Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-150/2025 21.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- avtomobilə dəymiş ziyanın ödənilməsi tələbi, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Tahirov Zamin Cəbrayıl oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(037)-909/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5017 manat dəymiş ziyan və 63.15 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 5080.15 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 11 yanvar 2024-cü il tarixdə saat 10:00 radələrində idarə etdiyi “Mercedes Benz” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsinə çıxan yerdə quraşdırılmış işıqforun qırmızı işığında dayanıb yaşıl işıq yanan kimi yola düzəlmək istədikdə qəflətən Cavabdeh işıqforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyindən qarşı sağ tərəfdən İsmayıllı şəhəri ərazisindəki (keçmiş İsmayıllı kəndi) yoldan həmin yola çıxmaq istədiyi vaxt idarə etdiyi VAZ-21063 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə onun idarə etdiyi avtomobil toqquşmuşdur. Nəticədə hər iki avtomobilə maddi ziyan dəymiş, hər ikisi sağlamlığa zərər vurmayan xəsarətlər almışlar. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra VAZ-21063 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Cavabdeh hadisə yerində xəsarət aldığını deyib yaxınlıqda olan İsmayıllı rayon Mərkəzi Xəstəxanasına getmişdir. Sonra o da İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət edərək, hər ikisi tibbi yardım almışlar. Nəticədə təyin edimiş məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən ona və cavabdehə yol-nəqliyyat hadisəsi zamanı sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyi dərəcəsi təyin edilmişdir. Hadisə onun təqsiri üzündən baş verməmişdir. Hadisə nəticəsində o, xəsarət almaqla “Mercedes Benz” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 5017 manat maddi ziyan dəymişdir. Hadisə yerində avtomobilin fotoşəkilləri çəkilmişdir.Avtomobilə dəymiş maddi ziyan Cavabdeh tərəfindən ödənilməmişdir. Bildirmək istəyir ki, ziyanın müəyyən edilməsi üçün İsmayıllı şəhərində yerləşən “X2 Serviz Mərkəzi” nə müraciət etmişdir. Etdiyi müraciətinə əsasən “X2 Serviz Mərkəzi”ndən 18 yanvar 2024-cü il tarixdə ona qüsur aktı təqdim olunmuşdur. Həmin qüsur aktında “Mercedes Benz” markalı **-KZ- *** dövlət qeydiyyat nişanlı avtomaşına ümumilikdə 5017 manat məbləğində maddi ziyan dəyməsi hesablanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hadisə ilə əlaqədar İsmayıllı rayon Polis Şöbəsində araşdırmalar aparılmışdır. Aparılmış araşdırmalarda faktla bağlı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 may 2024-cü il tarixli qərar qəbul olunmuşdur. Aparılmış araşdırmada “Mercedes Benz” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılmışdır. Cavabdeh “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 may 2024-cü il tarixli qərardan İsmayıllı rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Sözügedən şikayət İsmayıllı rayon prokurorluğu tərəfindən təmin edilməmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Hesab edir ki,qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən alınaraq onun xeyrinə ödənilməlidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən, Cavabdeh törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və o, vurduğu zərərin əvəzini ödəməlidir.Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Həmin hadisə nəticəsində ona məxsus avtomobilə 5017 manat dəyərində maddi ziyan vurulmuşdur. Həmin ziyanın ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, o, ziyanı ödəməmişdir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(037)-909/2024 saylı qətnaməsi ilə (hakim İ.Hüseynov) iddia tələbi təmin edilmiş, Cavabdeh 5017 manat dəymiş ziyanı və 63.15 manat dövlət rüsumu olmaqla, cəmi 5080.15 manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Cavabdeh idarə etdiyi “VAZ 21063” minik markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri,Ə.Ələkbərzadə küçəsində işıqforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyindən qarşı sağ tərəfdən İsmayıllı şəhəri ərazisindəki (keçmiş İsmayıllı kəndi) yoldan həmin yola çıxan İddiaçı idarə etdiyi “Mercedes Benz C-220” minik markalı, ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə hər iki avtomaşına maddi ziyan dəymişdir. İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Şəhriyar Fərəcov tərəfindən İsmayıllı rayon Talış kənd sakini Cavabdeh İsmayıllı RMX-na müraciəti əsasında toplanmış HK1/61 saylı material üzrə araşdırma aparılmış, araşdırma zamanı toplanmış HK-1/61 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın sürəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötürü şöbənin DYPB-nə verilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarla İsmayıllı rayon Talış kənd sakini Cavabdeh xx.xx.2024-cü il tarixli İXP6339743 nömrəli protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirili bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. “X2 Servis Mərkəzi” tərəfindən verilmiş 18 yanvar 2024-cü il tarixli qüsur aktına əsasən “Mercedes Benz C-220” minik markalı ** KZ *** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 5017 manat dəyərində (ehtiyat hissələri və təmir xərci ilə birlikdə) maddi ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdeh “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 may 2024-cü il tarixli qərardan İsmayıllı rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş, sözügedən şikayət İsmayıllı rayon prokurorluğu tərəfindən təmin edilməmişdir. İddiaçı cavabdehdən “Mercedes Benz” markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyana görə 5017 manat məbləğinin alınaraq ona verilməsini tələb edir.Cavabdeh hadisənin onun təqsiri üzündən baş vermədiyini bildirir və iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi iddia ilə bağlı qeyd etmişdir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə bildirmişdir ki, göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə təqdim edilən sübutlara qiymət verərək qeyd etmişdir ki, hadisənin cavabdehin təqsiri üzündən baş verməsi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarla təsdiq edildiyindən və məhkəmə baxışı zamanı təqdim edilmiş qüsur aktı ilə vurulmuş zərərin həcmi 5017 manat müəyyən edildiyindən, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən “Mercedes Benz” markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyana görə 5017 manat məbləğ alınaraq iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.2, 1097.1, 1099.1, 1108.1, 1108.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4 və 220.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmiş və birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Qusur aktında göstərilən məbləğ həddində artıq şişrdilmiş halda göstərilmişdir və dəymiş ziyanın məbləği həqiqəti əks etdirmir. Belə ki, tələbin əsasını yol nəqliyyatı hadisəsi təşkil edir ki, bu da onun iddiaçı qarşısında öhdəlik daşımağınа əsas hesab edilə bilməz və iddiaçının 5017 manat pulun ödənilməsi barədə hazırki tələbi təmin edilə bilməz. Belə ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçıya məxsus avtomaşının əzilməsi nəticəsində iddiaçıya dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi alınmalı idi. Zərər dəymiş avtomobilin hansı hissəsində təmir-bərpa işlərin görüldüyü və ya həmin hissəsi dəyişdirildiyini avtomobilin hissələrinin real bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəmə-avtotexniki və məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilmədən birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə və mübahisənin maddi-hüquqi əsasını ümumiyyətlə düzgün müəyyən etməməklə,iş üzrə səhf nəticəyə gəlmişdir. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(037)- 909/2024 saylı qətnaməsinin tam ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlnaılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Həmin Məcəllənin 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator apellyasiya şikayəti təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(037)-909/2024 saylı qətnaməsinin tam ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(037)-909/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni tutulan pulun məbləğinə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq yuxarıda qeyd edildiyi kimi təmin etmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli İsmayıllı Rayon Məhkəməsinin 16 oktyabr 2024cü il tarixli, 2(037)-909/2024 saylı qətnaməsi “Mercedes Benz” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbəği 5017 manat hissəsi, «Mercedes benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbəği оlаrаq 3719 manat şəklində dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Cavabdeh idarə etdiyi “VAZ 21063” minik markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri,Ə.Ələkbərzadə küçəsində işıqforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyindən qarşı sağ tərəfdən İsmayıllı şəhəri ərazisindəki (keçmiş İsmayıllı kəndi) yoldan həmin yola çıxan İddiaçı idarə etdiyi “Mercedes Benz C-220” minik markalı, ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə hər iki avtomaşına maddi ziyan dəymişdir.İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Şəhriyar Fərəcov tərəfindən İsmayıllı rayon Talış kənd sakini Cavabdeh İsmayıllı RMX-na müraciəti əsasında toplanmış HK1/61 saylı material üzrə araşdırma aparılmış, araşdırma zamanı toplanmış HK-1/61 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın sürəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötürü şöbənin DYPB-nə verilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarla İsmayıllı rayon Talış kənd sakini Cavabdeh xx.xx.2024-cü il tarixli İXP6339743 nömrəli protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirili bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. “X2 Servis Mərkəzi” tərəfindən verilmiş 18 yanvar 2024-cü il tarixli qüsur aktına əsasən “Mercedes Benz C- 220” minik markalı ** KZ *** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 5017 manat dəyərində (ehtiyat hissələri və təmir xərci ilə birlikdə) maddi ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdeh “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 may 2024cü il tarixli qərardan İsmayıllı rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş, sözügedən şikayət İsmayıllı rayon prokurorluğu tərəfindən təmin edilməmişdir. İddiaçı cavabdehdən “Mercedes Benz” markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyana görə 5017 manat məbləğinin alınaraq ona verilməsini tələb etmişdir. Cavabdeh hadisənin onun təqsiri üzündən baş vermədiyini bildirir və iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş etmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, İsmayıllı Rayon Məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmiş və birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, qusur aktında göstərilən məbləğ həddində artıq şişrdilmiş halda göstərilmişdir və dəymiş ziyanın məbləği həqiqəti əks etdirmir. Belə ki, tələbin əsasını yol-nəqliyyatı hadisəsi təşkil edir ki, bu da onun iddiaçı qarşısında öhdəlik daşımağınа əsas hesab edilə bilməz və iddiaçının 5017 manat pulun ödənilməsi barədə hazırki tələbi təmin edilə bilməz. Belə ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçıya məxsus avtomaşının əzilməsi nəticəsində iddiaçıya dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi alınmalı idi. Zərər dəymiş avtomobilin hansı hissəsində təmir-bərpa işlərin görüldüyü və ya həmin hissəsi dəyişdirildiyini avtomobilin hissələrinin real bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəmə-avtotexniki və məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilmədən birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə və mübahisənin maddi-hüquqi əsasını ümumiyyətlə düzgün müəyyən etməməklə,iş üzrə səhf nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili qismən əsaslıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2025-ci il tarixli, 3-16-16/2- 9/1138-8/379/2025 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən, iş materialında olan (cild i.v. 75) “X2 Servis Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 028 nömrəli qüsur aktında qeyd edilən ehtiyat hissələrinin qiyməti, istifadədə olmuş ehtiyat hissələrinin qiymətinə müvafiq olaraq “Mercedes Benz C220” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3719,00 manat müəyyən edilmiş, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 2409,00 manat; təmir- bərpa işlərinin qiyməti - 1310,00 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin iddiaçıya vurmuş olduğu maddi zərər ekspertiza rəyinə uyğun olaraq müəyyən edilməlidir. 22 may 2025-ci il tarixli, 3-16-16/2-9/1138-8/379/2025 ekspertizа rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş müаsir tədqiqаt metоdlаrınа əsаslаnаn ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Оnа görə də məhkəmə kоllegiyаsı sözügedən 22 may 2025-ci il tarixli, 3-16-16/2-9/1138-8/379/2025 ekspertizа rəyini mötəbər sübut kimi qəbul edir və hesаb edir ki, hаzırki işdə iddiаçının аvtоmоbilinə cаvаbdeh tərəfindən vurulmuş zərər həmin ekspertizа rəyində göstərilən məbləğ üzrə hesаblаnmаlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(037)-909/2024 saylı qətnaməsi “Mercedes Benz” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbəği 5017 manat hissəsi, “Mercedes Benz” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbəği оlаrаq 3719 manat şəklində dəyişdirilməlidir. Həmçinin iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Belə ki, Аzərbаycаn Respublikаsı MPM-nin 17.1-ci mаddəsinə əsаsən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Аzərbаycаn Respublikаsı MPM-nin 118.1-ci mаddəsinə əsаsən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Аzərbаycаn Respublikаsı MPM-nin 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(037)-909/2024 saylı qətnaməsi dəyişdirilsin. “Mercedes Benz” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbəği 3719 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İsmayıllı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(037)-909/2024 saylı qətnaməsi mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, iddiaçı tərəfin tələbləri təmin olunmadığı hallarda ona rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(107)-150/2025
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-150/2025
21.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver