Məhkəmə qərarları › İş №2(107)-15/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-15/2024

13.08.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-15/2024 13.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sadəddin oğluna qarşı “gediş-gəliş yolunun açılması” tələbinə dair (Açar sözlər: gediş-gəliş yolunun açılması) X2 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X18 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Cavabdeh Sadəddin oğlunun, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Sadəddin oğluna qarşı “gediş-gəliş yolunun açılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(033)-20/2022 nömrəli qətnaməsindən Cavabdeh Sadəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh Sadəddin oğluna qarşı “gediş-gəliş yolunun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sadəddin oğlu tərəfindən qanunsuz olaraq müəyyən hissədə tam zəbt olunmuş, müəyyən hissədə isə qismən zəbt olunaraq daralmış gediş-gəliş yolunun cavabdeh tərəfindən açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X8 2003-cü ildə vəfat etmişdir. Ailələrinin ümumi birgə mülkiyyətində Zaqatala rayonu Bəhmətli kəndində 0,19 ha torpaq sahəsi vardır. Cavabdeh Sadəddin oğlu ilə uzun illərdi qonşudurlar və sonuncu uzun illərdə rəsmi sənədlərdə müvafiq ölçülərlə nəzərdə tutulan gediş gəliş yolunun müəyyən hissəsini qanunsuz olaraq qismən zəbt edərək yolu daralatmış, müəyyən hissəsini isə tam zəbt edərək gediş gəliş yolunu tam bağlamışdır. Yaxın qonşu olduqları üçün illərdir cavabdehlə dil tapmağa çalışmışdır. Dəfələrlə ona yolun müəyyən hissəsini zəbt edib daraltmasının, müəyyən hissədə isə tam zəbt edərək ümumiyyətlə gediş gəliş yolunu bağlamasının qanunsuz olduğunu və onların hüquqlarını pozduğunu, qonşuluqda bu cür halın xoş olmadığını bildirmişdir. Cavabdeh isə onu dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq qanunsuz əməlinə son qoymamış, zəbt olunmuş yolu açmamışdır. Güc bəla ilə özlərinə yeni ev tikmək üçün bünövrə qoymuşlar. Evə lazım olan tikinti materiallarının daşınması üçün yük avtomobilləri yol dar olduğu üçün, müəyyən hissədə isə tam zəbt olunduğu üçün həyətlərinə girə bilmir. Yeni evinin həyət qapısı qoyulacaq hissəsi isə cavabdehin yolu tam bağladığı hissəyə düşür. Məcburiyyət qarşısında qalıb qonşusuna qarşı məhkəmədə iddia qaldırmalı olmuşdur. İddia qaldırınca əvvəl Bəhmətli kənd Bələdiyyəsinin bazasında olan xəritələrlə, eləcə də dövlət reyestr xidmətinin bazasında olan xəritələrlə də dəqiqləşdirmişdir ki, cavabdeh həqiqətən də yolun müəyyən qismini qismən zəbt edib daraltmış, müəyyən hissəsini isə tam zəbt edib yolu bağlamışdır. İddia ərizəsinə əlavə etdiyi xəritələrdən də görünür ki, yol var. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsində məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh Sadəddin oğlu birinci instansiya məhkəməsində məhkəmə iclasında bildirmişdir ki, iş üzrə «X7» məhkəməyə daxil olmuş mütəxəssis rəyi ilə tanış olmuşdur, həmin mütəxəssis rəyi ilə razılaşır. Odur ki, iddia tələbini qəbul edərək iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

5. Üçüncü şəxs Zaqatala rayonu Bəhmətli Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) 03 avqust 2022-ci il tarixli, 2(033)-20/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1982 ha həyətyanı torpaq sahəsinə gedən Torpaq sahəsinin planı və ölçüsü sənədində 1:2000 miqyaslı plan hissəsində 5.5-6.5 metr enində nəzərdə tutulmuş gedişgəliş yolunun faktiki olaraq cavabdehin istifadəsində olan 1,5-2 metrə qədər hissəsinin cavabdeh tərəfindən açılması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10 fevral 2015-ci il olan Çıxarışına əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.1982 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X8, İddiaçı və X9, fərdi yaşayış evi isə tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. Eyni zamanda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 16 dekabr 2019-cu il olan Çıxarışa əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.1814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Tərtib edilmiş bölgü plandan və iş üzrə “X20” MMC tərəfindən verilmiş xx.xx.2022ci il tarixli mütəxəssis rəyindən məlum olur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10 fevral 2015-ci il olan Çıxarışa əsasən X8, İddiaçı və X9 ümumi birgə mülkiyyətlərində olan 0,1982 ha həyətyanı torpaq sahəsinə gedən yol Torpaq sahəsinin planı və ölçüsü sənədində 1:2000 miqyaslı plan hissəsində 5.5-6.5 metr enində yol nəzərdə tutulmuşdur. Lakin faktiki olaraq naturada bu yolun eni 4 m, 4,5 m təşkil edir. Layihə üzrə nəzərdə tutulan yolun enindən 1,5-2 metrə qədəri faktiki olaraq cavabdehin istifadəsində olan torpaq sahəsinin daxilində olması müəyyən olunmuşdur.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh mütəxəssis rəyi ilə razılaşdığını bildirərək, həmin yolun bir hissəsinin özü tərəfindən zəbt olunmasını qəbul edərək iddianı etiraf etmişdir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə prosesi vaxtı cavabdeh iddianı etiraf etdiyindən və bu hal məhkəmə tərəfindən təsdiq edildiyi üçün məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddia təmin edilməli, Cavabdeh Sadəddin oğlu tərəfindən qanunsuz olaraq müəyyən hissədə tam zəbt olunmuş, müəyyən hissədə isə qismən zəbt olunaraq daralmış gediş-gəliş yolu cavabdeh tərəfindən açılmalıdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 97.2, 119.1, 191.3, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh Sadəddin oğlu apellyasiya şikаyəti vermişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdən də göründüyü kimi, iddiaçı X11 mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun açılmasını tələb edir. Zaqatala Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(033)-20/2022 iş nömrəli qətnaməsinə əsasən, açılması nəzərdə tutulmuş yol, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 16 dekabr 2019-cu il olan Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin bir hissəsidir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.4-cü maddələrinə istinadən iddianın təmin edilməsi qanunsuz və əsassızdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175-ci və 255-ci maddələrinin tələbləri baxımından işə baxmalı və müvafiq məhkəmə aktını qəbul etməli idi.

15. İşdən də göründüyü kimi, Zaqatala Rayon Məhkəməsi iş materiallarına əlavə edilmiş "X20” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə istinadən hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Bununla yanaşı, Cavabdeh yanlış izah verməklə, mütəxəssis rəyinin onun xeyrinə olması bildirilmiş və sonuncudan mütəxəssis rəyi ilə razı olması barədə ərizə alınmışdır. Halbuki, Cavabdeh elə başa düşmüşdür ki, yol əvvəlki qaydada qalacaq və mülkiyyətində olan torpaq sahəsinə toxunulmayacaq.

16. Belə ki, hazırki işdən də göründüyü kimi, Zaqatala Rayon Məhkəməsi ümumiyyətlə müəyyən etməmişdir ki, açılması nəzərdə tutulmuş torpaq sahəsi kimin mülkiyyətindədir. Əgər ki, qeyd olunan torpaq sahəsi ümumi istifadədə olan yoldursa, o zaman, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olacaqdı və məhkəmə də bu zaman aidiyatı bələdiyyəni üçüncü şəxs qismində işə qoşmalı olacaqdı. Lakin, Zaqatala Rayon Məhkəməsi heç bir əsaslandırma aparılmayan "X20” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə razılaşaraq, hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir.

17. İşdən də göründüyü kimi, Zaqatala Rayon Məhkəməsi iş materiallarına əlavə edilmiş "X20” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə istinadən hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Lakin, həmin rəydə hansı məlumatara istinadən yol kimi istifadə olunduğu iddia olanan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi, həmin yolun kimin mülkiyyətində olması qeyd edilməmişdir.

18. İşdən də göründüyü kimi, cavabdeh tərəfindən yolun zəbt edilib-edilməməsi xüsusi bilik tələb olunan məsələdir. Lakin, Zaqatala Rayon Məhkəməsi həqiqətə nail olmaq məqsədi ilə müvafiq ekspertiza təyin etməmiş və müətəxəssis rəyinə istinadən hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

19. Belə ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşlar ki, bu da son nəticədə qəbul edilmiş qətanamələrin qanuni və əsaslı olmamasına əsas yaratmışdır. Həmçinin, Zaqatala Rayon Məhkəməsi qətnaməsinin qət etdi hissəsində qeyd edir ki, “ ... İddiaçı X5 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Bəhmətlikəndində yerləşən 0,1982 ha həyətyanı torpaq sahəsinə gedən Torpaq sahəsinin planı və ölçüsü sənədində 1:2000 miqyaslı plan hissəsində 5.5-6.5 metr enində nəzərdə tutulmuş gediş-gəliş yolunun faktiki olaraq cavabdehin istifadəsində olan 1,5-2 metrə qədər hissəsi cavabdeh tərəfindən açılsın.” Lakin, həmin qətnaməyə əsasən, torpaq sahəsinin hansı tərəfdən, hansı hissədə, harda 1,5, harda 2 metr uzunluğunda açılmasını müəyyən etmək qeyri-mümkündür. Qətnamə qanuni qüvvəsini alacağı təqdirdə hesab edirik ki, icrasını təmin etmək də yuxarıda qeyd olunan səbəbdən mümkün olmayacaqdır.

20. Odur ki, Azərbaycan Respublikası Zaqatala Rayon Məhəkəməsin 03 avqust 2022ci il tarixli, 2(033)- 20/2022 iş nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh Sadəddin oğlu apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunması, Zaqatala Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(033)-20/2022 nömrəli qətnaməsinin ləğv olunması, İddiaçı ona qarşı “gediş-gəliş yolunun açılması” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh Sadəddin oğlunun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunması, Zaqatala Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(033)-20/2022 nömrəli qətnaməsinin ləğv olunması, İddiaçı Cavabdeh Sadəddin oğluna qarşı “gediş-gəliş yolunun açılması” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı, iddiaçının vəkili Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 və digər üçüncü şəxs Zaqatala rayonu Bəhmədli Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin; 18-ci maddəsinə görə, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edlir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatinin ödənilməsinə xidmət edən digər obyektlər altindakı torpaq sahələri yaşayiş məntəqələrinin torpaqlarinin tərkibinə daxildir. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

28. Qərar: “X15rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyator Zaqatala Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(033)-20/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

34. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10 fevral 2015-ci il olan Çıxarışa əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.1982 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X8, İddiaçı və X9, fərdi yaşayış evi isə tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. Eyni zamanda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 16 dekabr 2019-cu il olan Çıxarışa əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.1814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin "X20” MMC-nin xx.xx.2022ci il tarixli mütəxəssis rəyinə istinadən mübahisələndirilən qətnaməni qəbul etməsi, Zaqatala Rayon Məhkəməsinin açılması nəzərdə tutulmuş torpaq sahəsinin kimin mülkiyyətində olmasını müəyyən etməməsi, Zaqatala Rayon Məhkəməsinin həqiqətə nail olmaq məqsədi ilə müvafiq ekspertiza təyin etməməsi və müətəxəssis rəyinə istinadən hazırda mübahisələndirilən qətnaməni qəbul etməsinə dair dəlilləri ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsaslıdır.

36. Belə ki, birinci instansiya məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(033)-20/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, sonradan 08 iyul 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi” barədə məlumatı əsas götürülərək iş üzrə icraat təzələnmiş, ekspert rəyinin verilməməsi məhkəmə tərəfindən araşdırılmamış, buna hüquqi qiymət verilməmiş, məhkəmə, yalnız mülki iş materiallarında olan “X20” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə kifayətlənmiş, nəticədə iş üzrə düzgün və hərtərəfli məhkəmə araşdırılmasını təmin etməmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi “X20” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini sübut növü kimi qiymətləndirməklə səhvə yol vermişdir.

38. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində sübut qismində mütəxəssisin deyil, məhz ekspertin rəyinə istinad edilməli olması nəzərdə tutulmuşdur.

41. Buna görə də mülki işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə havalə edilmişdir.

42. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2023-cü il tarixli, 10/7258 nömrəli ekspert rəyində göstərilir ki:

43. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10 fevral 2015-ci il olan Çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ üzrə X8, X12 və X9, fərdi yaşayış evi isə tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrindən 30 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmış Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.1982 ha həyətyanı torpaq sahəsi mövcud vəziyyətinə uyğun gəlir və həmin torpaq sahəsinin faktiki naturada ölçüləri 0.2070 hektardır.

44. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 16 dekabr 2019-cu il olan Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh Səddədi oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən 30 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmış Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.1814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsündə yerləşən ərazi mövcud vəziyyətinə uyğun və həmin torpaq sahəsinin faktiki naturada ölçüləri 0.2213 hektardır.

45. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********4, qeydiyyat tarixi 10 fevral 2015-ci il olan Çıxarışa əsasən X8, X12 və X9 ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan 0,1982 ha həyətyanı torpaq sahəsinə gedən yol cavabdeh tərəfindən istifadə olunmur.

46. Məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2023-cü il tarixli, 10/7258 saylı ekspert rəyini tam aydın hesab etmədiyindən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2023-cü il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə havalə edilmişdir.

47. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 10/3213 nömrəli ekspert rəyində göstərilir ki:

48. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş A130272 nömrəli, 07 may 2009-cu il tarixdə dövlət torpaq kadastrı kitabında 2061 nömrə ilə uçota alınmış, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarı ilə verilmiş, X3 məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 4671.74 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsündə yerləşən ərazi mövcud vəziyyətinə uyğun gəlmir. X3 məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 4671.74 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cizgiləri daxilində faktiki istifadə olunan ərazi 4172.00 kv.m hissəsidir.

49. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10 fevral 2015-ci il olan Çıxarışa əsasən X8, X12 və X9 ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan 0.1982 ha həyətyanı torpaq sahəsinə daxil olmaq üçün quraşdırlmış həyət darvazasının davamı olaraq, iş materiallarının 1-ci cild 6-cı səhifəsində 0.1982 ha həyətyanı torpaq sahəsinə münasibətdə verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində 4, 5, 6, 7, 8 döngə nöqtələri kimi qeyd edilmiş ərazinin qarşısında, yəni A130272 nömrəli, 07 may 2009-cu il tarixli, torpaq sahəsinin planı və Ölçüsü sənədində göstərilən X3 məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 4671.74 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə aralıq məsafədə sənəd üzrə yol sahəsi nəzərdə tutulması ilə bağlı bildiririk ki, həmin ərazidə vətəndaşların faktiki naturada istifadı etdiyi torpaq sahələrinin cizgiləri ilə kompleks yerquruluşu layihələrində kəskin konfiqurasiya fərqləri mövcud olduğuna görə yolun ölçülərini müəyyən etmək olmamışdır.

50. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövj^föy^tftndən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10 fevral 2015-ci il tarixli Çıxşrışa əsasən X8, X24 ğızı və X13 ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətində olan 0.1982 ha həyətyanı torpaq sahəsinə daxil olmaq üçün quraşdırılmış həyət datvazasının davamı olaraq, iş materiallarının 1-ci cild 6-cı səhifəsində 0.1982 ha həyətyanı torpaq sahəsinə münasibətdə verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində 4, 5, 6, 7, 8 döngə nöqtələri kimi qeyd edilmiş ərazinin qarşısında, yəni A130272 nömrəli, 07 may 2009-cu il tarixli, torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən X3 məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 4671.74 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə aralıq məsafədə sənəd üzrə yol sahəsi nəzərdə tutulması ilə bağlı bildiririk ki, həmin ərazidə vətəndaşların faktiki naturada istifadə etdiyi torpaq sahələrinin cizgiləri ilə kompleks yerquruluşu layihələrində kəskin konfiqurasiya fərqləri mövcud olduğuna görə yol sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini müəyyən etmək olmamışdır.

51. Məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 10/3213 nömrəli ekspert rəyi ilə əsassızlığına görə razılaşmadığından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə havalə edilmişdir.

52. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/8244 nömrəli ekspert rəyində göstərilir ki:

53. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş A130272 nömrəli, 07 may 2009-cu il tarixdə dövlət torpaq kadastrı kitabında 2061 nömrə ilə uçota alınmış, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarı ilə verilmiş, X3 məxsus Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 4671.74 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir.

54. Koordinatlar müəyyən edildikdən sonra X3 məxsus Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 4671.74 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edildikdən sonra naturada ölçüləri 0.4365 hektardır (plan-1).

55. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi 16 dekabr 2019-cu il olan çıxarışa əsasən Cavabdeh Sadəddin oğlunun mülkiyyətində olan 0.1814 ha həyətyanı torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir.

56. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi 16 dekabr 2019-cu il olan çıxarışa əsasən Cavabdeh Sadəddin oğlunun mülkiyyətində olan 0.1814 ha həyətyanı torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilikdən sonra naturada ölçüləri 0.2213 hektardır (plan-2).

57. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi 615000654, qeydiyyat tarixi 10 fevral 2015-ci il olan çıxarışa əsasən X8, X1 Azər Abdulla oğlunun ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan 0.1982 ha həyətyanı torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir.

58. Koordinatlar müəyyən edildikdən sonra Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10 fevral 2015-ci il olan çıxarışa əsasən X8, X12, X9 ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan 0.1982 ha həyətyanı torpaq sahəsinin sənəddə göstərilən koordinatları müəyyən edildikdən sonra naturada ölçüləri 0.2070 hektardır.

59. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi 615000654, qeydiyyat tarixi10 fevral 2015-ci il olan çıxarışa əsasən X8, X12, X9 ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan 0.1982 ha həyətyanı torpaq sahəsinə daxil olmaq üçün quraşdırılmış həyət darvazasının davamı olaraq, iş materiallarının 1-ci cild 6-cı səhifəsində 0.1982 ha həyətyanı torpaq sahəsinə münasibətdə verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində 4, 5, 6, 7, 8 döngə nöqtələri kimi qeyd edilmiş ərazinin qarşısında, yəni A130272 nömrəli, 07 may 2009-cu il tarixli, torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən X3 məxsus Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 4671.74 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iiə aralıq məsafədə sənəd üzrə yol sahəsi nəzərdə tutulmuşdur və konfiqurasiya fərqləri nəzərə alınmadan həmin yolun sənəd üzrə yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı-3 də göstərilmişdir. X3 məxsus Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 4671.74 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə aralıq məsafədə sənəd üzrə yol sahəsi iddiaçının özünün naturada istifadəsində olan 0.2070 ha torpaq sahəsinin hüdudları daxilindən keçir.

60. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi 615000654, qeydiyyat tarixi 10 fevral 2015-ci il olan çıxarışa əsasən X8, X12, X9 ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan 0.1982 ha həyətyanı torpaq sahəsinə daxil olmaq üçün quraşdırılmış həyət darvazasının davamı olaraq, iş materiallarının 1-ci cild 6-cı səhifəsində 0.1982 ha həyətyanı torpaq sahəsinə münasibətdə verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində 4, 5, 6, 7, 8 döngə nöqtələri kimi qeyd edilmiş ərazinin qarşısında, yəni A130272 nömrəli, 07 may 2009-cu il tarixli, torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən X3 məxsus Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 4671.74 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə aralıq məsafədə sənəd üzrə yol sahəsi nəzərdə tutulmuşdur və həmin yol sahəsi kəskin konfiqurasiya fərqləri nəzərə alınmadan cavabdeh tərəfindən zəbt edilməmişdir plan-3).

61. İddiaçı X6, Cavabdeh Sadəddin oğluna və X3 məxsus torpaq sahəsinin aralıq hissəsindəki yol sahəsinin zəbti halı müəyyən edilməmişdir.

62. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

63. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

64. Məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli, 10/3213 nömrəli ekspert rəyini əsaslı hesab etməməsi səbəbli təkrar məhkəmə tikinti texniki ekspertizası təyin edildiyindən, 01 iyul 2024-cü il tarixli, 3-16- 16/2-10/8244 nömrəli ekspert rəyi üzrə ekspertiza tədqiqatı ekspert qarşısında daha geniş suallar qoyulmaqla daha əhatəli bir tədqiqat olduğundan, 01 iyul 2024-cü il tarixli, 3-16- 16/2-10/8244 nömrəli ekspert rəyi üzrə ekspertiza tədqiqatı ilə 22 fevral 2023-cü il tarixli, 10/7258 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqat ekspertlər qarşısında qoyulmuş eyni sualların cavablandırılmasında uyğunluq təşkil etdiyindən, təkrar məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/8244 nömrəli ekspert rəyini mübahisənin həllində iş üzrə mötəbər sübut kimi qəbul edir.

65. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, təkrar məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/8244 nömrəli ekpsert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş 01 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/8244 nömrəli ekpsert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

66. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin iddianı etiraf etməsi ilə əlaqədar məhkəmənin iddianı təmin etməli olmasına dair mövqeyinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

67. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

68. Kollegiya qeyd edir ki, iş materiallarında olan məhkəmə iclas protokollarından birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehə iddianı etiraf etməsinin prosessual nəticələrinin izah edilməsi halı əksini tapmamaqla yanaşı, iddianı etiraf etmənin qanuna uyğun olması halı da müəyyən edilməmişdir.

69. Kollegiya qeyd edir ki, aparılmış ekspertiza tədqiqatı ilə cavabdehin yol sahəsini zəbt etməsi müəyyən edilmədiyi halda, cavabdehin zəbt etmədiyi bir yolu açması qanunauyğun hal hesab edilə bilməz. Hansı ki, cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməklə, yəni iddia tələbini etiraf etməməklə yanaşı, məhkəmə kollegiyasının iclasında da cavabdeh tərəf iddia tələbini qəbul etməmişdir.

70. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən açılması nəzərdə tutulmuş yolun cavabdehin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi olmasına dair dəlilinə də münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən yol sahəsinin zəbti halı müəyyən edilmədiyi halda sonuncunun zəbt etmədiyi bir yolun 1,5-2 metrə qədər hissəsini açması əsaslı hesab edilə bilməz.

71. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını pozduğundan, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

72. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz.

73. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

74. Beləliklə məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmiş hallardan bəlli olur ki, Cavabdeh Sadəddin oğlu iddiaçının açılmasını tələb etdiyi yol hissəsini tutmamışdır.

77. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

75. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir.

76. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Sadəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(033)-20/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh Sadəddin oğluna qarşı “gediş-gəliş yolunun açılması” tələbinə dair iddiası təmin edilməməlidir.

77. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi nəzərə alınaraq, ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı özünə aid edilməli, məhkəmə kollegiyasının araşdırması dövründə aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri-150 manat məbləğində pul İddiaçı tutularaq, dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh Sadəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(033)-20/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Sadəddin oğluna qarşı “gediş-gəliş yolunun açılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri-150 manat məbləğində pul İddiaçı tutularaq, dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar