Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1500/2021 22.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı Yevlax rayon Balçılı Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(039)-904/2021 saylı qərardadından iddiaçı Yevlax rayon Balçılı Bələdiyyəsi tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Yevlax rayon Balçılı Bələdiyyəsi Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı «icarə haqqı üzrə vaxtı keçmiş borcların ödənilməsi, torpaq icarəsi müqavilələrinin və torpaq sahəsinin icarə hüququnun alqısatqısına dair 2 ədəd çıxarışın ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 2 ədəd icarə müqaviləsinin və torpaq sahəsinin icarə hüququnun alqı-satqısına dair 2 ədəd çıxarışın bildiriş müddətini gözləmədən ləğv edilməsi və 1432.50 manat vaxtı keçmiş icarə haqqının cavabdehdən alınıb bələdiyyəyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(039)-904/2021 saylı qərardadı ilə iddiaçı Yevlax rayon Balçılı Bələdiyyəsinin Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı «icarə haqqı üzrə vaxtı keçmiş borcların ödənilməsi, torpaq icarəsi müqavilələrinin və torpaq sahəsinin icarə hüququnun alqısatqısına dair 2 ədəd çıxarışın ləğvi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Yevlax rayon Balçılı Bələdiyyəsi həmin qərardaddan şikayət verərək qeyd etmişdir ki, Cavabdeh bu işdə uydurma şəxsdir, hımin torpaq sahəsini başqa şəxs istifadə və idarə edir. O, dəfələrlə cavabdehi xəbərdar etmişdir ki, icarə haqqını vaxtında ödəsin. Lakin, əvəzində “müəllim icarə haqqının ödənilməsini məsləhət bilmir” cavabı almışdır. Beləliklə, o, əsl tərəf olmadığını etiraf etməli və əsl tərəf məhkəmə icraatına cəlb olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 713-cü maddəsinin tələblərini rəhbər tutaraq, Cavabdeh 1 saylı bildiriş göndərərək, xəbərdarlıq müddətini gözləmədən müqavilənin ləğv ediləcəyi barədə xəbərdarlıq etmişdir. Həmin bildiriş rəsmi qaydada cavabdehə çatan kimi o, icarə müqaviləsinin məhkəmə qaydasında ləğvi üçün iddia ərizəsi vermişdir. Odur ki, o, Yevlax Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(039)-904/2021 saylı qərardadının ləğv edilməsini və sonraki prosessual hərəkətlərin davam etdirilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Yevlax Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(039)-904/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Yevlax rayon Balçılı Bələdiyyəsinin nümayəndəsi X1 Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(039)-904/2021 saylı qərardadının ləğv edilməsini və sonraki prosessual hərəkətlərin davam etdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(039)-904/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh bu işdə uydurma şəxsdir, hımin torpaq sahəsini başqa şəxs istifadə və idarə edir. O, dəfələrlə cavabdehi xəbərdar etmişdir ki, icarə haqqını vaxtında ödəsin. Lakin, əvəzində “müəllim icarə haqqının ödənilməsini məsləhət bilmir” cavabı almışdır. Beləliklə, o, əsl tərəf olmadığını etiraf etməli və əsl tərəf məhkəmə icraatına cəlb olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 713-cü maddəsinin tələblərini rəhbər tutaraq, Cavabdeh 1 saylı bildiriş göndərərək, xəbərdarlıq müddətini gözləmədən müqavilənin ləğv ediləcəyi barədə xəbərdarlıq etmişdir. Həmin bildiriş rəsmi qaydada cavabdehə çatan kimi o, icarə müqaviləsinin məhkəmə qaydasında ləğvi üçün iddia ərizəsi vermişdir. Kollegiya şikayətin dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarında olan 13 avqust 2007ci il tarixli 51 saylı müqavilənin 2.14 bəndinə əsasən tərəflərin hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməsə mövcud qanunlar əsasında müvafiq olaraq və ya məhkəmə qarşısında iddia qaldırır. İş materiallarında olan 19 iyul 2007-ci il tarixli 29 saylı müqavilənin 2.14 bəndinə əsasən tərəflərin hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməsə mövcud qanunlar əsasında müvafiq olaraq və ya məhkəmə qarşısında iddia qaldırır. İş materiallarında olan 09 mart 2021-ci il tarixli 17 saylı bildirişdən məlum olur ki, iddiaçı rəsmi olaraq müqavilə şərtlərinin pozulması barədə məhkəməyə müraciət etməsi barədə cavabdehi xəbərdar etmişdir. Lakin, müqavilələrdə pretenziya qaydası 60 gün olaraq müəyyən edilmişdir. İddiaçı pretenziya qaydasına riayət edərək, cavabdehə 09 mart 2021-ci il tarixdə göndərsə də, 60 gün müddəti gözləməmişdir. Belə ki, 02 aprel 2021-ci il tarixdə «icarə haqqı üzrə vaxtı keçmiş borcların ödənilməsi, torpaq icarəsi müqavilələrinin və torpaq sahəsinin icarə hüququnun alqı-satqısına dair 2 ədəd çıxarışın ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, kollegiya şikayətin dəlillərinin formal mülahizələrlə əsaslandırılması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün kifayətedici əsaslar mövcud deyildir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin mülki iş üzrə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də şikayət təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(039)-904/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Yevlax rayon Balçılı Bələdiyyəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(039)-904/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1500/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1500/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver