Məhkəmə qərarları › İş №2(107)-1503/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1503/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1503/2020 21.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı - ASC İddiaçı Bankının nümayəndəsi Nümayəndə; Cavabdehlər - Cavabdeh2 və x1 iştirakı ilə Şəki Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tаrixli, 2(075)-4/2020 saylı qətnaməsindən iddiaçı ASC İddiaçı Bankı tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı ASC İddiaçı Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 iyul 2014cü il tarixli, **********9914/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Şəki şəhəri Mikayıl Cəbrayıl küçəsində yerləşən 0,05 hektar torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 150,5 kvadrat metr ümumi, 50,6 kvadrat metr yaşayış, 99,9 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli mənzilə tutmanın yönəldilməsi, 07 iyul 2014-cü il tarixli, **********55914 nömrəli kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 21060,17 ABŞ dolları məbləğində əsas, 3082,58 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 04 avqust 2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 439,48 ABŞ dolları məbləğində cərimə faizləri olmaqla, cəmi 24582,43 ABŞ dolları və 04 avqust 2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən tutulması, ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiymətinin cavabdehin buna etiraz etmədiyi təqdirdə ipoteka predmetinin 07 iyul 2014-cü il tarixli, **********9914/1 nömrəli ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri məbləğində, cavabdehin etiraz etdiyi təqdirdə isə məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında təyin edilməsi, məhkəmə qətnaməsinin Cavabdeh2 hüquq və vəzifələrinə təsir edə biləcəyini nəzərə alaraq onun Cavabdeh1 tərəfindən üçüncü şəxs qismində işdə iştiraka cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı ASC İddiaçı Bankı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilmiş tələblərinin 1-ci bəndinə müvafiq dəyişikliyi edib 07 iyul 2014-cü il tarixli, **********99914/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və 04 iyul 2014-cü il tarixli, **********99914 nömrəli Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 21 060,17 (iyirmi bir min altmış ABŞ dolları 17 sent) ABŞ dolları məbləğində əsas borcu, 04.07.2018-ci il tarixinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 10751.99 (on min yeddi yüz əlli bir ABŞ dolları 99 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği, 04.07.2018-ci il tarixdən 29.10.2019-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 5557,54 (beş min beş yüz əlli yeddi ABŞ dolları 54 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi), 29.10.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 8336,22 (səkkiz min üç yüz otuz altı ABŞ dolları 22 sent) cərimə faizləri olmaqla, cəmi 45705,93 (qırx beş min yeddi yüz beş ABŞ dolları və 29.10.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı ASC İddiaçı Bankı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilmiş tələblərinin 1-ci bəndinə müvafiq dəyişikliyi edib 07 iyul 2014-cü il tarixli, **********99914/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və 04 iyul 2014-cü il tarixli, **********99914 nömrəli Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 21 060,17 (iyirmi bir min altmış ABŞ dolları 17 sent) ABŞ dolları məbləğində əsas borcu, 04.07.2018-ci il tarixinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 10751.99 (on min yeddi yüz əlli bir ABŞ dolları 99 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği, 04.07.2018-ci il tarixdən 31.01.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 6622.25 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi), 31.01.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 9134.75 cərimə faizləri olmaqla, cəmi 47569.17 ABŞ dolları və 31.01.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı ASC İddiaçı Bankı iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilmiş tələblərinin 1-ci bəndinə müvafiq dəyişikliyi edib 07 iyul 2014-cü il tarixli, **********99914/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və 04 iyul 2014-cü il tarixli, **********99914 nömrəli Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 21 060,17 (iyirmi bir min altmış ABŞ dolları 17 sent) ABŞ dolları məbləğində əsas borcu, 04.07.2018ci il tarixinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 10751.99 (on min yeddi yüz əlli bir ABŞ dolları 99 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği, 04.07.2018-ci il tarixdən 01.06.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 2009.49 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 01.06.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 9670.03 cərimə faizləri olmaqla, cəmi 43491.68 ABŞ dolları və 01.06.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı ASC İddiaçı Bankı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilmiş tələblərinin 4-ci bəndinin aşağıdakı redaksiyada verilərək fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2, x4, Zamanova Röya Mustafa qızı və x5, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 01 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin yetkinlik yaşlarına çatmayaq ailə üzvləri x2, x7, x8, x3 və x6 ilə birlikdə fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, Cavabdeh2, x4, Zamanova Röya Mustafa qızı və x5 cavabdeh qismində cəlb edilmişlər. 31 may 2020-ci il tarixdə Cavabdeh1 birinci instansiya məhkəməsinə vəsatət göndərərək, Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)860/2020 saylı iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək hazırkı iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tаrixli, 2(075)-4/2020 saylı qərardadı ilə (hakim Pərviz Hacıyev) Şəki Rayon Məhkəməsinin icraatında olan iddiаçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, ASC «İddiaçıBankı» və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması tələbinə dair iddiası üzrə 2(075)-860/2020 saylı mülki işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İddiaçı ASC İddiaçı Bankı Şəki Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(075)- 4/2020 saylı qərardadından şikayət vermişdir. Şikayətdə göstərilmişdir ki, qərardad qanunsuz və əsassızdır və buna görə də ləğv edilməlidir. Belə ki, iddia ərizələrinin məzmunundan göründüyü kimi yuxarıda qeyd edilən mülki işlər tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə bir-biri ilə əlaqəlidirlər və onlara birlikdə baxılması mülki prosessual qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisələrin daha tez və düzgün həll edilməsi məqsədinə xidmət edəcəkdir.Nəzərə almaq lazımdır ki, hazırkı mülki iş üzrə iddia məhkəməyə 04 avqust 2016-cı il tarixdə verilmişdir və həmin iş 4 ildən artıqdır məhkəmənin icraatındadır. Belə olan təqdirdə, iş üzrə icraatı dayandırmaqla, 2-ci mülki işə ayrıca baxılması onsuz da uzun müddət ərzində məhkəmənin icraatında olan 1-ci mülki işin baxılmasını lüzumsuz olaraq ləngitmiş olacaqdır. Şəki Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(075)-4/2020 saylı qərardadına əsasən iddiaçı ASC İddiaçı Bankı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ASC İddiaçı Bankının nümayəndəsi Nümayəndə şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tаrixli, 2(075)-4/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və x4 şikayətə etiraz edərək, onun təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tаrixli, 2(075)-4/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(075)-4/2020 saylı qərardadı tam, Şəki Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(075)-4/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddia ərizəsi və Şəki Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(075)-860/2020 saylı bildirişindən görünür ki, hazırkı iş üzrə Cavabdeh1, Cavabdeh2, ASC «İddiaçıBankı» və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə icraatı dayandırmaq nəticəsinə gələrkən qəbul etdiyi qərardadında göstərmişdi ki, “...işə əlavə edilmiş iddia ərizəsi və Şəki Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(075)-860/2020 saylı bildirişindən iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, ASC İddiaçı Bankına və Şəki regional «ASAN» Xidmət mərkəzində Notariat Ofisinə qarşı «İpoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması haqqında» iddiası ilə bağlı mülki iş (bundan sonra «2-ci mülki iş» adlandırılacaq) üzrə məhkəmə iclasının 09.07.2020-ci il tarixə, saat 12:30-a Şəki Rayon Məhkəməsinin inzibati binasına təyin olunduğu müəyyən edilir. Odur ki, həmin işə baxılaraq yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı mülki iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim icraatı dayandırmalıdır”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, iddia ərizələrinin məzmunundan göründüyü kimi yuxarıda qeyd edilən mülki işlər tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə bir-biri ilə əlaqəlidirlər və onlara birlikdə baxılması mülki prosessual qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisələrin daha tez və düzgün həll edilməsi məqsədinə xidmət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinin tələblərinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsində göstərilmişdir ki, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göründüyü kimi, qeyd olunan normalar məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən edildikdə, hakimə onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirmək səlahiyyəti verir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında göstərilmişdir ki, “...tələblərin birləşdirilməsi müəyyən bir mübahisənin hərtərəfli və tez bir zamanda həlli üçün məqsədə müvafiq hesab edilir. Bundan başqa, bir-biri ilə bağlı olan tələblərə vahid icraatda birgə baxılması mübahisənin predmetinə dair ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Mülki prosessual qanunvericilik bir yurisdiksiya daxilində bir-biri ilə əlaqəli tələblərin mütləq birləşdirilməsini nəzərdə tutur”. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmamışdan əvvəl Şəki Rayon Məhkəməsinin icraatında olan hazırkı 2(075)-4/2020 saylı və həmin məhkəmənin icraatında olan 2(075)-860/2020 saylı mülki işlər üzrə iddia tələblərinin bir-biri ilə bağlı olub olmaması və onların birləşdirilərək bir icraatda baxılmasının mümkünlüyünü araşdırmalı olduğu halda bunu etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə icraatı dayandırmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, iddiaçı ASC İddiaçı Bankı tərəfindən verilmiş şikayət təmin edilməli və Şəki Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(075)- 4/2020 saylı qərardadı tam, Şəki Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(075)- 4/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş yuxarıda göstərilənlərin müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC İddiaçı Bankı tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(075)-4/2020 saylı qərardadı tam, Şəki Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(075)-4/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki iş qərardadda göstərilənlərin müzakirə edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar