Məhkəmə qərarları › İş №2(107)-1513/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1513/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1513/2022 26.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarıldı, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə maraqlarına toxunan şəxs X3 tərəfindən Ağdaş Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(014)-1225/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Ağdaş Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(014)-1225/2022 nömrəli qərardadından maraqlarına toxunan şəxs X2 nünayəndəsi və vəkili X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(014)-1225/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 91000 (doxsan bir min) manat miqdarında borc və 300 (üç yüz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Maraqlarına toxunan şəxs X2 vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Ağdaş Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(014)-1225/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlarına toxunan şəxs X2 nünayəndəsi və vəkili X4 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Ağdaş Rayon Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2(014)-1225/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(014)- 1225/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayəti araşdırılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayətinin göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməmişdir. Eyni zamanda, X3 iş üzrə maraqlarına toxunan şəxs kimi tanınması üçün məhkəməyə müraciət etməmişdir. İşin materiallarındakı qəbzdən görünür ki, X1 Rayon Məhkəməsinin 12 avqust 2022ci il tarixli, 2(014)-1225/2022 saylı qətnaməsini xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə qəbzin kötüyünə imza etməklə rəsmi qaydada alsa da, həmin qətnamədən 11 noyabr 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Belə olan halda isə müəyyən edilir ki, X3 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət də buraxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355- 22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 364.2-ci maddəsinə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(014)-1225/2022 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(014)-1225/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Maraqlarına toxunan şəxs X2 nünayəndəsi və vəkili X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(014)-1225/2022 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar