Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1516/2020 01.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiаçı - X19 оğlunun və nümayəndəsi (vəkili) X4; Cavabdehlər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(033)-81/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X13 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(033)-81/2020 saylı (hakim Tural Həsənov) qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 müştərək qaydada maddi zərərin əvəzi olaraq 3000 manat məbləğində pul vəsaitinin və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3030 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı X8 verilməsi qət edilmişdir. İşin halları: İddiaçı X14 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq onun xeyrinə tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlərdən ona vurduğu ziyanın, yəni 3000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı X14 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Qax rayonu Güllük kəndində qaynına məxsus torpaq sahəsini 1 illik icarəyə götürərək qarğıdalı əkmişdir. xx.xx.2019-cu il tarixdə cavahdehlərə məxsus olan mal-qara ona məxsus olan qarğıdalı sahəsinə girərək maddi ziyan vurmuşlar. Belə olan halda o cavahdehlərə məxsus olan mal-qaranı kəndin tövləsinə salaraq sahiblərinə bildirmişdir. Bundan sonra sahə inspektorunun, tərəflərin iştirakı ilə akt tərtib olunaraq mal-qaranı cavahdehlərə təhvil vermişdir. Bundan sonra o Qax rayonu X12 müraciət edərək dəymiş ziyanın hesablanmasını xahiş etmişdir. X21 İdarəsinin mütəxəssisi əkin sahəsinə baxış keçirmiş ziyan hesablanmışdır. Mütəxəssis rəyinə əsasən hesablanmış dəymiş zərərin əvəzinin cavabdehlərdən alınaraq ona ödənilməsini xahiş edir. Lakin, cavabdehlərə dəfələrlə müraciət etsə də, cavabdehlər ona dəymiş zərəri ödəməkdən yayınmışdır. Qeyd olunan hadisə nəticəsində onun əmlakına 3000 manat zərər dəymişdir. Həmin zərər də cavabdehlər tərəfindən ödənilməlidir. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasını müdafiə edir və hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia ərizəsində göstərilənləri qismən qəbul edərək izahatında bildirmişdir ki, həqiqətən də özünə və digər cavabdehlərə məxsus iribuynuzlu heyvanlar iddiaçı tərəfindən əkilmiş 1,5 ha qarğıdalı sahəsinə girmişdir. Lakin 1 dəfəyə rəydə qeyd edilən həcmdə qarğıdalı məhsulunu mal məhv edə bilməz. Həmin gün Qax Rayon Polis Şöbəsinə çağırılıb və orada ifadə verib. Dəymiş maddi zərərlə bağlı iddiaçı Polis Şöbəsində hər-hansı tələb irəli sürməyib, şöbədə izahatı alındıqdan sonra iribuynuzlu malı təhvil alıb. Hazırda iddiaçıya 100 kq qarğıdalı məhsulunu və ya onun dəyərini verə bilər, çünki ona məxsus mal ancaq 100 kq qarğıdalı məhsuluna zərər verə bilərdi. 8 ton qarğıdalının dəyərinin neçə manat olduğunu bilmir və hazırda qeyd edilən həcmdə qarğıdalı məhsulunun dəyərini vermək üçün maddi imkanı yoxdur. İddia ərizəsinin qismən təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X13 Cavabdeh1 izahatına uyğun izahat verərək iddia ərizəsinin qismən təmin edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X13 аpelyаsiyа şikаyəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsini qanunsuz hesab edirlər. Belə ki, qətnamədən görünür ki, Zaqatala rayon Məhkəməsi iş materiallarına əlavə edilmiş Qax Dövlət X18 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 392 nömrəli mütəxəssis rəyinə əsaslanmışdır. Həmin mütəxəssis rəyindən görünür ki, qarğıdalı sahəsinə xx.xx.2019-cu il tarixdə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, qarğıdalı məhsulunun 80-85%-i iri buynuzlu mal-qara tərəfindən məhv olunmuşdur və Qax rayonunda qarğıdalıdan orta hesablama 70,4 sentner məhsul götürülmüşdür. Beləliklə də həmin sahəyə dəymiş ziyan 7,5-8 ton qarğıdalı kimi qeyd olunmuşdur. Lakin həmin mütəxəssis rəyindən baxış keçirilmiş ərazidə qarğıdalı məhsuluna dəymiş zərər yalnız xx.xx.2019-cu il tarixdə onların mal-qarasına həmin səhəyə girməsi nəticəsində ziyan vurulması məlum olmur. Mütəxəssislər tərəfindən dəymiş ziyanın həqiqətən də bir gün ərzində, yaxud bir neçə gün ərzində vurulduğu qeyd edilməmişdir. Bundan başqa məhkəmə "Kristal-MM” qiymətləndirmə şirkətinin verdiyi rəyə istinad etmişdir. Həmin rəydə qeyd olunur ki, qarğıdalının orta bazar qiyməti 350 manatdır. Həmin rəyi "Kristal-MM” qiymətləndirmə şirkətinin qiymətləndirməyə dair rəy vermə səlahiyyətinin olub-olmaması məlum deyildir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(033)-81/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X13 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(033)-81/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X14 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(033)-81/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(033)- 81/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Qax rayonu İcra Hakimiyyəti Güllük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2019-cu il tarixdə təsdiq edilmiş müqavilədən görünür ki, Güllük kənd sakini X15 1,5 ha pay torpağını Tasmalı kənd sakini X8 1 il müddətinə icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş Qax rayonu Güllük bələdiyyəsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş 68 nömrəli arayışdan görünür ki, X2 ərazisində 3,13 ha pay torpaq sahəsi vardır. Həmin pay torpaq sahəsinin 1,5 hektar hissəsini X8 1 illik icarəyə vermişdir. Sonuncu həmin 1,5 ha torpaq sahəsində qarğıdalı əkmişdir. İş materiallarına əlavə edilmiş X6 xx xxxxxxxx 2019-cu il tarixdə Qax RPŞ-nə ünvanlanmış ərizəsi əsasında aparılmış araşdırmanın nəticəsinə dair xx xxxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, xx xxxxxxxx 2019-cu il tarixdə X14 ərizə ilə Qax RPŞ-nə müraciət edərək Qax rayonu Güllük kənd ərazisində yerləşən ona məxsus qarğıdalı sahəsinə Zaqatala rayonu Gözbarax kənd sakinləri Cavabdeh1 məxsus 4 baş, X10 məxsus 2 baş, Cavabdeh3 məxsus 4 baş və Cavabdeh2 məxsus 4 baş iribuynuzlu malqaranın daxil olması nəticəsində maddi ziyan vurulmasını bildirmişdir. Ərizə RPŞ-nin dəftərxanasında 172-12427M-3118 nömrə ilə qeydiyyata alınaraq icraata daxil olmuşdur. Araşdırma zamanı izahatı alınan İddiaçı izahatında Qax rayonu Güllük kəndi ərazisində 1.3 ha sahədə qarğıdalı əkdiyini, xx.xx.2019-cu il tarixdə sahəyə baxmağa gedəndə sahəyə bir neçə baş iribuynuzlu mal-qaranın daxil olaraq ziyan vurduğunu gördüyünü, həmin heyvanların sahibinin müəyyən edilməsi məqsədilə onları gətirib Tasmalı kəndində mal-heyvan üçün ağıla saldığını, bu barədə kənd bələdiyyəsinə və polisə məlumat verdiyini, xx.xx.2019-cu il tarixdə heyvanların sahiblərinin Zaqatala rayonu Gözbarax kənd sakinləri Cavabdeh1, C.C.Didayevin, Cavabdeh3 və Cavabdeh2 olmasının müəyyən edildiyini, heyvanların aktla sahiblərinə təhvil verildiyini göstərmişdir. İzahatı alınan Cavabdeh1 izahatında xx.xx.2019-cu il tarixdə özünə məxsus iribuynuzlu mal- qaranı kəndin çöllük sahəsinə buraxdığını, heyvanların səllim qalaraq gedib İddiaçı məxsus qarğıdalı sahəsinə girdiklərini, bunu qəsdən etmədiyini, vətəndaşa dəymiş ziyanı ödəməyə hazır olduğunu göstərmişdir. İzahatları alınan C.C.Didayev, Cavabdeh3 və Cavabdeh2 də eyni məzmunlu izahatlar vermişlər. Heyvanların sahiblərinə sağ-salamat təhvil verilməsinə dair akt tərtib olunmuşdur. Göründüyü kimi, cavabdehlərə məxsus mal-qaranın iddiaçının əkib becərdiyi qarğıdalı sahəsinə girərərək qarğıdalı məhsulunu məhv etməsi işin mübahisələnməyən halıdır. İş materiallarına əlavə edilmiş Qax Dövlət X18 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 392 nömrəli mütəxəssis rəyindən göünür ki, X6 X24 Nümayəndəliyinin ərazisində əkdiyi 1,5 ha dən qarğıdalı sahəsinə xx xxxxxxxx 2019-cu il tarixdə baxış keçirilmişdir. Sahəyə baxılan zaman qarğıdalı məhsulunun 80-85 faizi iri buynuzlu mal-qara tərəfindən yeyilərək, tapdalanaraq məhv olunmuşdur. Bu il Qax rayonunda qarğıdalıdan orta hesablama 70,4 sentner dənə qarğıdalı götürüldüyünü nəzərə alaraq şikayətçiyə təqribi hesablamalara görə 7,5-8 ton miqdarında ziyan dəydiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş “Kristal-MM” X3 xx xxxx 2020-ci il tarixli, 1101/20 nömrəli rəyindən görünür ki, 2019-cu ildə qarğıdalı məhsulunun yığım zamanı orta bazar qiyməti 350 manat təşkil etmişdir. X8 dəymiş zərərin təqribi dəyəri 3000 manatdır. Qiymətləndirmə xərcləri isə 150 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli X6 X24 Nümayəndəliyinin ərazisində əkdiyi 1,5 ha dən qarğıdalı sahəsinə mütəxəssisin iştirakı ilə yerində baxış keçirilmiş və baxış zamanı cavabdehlərin mal-qarası tərəfindən zərər dəymiş torpaq sahəsi həm iddiaçı, həm də cavabdehlər tərəfindən dəqiqləşdirilmişdir. Həqiqətən, mütəxəssis tərəfindən qeyd edilən əraziyə xx xxxxxxxx 2019-cu il tarixdə baxış keçirildiyi öz təsdiqini tapmışdır. Belə ki, cavabdehlər məhkəmə iclasında baxışın məhz həmin əraziyə keçirilib-keçirilməməsini mübahisələndirmişlər. Halbuki mütəxəssis baxış zamanı hazırda olduqları torpaq sahəsinə baxış keçirdiklərini və bir daha xx xxxxxxxx 2019-cu il tarixdə keçirilmiş baxışın nəticələrinə dair verdiyi rəyi təsdiq etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı X14, Qax rayonu Güllük kəndində X11 məxsus torpaq sahəsini 1 illik icarəyə götürərək qarğıdalı əkmişdir. xx.xx.2019-cu il tarixdə cavahdehlərə məxsus olan mal-qara ona məxsus olan qarğıdalı sahəsinə girərək qarğıdalı məhsulunu məhv etmişdir. Hadisə nəticəsində X8 3000 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı ona dəymiş maddi zərəri tələb edir. Cavabdehlər isə iddianı qismən qəbul edərək rəydə göstərilən həcmdə qarğıdalı məhsulunu mal-qaranın məhv edə bilməməsini, yalnız onların mal-qarası həmin torpaq sahəsində olan qarğıdalı məhsulunun bir hissəsini məhv etdiyini bildirmişlər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X6 icarəsində olan torpaq sahəsində əkdiyi qarğıdalı məhsulunun 80-85 faizinin iri buynuzlu mal-qara tərəfindən yeyilərək, tapdalanaraq məhv olunması (ona ziyan dəyməsi) ilə nəticələnən hadisəsinin məhz cavabdehlərin təqsiri üzündən baş verdiyi, bunun nəticəsində X8 3000 manat maddi zərərin dəyməsi öz təsdiqini tapdığından X14 ona vurulmuş ziyanın ödənilməsini cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Apelyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyaaraşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(033)-81/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(033)-81/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyаsiyа Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1516/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1516/2020
01.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver