 kubmetr qazdan istifadə etmişdir. 1785 kubmetr və 415 kubmetr olmaqla, cəmi 2200 kubmetr isə illik 10 qəpikdən ödənilməli olan limit təşkil edir. 3067 kubmetrdən 1785 kubmetri çıxdıqda isə yerdə qalan fərq 1282 kubmetr təşkil edir ki, həmin sərfiyyat isə 20 qəpikdən hesablanmışdır. Bir sözlə cavabdeh onun ünvanına smart tipli sayğac quraşdırıldıqdan sonra həmin sayğac üzrə istehlak etdiyi qazın cəmi 200 kubmetrinin dəyərini ödəmişdir. Smart sayğaclarda bildiriş məlumatın verilməsi nəzərdə tutulmamışdır. Yaranmış borcun dəfələrlə könüllü ödənilməsi tələbi ilə abonentə xəbərdarlıq edilsə də, bildirişlər verilsə də, bu günə kimi 570,90 manat məbləğində borc ödənilməmişdir. Beləliklə də, Cavabdeh qaz paylayıcısı ilə fiziki şəxs arasında qazın alqı-satqısı barədə müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Həmçinin, məhkəməyə müraciət edildikdən sonra cavabdehin borcu artdığına görə İddiaçı tərəfindən iddia tələbinin artırılması barədə məhkəməyə ərizə göndərilmişdir. Lakin internet resurslarında nasazlıq olduğundan hazırda həmin ərizənin elektron qaydada çıxarılması və müzakirə edilməsi mümkünsüzdür. Bundan başqa həmin ərizənin məhkəməyə təqdim ediləcək yazılı variantı mövcud deyildir. Bu səbəbdən də elektron qaydada göndərilmiş həmin ərizənin nəzərə alınmamasını xahiş edir. Zərurət yaranarsa sonradan bununla bağlı ayrıca iddia qaydasında məhkəməyə müraciət ediləcəkdir. Hesab edir ki, iddia tələbi əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı Cavabdeh izahatında göstərmişdir ki, o, Şəki şəhəri, A.Şaiq küçəsi 66 ünvanında yaşayır. Elektron qaz sayğaclarının az yazması barədə məlumat əsasında etdiyi müraciəti nəzərə alınaraq onun yaşadığı ünvana 2019-cu ilin mart-may aylarında Fransa istehsalı olan elektron (smart) tipli qaz sayğacı quraşdırılmışdır. Elektron sayğacdan əvvəlki mexaniki sayğac üzrə də onun borcu olmuş və həmin yeni quraşdırılan smart tipli sayğacı üzərinə işlənilmişdir. Həmin sayğacda vintil şəklinin üzərində bağla işarəsi vardır. Elektron sayğac qoyularkən köhnə borc silinməli olsa da, köhnə borc silinməmişdir. Ünvanına smart tipli qaz sayğacı quraşdırıldıqdan 3 ay sonra 3 nəfər nəzarətçi onun yaşadığı ünvana gələrək sayğacı bir az qurdalayıb getmişlər və o, bu səbəbli sonradan kartına pul yükləyə bilməmişdir. Buna görə də bu barədə İddiaçınə müracət etmiş və onun müraciəti əsasında İddiaçı əməkdaşları həmin ünvana gəlmişlər və sayğaca baxaraq sayğacın geriyə fırladığını və kreditlə işlədiyini bildirmişlər. Bundan sonra X8 İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin sonradan Asan Xidmət Mərkəzinə getmiş və orada ona sayğacının düzgün işləmədiyi və sayğacın dəyişdirilməli olması bildirilmişdir. 2020-ci ilin may ayında onun evinə yeni mexaniki sayğac quraşdırılmış, köhnə sayğacın 600 manat borcu da yeni sayğacın üzərinə işlənilmişdir. Hesab edir ki, əslində onun cəmi 200 manat borcu olardı. 2020-ci ilin iyul ayından həmin ilin noyabr ayına qədər minimal həddə təbii qazdan istifadə etmiş, sayğac hesabat aparmamış və karta pul yükləyə bilməmişdir. Ümumiyyətlə, 2019-cu ilin noyabr ayından 2020-ci ilin may ayınadək də təbii qazdan az istifadə etmişdir. Onun ünvanına quraşdırılmış sayğac dəyişdirilərkən orada olmuş və bununla bağlı tərtib edilmiş aktı imzalamışdır. Lakin, onun İddiaçınə tələb edilən məbləğdə borcu yoxdur. Buna görə də iddianı 200 manat həddində qəbul edir. Qalan hissədə iddianı qəbul etmir. Göstərilənləri nəzərə alaraq qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı Cavabdeh izahatında göstərmişdir ki, o, Şəki şəhəri, A.Şaiq küçəsi 66 ünvanında yaşayır. Elektron qaz sayğaclarının az yazması barədə məlumat əsasında etdiyi müraciəti nəzərə alınaraq onun yaşadığı ünvana 2019-cu ilin mart-may aylarında Fransa istehsalı olan elektron (smart) tipli qaz sayğacı quraşdırılmışdır. Elektron sayğacdan əvvəlki mexaniki sayğac üzrə də onun borcu olmuş və həmin yeni quraşdırılan smart tipli sayğacı üzərinə işlənilmişdir. Həmin sayğacda vintil şəklinin üzərində bağla işarəsi vardır. Elektron sayğac qoyularkən köhnə borc silinməli olsa da, köhnə borc silinməmişdir. Ünvanına smart tipli qaz sayğacı quraşdırıldıqdan 3 ay sonra 3 nəfər nəzarətçi onun yaşadığı ünvana gələrək sayğacı bir az qurdalayıb getmişlər və o, bu səbəbli sonradan kartına pul yükləyə bilməmişdir. Buna görə də bu barədə İddiaçınə müracət etmiş və onun müraciəti əsasında İddiaçı əməkdaşları həmin ünvana gəlmişlər və sayğaca baxaraq sayğacın geriyə fırladığını və kreditlə işlədiyini bildirmişlər. Bundan sonra X8 İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin sonradan Asan Xidmət Mərkəzinə getmiş və orada ona sayğacının düzgün işləmədiyi və sayğacın dəyişdirilməli olması bildirilmişdir. 2020-ci ilin may ayında onun evinə yeni mexaniki sayğac quraşdırılmış, köhnə sayğacın 600 manat borcu da yeni sayğacın üzərinə işlənilmişdir. Hesab edir ki, əslində onun cəmi 200 manat borcu olardı. 2020-ci ilin iyul ayından həmin ilin noyabr ayına qədər minimal həddə təbii qazdan istifadə etmiş, sayğac hesabat aparmamış və karta pul yükləyə bilməmişdir. Ümumiyyətlə, 2019-cu ilin noyabr ayından 2020-ci ilin may ayınadək də təbii qazdan az istifadə etmişdir. Onun ünvanına quraşdırılmış sayğac dəyişdirilərkən orada olmuş və bununla bağlı tərtib edilmiş aktı imzalamışdır. Lakin, onun İddiaçınə tələb edilən məbləğdə borcu yoxdur. Buna görə də iddianı 200 manat həddində qəbul edir. Qalan hissədə iddianı qəbul etmir. Göstərilənləri nəzərə alaraq qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-469/2021 nömrəli qətnaməsini qanunsuz və əsassız hesab edir. Onun ASAN xidmətdən aldığı rəsmi sənəddə onun iddiaçıya olan borcu (405 manat) yaranmamışdan əvvəl dəfələrlə ASAN xidmətin Azəriqaz bölməsinə sayğacın düzgün işləməməsi haqqında dəfələrlə məlumat verməsi və problemin həlli istiqamətində Azəriqaz tərəfindən addımlar atılması tələbi əks olunub. ASAN xidmətin əməkdaşları azəriqazın rayon bölməsindən xarab, düzgün hesablanmayan sayğacın dəyişilməsini tələb etsələr də, qarşı tərəf heç bir addım atmayıb. Bunu məhkəmədə hakim niyəsə diqqətə almadı. Məhkəmədə iddiaçı Azəriqaz İB-nın texniki mütəxəssisi yox, hüquqşünası iştirak edib. Həmin hüquqşünas Məhkəmənin qərarına təsir etmək üçün məhkəməyə G-Smart markalı **********9 nömrəli qaz sayğacının "guya" mexaniki göstəricisi olduğunu və yaranmış borcun onun əsasında tələb olduğunu bildirərək yalan danışıb. SOCAR dan aldığı rəsmi cavabda, əhalinin mənzillərinə quraşdırılan bu tipli sayğacın mexaniki göstəricisinin olmadığı bildirilib. Göstərici elektrondur və digər avadanlıqlarla dəyişilə bilinər. Məsələn savadsız nəzarətçilər tərəfindən. Elə onların müdaxiləsi nəticəsində onun samrt kartı bloka düşmüşdür. Azəriqaz İB-yə rəsmi müraciət edərək ünvanından(ünvan 2 haqqında 25 yanvar 2021 il tarixli 29/1710-02771-1 nömrəli akta əsasən rəy verilib. Verilmiş rəydə ünvanından açılan sayğacın yararsız olduğu təsdiq olunub. Bu haqda İddiaçı tərəf məhkəməyə məlumat verməyib. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında sənədə asasən onun ünvanında 21 may 2020 ildə yeni mexaniki sayğac quraşdılırıb. 2021 ci ilin 17 iyun ayına sayqacın göstəricisi 1375 kub göstərir. (yəni 1 ilə). Problemli sayğac isə 4 aya 3000 kub hesablamışdır. Azəriqaz İB belə süründürməcliklə məşqul olması barədə bir necə dəfə məhkəməyə müraciət etmək cəhdi ilə məhkəməyə gəlmişəm.Əfsuslor olsun ki,ölkədə sərt korantin olduğundan məhkəmədə heç kim olmayıb. AZƏRİQAZ İB-yi əhalinin borcunu silmək üçün digər mexanizmləri, yəni smart kart tipli sayğac quraşdırıb silmək imkanı olduğu halda onu (fiziki şəxsi) məhkəməyə verib. İddiaçı tərəf onun niyə pul ödəmədiyini soruşmur. Niyə soruşmur? Ona görə ki, bir 20 dəfə AZƏRİQAZ İB-nin Şəki rayon bölməsində olmuşdur.(Şahidlər də var)Tələb edib ki, o karta pul otuzdura bilmir, əlac etsinlər. ASAN xidmətə müraciət edib. Orada sayğacın göstəricisini və ödəmə çeklərini yoxlayandan sonra bildiriblər ki, sayğac düzgün hesablamır. Yan otaqdan AZƏRİQAZ-ın Rəşad müəllim adlı məsul şəxsinə, onun (vətəndaşın) sayğacının təcili dəyişilməsini məsləhət biliblər. Tələbdən düz altı ay ötəndən sonra, yəni xarab sayğac öz başına saydıqdan sonra gəlib dəyişiblər. Rayon məhkəməsində iddiaçı tərəfin dəfələrlə məhkəməyə hörmətsiz yanaşıb gəlməməsi səbəbindən məhkəmə təxirə salınıb və aylardı uzadılır. Xahiş edir ki, qarşı tərəfin məhkəmədə iştirak etməsi təmin edilsin. Ona görə də, Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-469/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və borcun 605 manat yox, 200 manat olması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiacı İddiaçı nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-469/2021 nömrəli qətnaməsi iddianın təmin edilmiş 370.90 manata aid mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 01 mart 2019-cu il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, Cavabdeh həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə İddiaçı Şəki X7 ilə qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə (DUST-5542-87) uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək paylayıcının vəzifəsidir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək isə istehlakçının vəzifəsidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən istehlakçı istifadə etdiyi qazın dəyərini hesab təqdim edilən tarixdən bir ay müddətində bank və ya poçt şöbələri vasitəsi ilə təchizatçının hesabına tam ödəyir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, və 445.2.1-ci maddələrinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 13.6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 2.1.9, 3.3, 4.7, 5.2 və 5.5ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (krediorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödənilməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 2.1.9-cu maddəsinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Qaydaların 3.3-cü maddəsinə əsasən paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Həmin Qaydaların 4.7-ci maddəsinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 5.2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı Zaqatala X6 İdarəsinin abonenti olmaqla Şəki şəhəri, A.Şaiq küçəsi 66də yaşayır. O, hal-hazırda 01 mart 2019- cu il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvanda G-4 markalı **********0 nömrəli məişət qaz sayğacı quraşdırılmış və cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdehin mənzilində uzun müddət təbii qazdan istifadə edilsə də, ərizə ilə məhkəməyə müraciət edildiyi dövr üçün yaranmış borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də İddiaçı hazırkı ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh tərəfindən iddia tələbi yalnız 200 manat həddində qəbul edilməsinə baxmayaraq işdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, 21 may 2020-ci il tarixli aktdan göründüyü kimi istehlakçı Cavabdeh yaşadığı Şəki şəhəri, A.Şaiq küçəsi 66 ünvanındakı evində İddiaçı Zaqatala X4 İdarəsinin əməkdaşları tərəfindən elektron tipli G4 markalı, mexaniki hissəsində 3067 kubmetr göstəricisi olan sayğac G-4 markalı **********0 nömrəli sayğacla əvəz edilmişdir və cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh isə sayğacın göstəricisinin 3067 kubmetr təşkil etməsinə hər hansı bir şəkildə etiraz etməmiş, əksinə o, həmin aktın doğruluğuna imza etməklə, əvvəlki sayğacın göstəricisinin 3067 kubmetr olmasına öz razılığını nümayiş etdirmişdir. Bundan başqa ünvanına smart tipli sayğacın quraşdırıldığı 2019-cu ilin mart ayından 2020-ci ilin may ayının 21-dək istehlak etdiyi qazdan 20, əvvəlki borcundan isə 5 manat ödəniş etmiş cavabdeh smart tipli sayğacın quraşdırılmasından əvvəl mövcud olmuş mexaniki sayğac üzrə də onun iddiaçı təşkilata qazdan istifadə ilə bağlı borcunun olmasını təsdiq etmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən müqavilə ilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək Cavabdeh ünvanına qazın verilməsi təmin edilməsinə baxmayaraq Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasını tam şəkildə təmin etməmişdir. Bu səbəbdən də İddiaçı Cavabdeh istifadə etdiyi lakin ödəmədiyi qazın dəyərinin ödənişini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilərək, Şəki şəhəri, A.Şaiq küçəsi 66 ünvanında yaşayan Cavabdeh 570,90 manat borc, 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş 370.90 manata aid mübahisələndirilən hissəsini təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edilmiş 370.90 manata aid mübahisələndirilən hissəsində təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edilmiş 370.90 manata aid mübahisələndirilən hissəsində təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-469/2021 nömrəli qətnaməsi iddianın təmin edilmiş 370.90 manata aid mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-469/2021 nömrəli qətnaməsi iddianın təmin edilmiş 370.90 manata aid mübahisələndirilən hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar