Məhkəmə qərarları › İş №2(107)-15/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-15/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-15/2020 24.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibаrət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli 2(046)-1406/2018 nömrəli qətnaməsindən iddiaçı Bank «xxx» X8 və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Göyçay Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) xx xxxx 2018-ci il tаrixli2(046)- 1406/2018 nömrəli qətnaməsi ilə iddiaçı Bank «xxx» X4 cavabdehlər Cavabdeh, X7 və X2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmаnın ipоtеkа prеdmеtinə yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixli BK-016/15S saylı kredit razılaşması üzrə 91343,64 (doxsan bir min üç yüz qırx üç dollar 64 sent) ABŞ dolları əsas, 9350,84 (doqquz min üç yüz əlli dollar 84 sent) ABŞ dolları faiz, 205,36 (iki yüz beş dollar 36 sent) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 100899,84 (bir yüz min səkkiz yüz doxsan doqquz dollar 84 sent) ABŞ dolları məbləğindəpulunödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının Cavabdeh tutulub iddiaçı Bank «xxx» X6 ödənilməsi, tələbin ipoteka predmeti olan və mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Göyçay şəhəri H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına, mülkiyyət hüququ üzrə X3 məxsus ünvan 2 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m. olan mənzilə, mülkiyyət hüququ üzrə X2 məxsus Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi 91 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Göyçay şəhəri H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 80000 (səksən min) manat, mülkiyyət hüququ üzrə X3 məxsus ünvan 2 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m. olan mənzilin ilkin satış qiymətinin 70000 (yetmiş min) manat, mülkiyyət hüququ üzrə X2 məxsus Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi 91 saylı ünvanda 0,06 ha torpaq sahsində yerləşən, ümumi sahəsi 136,7 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 160000 (bir yüz altmış min) manat müəyyən edilməklə açıq hərracdan satılması, əldə edilən vəsaitdən 100899,84 (bir yüz min səkkiz yüz doxsan doqquz dollar 84 sent) ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı, məhkəməyə müraciət etmək üçün xərcin cavabdehə aid hissəsi 25,40 (iyirmi beş manat 40 qəpik) manatın iddiaçı Bank «xxx» ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun 25,40 (iyirmi beş manat 40 qəpik) manatının Cavabdeh, 5 (beş) manatının iddiaçıBank «xxx» X6 aid edilməsi, 80 (səksən) manat məhkəmə-mühasibatlıq ekspertizası xərcinin 70 (yetmiş) manatının Cavabdeh, 10 (on) manatının iddiaçı Bank «xxx» X6 aid edilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. İşin halları İddiaçı Bank «xxx» X8 (bundan sonra iddiaçı və ya Bank «xxx» ASC) cаvаbdehlər Cavabdeh, X3 və X2 qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək (bundan sonra cavabdeh və ya Cavabdeh, Pərviz Həmidov və İradə Məmmədova) Bank «xxx» ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, BK-016/15S saylı kredit müqaviləsi üzrə, xx xxx 2016-cı il tarixədək 91343 ABŞ dolları 64 sent əsas, 10413 ABŞ dolları 81 sent faiz borcu, 3552 ABŞ dolları 19 sent dəbbə pulu borcu, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 105309 ABŞ dolları 64 sent və 30 manat 40 qəpik Cavabdeh iddiaçının xeyrinə tutulması, cavabdehlə bağlanan xx xxxx 2015-ci il tarixli İM-016/15S saylı sonrakı ipoteka müqaviləsi əsasında mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Göyçay şəhəri, H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına, mülkiyyət hüququ üzrə Pərviz Həmidova məxsus ünvan 4 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m olan mənzilə, mülkiyyət hüququ üzrə İradə Məmmədovaya məxsus ünvan 5 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.m olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi, onların açıq hərracdan satılması və kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmetləri olan əmlka satıldıqdan sona əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması, cavabdehin ipotekaya qoyduğu mənzillərə tutmanın yönəldilməsi ilə bağlı həmin mənzillərdə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Bank «xxx» ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, BK-016/15S saylı kredit müqaviləsinə əsasən, Cavabdeh təmir məqsədi ilə 36 (otuz altı) аy müddətinə, illik 18 (on səkkiz) fаiz оlmаqlа 100000 (bir yüz min) ABŞ dolları məbləğində krеdit verilmişdir. Kreditin təminatı qismində xx.xx.2015-ci il tarixdə bağlanmış 016/15S saylı sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Göyçay şəhəri, H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası, mülkiyyət hüququ üzrə Pərviz Həmidova məxsus ünvan 4 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m olan mənzil, mülkiyyət hüququ üzrə İradə Məmmədovaya məxsus ünvan 5 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.m olan fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Krеdit müqаviləsi üzrə öhdəliklərini bаnk qаrşısındа tаm icrа еtməyən bоrclunun hеsаblаşmаlаrа görə iddiаçıyа xx xxx 2016cı il tarixədək 91343 ABŞ dolları 64 sent əsas, 10413 ABŞ dolları 81 sent faiz borcu, 3552 ABŞ dolları 19 sent dəbbə pulu borcu olmaqla, cəmi 105309 ABŞ dolları 64 sent məbləğində bоrcu qаlmışdır. Cavabdeh dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli 2(046)-1406/2018 nömrəli qətnaməsi qəbul edilmişdir. Həmin qətnamədən Bank «xxx» ASC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Qətnamədən Cavabdeh da apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(107)-2418/2018 nömrəli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin icraatında olan 2(046)-2086/2018 nömrəli iş üzrə yekun qərar qanuni qüvvəyə minənə kimi, 2(107)-2418/2018 nömrəli iş üzrə icrааt dayandırılmışdır. Göyçay Rayon Məhkəməsinin icraatında olan 2(046)-2086/2018 nömrəli iş üzrə yekun qərar qanuni qüvvəyə mindiyindən Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(107)-15/2020 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(107)-15/2020 nömrəli qərardadı ilə mülki iş üzrə ipoteka predmetləri olan, Cavabdeh məxsus olan və Göyçay şəhəri H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binası, X3 məxsus olan və ünvan 2 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.metr olan mənzil və X2 məxsus olan və Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi 91 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.metr olan fərdi yaşayış evinin qiymətləndirilməsi təyin edilmiş, qiymətləndirilmənin aparılması «xxx» X1 həvalə edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. «xxx» MMC-in xx.xx.2020-ci il tarixli 027/20 və 028/20 nömrəli rəyləri Şəki Apelyasiya Məhkəməsinə daxil olmuş, məhkəmə kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Apelyasiya şikayətlərinin dəlilləri Bank «xxx» ASC-in apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası qiymətləndirmə xidməti Tərəqqi MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəyə əsasən xx xxxxxx 2016-cı il tarixə Cavabdeh məxsus Göyçay şəhəri H.Əliyev propekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasının bazar qiyməti 80000 manat, Pərviz Həmidova məxsus ünvan 224 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m. olan mənzilin bazar qiyməti 70000 manat, İradə Məmmədovaya məxsus Göyçay şəhəri Üzeyir Hacıbəyov küşəsi 91 saylı ünvanda yerləşən fərdi yaşayış evinin bazar qiyməti 160000 manat təşkil edir. Bildirirlər ki, əmlaklar üçün müəyyən olunan bu dəyərlər absurd olmaqla real bazar dəyərindən qat-qat çoxdur. Bank “xxx” ASC-nin Sənaye filialı ilə Cavabdeh, Pərviz Həmidov və İradə Məmmədova arasında bağlanmış xx xxxx 2015-ci il tarixli İM-016/15S saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipotekanın predmetlərinin qiyməti Cavabdeh məxsus Göyçay şəhəri H.Əliyev propekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binası 55250 manat, Pərviz Həmidova məxsus ünvan 224 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m. olan mənzil 42500 manat, İradə Məmmədova məxsus Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi 91 saylı ünvanda yerləşən fərdi yaşayış evi 71400 manat məbləğində qiymətləndirilmişdir. Bazar qiymətlərində hər hansı fövqəladə dəyişiklik olmadığından hər kəs tərəfindən anlaşılandır ki, 55250 manat məbləğində qeyri-yaşayış binası 80000 manat məbləğində, 42500 manat məbləğində mənzilin 70000 manat məbləğində və 71400 manat məbləğində evin 160000 manat məbləğində qiymətləndirilməsi mütənasiblik normalarına ziddir. Əmlakın müəyyən olunan bu dəyərlə hərraca çıxarılması iddiaçının hüquq və mənafelərini pozmaqla, maddi maraqlarına mənfi təsir göstərəcəyi öncədən məlumdur. Məhz bu sadalanan hallara görə də yenidən qiymətləndirilmə aparılması zəruridir. Cavabdeh apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən edilmiş ödənişlər əsas borcdan deyil, faiz borcundan silinmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Lakin mühasibatlıq ekspertizasının rəyi kifayət qədər aydın deyil, ekspert qoyulmuş sualları tam həll etməmişdir. Rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilməli olduğu halda məhkəmə əlavə məhkəmə ekspertizası təyin etməmişdir. Bundan başqa iş materiallarında olan ipoteka müqavilələri qanunsuz və saxtadır. Belə ki, mülkiyyətində olan əmlakı girov qoymağı barədə həqiqi iradə ifadəsi olmamış, iş materiallarında olan ipoteka müqaviləsindəki Cavabdeh adından icra edilmiş imza onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli2(046)-1406/2018 nömrəli qətnaməsi qanunsuz olduğundan ləğv edilməli və iddia əsassız olduğu üçün rədd edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh, Pərviz Həmidov və İradə Məmmədova məhkəmə iclasına gəlməmişlər, Bank «xxx» ASC isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bank «xxx» ASC-in nümayəndəsi Nihad Abbasov teleqram göndərərək işə onların iştirakı olmadan baxıb apelyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Bank «xxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli BK- 007/12S saylı kredit müqаviləsindəngörünür ki, bank tərəfindən 36aymüddətinə, illik 18% hesablanmaqla Cavabdeh 120000 (bir yüz iyirmi min) manat məbləğində kreditverilmişdir (1.1-ci bənd). Bank «xxx» ASC-nin Sənaye filialı ilə Cavabdeh, Pərviz Həmidov və İradə Məmmədova arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli İM-007/12S saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyanlar Cavabdeh, Pərviz Həmidov və İradə Məmmədova mülkiyyət hüququ ilə onlara məxsus olub bu müqavilənin 1.1-ci bəndində göstərilən əmlakları həmin müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyurlar (müqavilənin 1.1-ci bəndi). İpotekanın predmetləri mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Göyçay şəhəri, H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası, mülkiyyət hüququ üzrə Pərviz Həmidova məxsus ünvan 4 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m olan mənzil, mülkiyyət hüququ üzrə İradə Məmmədovaya məxsus ünvan 5 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.m olan fərdi yaşayış evidir.(1.1-ci bənd). İpoteka predmetlərinin qiyməti mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Göyçay şəhəri, H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binası 55250 manat, mülkiyyət hüququ üzrə Pərviz Həmidova məxsus ünvan 4 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m olan mənzil 42500 manat, mülkiyyət hüququ üzrə İradə Məmmədovaya məxsus ünvan 5 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.m olan fərdi yaşayış evi 71400 manat məbləğində qiymətləndirilmişdir (2.1-ci bənd). Bank «xxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli BK- 016/15S saylı kredit müqаviləsindəngörünür ki, bank tərəfindən 36aymüddətinə, illik 18% hesablanmaqla Cavabdeh 100000 (bir yüz min) ABŞ dolları məbləğində kreditverilmişdir (1.1-ci bənd). Bank «xxx» ASC-nin Sənaye filialı ilə Cavabdeh, Pərviz Həmidov və İradə Məmmədova arasında bağlanmış xx xxxx 2015-ci il tarixli İM-016/15S saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyanlar Cavabdeh, Pərviz Həmidov və İradə Məmmədova mülkiyyət hüququ ilə onlara məxsus olub bu müqavilənin 2.2-ci bəndində göstərilən əmlakları həmin müqavilənin 2.2-ci bəndində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyurlar (müqavilənin 2.2-ci bəndi). İpotekanın predmetləri mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Göyçay şəhəri, H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası, mülkiyyət hüququ üzrə Pərviz Həmidova məxsus ünvan 4 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m olan mənzil, mülkiyyət hüququ üzrə İradə Məmmədovaya məxsus ünvan 5 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.m olan fərdi yaşayış evidir.(2.2-ci bənd). İpoteka predmetlərinin qiyməti mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Göyçay şəhəri, H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binası 55250 manat, mülkiyyət hüququ üzrə Pərviz Həmidova məxsus ünvan 4 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m olan mənzil 42500 manat, mülkiyyət hüququ üzrə İradə Məmmədovaya məxsus ünvan 5 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.m olan fərdi yaşayış evi 71400 manat məbləğində qiymətləndirilmişdir (2.3-cü bənd). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa əsasən Göyçay şəhəri H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 112 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat tarixi xx.xx.2010). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh məxsus Göyçay şəhəri H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası Bank «xxx» ASC-nin “Sənaye” filialının xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi xx.xx.2015). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa əsasən ünvan 2 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m. olan mənzil Pərviz Həmidovun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 111 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat tarixi xx.xx.2007). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Pərviz Həmidova məxsus ünvan 2 24 saylı ünvanında yerləşən mənzil Bank «xxx» ASCnin “Sənaye” filialının xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi xx.xx.2015). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa əsasən Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi 91 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.m olan fərdi yaşayış evi İradə Məmmədovanın adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 113 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat tarixi xx.xx.2010). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən İradə Məmmədovaya məxsus Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi 91 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Bank «xxx» ASC-nin “Sənaye” filialının xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi xx.xx.2015). Bank «xxx» ASC-nin “Sənaye” filialının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsinə xx.xx.2016-ci il tarixli məktublar ünvanlayaraq Cavabdeh məxsus Göyçay şəhəri H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına, Pərviz Həmidova məxsus ünvan 4 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m olan mənzilə, İradə Məmmədovaya məxsus ünvan 5 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.m olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bildirişlər bank tərəfindən xx.xx.2016-cı il tarixdə ipoteka qoyan şəxslərə göndərilmiş və xx.xx.2016cı il tarixdə bildiriş cavabdehlər tərəfindən alınmışdır. İpoteka predmeti olan Cavabdeh məxsus Göyçay şəhəri, H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası, Pərviz Həmidova məxsus ünvan 4 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m olan mənzil, İradə Məmmədovaya məxsus ünvan 5 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.m olan fərdi yaşayış evi üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında xx xxx 2016-cı il tarixə 91343 ABŞ dolları 64 sent əsas, 10413 ABŞ dolları 81 sent faiz borcu, 3552 ABŞ dolları 19 sent dəbbə pulu borcu olmaqla, cəmi 105309 ABŞ dolları 64 sent borcu yaranmışdır (xx.xx.2016-cı il tarixli maliyyə arayışı). Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-cı il tarixli 21813 nömrəli rəyinə əsasən Cavabdeh xx xxx 2016-cı il tarixinə banka olan borcu əsas borc 92582 ABŞ dolları 59 sent, faiz borcu 9350 ABŞ dolları 84 sent, cərimə borcu 205 ABŞ dolları 36 sent olmaqla, cəmi 102138 ABŞ dolları 79 sent təşkil edir. Аzərbаycаn Rеspublikаsı Хаmmаl və Əmtəə Birjаsı qiymətləndirmə Хidməti Tərəqqi MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 41 saylı rəyə əsasən xx xxxxxx 2016-cı il tarixə Cavabdeh məxsus Göyçay şəhəri, H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının bazar qiyməti 80.000 manat, Pərviz Həmidova məxsus ünvan 4 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m olan mənzilin bazar qiyməti 70.000 manat, İradə Məmmədovaya məxsus ünvan 5 saylı ünvanda yerləşən fərdi yaşayış evinin bazar qiyməti 160.000 manat təşkil edir. xx.xx.2016-cı il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat 40 qəpik dövlət rüsumu ödənilmişdir. Göyçay Rаyоn Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(046)-211/2019 nömrəli qətnaməsindən görünür ki, iddiаçı Cavabdehlər Göyçay rayon Notariat kontoruna və «Bank xxx» ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi bаrədə iddiаsı rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-1517/2019 nömrəli qətnaməsindən görünür ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli qətnaməsi iddiaçı Cavabdeh münаsibətdə dəyişdirilmədən, оnun apelyasiya şikayəti isə təmin edilmədən sаxlаnılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)- 7894/2019 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-1517/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. «xxx» MMC-in xx xxxxxx 2020-ci il tarixli 027/20 və 028/20 nömrəli rəylərinə əsasən: Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi 91 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin (hazırda sökülmüş) hazırki dövrə olan orta bazar qiyməti 80000 (səksən min) manat, likvid dəyəri isə 75000 (yetmiş beş min) manat təşkil edir. Göyçay şəhəri H.Əliyev prospekti 66 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırki dövrə olan orta bazar qiyməti 70000 (yetmiş min) manat, likvid dəyəri isə 65000 (altmış beş min) manat təşkil edir. Göyçay şəhəri H.Əliyev prospekti 67 saylı binada yerləşən 24 nömrəli mənzilin hazırki dövrə olan orta bazar qiyməti 60000 (altmış min) manat, likvid dəyəri isə 54000 (əlli dörd min) manat təşkil edir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. 386.1-ci mаddəsinin tələbinə görə, öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsı müəyyən edilmişdir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. 742.1-ci mаddəsinə görə isə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, Bank «xxx» ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, BK-016/15S saylı kredit müqaviləsinə əsasən, Cavabdeh təmir məqsədi ilə 36 (otuz altı) аy müddətinə, illik 18 (on səkkiz) fаiz оlmаqlа 100000 (bir yüz min) ABŞ dolları məbləğində krеdit verilmişdir. Kreditin təminatı qismində xx.xx.2015-ci il tarixdə bağlanmış 016/15S saylı sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Göyçay şəhəri, H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası, mülkiyyət hüququ üzrə Pərviz Həmidova məxsus ünvan 4 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m olan mənzil, mülkiyyət hüququ üzrə İradə Məmmədovaya məxsus ünvan 5 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.m olan fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsinin şərtlərinə görə Bank «xxx» ASC-yə ipoteka hüququ verilmiş və bununla əlaqədar olaraq göstərilən əmlakların ipotekasının dövlət qeydiyyatı aparılaraq Cavabdeh məxsus Göyçay şəhəri H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixidə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış, Pərviz Həmidova məxsus ünvan 4 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m. olan mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixidə RX seriyalı ******* saylı çıxarış və İradə Məmmədovaya məxsus Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi 91 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.m. olan fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixidə RX seriyalı ******* saylı çıxarış verilmişdir. Bank «xxx» ASC-nin Sənaye filialı ilə Cavabdeh, Pərviz Həmidov və İradə Məmmədova arasında bağlanmış xx xxxx 2015-ci il tarixli İM-016/15S saylı Sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka predmetlərinin qiyməti mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Göyçay şəhəri H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası 55250 manat, mülkiyyət hüququ üzrə Pərviz Həmidova məxsus ünvan 2 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m. olan mənzil 42500 manat, mülkiyyət hüququ üzrə İradə Məmmədovaya məxsus Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi 91 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.m. olan fərdi yaşayış evi 71400 manat məbləğində qiymətləndirilmişdir. Krеdit müqаviləsi üzrə öhdəliklərini bаnk qаrşısındа tаm icrа еtməyən bоrclunun hеsаblаşmаlаrа görə iddiаçıyа xx xxx 2016-cı il tarixədək 91343 ABŞ dolları 64 sent əsas, 10413 ABŞ dolları 81 sent faiz borcu, 3552 ABŞ dolları 19 sent dəbbə pulu borcu olmaqla, cəmi 105309 ABŞ dolları 64 sent məbləğində bоrcu qаlmışdır. Cavabdeh dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Cavabdeh apelyasiya şikayətində “işə birinci instansiya məhkəməsində baxılarkən mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Lakin mühasibatlıq ekspertizasının rəyi kifayət qədər aydın deyil, ekspert qoyulmuş sualları tam həll etməmişdir. Rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilməli olduğu halda məhkəmə əlavə məhkəmə ekspertizası təyin etməmişdir” dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdehin həmin dəlili əsassızdır. Belə ki, iddiaçı iddia tələbində Cavabdeh BK-016/15S saylı kredit müqaviləsi üzrə xx xxx 2016-cı il tarixədək 91343 ABŞ dolları 64 sent əsas, 10413 ABŞ dolları 81 sent faiz borcu, 3552 ABŞ dolları 19 sent dəbbə pulu borcu, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 105309 ABŞ dolları 64 sent tələb etmişdir. Lakin işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-cı il tarixli 21813 nömrəli rəyinə əsasən Cavabdeh xx xxx 2016-cı il tarixinə banka olan borcu əsas borc 92582 ABŞ dolları 59 sent, faiz borcu 9350 ABŞ dolları 84 sent, cərimə borcu 205 ABŞ dolları 36 sent olmaqla, cəmi 102138 ABŞ dolları 79 sent təşkil edir. Göründüyü kimi ekspert rəyində olan əsas borc məbləğinin iddia ərizəsində göstərildiyindən artıq olduğu müəyyən edilmişdir. MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 372.4-cü maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Kollegiyaya görə ekspertiza rəyndə əsas borcun məbləğinin iddia tələbində göstərilən əsas borcun məbləğindən artıq olduğu müəyyən edilsə də, MPM-in istinad olunan normalarına əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından, habelə iddiaçı iddianın həcminin artırılması barədə ərizə verərək əsas və faiz borc məbləğinin artırılmasını tələb etmədiyindən kredit borcunun məbləği artırıla bilməz. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh tutulmalı olan əsas borcun məbləğini iddia tələbi həcmində qət etmişdir. Belə olan halda, iş üzrə yenidən mühasibatlıq ekspertizsının keçirilməsinə zərurət yoxdur. Göründüyü kimi, Cavabdeh apelyasiya şikayətinin həmin dəlili əsassızdır. İddiaçı isə apelyasiya şikayətində ipoteka predmetlərinin qiymətini mübahisələndirmiş, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətlə razılaşmamışdır. Məhkəmə kollegiyası mülki proses tərəflərinin ipoteka predmeti olan və Cavabdeh məxsus olan, Göyçay şəhəri H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası, Pərviz Həmidova məxsus olan və ünvan 2 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.metr olan mənzil və İradə Məmmədovaya məxsus olan və Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi 91 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.metr olan fərdi yaşayış evinin qiyməti barədə razılığa gələ bilməmələrini, bunun apelyasiya şikayətində qeyd edildiyini, habelə ipoteka müqaviləsində müəyyən edilmiş ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə Аzərbаycаn Rеspublikаsı Хаmmаl və Əmtəə Birjаsı qiymətləndirmə Хidməti Tərəqqi MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 41 saylı rəydə müəyyən edilmiş qiymətlər arasında kəskin ziddiyyət olduğunu nəzərə alaraq ipoteka predmeti olan qeyd olunan əmlakların qiymətləndirilməsini qərara almış, əmlakların qiymətləndirilməsini müstəqil qiymətləndirici «xxx» MMC-yə həvalə etmişdir. «xxx» MMC-in xx xxxxxx 2020-ci il tarixli 027/20 və 028/20 nömrəli rəylərinə əsasən: Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi 91 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin (hazırda sökülmüş) hazırki dövrə olan orta bazar qiyməti 80000 (səksən min) manat, likvid dəyəri isə 75000 (yetmiş beş min) manat təşkil edir. Göyçay şəhəri H.Əliyev prospekti 66 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırki dövrə olan orta bazar qiyməti 70000 (yetmiş min) manat, likvid dəyəri isə 65000 (altmış beş min) manat təşkil edir. Göyçay şəhəri H.Əliyev prospekti 67 saylı binada yerləşən 24 nömrəli mənzilin hazırki dövrə olan orta bazar qiyməti 60000 (altmış min) manat, likvid dəyəri isə 54000 (əlli dörd min) manat dəyərində qiymətləndirilmişdir. İşdə olan ipoteka müqaviləsində ipoteka predmetlərinin qiyməti Göyçay şəhəri H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası 55250 manat, ünvan 2 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m olan mənzil 42500 manat və Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi 91 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.m olan fərdi yaşayış evi 71400 manat məbləğində qiymətləndirilmişdir Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı qiymətləndirmə təyin edilmiş və Аzərbаycаn Rеspublikаsı Хаmmаl və Əmtəə Birjаsı qiymətləndirmə Хidməti Tərəqqi MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 41 saylı rəydə isə xx xxxxxx 2016-cı il tarixə Cavabdeh məxsus Göyçay şəhəri H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının bazar qiyməti 80.000 manat, Pərviz Həmidova məxsus ünvan 2 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m olan mənzilin bazar qiyməti 70.000 manat, İradə Məmmədovaya məxsus Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi 91 saylı ünvanda yerləşən fərdi yaşayış evinin bazar qiyməti 160.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 47.5-ci maddəsinə görə, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanını tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxx 2020-ci il tarixli qərardadından görünür ki,“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilənilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində qeyd etdiyi dəlilləri, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ipoteka predmetlərinin ilkin satış qiyməti ilə məhkəmə kollegiyasının təyin etdiyi qiymətləndirmənin rəyi arasında müəyyən edilmiş qiymətlər arasında fərqlərin olmasını, daşınmaz əmlaklar üzrə hazırkı dövrə olan likvid qiymətlərini nəzərə alaraq, «xxx» MMC-in xx.xx.2020-ci il tarixli rəylərinin qanunvericiliyin tələbinə uyğun olaraq kifayət qədər əsaslandırıldığına istinad edərək, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin «xxx» MMC-in xx.xx.2020-ci il tarixli 027/20 və 028/20 nömrəli rəylərində göstərildiyi kimi likvid qiyməti nəzərə alınaraq mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan və Göyçay şəhəri H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 65000 (altmış beş min) manat, mülkiyyət hüququ üzrə Pərviz Həmidova məxsus olan və ünvan 2 24 saylı ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m. olan mənzilin ilkin satış qiymətinin 54000 (əlli dörd min) manat, mülkiyyət hüququ üzrə İradə Məmmədovaya məxsus olan və Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi 91 saylı ünvanda 0,06 ha torpaq sahsində yerləşən, ümumi sahəsi 136,7 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 75000 (yetmiş beş min) manat məbləğində müəyyən edilməsini daha qanunauyğun, ağlabatan və ədalətli hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. MPM-in 384.0.3-cü maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, iddia tələbinin əsas kredit borcuna, kreditə görə hesablanmış faiz borcuna və cərimə borcuna münasibətdə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, ancaq ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyаsı iddiaçının apelyasiya şikayətinin dəlillərini ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hissədə əsaslı hesab edərək, qətnamənin yalnız ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi nəticəsinə gələrək belə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli 2(046)-1406/2018 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan və «xxx» MMC-in xx.xx.2020-ci il tarixli 027/20 və 028/20 nömrəli rəylərində göstərildiyi kimi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan və Göyçay şəhəri H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 65000 (altmış beş min) manat, mülkiyyət hüququ üzrə X3 məxsus olan və ünvan 2 24 saylı ünvanda yerləşən ümumi sahəsi 94,5 kv.m. olan mənzilin ilkin satış qiyməti 54000 (əlli dörd min) manat, mülkiyyət hüququ üzrə X2 məxsus olan və Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi 91 saylı ünvanda 0,06 ha torpaq sahsində yerləşən, ümumi sahəsi 136,7 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat məbləğində müəyyən edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İddiaçı Bank «xxx» X8 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli 2(046)-1406/2018 nömrəli qətnaməsi ipoteka predmetləri olan və mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan və Göyçay şəhəri H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının, mülkiyyət hüququ üzrə X3 məxsus olan və ünvan 2 24 saylı ünvanda yerləşən ümumi sahəsi 94,5 kv.m. olan mənzilin və mülkiyyət hüququ üzrə X2 məxsus olan və Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi 91 saylı ünvanda 0,06 ha torpaq sahsində yerləşən, ümumi sahəsi 136,7 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmetləri olan, mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan və Göyçay şəhəri H.Əliyev prospekti 66 A ünvanında 0,0048 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binasının ilkin satış qiyməti 65000 (altmış beş min) manat, mülkiyyət hüququ üzrə X3 məxsus olan və ünvan 2 24 saylı ünvanda yerləşən ümumi sahəsi 94,5 kv.m. olan mənzilin ilkin satış qiyməti 54000 (əlli dörd min) manat, mülkiyyət hüququ üzrə X2 məxsus olan və Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi 91 saylı ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat məbləğində müəyyən edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli 2(046)-1406/2018 nömrəli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar