Məhkəmə qərarları › İş №2(107)-1524/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1524/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1524/2020 16.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakıilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, X9 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(039)-9/2020 nömrəli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(039)-9/2020 nömrəli qətnaməsi ilə (hakim T.M.Əliyev) iddiа qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və X3 müştərək qaydada 17223,84 ABŞ dolları əsas borc, 2794,09 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə olmaqla ümumilikdə 21017 (iyirmi bir min on yeddi) ABŞ dolları 93 (doxsan üç) sent məbləğində kredit borcunun ödəniş gününə olan məzənnə üzrə manatla, həmçinin 30 manat dövlət rüsumu əvəzinin tutularaq İddiaçı X4 hesabına keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı QSC cavabdehlər Cavabdeh, Əli Müseyibov və Feyzi Musayevə qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 15R000005652 saylı kredit razılaşması üzrə 17223,84 ABŞ dolları əsas borc, 2794,09 ABŞ dolları faiz borcu və 3643,60 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 23661 dollar 53 sent məbləğində kredit borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 15L000002692 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək kredit məbləğinin və onu qaytarma müddətinin ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunması nəzərdə tutulmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 15R000005652 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1666666% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 15R000005652S saylı saziş-razılaşmaya əsasən ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit və faiz borclarından ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 2.776,16 ABŞ dolları ödəmiş, onun 17.223,84 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığına görə xx.xx.2016-cı il tarixə 206 gün üçün hesablanmış faiz borcu 2.794,09 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5%-i məbləğində cərimə ödəməlidir. xx.xx.2016-cı il tarixə 206 gün üçün hesablanmış cərimə 3.643,60 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Feyzi Musayevlə bağlanmış xx.xx.2014-cü il tarixli 15S000004850 saylı zaminlik və Əli Müseyibovla bağlanmış xx.xx.2014-cü il tarixli 15S000004853 saylı zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdehlə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə borcun qaytarılması ilə bağlı onun bütün ödəliklərini icra etməlidirlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ASC-nin nümayəndəsi Emin Əliyev iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, həqiqətən İddiaçı QSC-dən qeyd edilən məbləğdə kredit götürmüşdür. Lakin, həmin kredit müqaviləsi formal olaraq onunla bağlanmışdır. Belə ki, müqavilə əsasında götürdüyü pulu zamin kimi məsuliyyəti üzərinə götürmüş Əli Müseyibova vermişdir. X10 vəd vermişdir ki, qısa müddətdə yaranmış borcu ödəyəcəkdir. Buna baxmayaraq ödəniş etməmiş, bunun nəticəsində borc yaranmışdır. İddianın qismən, əsas borcun tutulması hissəsində təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Əli Müseyibov iddianı qismən qəbul edərək bildirmişdir ki, həqiqətən Cavabdeh İddiaçı QSC-dən qeyd edilən məbləğdə kredit götürdükdən sonra həmin məbləğdə pulu ona vermişdir. İlk dövrlərdə vaxtında ödəniş etsə də, sonradan maddi çətinliklərlə üzləşmiş və bu səbəbdən ödənişləri edə bilməmişdir. Bir neçə dəfə Banka müraciət edərək hər ay 300-400 manat ödənilməsini təklif etsə də, Bank buna razılıq verməmişdir. İddianın qismən, yalnız əsas borcun tutulması hissəsində təmin edilməsini xahiş etmişdir. Cavabdeh Feyzi Musayev vəfat etdiyindən ona münasibətdə Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(039)-9/2020 nömrəli qətnaməsindən cavabdeh X9 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh X9 apelyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə birtərəfli, qanunsuz və ədalətsiz qətnamə qəbul olunmuşdur. Belə ki, işə baxan məhkəmə işin həqiqi hallarını araşdırmaq üçün müəyyən addımlar atmalı idi. Lakin bu hərəkət məhkəmə tərəfindən edilməmişdir... İddiaçının tələb etdiyi borc düzgün deyildir. Borcunun müəyyən hissəsini vaxtında ödəməsinə baxmayaraq iddiaçı tələb olunan məbləğdən bunları çıxmamışdır. O, götürülən kreditin müəyyən hissəsini ödəmişdir. Lakin bank nədənsə ona qarşı belə bir iddia qaldırmışdır. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(039)- 9/2020 nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərii pozulmaqla çıxarıldığından ləğv edilməli, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə əsas cavabdehdən tutulmalı və həmçinin bu günə qədər ödənilən məbləğ də nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X8 izahatında apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(039)-9/2020 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh və Müseyibov Əli oğlu apelyasiya məhkəməsi iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Müseyibov Əli oğlu teleqramla məhkəmə kollegiyasına müraciət edərək müəyyən səbəblərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyərək, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, cavabdeh X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(039)-9/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə olan maliyyə arayışına görə, xx xxxxxxx 2016-cı il tarixə kredit razılaşması üzrə 17.223,84 ABŞ dolları əsas borc, 2.794,09 ABŞ dolları faiz borcu və 3.643,60 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 23.661,53 ABŞ dolları məbləğində borc yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh araslnda bağlanmış xx.xx.2014-cü il tarixli 15L000002692 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2014-cü il tarixli 15R000005652 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1666666% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 15R000005652S saylı saziş-razılaşmaya əsasən ödəniş planına dəyişiklik edilmişdir. Kredit borcundan 2.776,16 ABŞ dolları ödənilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə Feyzi Musayevlə bağlanmış xx.xx.2014-cü il tarixli 15S000004850 saylı və Əli Müseyibovla bağlanmış eyni tarixli 15S000004853 saylı zaminlik müqavilələrinə əsasən onlar bank qarşısında öz üzərilərinə kredit müqaviləsi üzrə yaranacaq borc üçün birgə məsuliyyət daşımaları barədə öhdəlik götürmüşlər. Hazırda iddiaçı 15R000005652 saylı kredit razılaşması üzrə 17.223,84 ABŞ dolları əsas kredit borcu, 2.794,09 ABŞ dolları faiz borcu və 3.643,60 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 23.661 dollar 53 sent məbləğində kredit borcunun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi iddia tələblərini qismən təmin etmiş, cavabdehlər Cavabdeh və X3 müştərək qaydada 17.223,84 ABŞ dolları əsas borc, 2.794,09 ABŞ dolları faiz borcu və 1.000 ABŞ dolları cərimə olmaqla ümumilikdə 21.017 (iyirmi bir min on yeddi) ABŞ dolları 93 (doxsan üç) sent məbləğində borcun ödəniş gününə olan məzənnə üzrə manatla, habelə 30 manat dövlət rüsumu əvəzinin tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, məhkəmə iddiа tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci mаddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə,... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən,əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci mаddəsində göstərilir ki, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.2.2-ci maddəsinə əsasən, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci mаddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449-cu mаddəsinə əsаsən, kreditоrun bоrcludаn fаizlərin ödənilməsini tələb etmək hüququ vаrdır. Sаdаlаnаn hüquq nоrmаlаrınа əsаsən, iddiаçının bоrcаlаnа qаrşı bоrcun ödənilməsinə dair tələbi əsаslıdır. İddiаnın borc məbləğinin borcalan və zаminlərdən müştərək qaydada tutulması tələbi də əsаslıdır (zaminlərdən biri sonradan vəfat etmişdir). Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 470-ci mаddəsinə görə, zаminlik müqаviləsi üzrə zаmin bаşqа şəxsin kreditоru qаrşısındа həmin şəxsin öz öhdəliyini tаmаmilə və yа hissə-hissə icrа etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci mаddəsinə əsasən, bоrclu zаminliklə təmin edilmiş öhdəliyi icrа etmədikdə və yа lаzımıncа icrа etmədikdə, əgər bu Məcəllədə və yа zаminlik müqаviləsində zаminin subsidiаr məsuliyyəti nəzərdə tutulmаyıbsа, zаmin və bоrclu kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. Həmin Məcəllənin 472.2-ci mаddəsinə görə, zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, fаizlərin, bоrc tutulmаsı üzrə məhkəmə xərclərinin və bоrclunun öhdəliyi icrа etməməsi və yа lаzımıncа icrа etməməsi nəticəsində kreditоrа dəyən digər zərərin əvəzinin ödənilməsi də dаxil оlmаqlа, zаmin kreditоr qаrşısındа bоrclu ilə eyni həcmdə məsuliyyət dаşıyır. Birgə zаmin оlmuş şəxslər, əgər zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuş, öhdəliyi müəyyən edilmiş müddətlərdə icra etməmiş və bu barədə müvafiq qaydada xəbərdarlıq olunmasına baxmayaraq öhdəliyin icrasını təmin etməmişdir. Belə olan halda zamin, yəni digər cavabdeh X9 da borcalan Cavabdeh ilə birlikdə borc məbləğinin banka ödənilməsinin təmin edilməsi üçün birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafələri nəzərə alınır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb olunan 3.643,60 ABŞ dolları məbləğində cəriməni azaldaraq 1.000 ABŞ dolları məbləğində saxlamışdır. Bununla iddiaçı razılaşmış və birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissəsini apelyasiya qaydasında mübahisələndirməmişdir. Məhkəmə kollegiyasının qənaətincə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh və X7 qarşı iddia tələbi ümumən əsaslıdır və birinci instansiya məhkəməsi də həmin tələb üzrə düzgün qərar qəbul etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-ın 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda birinci instansiya məhkəməsi 30 manat dövlət rüsumunu cavabdehlərə aid etməkdə haqlı olmuşdur. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X5 apelyasiya şikayətinin dəlilləri əsassız və qəbuledilməzdir, həmin şikayət təmin edilə bilməz. İddiaçı QSC-nin iddiasının qismən təmin edilərək, cavabdehlər Cavabdeh və X3 müştərək qaydada 17.223,84 ABŞ dolları əsas borc, 2.794,09 ABŞ dolları faiz borcu və 1.000 ABŞ dolları cərimə olmaqla ümumilikdə 21.017,93 ABŞ dolları məbləğində kredit borcunun ödəniş gününə olan məzənnə üzrə manatla, habelə 30 manat dövlət rüsumu əvəzinin tutulub İddiaçı X6 ödənilməsinin qət edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə isə düzgün və əsaslıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İstinad edilən maddi və prosessual hüquq normaları baxımından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələri işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun, həmçinin qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyasının qənaətincə, İddiaçı QSC cavabdehlərə qarşı iddia tələbində haqlıdır və birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə düzgün qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxx 2020ci il tarixli, 2(039)-9/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X9 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(039)-9/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar