Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1544/2021 29.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(046)-47/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(046)-47/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kredit razılaşması üzrə 15068.17 ABŞ dolları əsas, 3855.72 ABŞ dolları faiz borcu, 56 ABŞ dolları cərimə olmaqla, cəmi 18979.89 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası manatı məzənnəsi və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin hesabına keçirilməsi, iş üzrə ekspertiza xərci olan 100 manat pulun 50 manatının İddiaçı QSC-dən, 50 manatının isə Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26R000001409 saylı kredit razılaşması üzrə 15151.13 ABŞ dolları əsas, 4897.67 ABŞ dolları faiz və 17556 ABŞ dolları cərimə olmaqla cəmi 37604.80 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X17 iddia tələbini müdafiə edərək bildirmişdir ki, 29.03.2011-ci il tarixdə X11 ilə İddiaçı QSC arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən, X9 120 ay müddətinə 30000 ABŞ dolları kredit xətti açılmışdır. 29.06.2012-ci il tarixdə İddiaçı QSC ilə X11 arasında bağlanmış kredit razılaşması əsasında X9 36 ay müddətinə, aylıq 2.3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dollar məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh3 arasında 29.03.2011-ci il tarixdə, Cavabdeh2 arasında 10.06.2011ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya cəmi 37604.80 ABŞ dolları borcu qalmışdır. X11 25.06.2013-cü il tarixdə vəfat etdiyindən, onun həyat yoldaşı Cavabdeh1 mərhumun hüquqi varisi kimi cəlb edilmişdir. Bundan başqa cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişlər. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək göstərmişir ki, mərhum X11 ilə iddiaçı arasında kredit müqavilə bağlanmış, Hidayət bankdan kredit götürdükdən sonra 2013-cü il tarixdə vəfat etmişdir. Hazırda tələb Hidayətin arvadı Cavabdeh1 yönəldilmişdir. Hesab edir ki, İddianın Cavabdeh1 qarşı qaldırılan hissəsi əsassızdır. Buna görə də tələbin bu hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə bu şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 аpellyаsiyа şikаyətləri vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Göyçay rayon məhkəməsinin göstərilən iş üzrə qətnaməsini (zaminlərə dair hissədə) qanunsuz, əsassız və ədalətsiz hesab edirlər. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarım pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə iiçün mühüm əhəmiyyəti olan bütün faktiki hallan aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə təqdim edilmiş 29.06.2012-ci il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə X11 arasında aylıq 2.3333 faiz olmaqla 36 ay müddətinə 20.000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 10.06.2011 -ci il tarixli və 29.03.2011 -ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş ölüm haqqında arayışdan görünür ki, X11 25.06.2013-cii il tarixdə vəfat etmişdir. Hesab edirlər ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26R000001409 saylı kredit razılaşması üzrə 15151.13 ABŞ dolları əsas, 4897.67 ABŞ dolları faiz və 17556 ABŞ dolları cərimə olmaqla cəmi 37604.80 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia tələbinə iddia müddəti tətbiq edilməli və iddia müddətinin keçməsinə görə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməli idi. İş materiallarından, eləcə də iddiaçının iddia ərizəsindən görünür ki, mərhum X11 29.06.2012-ci il tarixli kredit müqaviləsinə əsasən illik 2.3333 faizlə, 36 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin tarixli zaminlik müqaviləsi ilə X11nun öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Öhdəliklərin icra müddəti 29.06.2015-ci ildə başa çatdığından, kreditor isə cavabdehə qarşı 26.11.2019-cu ildə iddia irəli sürdüyündən zaminə qarşı iddia irəli sürülməsi üçün Mülki Məcəllədə nəzərdə tutulmuş bir illik müddət ötürülmüşdür. Ona görə də hesab edirlər ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ziilfiiqar oğlundan və Cavabdeh3 müştərək qaydada 26R000001409 saylı kredit razılaşması iizrə 15151.13 ABŞ dolları əsas, 4897.67 ABŞ dolları faiz və 17556 ABŞ dolları cərimə olmaqla cəmi 37604.80 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia tələbinə iddia müddəti tətbiq edilməli və iddia müddətinin keçməsinə görə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından apellyasiya şikayəti təmin edilərək, Göyçay rayon Məhkəməsinin 2(046)- 47/2021 -nömrəli, 07 may 2021-ci il tarixli qətnaməsi (zaminlərə dair hissədə) ləğv edilməli, İddiaçı QSC-nin 26R000001409 saylı kredit razılaşması üzrə 15151.13 ABŞ dolları əsas, 4897.67 ABŞ dolları faiz və 17556 ABŞ dolları cərimə olmaqla cəmi 37604.80 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddiası cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə əsassız olduğu üçün təmin edilməməlidir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(046)-47/2021 nömrəli qətnaməsinin zaminlərə dair hissədə ləğv edilməsini və iddianın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş üzrə prosessual hiiquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə 29.03.2011-ci il tarixdə bağladığı 26L000000388 saylı kredit xətt müqaviləsinə əsasən 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətt müqaviləsi üzrə X10 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 26R000001409 saylı kredit razılaşmasına əsasən aylıq faiz dərəcəsi 2,333390 olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəəyən olunmuş ödəniş planı üzrə, hissə-hissə qaytarılmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. 03 iyun 2014-cü il tarixədək X10 tərəfindən götürülmüş kredit məbləöindən 4848,87 ABŞ dolları məbləğində kredit borcu qaytarılmış, 15151,13 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən hesablanmış 10073,12 ABŞ dolları məbləğində faiz borcundan 03 iyun 2014-cii il tarixədək 4897,67 ABŞ dolları məbləğində faiz borcu qalmışdır. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq kreditin gecikdirilməsinə görə borc məbləğinin tam ödənilməməsi səbəbindən 03 iyun 2014-cü il tarixədək hesablanmış cərimə 17556 ABŞ dolları təşkil edir. X5 həmin kredit üzrə 03 iyun 2014- cü il tarixə olan borcu -kredit qalıq məbləği, kredit üzrə faiz və cərimə məbləği də daxil olmaqla, ümumilikdə cəmi 37604,80 ABŞ dolları təşkil edir. Kredit xətt müqaviləsi üzrə X5 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən 26L000000388 saylı kredit xətt müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında X10 ilə birgə məsuliyyət daşıyır və kredit xətt müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. X10 25.06.2013-cü il tarixdə vəfat etmişdir. X2 həyat yoldaşı Cavabdeh1 X5 hüquqi varisi kimi cəlb edilməlidir. Belə ki, Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 072308 saylı, 19.07. 2019-cu il tarixli, forma 2 arayışından göründüyü kimi Mətanət Saday qızı mərhum cavabdeh X10 vəfat etdikdən sonra əvvəllər ona məxsus olmuş fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Bundan başqa 06.06.2014-cü il tarxdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Göyçay rayon Dövlət Notariat X1 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti olan 37604,80 ABŞ dolları məbləöində borcunun tutulması və ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanda istifadədə olan 0,1425 ha torpaq sahəsində yerləşən, xüsusi mülkiyyətdə olan 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi barədə icra qeydinin aparılması üçün müraciət etmişdir. 09.07.2014-cü il tarixdə Göyçay rayon Dövlət Notariat Kontoru tərəfindən 7E-7391N9; ilə reyesterdə qeydə alınmış ipoteka predmetinə tutma yönəldilməsi haqqında icra qeydi verilmişdir. Həmin icra qeydi əsasında hərrac keçirilmiş, və 15.07. 2015- ci il hərracın yekunları üzrə əmlakın alqı-satqısı üzrə müqavilə imzalanaraq ipoteka predmeti olan , X8 məxsus, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqları qeydə alınmışdır. X3 həyat yoldaşı Cavabdeh1 Göyçay rayon Məhkəməsində iddia ipoteka predmetinə tutma yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi, hərracın yekunları üzrə protokolun və əmlakın alqı-satqısı üzrə müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia qaldırmışdır. 2(046)- 1249/2016 saylı mülki iş üzrə Göyçay rayon Məhkəməsinin 02.05.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya və kassasiya şikayəti təmin edilməmişdir. İşin faktiki hallarından da göründüyü kimi Cavabdeh1 X5 faktiki və prosessual varisidir. Hesab edir ki, məhkəmə tərəfləri və onların nümayəndələrini dinləyərək və iş materiallarını tədqiq edərək aşağıda göstərilənlələ əsasən iddia təmin edilməməli idi. X5 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürsələr də onlar 26L000000388 saylı kredit xətt müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçiin bank qarşısında X10 ilə birgə məsuliyyət daşıya və kredit xətt müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməyə borclu deyillər. X4 ilə rəsmi nikahda olduğunu tərəflər mübahisələndirmir. Bu baxımdan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində onun vərəsəlik münasibətlərininin olub olmamasından asılı olmayaraq payı vardır. X11nun 25.06.2013-cü il tarixdə vəfat etməsi faktı iddiaçıya məlum olsa da, iddiaçı qanunvericilklə müəyyən olunmuş müddətdə X6 miras qalmış əmlaka hüquqları barədə müraciətinə dair məhkəməyə sübut təqdim etməmişdir. Qeyd edilməlidir ki, X10 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 26R000001409 saylı kredit razılaşmasına əsasən aylıq faiz dərəcəsi 2,333390 olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəəyən olunmuş ödəniş planı üzrə, hissə-hissə qaytarılmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə 29.06.2012-ci ildə bağlanmış, müqavilənin müddəti 29.06.2015-ci ildə, yəni müqavilənin başlanmasından 36 ay sonra başa çatmışdır. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(046)-47/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və Cavabdeh3 özlərinin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı QSC-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı QSC-nin nümayəndəsi Osmanlı Aidə məhkəmə kollegiyasına teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətnin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(046)- 47/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müştərək qaydada 26R000001409 saylı kredit razılaşması üzrə 15151.13 ABŞ dolları əsas, 4897.67 ABŞ dolları faiz və 17556 ABŞ dolları cərimə olmaqla cəmi 37604.80 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair” iddiası qismən təmin edilməli, Cavabdeh1 26R000001409 saylı kredit razılaşması üzrə 15068.17 ABŞ dolları əsas, 3855.72 ABŞ dolları faiz borcu, 56 ABŞ dolları cərimə olmaqla, cəmi 18979.89 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası manatı məzənnəsi ilə və 30 manat ödənilmiş dövlət rüsumu qəbul etdiyi miras kütləsi həcmində tutularaq İddiaçı QSC-nin hesabına keçirilməli, iddia tələbinin qalan hissəsi, o cümlədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı olan hissəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1306-cı mаddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşdə olan 29.03.2011-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə X11 arasında 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşdə olan 29.06.2012-ci il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə X11 arasında aylıq 2.3333 faiz olmaqla 36 ay müddətinə 20.000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşdə olan 10.06.2011-ci il tarixli və 29.03.2011-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X11 25.06.2013-cü il tarixdə vəfat etmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Cavabdeh1 18.12.1992-ci il tarixdə nikah bağlamışlar. Cavabdeh1 mərhum X11nun birinci növbəli vərəsəsidir. İşdə olan Məhkəmə-mühasibatlıq ekspertizasının 10.02.2021-ci il tarixli 9/5162 saylı ekspert rəyindən görünür ki, X11nun kredit razılaşması üzrə 03.06.2014-cü il tarixə yəni müqavilə müddətinin sonuna əsas borc üzrə 15.068.17 ABŞ dolları və faiz borcu üzrə 3855.72 ABŞ dolları təşkil edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspert rəyini mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən ekpert rəyi nəzərə alınmalıdır. Ekspertiza xərci 100 manat təşkil edir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC X11 arasında kredit razılaşması üzrə aylıq 2.3333 faiz olmaqla 36 ay müddətinə 20000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bankla zaminlik müqavilələri bağlamış, cavabdehlər Cavabdeh2 və Cavabdeh3, kredit götürən X11nun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. X11 25.06.2013-cü il tarixdə vəfat etmiş, bank tələbi X11nun arvadı birinci növbəli vərəsəsi hazırki iş üzrə Cavabdeh1 qarşı qaldırmışdır. Cavabdeh1 mərhum ərinin bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən ekspert rəyini sübut kimi qəbul edir. İddiaçı QSC-nin cavabdehdən kredit razılaşması üzrə 17556 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və hər kredit razılaşması üzrə dəbbə pulunun 56 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli, bundan başqa faiz və əsas borc ekspert rəyində iddiaçının tələb etdiyi həddən aşağı göstərildiyindən 100 manat ekspertiza xərcinin 50 manatı iddiaçıya, 50 manatı isə cavabdehə aid edilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, İddiaçı QSC-nin iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 kredit razılaşması üzrə 15068.17 ABŞ dolları əsas, 3855.72 ABŞ dolları faiz borcu, 56 ABŞ dolları cərimə olmaqla, cəmi 18979.89 ABŞ dolları Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu qəbul etdiyi miras kütləsi həcmində tutularaq İddiaçı QSC-nə qaytarılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbi baxımından hesab edir ki, hazırki iş üzrə İddiaçı QSC 26R000001409 saylı kredit razılaşması üzrə 15151.13 ABŞ dolları əsas, 4897.67 ABŞ dolları faiz və 17556 ABŞ dolları cərimə olmaqla cəmi 37604.80 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə və məhkəmə iddia tələbini onlara aid hissədə də qismən də olsa təmin etməkdə haqlı olmamışdır. Çünki, həmin müqavilə üzrə kredit 36 ay müddətinə verildiyindən yuxarıda göstərilən maddənin tələbinə görə iddiaçı cavabdehlərə qarşı iddianı müqavilədə nəzərdə tutulmuş borcun ödənilməsi müddətinin bitdiyi 29 iyun 2015-ci ildən bir il keçənədək yəni, 29 iyun 2016-cı ilədək məhkəmədə iddia qaldıra bilərdi. Həmin maddədə göstərilir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası iddianın Cavabdeh1 aid hissəsində hesab edir ki, iddiaçı hazırki tələbində haqlıdır. Lakin, borc Cavabdeh1 X7 vərəsəlik qaydasında keçdiyindən cavabdeh hazırki borc üzrə vərəsəlik qaydasında əldə etdiyi əmlak payına mütənasib surətdə öhdəlik daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Hazırki iş üzrə də iddiaçı bu tələblə məhkəməyə iddia icraatı qaydasında müraciət etməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı hüquqi varis olan cavabdehə və zaminlərə qarşı qismən də olsa təmin edərkən iddia tələbinin qanuni əsasını təşkil edən hüquq normalarına istinad etmədiyindən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı olan hissədə, o cümlədən qətnamə qəbul edərkən Cavabdeh1 qəbul etdiyi miras kütləsini nəzərə almamaqla düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissələrdə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissələrdə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(046)-47/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müştərək qaydada 26R000001409 saylı kredit razılaşması üzrə 15151.13 ABŞ dolları əsas, 4897.67 ABŞ dolları faiz və 17556 ABŞ dolları cərimə olmaqla cəmi 37604.80 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair” iddiası qismən təmin edilməli, Cavabdeh1 26R000001409 saylı kredit razılaşması üzrə 15068.17 ABŞ dolları əsas, 3855.72 ABŞ dolları faiz borcu, 56 ABŞ dolları cərimə olmaqla, cəmi 18979.89 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası manatı məzənnəsi ilə və 30 manat ödənilmiş dövlət rüsumu qəbul etdiyi miras kütləsi həcmində tutularaq İddiaçı QSC-nin hesabına keçirilməli, iddia tələbinin qalan hissəsi, o cümlədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı olan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(046)-47/2021 nömrəli qətnaməsi ləğv edilsin İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müştərək qaydada 26R000001409 saylı kredit razılaşması üzrə 15151.13 ABŞ dolları əsas, 4897.67 ABŞ dolları faiz və 17556 ABŞ dolları cərimə olmaqla cəmi 37604.80 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair” iddiası qismən təmin edilsin. Cavabdeh1 26R000001409 saylı kredit razılaşması üzrə 15068.17 ABŞ dolları əsas, 3855.72 ABŞ dolları faiz borcu, 56 ABŞ dolları cərimə olmaqla, cəmi 18979.89 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası manatı məzənnəsi ilə və 30 manat ödənilmiş dövlət rüsumu qəbul etdiyi miras kütləsi həcmində tutularaq İddiaçı QSCnin hesabına keçirilsin. İddia tələbinin qalan hissəsi, o cümlədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı olan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1544/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1544/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver