Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1507/2021 04.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, onun vəkili X1 və cavabdeh X5 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı “pul tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(039)-301/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(039)-301/2021 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 26000 ABŞ dollarının cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdeh onun qardaşıdır. O, özünə məxsus evi sataraq, qardaşına məxsus evi və torpaq sahəsini 2004-cü ildə qardaşına 26000 ABŞ dolları verməklə almışdır. Qardaşı 2004-cü ildə onun yanına gələrək, evini satdığını, Mingəçevir şəhərinə köçəciyini ona bildirərək həmişəlik kənddən köçmə ərəfəsində olduğunu, Mingəçevirdə ev danışdığını, bu səbəbdən də torpağını və evini almasını ona bildirəndən sonra o, evdə uşaqları ilə məsləhətləşmiş, sonra öz evini, malqarasını sataraq və borc götürərək 26.000 ABŞ dollarını düzəldərək, həyat yoldaşının, oğlu Aqilin və bacısı Mehbarənin yanında öz evindən qardaşı Rəsula vermişdir. Pulu alandan 1 həftə ərzində qardaşı Rəsul Mingəçevir şəhərində özünə fərdi yaşayış evi almışdır. Sonrada cavabdeh X11 onun torpaq sahəsindən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, qardaşına evini və torpağını qaytarır. Ancaq cavabdehə ödəmiş olduğu 26000 ABŞ dollarının ona qaytarmasını istəyir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdehlə iddiaçının arasında cavabdehə məxsus evin alqı-satqısı barəda razılıq olsa da, torpaq sahəsinin alqı-satqısı barədə razılıq olmamış və iddiaçı tərəfindən cavabdehə 26000 ABŞ dolları verilməmişdir. Cavabdehə məxsus evdə hazırda iddiaçı yaşayır və cavabdeh buna etiraz etmir. İddiaçının təşəbbüsü ilə birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 iddiaçının və cavabdehin qardaşı olduğunu, 2004-cü ildə qardaşı Rəsulun evini və torpaq sahəsini bacısı Gülnaza satdığını bildirsə də, bacısının qardaşı Rəsula hansı məbləğdə pul verdiyini bilmədiyini bildirmişdir. İddiaçının təşəbbüsü ilə birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 şahid X4 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1,1 -ci, 385.1.3-cü, 385.1.4-cii maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqlarım əhəmiyyətli dərəcədə pozulmuşdur. Şəxs iddiasında güya torpaq sahəsinin ona aid olduğunu və həmin torpaq sahəsindən onun çıxarılmasını tələb etdiyini bildirir. Eyni ilə iddiasında onun könüllü torpaq sahəsindən çıxmadığını bildirir. O, bu iddiadan sonra heç bir halda qardaşıyla təmas qura bilməmişdir ki, aydınlıq gətirsin ki, bu nə oyundur onun başına gətirir. Qardaşı onlardan gizləndiyindən, onlar qardaşıyla əlaqə qura bilmədiklərindən qərara gəliblər ki, bu dələduzluq əməlini polisə versinlər. Polisə ərizə ilə müraciət ediblər. Qardaşı tərəfindən alınmış 26.000 ABŞ dolları zəminində 2 otaqdan, 1 mətbəxdən ibarət fərdi yaşayış evi və 2.7 ha torpaq sahəsi ona satılmış, həmin pulun müqabilində qardaşı Mingəçevir şəhərindən fərdi yaşayış evi almışdır. Həmin fərdi yaşayış evini 4 ildən sonra 40.000 manata satmışdır. Qardaşı 2004-cü ildə onun yanına gələrək, evini satdığını, Mingəçevir şəhərinə köçəçəciyini ona bildirərək həmişəlik kəndən köçmə ərəfəsində olduğunu, Mingəçevirdə ev danışdığını, bu səbəbdən də torpağını və evini almasını ona bildirəndən sonra o, evdə uşaqları ilə də məsləhətləşəndən sonra, öz evini sataraq 26.000 ABŞ dollarını düzəldərək iki oğlunun, həyat yoldaşının və oğlu Aqilin və bacısı Mehbarənin yanında öz evlərində qardaşı Rəsula vermişdir. Rəsul onların yanında arvadı və ailə üzvləri ilə qərarlaşdırdığını bildirərək, həmin pulu götürdü. Təxminən pulu alandan 1 həftə ərzində Mingəçevir şəhərində özünə fərdi yaşayış evi aldı. Hətta onları evinə qonaq çağıraraq bu məsələni şənlik şəklində etdi. Münasibətləri son dərəcə etibar, inam, səmimi bacı-qardaş münasibətləri idi. O, aldığı evin şəraiti olmamasına baxmayaraq istədiyi şəkildə yenidən təmir edib və yaşayıb. 16 il heç bir mənfi münasibət olmadan evində yaşadı, aldığı torpağı əkib-becərdi. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(039)-301/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(039)-301/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh X11 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(039)-301/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 1091.1-ci maddəsinin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən, yəni cavabdehə 26000 ABŞ dollarını verməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şahidlərin ifadələri detallı deyil, onların ifadələri iddianın əsaslılığını sübut etmək üçün faydalı sübut deyil. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair iddiası təmin oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(039)-301/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(039)-301/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1507/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1507/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver