Məhkəmə qərarları › İş №2(107)-154/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-154/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-154/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1087/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1087/2020 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə «TBC Kredit” Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, BAKU2-30598-14921 nömrəli kredit müqaviləsinin ləğv edilməsini və həmin kredit müqaviləsi üzrə 10143,39 manat əsas borc, 1193,14 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla, ümumilikdə 11636,53 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 10143,39 manat əsas borc, 1193,14 manat faiz borcu və 7605,67 manat cərimə borcu olmaqla, ümumilikdə 18942,20 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, BAKU2-30598- 14921 nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instyansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, İddiaçı ASC-nin nümayəndəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə dail olmuş teleqramında məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instyansiya məhkəməsi İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasının mümkün hesab etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, «TBC Kredit” Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx xxxx 2018- ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən «TBC Kredit” Bank olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh1 36 ay müddətinə illik faiz dərəcəsi 25,07 faiz olmaqla 15000 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtinə əsasən cavabdeh kredit məbləğini ona hesablanmış faizlərlə birlikdə hər ay hissəhissə «TBC Kredit” Bank olmayan Kredit Təşkilatına ödəməli olmuşdur. «TBC Kredit” Bank olmayan Kredit Təşkilatına tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişdir. Bu kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə «TBC Kredit” Bank olmayan Kredit Təşkilatı arasında xx xxxx 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə «TBC Kredit” Bank olmayan Kredit Təşkilatı qarşısında Cavabdeh1 götürdüyü kredit öhdəliyinin icra edilmədiyi təqdirdə kredit təşkilatı qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Hazırda cavabdehlərin xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 10143,39 manat əsas borc, 1193,14 manat faiz borcu və 7605,67 manat cərimə borcu olmaqla, ümumilikdə 18942,20 manat borcu vardır. Həmçinin, «TBC Kredit” Bank olmayan Kredit Təşkilatı ilə iddiaçı «xxxx” İKB ASC arasında bağlanmış tələb etmə hüququnun güzəşt olunmasına dair xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə xx xxxxxx 2019-cu il tarixli, 1 nömrəli sazişə əsasən «TBC Kredit” Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx xxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ iddiaçı «xxxx” İKB ASC-nə ötürülmüşdür. Sonradan “xxxx” İKB ASCnin adı İddiaçı ASC adı ilə əvəz edilmişdir. Buna görə də İddiaçı ASChazrki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birinci instyansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq birinci instyansiya məhkəməsi işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnaməni iddianın təmin edilməməsi hissəsi istisna olmaqla qanunsuz və əsassız hesab edir. Həmin hissədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, tətbiq edilməli qanun tətbiq edilməmişdir. Belə ki, bank tərəfindən kredit borcunun 10143,39 manat əsas hissəsi şişirdilmiş şəkildə yazılmışdır. Əgər məhkəmə tərəfindən işin tam, obyektiv və qərəzsiz şəkildə həll edilərək həqiqətin üzə çıxarılması məqsədi ilə ekspertiza təyin edilsəydi, bütün bu hallar aydın olardı. Bundan başqa «TBC Kredit» Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx xxxx 20185-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən «TBC Kredit» Bank olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh1 36 müddətinə illik faiz dərəcəsi 25,07% olmaqla 15000 manat məbləğində kredit verilmişdir. Həmçinin «TBC Kredit» Bank olmayan Kredit Təşkilatı ilə iddiaçı «xxxx» İKB ASC arasında bağlanmış tələb etmə hüququnun güzəşt olunmasına dair xx xxxxxx 2019- cu il tarixli müqavilə üzrə xx xxxxxx 2019-cu il tarixli 1 nömrəli sazişə əsasən «TBC Kredit» Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx xxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ iddiaçı «xxxx» İKB ASC-nə ötürülmüşdür. Sonradan «xxxx» İKB ASC-nin adı İddiaçı ASC adı ilə əvəz edilmişdir. Göründüyü kimi «TBC Kredit» Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx xxxx 2018-ci ildə bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ iddiaçı «xxxx» İKB ASC-yə ötürülərkən ona öhdəlik üzrə tələbin yeni kreditora güzəşt edildiyi barədə bildiriş verilməli idi. Lakin belə bir bildiriş qanunvericiliyin tələbinə uyğun olaraq ona verilməmiş və bu barədə də iş materiallarında heç bir sübut mövcud deyildir. Tələbin güzəşti barədə ona məluamt verilmədiyindən, bildiriş göndərilmədiyindən həmin güzəştin öhdəliyin mahiyyətinə necə təsir etməsi barədə də məlumatı olmamış, öz etirazını bildirə bilməmişdir. Bu da qanunvericiliyin tələbinə zidd olan bir haldır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1087/2020 nömrəli qətnaməsinin iddianın qalan hissəsi təmin edilməsin hissəsi istisna olmaqla ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)- 1087/2020 nömrəli qətnaməsi faiz borcunun məbləği 1079,72 manat, cəmi borcun məbləği 11.523,11 manat müəyyən edilməklə dəyişdirilməli və qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan «TBC Kredit” Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx xxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən «TBC Kredit” Bank olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh1 36 ay müddətinə illik faiz dərəcəsi 25,07 faiz olmaqla 15000 manat məbləğində kredit verilmişdir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə «TBC Kredit” Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış xx xxxx 2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə «TBC Kredit” Bank olmayan Kredit Təşkilatı qarşısında Cavabdeh1 götürdüyü kredit öhdəliyinin icra edilmədiyi təqdirdə kredit təşkilatı qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İşdə olan «TBC Kredit” Bank olmayan Kredit Təşkilatı ilə iddiaçı «xxxx” İKB ASC arasında bağlanmış tələb etmə hüququnun güzəşt olunmasına dair xx xxxxxx 2019-cu il tarixli müqavilədən və ona əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, 1 nömrəli sazişdən görünür ki, həmin sazişə əsasən «TBC Kredit” Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx xxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ iddiaçı «xxxx” İKB ASC-nə ötürülmüşdür. İşdə olan İddiaçı ASCtərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 göndərilmiş xəbərdarlıqdan görünür ki, iddiaçı «xxxx” İKB ASC tərəfindən Cavabdeh1 aralarında bağlanmış xx xxxx 2018-ci il tarixli müqavilə üzrə borcunu vaxtında ödəmədiyi tədqirdə, həmin müqavilənin ləğv edilməsi və borcun tutulması tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli çıxarışdan görünür ki, «xxxx” İKB ASC-nin hazırki adı İddiaçı ASC-dir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 193.1, 193.2, 193.3, 389.1, 390.1, 427, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 465.2, 467, 472.1 və 739-cu maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Həmin Məcəllənin 193.3-cü maddəsinə əsasən əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitinməbləğindənfaizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyininlazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən müqavilə iştirakçılardan bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx xxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh1 36 ay müddətinə illik faiz dərəcəsi 25,07 faiz olmaqla 15000 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtinə əsasən cavabdeh kredit məbləğini ona hesablanmış faizlərlə birlikdə hər ay hissəhissə “TBC Kredit” Bank olmayan Kredit Təşkilatına ödəməli olmuşdur. Həmin kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı arasında xx xxxx 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı qarşısında Cavabdeh1 götürdüyü kredit öhdəliyinin icra edilmədiyi təqdirdə kredit təşkilatı qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Həmçinin, “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı ilə iddiaçı “xxxx” İKB ASC arasında bağlanmış tələb etmə hüququnun güzəşt olunmasına dair xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə xx xxxxxx 2019-cu il tarixli, 1 nömrəli sazişə əsasən “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx xxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ iddiaçı “xxxx” İKB ASC-nə ötürülmüşdür. Sonradan “xxxx” İKB ASC-nin adı İddiaçı ASC adı ilə əvəz edilmişdir. Cavabdeh1 ona verilmiş kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını təmin etmədiyindən bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək kredit məbləğinin verilməsinə, həmin tələbin sonradan “xxxx” İKB ASC-nin sonradan xeyrinə güzəşt edilməsinə baxmayaraq Cavabdeh1 kredit müqaviləsi üzrə özdəliklərinin icrasını, yəni kredit borcunun tam şəkildə iddiaçının hesabına ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC kredit müqaviləsinin ləğv edilməsini və qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə haqlıdır. İddiaçı ASC-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 7605,67 manatməbləğində cərimənin ödənilməsi hissəsində birinci instansiya məhkəməsi hesab etmişdir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 ilə «TBC Kredit” Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, BAKU2-30598-14921 nömrəli kredit müqaviləsi ləğv edilməli və həmin kredit müqaviləsi üzrə 10143,39 manat əsas borc, 1193,14 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla, ümumilikdə 11636,53 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməli, tənasübsüz dərəcədə yüksək hesablandığından 7605,67 manat cərimə tələbinin 7305,67 manatına dair hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tаrixli, 2(107)- 2077/2020 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq x xxxxxx 2021-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/5617 nömrəli ekspert rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, tərəflər arasında imzalanmış xx xxxx 2018-ci il tarixli, BAKU2-30598-14921 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri, eləcə də, “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı ilə İddiaçı ASC arasında bağlanmış 1 saylı əlavə sazişin şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə sualda soruşulan tarixə, yəni xx.xx.2020-ci il tarixə olan ümumi borcu 11.223,11 manat məbləğində müəyyən edilir, o cümlədən; xx.xx.2020-ci il tarixə olan borcu üzrə: - əsas borc üzrə----------------------------------------------- 10.143,39 manat; - faiz borcu üzrə------------------------------------------------1.079,72 manat. Həmçinin rəydə qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx xxxx 2018-ci il tarixli, BAKU2-30598-14921 nömrəli kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabından çıxarış) olmadığı üçün Cavabdeh1 cərimə borcu hesablanmamışdır. (Aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qlrx beş) manatdır) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 9/5617 nömrəli məhkəmə ekspertizasının rəyinə münasibət bildirərək qeyd edir ki, ekspert rəyi ilə xx xxxx 2020-ci il tarixə faiz borcunun məbləği 1.079,72 manat göstərildiyindən faiz borcunun məbləği rəyə uyğun hesablanmalı və cəmi borcun məbləği ona münasib olaraq dəyişdirilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, faiz borcunun məbləğini 1193,14 manat, cəmi borcun məbləğini 11636,53 manat həcmində təmin etməkdə düzgün nəticəyə gəlmədiyindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1087/2020 nömrəli qətnaməsi dəyişdirilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiаçı İddiaçı ASC-yə verilməli olan faiz borcunun məbləği 1079,72 manat, cəmi borcun məbləği 11.523,11 manat müəyyən edilməli, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Keçirilmiş ekspertiza tədqiqarının dəyəri olan 145 manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı Məhkəməsi qətnаməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1087/2020 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiаçı İddiaçı ASC-yə verilməli olan faiz borcunun məbləği 1079,72 manat, cəmi borcun məbləği 11.523,11 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 145 (bir yüz qırx beş) manat Cavabdeh1 alınıb dövlət büdcəsinə ödənilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar