Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1499/2021 08.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı DəmirBank ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı DəmirBank ASC-nin cavabdehlər Cavabdeh Fikrət oğluna, X5 və X6 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(046)-5/2021 nömrəli qətnaməsindən iddiaçı DəmirBank ASC-nin nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(046)-5/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qismən təmin edilmiş, Cavabdeh Fikrət oğlundan kredit müqaviləsi üzrə 12019.28 ABŞ dolları əsas borc, 1548.95 dolları faiz borcu, 74.39 ABŞ dolları cərimə borcu, 1358 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz olmaqla cəmi 15.000.62 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsinin və 30 manat dövlət rüsumunun tutularaq LPO DəmirBank ASCnin xeyrinə verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehlər X11 və X3 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcunun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 55.000 manat müəyyən edilməsi, fərdi yaşayış evinin açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza xərci olan 250 manat məbləğində pulun Cavabdeh Fikrət oğlundan alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qət edilmişdir. İşin halları İddiaçı LPO Dəmirbank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Fikrət oğlundan kredit müqaviləsi üzrə 14092.28 ABŞ dolları əsas kredit borcunu, 2874.89 ABŞ dolları faiz borcunu, 2462.30 ABŞ dolları cərimə borcunu, cəmi 19429.47 ABŞ dolları kredit borcunun, həmçinin borc öhdəliklərinin tam icra olunması günədək hər gün üçün 8.61 ABŞ dolları məbləğində faiz, 8.61 ABŞ dolları cərimə borcunun, 30 manat dövlət rüsumunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş X5 və X6 məxsus Göyçay rayonu Potu kəndində 0.13 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 51.2 kv.m yaşayış, 52.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, X5 və Kərimova (Nəbiyeva) Ülkər Tahir qızına məxsus olan Göyçay rayonu, Potu kəndində yerləşən, 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdə və satıldıqdan 1 ay sonra X4 və Kərimova (Nəbiyeva) Ülkər Tahir qızının və digər şəxslərin Göyçay rayonu, Potu kəndində yerləşənfərdi yaşayış evinə olan istifadə hüquqlnnın itirilmiş hesab ediməsi, X11 və Kərimova (Nəbiyeva) Ülkər Tahir qızının həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə LPO Dəmirbank ASC-nin nümayəndəsi qismində izahat vermiş X9 iddianı müafiə edərək tələbi belə əsaslandırmışdır ki, 28.10.2013-cü il tarixdə Dəmirbank ASC ilə Cavabdeh Fikrət oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh Fikrət oğluna illik 22% olmaqla 24 ay müddətinə 30.000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə cavabdehlər X12 və X11 ilə 29.10.2013-cü il tarixdə sonrakı ipoteka müqaviləsi bağlanmış və cavabdehlər özlərinə məxsus Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Cavabdeh Fikrət oğlu kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 09.08.2019-cu il tarixli arayışa əsasən Cavabdeh Fikrət oğlunun 07.08.2019-cu il tarixədək LPO DəmirBank ASC-yə 14092.28 ABŞ dolları əsas kredit borcu, 1548.95 ABŞ dolları faiz borcu, 22.774.39 ABŞ dolları cərimə borcu, 1358 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz, gecikdirilmiş vaxt üçün hesablanmış 2661.68 ABŞ dolları olmaqla, cəmi 41077.3 ABŞ dolları borcu qalmışdır.Bundan başqa Cavabdeh Fikrət oğlu kredit borcundan ilk ödəniş kimi 2073 ABŞ dolları ödəmişdir. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərəkən 30 dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, iddianın tələbinin məhkəməyə təqdim edilmiş arayışda qeyd ediln məbləğlər əsasında təmin edilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə Cavabdeh Fikrət oğlu iddianı qismən qəbul edərək göstərmişdir ki, Dəmirbank ASC ilə kredit müqaviləsi bağlayaraq kredit götürmüş, müqavilənin təminatı kimi anası-X11 və arvadı-X12 ilə ipoteka müqaviləsi bağlanmışdır. Dəmirbank ASC-yə müxtəlif vaxtlarda kredit borcundan 2073 ABŞ dolları ödəmişdir.Lakin bu məbləğ bank tərəfindən nəzərə alınmamışdır. Bundan başqa tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə digər cavabdehlərə məhkəmə baxışınin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı DəmirBank ASC-nin nümayəndəsi X8 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı DəmirBank ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərini tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində deyilir ki, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Elə həmin məcəllənin 432.4,-cü maddəsinə əsasən, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Lakin birinci instansiya məhkəməsi prosesi zamanı ödənilmiş 2073 ABŞ dolları məbləğinə dair hissədə birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən müddəaları nəzərə almamış və ödənilən məbləğin hamısının əsas məbləğdən silinməsi barədə qətnamə çıxarmışdır. Bundan başqa qətnamədə dəbbə pulu həddən artıq sürətdə azaldılmaqla, 467-ci maddədə qeyd edilən kreditorun mənafeləri qətiyyən nəzərə alınmamışdır. Cavabdehə kredit 29.10.2013-cü il tarixdə, yəni bankın fəaliyyət göstərdiyi dövrdə verilmişdir. Həmin dövrdə Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirmişdir. Cavabdehin öhdəliyini vaxtında icra etməməsi bankın bu fəaliyyətləri həyata keçirməsinə mane olmuş və belə olan halda iddiaçının əldən çıxmış fayda olaraq cavabdehdən 5%-lik məbləği tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə, iddiaçının bu hüququnu əsassız yerə qismən təmin edərək, onun mənafeyini pozmuşdur. Barəsindən şikayət verilən qətnamədə əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi zamanı LAZUR-A MMC tərəfindən verilmiş 01.12.2020-ci tarixli rəyi nəzərə alınaraq, əmlak real dəyərindən olduqca yuxarı olaraq 55000 manat məbləğində dəyərəndirilmiş və bu vaxt əmlakın likvid qiyməti nəzərə alınmamışdır. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(046)-5/2021 nömrəli qətnaməsinin əsas borc, cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləği, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sorna həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsinin təmin edilməyən hissəsində ləğv edilməsini və Fondun iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı DəmirBank ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh Fikrət oğlu, X11 və X12 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı DəmirBank ASC-nin nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(046)-5/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 29.10.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, DəmirBank ASC ilə Cavabdeh Fikrət oğlu arasında illik 22% olmaqla 24 ay müddətinə 30.000 ABŞ dolları ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşdə olan 29.10.2013-cü il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Dəmirbank ASC ilə Cavabdeh Fikrət oğlu arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh Fikrət oğlu və X11 ilə ipoteka müqaviləsi bağlanmış, cavabdehlər mülkiyyətlərində olan Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişlər. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, mülkiyyət hüququ üzrə cavabdeh X11 və X6 məxsus olan Göyçay rayonu Potu kəndində yerləşən yaşayış evi iddiaçı LPO DəmirBank ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır İşdə olan bildirişlərdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan LAZUR-A MMC tərəfindən verilmiş 01.12.2020-ci il tarixli rəydən görünür ki X11 və X3 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 55.000 manat təşkil edir. İşdə olan Məhkəmə-mühasibatlıq ekspertizasının 28.11.2017-ci il tarixli 11401 saylı ekspert rəyindən görünür ki, Cavabdeh Fikrət oğlu oğlunun 04.01.2016-cı il tarixədək banka kredit müqaviləsi üzrə əsas kredit borcu 15137.12 ABŞ dolları, faiz borcu 3964.26 dolları təşkil edir. Ekspertiza xərci 50 manat təşkil edir. İşdə olan Məhkəmə-mühasibatlıq ekspertizasının 27.12.2019-cu il tarixli 23214 saylı ekspert rəyindən görünür ki, Cavabdeh Fikrət oğlu oğlunun 28.10.2015-ci il tarixədək banka kredit müqaviləsi üzrə əsas kredit borcu 16.086.71 ABŞ dolları, faiz borcu 1889.41 dolları təşkil edir. Ekspertiza xərci 200 manat təşkil edir. İşdə olan Məhkəməyə təqdim edilmiş LPO DəmirBank ASC tərəfindən 09.08.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh Fikrət oğlunun 28.10.2013-cü il tarixli kredit müqaviləsi üzrə Dəmirbank ASC-yə 14092.28 ABŞ dolları əsas kredit borcu, 1548.95 ABŞ dolları faiz borcu, 22.774.39 ABŞ dolları cərimə borcu, 1358 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz, gecikdirilmiş vaxt üçün hesablanmış 2661.68 ABŞ dolları olmaqla, cəmi 41077.3 ABŞ dolları borcu vardır. İşdə olan LPO Dəmirbank ASC-nin nümayəndəsi X9 tərəfindən Göyçay rayon məhkəməsinə təqdim edilmiş 17.06.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh Fikrət oğlu kredit müqaviləsi üzrə borcundan 2073 ABŞ dolları ödəniş etmiş, lakin həmin ödəniş ekspert tərəfindən nəzərə alınmamışdır. Buna görə də iddia təmin edilərkən cavabdeh tərəfindən ödənilmiş 2073 ABŞ dolları pulun nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 448.2, 462.1 və 467-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehlər X11 və X3 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evi Dəmirbank ASC ilə Cavabdeh Fikrət oğlunun bağladığı kredit müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh Fikrət oğlu kredit müqaviləsi üzrə cəmi kredit borcunu iddiaçıya qaytarmadığına görə, Dəmirbank ASC həmin borcun ipoteka ilə yüklü edilmiş X11 və X3 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsini, fərdi yaşayış evinin hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılmasını tələb etməkdə haqlıdır. Məhkəmə baxışı zamanı tərəflər ekspertiza rəyində nəzərdə tutulmuş xüsusatları mübahisələndirməmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilərkən LPO Dəmirbank ASC tərəfindən 09.08.2019-cu il tarixdə tərtib edilmiş arayış və cavabdeh tərəfindən ödənilmiş 2073 ABŞ dolları məbləğində pul nəzərə alınmalı, həmin məbləğ əsas borcdan çıxılmalı, (14092.28-2073=12019.28) iddia qalan hissədə iddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə təmin edilməlidir. Birinci instansiya məhkəməsinin baxışı zamanı iddiaçı LPO DəmirBank ASC gecikdirilmiş vaxt üçün hesablanmış 2661.68 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasına əsas verə bilən heç bir mötəbər sübut təqdim edə edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı LPo Dəmirbank ASC -nin cavabdehdən kredit müqaviləsi üzrə 22774.39 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun kredit razılaşması üzrə 74.39 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ekspertiza xərci olan 250 manat pul cavabdehə aid edilməlidir. Birinci instansiya məhkəməsi, həmçinin, hesab etmişdir ki, iddiaçının cavabdehlər X11 və X3 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan 1 ay sonra cavabdehlərərin və digər şəxslərin həmin evdən çıxarılması, cavabdehlərin həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi təmin edilməməlidir. Çünki cavabdehlərin fərdi yaşayış evindən çıxarılmasını tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh Fikrət oğlundan kredit müqaviləsi üzrə 12019.28 ABŞ dolları əsas borcu, 1548.95 dolları faiz borcu, 74.39 ABŞ dolları cərimə borcu, 1358 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz olmaqla cəmi 15.000.62 ABŞ dolları kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı, tutmanin ipoteka ilə yüklü edilmiş cavabdehlər X11 və X3 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 55.000 manat müəyyən edilməli, fərdi yaşayış evi açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin fərdi yaşayış evi və torpaq sahəsi boşaldılmalıdır. İş üzrə ekspertiza xərci olan 250 manat məbləğində pul Cavabdeh Fikrət oğlundan alınaraq ekspertizası mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən qətnamənin mübahisələndirilən hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qətnamənin mübahisələndirilən hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Əvvəla, apellyasiya şikayətində ipoteka predmetinin likvid dəyər olaraq ilkin satış qiymətinin daha az olması ilə bağlı göstərilənlər nəzərə alınmış, qiymətləndirici dəvət edilmiş və “X10” MMC-nin verdiyi 18 noyabr 2021-ci il tarixli 121/LBC nömrəli rəydə ipoteka predmeti olan Göyçay rayonu, Potu kəndində yerləşən, 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid qiymətinin 65000 manat olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə işə baxarkən ipoteka predmetinin ilkin satış qiymətini daha az – yəni 55000 manat müəyyən etmişdir. Cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Məhkəmə işə apellyasiya şikayəti həcmində baxdığından şikayət ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə təmin edilə bilən deyildir. İddiaçının nümayəndəsinin apellyasiya şikayətində iddianın ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi hissəsinin təmin edilməməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması hissəsini təmin etmişdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Həmin Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, (59.3.1) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.2.) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göründüyü kimi iddia tələbinin həmin hissədə təmin olunmamış hissəsi qalmamışdır. Apellyatorun ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin ümumi qaydada icra edilməsi ilə bağlı apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, borcun ümumi qaydada tutulması qaydaları və əsasları İcra haqqında Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin qanunun preambluasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. Həmin qanunun məcburi icra tədbirlərinin tətbiqinin əsaslarını müəyyən edən 44-cü maddəsində göstərilir ki, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bunlardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, apellyasiya şikayətinin bu dəlilləri də hal-hazırki məhkəmə baxışı zamanı əsaslı deyildir, qətnamənin icra mərhələsində həll edilməlidir. Apellyasiya şikayətində qətnamədə dəbbə pulunun həddən artıq surətdə azaldılmaqla, 467-ci maddədə qeyd edilən kreditorun mənafelərinin qətiyyən nəzərə alınmaması ilə bağlı göstərilənlərə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, məhz Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbi baxımından birinci instansiya məhkəməsi dəbbə pulunun məbləğini azaltmaqda haqlı olmuşdur. Həmçinin, apellyasiya şikayətində birinci instansiya məhkəməsi prosesi zamanı ödənilmiş 2073 ABŞ dolları məbləğin hamısının əsas məbləğdən silinməsinin qanunsuz olması ilə bağlı göstərilənlərə münasibət bildirilərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinin tələbinə görə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Hazırki iş üzrə məhkəmə dəbbə pulunun məbləğini azaltdığı halda borclunun ödədiyi 2073 ABŞ dollarının həmin maddənin tələbində göstərildiyi qaydada dəbbə pulu hesabına tutulması məntiqsizdir. Məhkəmə qətnaməsi icra olunan zaman tutulan pulun məbləği azaldılmış məbləğdə dəbbə pulu da daxil olmaqla cəmi borc kimi nəzərdə tutulur və ipoteka predmetinə tutma yönəldilən zaman cəmi borcun ödənilməsinin təmin edilməsi həyata keçirilir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən qətnamənin mübahisələndirilən hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı DəmirBank ASC-nin nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(046)-5/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı DəmirBank ASC-nin nümayəndəsi X8 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(046)-5/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2(107)-1499/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1499/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver