Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-150/2020 08.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi və İddiaçı vəkili Vəkil iştirakıilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, X8, X9 və Cavabdeh3 ASC-nin Yevlax filialına qarşı ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-1292/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-1292/2019 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) iddiа rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, X8, X9 və Cavabdeh3 ASC-nin Yevlax filialına qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 ASC-nin Yevlax filialı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məleykə Məmmədova, Tural Məmmədov və Orxan Məmmədov arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 115.CL.210115.00002/a saylı ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun keçmiş ailə üzvləridir. Mübahisəli ipoteka müqaviləsi bağlanan zaman onun və mərhum həyat yoldaşının razılığı alınmamış, saxtakarlıqla ipoteka müqaviləsi bağlanaraq bankdan 15.000 manat məbləğində kredit alınmışdır. Cavabdehlər tərəfindən kredit məbləği alındıqdan sonra onlar ölkəni tərk etmişlər. O və həyat yoldaşı əvvəlcə bağışlama müqaviləsi əsasında özlərinə məxsus əmlakı oğullarına versələr də, sonradan bağışlama müqaviləsini ləğv etdirmişlər. Həyat yoldaşı vəfat edərkən onun yas mərasimində heç kim iştirak etməmiş, vərəsə kimi onun əmlakını qəbul etməmişlər. İpoteka müqaviləsi bağlanan zaman o və həyat yoldaşı daimi olaraq həmin evdə yaşasalar da, evə baxış keçirilməmiş və onlardan razılıq alınmamışdır. Hazırda məhkəmə qətnaməsi ilə həmin evə və torpaq sahəsinə tutma yönəldilməsi qət edilmişdir. Qeyd olunanlara əsasən ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X11, X12məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Birinci instansiya məhkəməsi iclasında İddiaçı nümayəndəsi və vəkili Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni qeyri-qanuni və əsassız hesab edir. Məhkəmə işə birtərəfli və səthi yanaşmış, işin həqiqi hallarını hərtərəfli araşdırmamış, tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)- 1292/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X11, X12 və Cavabdeh3 ASC-nin Yevlax filialı (nümayəndəsi) lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-1292/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı X16 tərəfindən verilmiş MA seriyalı ******* saylı Çıxarışa əsasən X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən 144,52 kv.m sahəsi olan evini və 0,0452 ha həyətyanı torpaq sahəsindən onun payına düşən 1/7 hissəni, İddiaçı isə yaşayış evinin yerləşdiyi 0,452 ha torpaq sahəsinin onun payına düşən 1/7 hissəsini oğulları X10 bağışlamışlar. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti X16 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Yevlax şəhəri, M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən 144,52 kv.m sahəsi olan ev və 47,44 kv.m həyətyanı tikili və qurğular xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 (torpaq sahəsi 1/7 hissə), X5 (torpaq sahəsi 1/7 hissə), X6 (torpaq sahəsi 1/7 hissə), X2 (torpaq sahəsi 1/7 hissə) və Cavabdeh1 (yaşayış evi tam, torpaq sahəsi 3/7 hissə) adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 2015-ci il tarixli 115.CL.210115.00002/a saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1, Cavabdeh2, X12, X11 və X4 tərəfindən Yevlax şəhəri, M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən 144,52 kv.m sahəsi olan ev və 0,0452 ha həyətyanı torpaq sahəsi Cavabdeh3 ASC-də ipotekaya qoyulmuş, ipoteka müqaviləsi dövlət qeydiyyatından keçirilməklə bu barədə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı X16 tərəfindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, bu qətnamə ilə X7 Yevlax şəhəri, M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən 144,52 kv.m sahəsi olan evini və 0,0452 ha həyətyanı torpaq sahəsindən onun payına düşən 1/7 hissəni, İddiaçı isə yaşayış evinin yerləşdiyi 0,452 ha torpaq sahəsinin onun payına düşən 1/7 hissəsini oğulları X10 bağışlaması barədə xx.xx.2013-cü il tarixli müqavilə ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı X16 tərəfindən Cavabdeh3 ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli **********87 saylı məktubdan görünür ki, Yevlax şəhəri, M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən fərdi evi üzərində mülkiyyət hüquqları Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən X7 (yaşayış evi tam, torpaq sahəsi 1/7 hissə), İddiaçı (torpaq sahəsi 1/7 hissə), Cavabdeh1 (torpaq sahəsi 1/7 hissə), Cavabdeh2 (torpaq sahəsi 1/7 hissə), X5 (torpaq sahəsi 1/7 hissə), X6 (torpaq sahəsi 1/7 hissə) və X2 (torpaq sahəsi 1/7 hissə) adına xx.xx.2017- ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin ünvanda yerləşən fərdi yaşayış evi hazırda Cavabdeh3 ASC-nin xeyrinə yüklüdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1, 421.1 və 421.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” xx xxxxxx 2015-ci il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” xx xxxxxx 2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.” Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, mübahisələndirilən ipoteka müqaviləsi bağlanan zaman yaşayış evinin mülkiyyətçisi Cavabdeh1, torpaq sahəsinin paylı mülkiyyətçisi isə Cavabdeh1, Cavabdeh2, X4, X11 və X12 olmuşdur. İddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehlər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 115.CL.210115.00002/a saylı ipoteka müqaviləsinin ləğv edilməsini xahiş edir və iddiasını onunla əsaslandırır ki, həmin ipoteka müqaviləsi bağlanılan zaman onun razılığı alınmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavadehlər tərəfindən özlərinə mülkiyyət hüququ ilə məxsus mənzilin və torpaq sahəsinin ipotekaya qoyulması zamanı həmin mənzildə qeydiyyatda olan İddiaçı razılığının alınmaması həmin ipoteka müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz. Göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-1292/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-1292/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-150/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-150/2020
08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver