Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1520/2020 02.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakıilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-304/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-304/2020 nömrəli qətnaməsi ilə (hakim R.S.Şirinov) iddiа qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 3404.44 ABŞ dolları əsas borc, 679.19 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla cəmi 4133 (dörd min bir yüz otuz üç) ABŞ dolları 63 sent kredit borcunun, həmçinin 30 manat dövlət rüsumu əvəzinin tutularaq İddiaçı X2 hesabına keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 035R********** saylı kredit razılaşması üzrə 3404.44 ABŞ dolları əsas borc, 679.19 ABŞ dolları faiz borcu və 912.44 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 4996.70 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı QSC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 035R********** saylı kredit razılaşması əsasında iddiaçı tərəfindən ona aylıq 2.25 % dərəcəsi ilə 24 ay müddətinə 13000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxxxx 2014 və xx xxxxxx 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən onlar zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borc alanla (Cavabdeh1la) eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən Cavabdeh1 hesablanmış 5826.39 manat məbləğində kompensasiya ödənişi sonuncunun bankdakı borcuna yönəldilmiş, qalıq borcun isə restrukturizasiya olunması nəzərdə tutulmamışdır. Kompensasiya ödənişi Cavabdeh1 bankdakı borcuna yönəldildikdən sonra o, qalan borcundan ödəniş etməmiş və kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi üçün yenidən faiz və cərimələr hesablanmışdır. Borcun məhkəmədən kənar qaydada ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, iddiaçı ilə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı 035R********** saylı kredit razılaşması üzrə 3404.44 ABŞ dolları əsas borc, 679.19 ABŞ dolları faiz borcu və 912.44 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 4996.70 ABŞ dolları məbləğində kredit borcunun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə cavabdehlərə birinci instansiya məhkəməsi iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişlər. Birinci instansiya məhkəməsi cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-304/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh1 apelyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamışdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə birtərəfli, qanunsuz və ədalətsiz qəbul olunmuş, möhtərəm Prezidentin məlum xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanına uyğun deyildir. Belə ki, onunla İddiaçı X6 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 035R********** saylı kredit razılaşmasına əsasən ona 24 ay müddətinə aylıq 2,25 faiz dərəcəsi ilə 13000 ABŞ dolları kredit verilmişdir. Kreditin ödənilməsi təminatı olaraq xx xxxxxx 2014-cü il və xx xxxxxx 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. O, aldığı krediti devalvasiya müddətində əsasən ödəmişdir. Bank isə kredit müqaviləsinin müddətinin 2017-ci ilin yanvar ayında bitməsinə baxmayaraq hal-hazırkı mübahisəyədək ona qarşı iddia qaldırmamış, bankın ona qarşı iddia qaldırmaq müddəti 2020-ci il yanvar ayının 12-də bitmişdir. Bank iddia müddətini ötürməklə və kredit müqaviləsinin müddətinin 2017-ci il yanvar ayının 12-də bitməsinə baxmayaraq hal-hazırkı dövrədək faizlərin və cərimənin hesablanmasını davam etdirmiş, Prezidentin Fərmanı ilə ödənilən kompensasiyadan çox qalıq borcu qalmışdır. Halbuki, hesablanmış kompensasiya onun borclarını tam ödəyir və onun banka heç bir borcu qalmırdı. Eyni zamanda, bank Prezidentin Fərmanının 6.2 və 6.3-cü bəndlərindən irəli gələn tələblərə əməl etməmiş, qalıq borcuna görə restrukturizasiya aparılmaqla qalıq borc beş il müddətinə 1 faiz dərəcəsi ilə ödənilməli olduğu halda bunu etməmiş, iddia müddəti ötmüş tələb əsasında məhkəmədə işə baxılanadək faiz və cərimələr hesablanmışdır. Birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələbini Azrbaycan Respublikası Mülki Məcəlləsinə və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında'' Azərbaycan Respublikası Prezidentinin məlum xx xxxxxx 2019-cu il tarixii 551 saylı Fərmanına uyğun olaraq həll etməli idi. Lakin qanunvericiliyin bu müddəalarına əməl edilməmişdir. Məhkəmə həmçinin iş üzrə mühasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmişdir. Beləliklə də, işə birtərəfli mövqedən yanaşılmış, cavabdeh kimi onun hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)- 304/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi və yaxud cərimə hissəsinin bütovlükdə ləğv edərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməsini və İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-304/2020 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X5 izahatında apelyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-304/2020 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apelyasiya məhkəməsi iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyərək, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-304/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan iddiaçı ilə birinci cavabdeh (Cavabdeh1) arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 35L000001298 saylı kredit xətti müqaviləsi və həmin müqaviləyə əlavə olunmuş xx xxxxxx 2015-ci il tarixli 035R********** saylı kredit razılaşmasından görünür ki, tərəflər arasında bağlanmış 035R********** saylı kredit razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdehə aylıq 2.25 % dərəcəsi ilə 24 ay müddətinə 13000 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. İşdə olan iddiaçı ilə ikinci və üçüncü cavabdehlər (Cavabdeh2 və Cavabdeh3) arasında bağlanmış xx xxxxxx 2014-cü il və xx xxxxxx 2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit xətt müqaviləsi və həmin müqaviləyə əlavə olunmuş xx xxxxxx 2015-ci il tarixli kredit razılaşmasının təminatı kimi birinci cavabdeh kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqavilələrinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İşdə olan xx xxxxxx 2015-ci il tarixli 035R********** saylı kredit razılaşmasına əlavə olunmuş ödəniş cədvəlindən müəyyən edilir ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş 24 ay müddətində 13000 ABŞ dolları əsas və 4024.28 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17024.28 ABŞ dolları kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxxx 2017-ci il tarixli Xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədikləri üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə cavabdehlərə xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxxxx 2015ci il tarixli 035R********** saylı kredit razılaşmasına əsasən birinci cavabdehin xx xxxxxx 2020-ci il tarixinə 3404.44 ABŞ dolları əsas, 679.19 ABŞ dolları faiz, 912.44 ABŞ dolları cərimə borcu olmaqla, ümumi yaranmış borcu 4996.07 ABŞ dolları məbləğində olmuşdur. İşdə olan xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh1 (iddiaçı ilə birinci cavabdeh) arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 035R********** saylı kredit razılaşması əsasında iddiaçı tərəfindən birinci cavabdehə aylıq 2.25 % dərəcəsi ilə 24 ay müddətinə 13000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən birinci cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında xx xxxxxx 2014 və xx xxxxxx 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən ikinci və üçüncü cavabdehlər zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə birinci cavabdehlə eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən birinci cavabdehə hesablanmış 5826.39 manat məbləğində kompensasiya ödənişi sonuncunun bankdakı borcuna yönəldildilmiş, qalıq borcun isə restrukturizasiya olunması nəzərdə tutulmamışdır. Kompensasiya ödənişi birinci cavabdehin bankdakı borcuna yönəldildikdən sonra birinci cavabdeh qalıq borcundan ödəniş etməmiş və kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi üçün yenidən faiz və cərimələr hesablanmışdır. Borcun məhkəmədən kənar qaydada ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, iddiaçı ilə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı 035R********** saylı kredit razılaşması üzrə 3404.44 ABŞ dolları əsas borc, 679.19 ABŞ dolları faiz borcu və 912.44 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 4996.70 ABŞ dolları məbləğində kredit borcunun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, sonuncuya müvafiq qaydada 5826.39 manat məbləğində kompensasiya hesablanmış və 5787.55 manat qalıq borcu qalmışdır. İddiaçının tələb etdiyi əsas borc kompensasiya verildikdən sonra qalan qalıq borcdur. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi iddia tələblərini qismən təmin etmiş, cavabdehlərdən müştərək qaydada kredit razılaşması üzrə iddiaçının xeyrinə ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla cəmi 4133 (dörd min bir yüz otuz üç) ABŞ dolları 63 sent borcun, habelə 30 manat dövlət rüsumu əvəzinin tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, məhkəmə iddiа tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci mаddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə,... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən,əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci mаddəsində göstərilir ki, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.2.2-ci maddəsinə əsasən, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci mаddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449-cu mаddəsinə əsаsən, kreditоrun bоrcludаn fаizlərin ödənilməsini tələb etmək hüququ vаrdır. Sаdаlаnаn hüquq nоrmаlаrınа əsаsən, iddiаçının bоrcаlаnа qаrşı bоrcun ödənilməsinə dair tələbi əsаslıdır. İddiаnın borc məbləğinin borcalan və zаminlərdən müştərək qaydada tutulması tələbi də əsаslıdır. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 470-ci mаddəsinə görə, zаminlik müqаviləsi üzrə zаmin bаşqа şəxsin kreditоru qаrşısındа həmin şəxsin öz öhdəliyini tаmаmilə və yа hissə-hissə icrа etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci mаddəsinə əsasən, bоrclu zаminliklə təmin edilmiş öhdəliyi icrа etmədikdə və yа lаzımıncа icrа etmədikdə, əgər bu Məcəllədə və yа zаminlik müqаviləsində zаminin subsidiаr məsuliyyəti nəzərdə tutulmаyıbsа, zаmin və bоrclu kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. Həmin Məcəllənin 472.2-ci mаddəsinə görə, zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, fаizlərin, bоrc tutulmаsı üzrə məhkəmə xərclərinin və bоrclunun öhdəliyi icrа etməməsi və yа lаzımıncа icrа etməməsi nəticəsində kreditоrа dəyən digər zərərin əvəzinin ödənilməsi də dаxil оlmаqlа, zаmin kreditоr qаrşısındа bоrclu ilə eyni həcmdə məsuliyyət dаşıyır. Birgə zаmin оlmuş şəxslər, əgər zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. Göründüyü kimi, Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuş, öhdəliyi müəyyən edilmiş müddətlərdə icra etməmiş və bu barədə müvafiq qaydada xəbərdarlıq olunmasına baxmayaraq öhdəliyin icrasını təmin etməmişdir. Belə olan halda zaminlər, yəni digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da borcalan Cavabdeh1 ilə birlikdə borc məbləğinin banka ödənilməsinin təmin edilməsi üçün birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafələri nəzərə alınır. Birinci instansiya məhkəməsi İddiaçı QSC-nin cavabdehlərdən 035R********** saylı kredit razılaşması üzrə tələb etdiyi 912.44 ABŞ dolları cərimə məbləğini 50 ABŞ dollarına azaltmışdır. İddiaçı məhkəmənin qətnaməsini apelyasiya qaydasında mübahisələndirməməklə həmin qətnamə ilə bütövlükdə, o cümlədən cərimə məbləğinin azaldılması hissəsində razılaşdığını nümayiş etdirmişdir. Məhkəmə kollegiyasının qənaətincə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi ümumən əsaslıdır və birinci instansiya məhkəməsi də həmin tələb üzrə düzgün qərar qəbul etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-ın 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda birinci instansiya məhkəməsi 30 manat dövlət rüsumunu cavabdehlərə aid etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaması, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun olmaması barədə dəlilləri əsassızdır. Belə ki, apelyasiya şikayətinin dəlillərindən biri kimi cavabdeh iddia edir ki, hazırkı tələb üzrə iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmüşdür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun x xxxx 2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlayır. İşdə olan “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” sazişlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bir neçə dəfə belə sazişlər bağlanmış, həmin sazişlərə əsasən iddiaçı cavabdehə güzəştlər edərək faiz dərəcəsini azaltmış və ödəniş vaxtını uzatmışdır. Axırıncı dəfə xx.xx.2016-cı il tarixdə bağlanmış saziş üzrə tərtib edilmiş ödəniş planına əsasən sonuncu ödəniş günü xx.xx.2018-ci il tarixi müəyyən olunmuşdur. Bu da o deməkdir ki, həmin öhdəlik üzrə iddia müddətinin axımı xx.xx.2018-ci il tarixindən sonrakı iş günündən başlayır. İddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olduğundan iddiaçı iddia müddətini ötürməmişdir və bu barədə cavabdehin qənaəti yanlışdır. Apelyasiya şikayətinin dəlillərindən biri də sözügedən kredit razılaşmalarının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşməsi, bununla əlaqədar mübahisənin məhkəməyəqədər həlli qaydasına əməl olunmaması, belə vəziyyətdə birinci instansiya məhkəməsinin iddianı baxılmamış saxlamalı olduğu halda bunu etməməsi göstərilmişdir. Cavabdehin bu dəlili ilə əlaqədar apelyasiya baxışında iddiaçının nümayəndəsi izah vermişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə (8.6-cı bənd) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Fərmana əsasən cavabdehə hesablanmış 5826.39 manat məbləğində kompensasiya ödənişi sonuncunun bankdakı borcuna yönəldildilmiş, ona görə də qalıq borcun restrukturizasiya olunması mümkün olmamışdır. Buna baxmayaraq cavabdehə qalan borcun kifayət qədər güzəştli şərtlərlə ödənilməsi, hətta əsas borcun 70%-ni birdəfəlik ödəyəcəyi təqdirdə qalan bütün borcların silinməsi təklif olunmuş, lakin cavabdehlə münasib razılaşma əldə edilməmişdir. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətinin dəlilləri əsassız və qəbuledilməzdir, həmin şikayət təmin edilə bilməz. İddiaçı QSC-nin iddiasının qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 3404.44 ABŞ dolları əsas borc, 679.19 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla cəmi 4133 (dörd min bir yüz otuz üç) ABŞ dolları 63 sent kredit borcunun, habelə 30 manat dövlət rüsumu əvəzinin tutulub İddiaçı X4 ödənilməsinin qət edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə isə düzgün və əsaslıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələri işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun, həmçinin qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyasının qənaətincə, İddiaçı QSC cavabdehlərə qarşı iddia tələbində haqlıdır və birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə düzgün qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-304/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-304/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov.
Məhkəmə qərarları › İş №2(107)-1520/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1520/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver