Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-155/2025 23.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsının iddiaçı xxxxnın Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçı xxxxnın nümayəndəsi Nümayəndə, apellyasiya şikayətini vermiş Cavabdeh iştirakı ilə, iddiaçı xxxxnın Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2(075)-246/2024 nömrəli mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli e-2(075)-246/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı xxxx 27 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixli **********99914 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1324,96 (min üç yüz iyirmi dörd ABŞ dolları 96 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 933,05 (doqquz yüz otuz üç ABŞ dolları 05 sent) ABŞ dolları məbləğində penya olmaqla, cəmi 2258,01 (iki min iki yüz əlli səkkiz ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması və eləcə də, iddia ərizəsinin verilməsinə görə 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdehdən İddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə cavabdeh (borcalan) Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********99914 №-li Kredit müqaviləsinə müvafiq olaraq İddiaçı tərəfindən Borc alana 48 ay müddətinə, illik 19 % ödəmək şərtilə 25400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə borcalan Cavabdeh və ipotekaqoyan X2 arasında sonuncuya məxsus Şəki şəhərinin Mikayıl Cəbrayılov küçəsində yerləşən 0,05 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinin ipotekaya qoyulması barədə xx.xx.2014-cü il tarixli **********99914/1 №-li İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı (bundan sonra – «Bank») Kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(075)4/2020 nömrəli qətnaməsi (bundan sonra “Qətnamə”) ilə Bankın iddiası qismən təmin edilmişdir. Belə ki, Qətnamə ilə xx.xx.2014-cü il tarixli **********99914/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında X1 məxsus olan Şəki şəhərinin Mikayıl Cəbrayılov küçəsində yerləşən 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək, həmin əmlakın ilkin satiş qiyməti 70000 (yetmiş min) manat müəyyən edilməklə, açıq hərracda satılması və əmlakın satışından əldə edilimiş vəsait hesabına xx.xx.2014-cü il tarixli **********99914 №-li Kredit müqaviləsi üzrə borcalan Cavabdeh iddiaçı qarşısında 14000,17 ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2018-ci il tarixinə illik 19 % dərəcəsi ilə hesablanmış 10442,6 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği və xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % faiz dərəcəsi ilə hesablanmış 100 ABŞ dolları cərimə olmaqla, cəmi 24542,17 (iyirmi dörd min beş yüz qırx iki ABŞ dolları 17 sent) ABŞ dolları məbləğində borcun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı Bank apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-4/2020 №-li qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Lakin, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(107)-261/2021 №-li qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-4/2020 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışıdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəki İcra və Probasiya Şöbəsinə göndərilmiş və iş icra mərhələsində olarkən Cavabdeh tərəfindən həyata keçirilən ödənişlər hesabına həmin qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmişdir. Lakin, Cavabdeh kredit üzrə əsas borcun ödənilməsini gecikdirdiyinə görə iddiaçı Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə penya ödəməlidir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (Qətnamənin qəbul olunduğu tarix) bu məbləğ 933,05 (doqquz yüz otuz üç ABŞ dolları 05 sent) ABŞ dolları təşkil edir. Yuxarıda göstərilənlərdən başqa qeyd olunur ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borcverən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsinin ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunana əsasən Bank xx.xx.2020-ci il tarixdən əsas borcun ödənildiyi xx.xx.2023-cü il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra xx.xx.2020-ci il tarixdən əsas borcun ödənildiyi xx.xx.2023-ci il tarixədək olan dövr üçün müvafiq məbləğ 1324,96 (bir min üç yüz iyirmi dörd ABŞ dolları 96 sent) ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğuna görə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubunun təqdim edilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi - Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 21-ci, 399.3, 443.2-ci, 462-ci, 465.2-ci və 528-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarları ilə əsaslandırılmışdır). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi xx.xx.2014-cü il tarixli **********99914 №-li Kredit müqaviləsi, Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsinin surəti, Şəki Apellyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(107)-261/2021 nömrəli qətnaməsinin surəti və digər sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı Cavabdeh 24 yanvar 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddiadan imtina olunması haqqında qərar çıxarılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti ötürüldüyündən iddiaçı xxxx tərəfindən ona qarşı verilmiş iddia tələbi üzrə “iddiadan imtina olunması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsində icraat
İş materiallarından görünür ki, Şəki Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı xxxx tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində iddia icraatı qaydasında aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Rayon Məhkəməsinin (hakim Elşən Vəliyev) 26 sentyabr 2024-cü il tarixli e-2(075)-246/2024 nömrəli qətnaməsi ilə iddiaçı xxxxnın Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddia qismən təmin edilsin. Cavabdeh Zamanov Elman Ənvər oğlundan xx.xx.2014-cü il tarixli **********99914 №-li Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1322,54 (bir min üç yüz iyirmi iki ABŞ dolları 54 sent) ABŞ dolları və 42,52 (qırx iki manat 52 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Açıq Səhimdar Cəmiyyəti "xxxx" Bankına verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı xxxxndan və Cavabdeh müştərək qaydada 05 avqust 2024-cü il tarixli № 3- 16-16/2-9/1745/2024 nömrəli ekspert rəyinə əsasən 200 manat (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin”. Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli e-2(075)-246/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh ilə bağlanmış xx.xx.2014-cü il tarixli **********99914 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən ona 48 ay müddətinə, illik 19 % ödəməsi şərtilə 25400 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə ipoteka qoyan X2 arasında sonuncuya məxsus Şəki şəhərinin Mikayıl Cəbrayılov küçəsində yerləşən 0,05 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********99914/1 №-li İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2(075)4/2020 №-li qətnaməsi ilə Bankın iddiası qismən təmin edilib, xx.xx.2014-cü il tarixli **********99914/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında X1 məxsus olan Şəki şəhərinin Mikayıl Cəbrayılov küçəsində yerləşən 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək, həmin əmlakın ilkin satiş qiyməti 70000 manat müəyyən edilməklə açıq hərracda satılması və əmlakın satışından əldə edilimiş vəsait hesabına xx.xx.2014-cü il tarixli **********99914 №-li Kredit müqaviləsi üzrə borcalan Cavabdeh iddiaçı qarşısında 14000,17 ABŞ dolları məbləğində əsas borcun, xx.xx.2018-ci il tarixinə illik 19 % dərəcəsi ilə hesablanmış 10442,6 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % faiz dərəcəsi ilə hesablanmış 100 ABŞ dolları cərimə faizləri olmaqla, cəmi 24542,17 (iyirmi dörd min beş yüz qırx iki ABŞ dolları on yeddi sent) ABŞ dolları məbləğində borcun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Bank apellyasiya şikayəti versə də, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-261/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışıdır. Hazırki işin hallarından görünür ki, həmin qətnamə əsasında tutulan borc məbləği xx.xx.2023-cü il tarixdə banka ödənilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-4/2020 saylı qətnaməsində tutulması qət edilmiş xx.xx.2014-cü il tarixli **********99914 saylı kredit müqaviləsi üzrə borc məbləğləri ipoteka predmetinin satışınadək, yəni 30 may 2023-cü il tarixdə Cavabdeh tərəfindən iddiaçı Bankın hesabına ödənilmişdir. İddiaçı Bankın hazırkı iddia ərizəsində tələb etdiyi məbləğlər isə cavabdeh tərəfindən borc məbləğinin ödənişindən sonrakı, yəni tələbi icra etdiyi vaxtdan sonrakı deyil, tələbin icra edildiyi dövrədək olan müddəti əhatə edir. Bu baxımdan iddia tələbinin xx.xx.2020-ci il tarixdən 30 may 2023-cü il tarixinə qədər illik 5% dərəcəsi ilə hesablanmış zərər (əldən çıxmış fayda) hissəsində iddia tələbi ilə razılaşan məhkəmə qeyd edir ki, iddiaçı həmin dövr üçün də cavabdehdən məhz illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləği tələb etməkdə haqlıdır. Məhkəmə, bankın kreditdən istifadəyə görə xx.xx.2020-ci il tarixədək illik 15% dərəcəsi ilə hesablanmış 933,05 ABŞ dolları məbləğində penya üzrə borcunu tələb etməkdə haqlı olmasına dair dəlilini isə əsaslı hesab etmir və iddianın “xx.xx.2014-cü il tarixli **********99914/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixədək illik 15% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 933,05 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləğinin Cavabdeh tutulması” hissəsi əsassızdır. Məhkəmə qeyd edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi - kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Bundan başqa, hazırkı iddiada bankın kredit müqaviləsinin bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək adi faiz üzrə hesablanmış 933,05 ABŞ dolları tələbi ilə bağlı daha əvvəl cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi və ya qeyd olunan iddianın qaldırılması müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Məhkəmə, cavabdehin iddiaçının məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürməsi ilə bağı arqumenti ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli **********99914/1 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh tərəfindən 30 may 2023-cü il tarixdə tam olaraq icra olunmuşdur. Bundan sonra iddiaçı ASC "xxxx" Bankı 5 ay sonra, yəni xx.xx.2023-cü ildə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etməklə bağlı müddət ötürülməmişdir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2., 21.2, 372.1, 372.2, 373.2, 373.3, 375.1, 375.2, 377.1, 377.2, 385.1, 386.1, 421.2, 421.3, 442, 443, 445.2.1, 445.7, 448.1, 448.2, 449.1, 462.1, 739.1 və 739.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.4 və 218.1ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarlarına istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh 16 noyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli e-2(075)-246/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Şəki Rayon Məhkəməsinin e-2(075)-246/2024 nömrəli xx.xx.2024-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı iddia tələbinin rədd edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********99914 saylı kredit müqaviləsinə əsasən ona 25400 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilədən 7 ay sonra ölkədə devalvasiya baş vermiş və nəticədə cavabdehin ödənişlərində çətinliklər yaranmışdır. Daha sonra 28 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti Fərman imzalamışdır. Lakin cavabdehin kredit borcu Fərmanın əhatə dairəsinə düşməmişdir. Bundan sonra"xxxx" ASC onun kredit borcuna görə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2(075)4/2020 №-li qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmişdir. Həmin Qətnaməyə əsasən xx.xx.2014-cü il tarixli **********99914/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında X1 məxsus olan Şəki şəhərinin Mikayıl Cəbrayılov küçəsində yerləşən 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək, həmin əmlakın ilkin satiş qiyməti 70000 manat müəyyən edilməklə, açıq hərracda satılması və əmlakın satışından əldə edilimiş vəsait hesabına xx.xx.2014-cü il tarixli **********99914 №li Kredit müqaviləsi üzrə borcalan Cavabdeh iddiaçı qarşısında 14000,17 ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2018-ci il tarixinə illik 19 % dərəcəsi ilə hesablanmış 10442,6 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği və xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % faiz dərəcəsi ilə hesablanmış 100 ABŞ dolları cərimə faizləri olmaqla, cəmi 24542,17 ABŞ dolları məbləğində borcun ipoteka predmetinin dəyərindən ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Qətnamə icra edilməsi üçün Şəki rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra şöbəsində tərəflər arasında razılaşma əldə edilmiş və borcluya borc məbləğinin hissə-hissə ödənilməsi üçün şərait yaradılmışdır. Nəticədə Borclu borc məbləğini hissə-hissə olmaqla xx.xx.2023-cü il tarixədək Banka tam ödəmişdir. Bu müddət ərizəndə razılşamaya uyğun olaraq tələbkar Bank tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə geri qaytarılması barədə Şəki rayon üzrə İcra və probasiya şöbəsinə müracət edilmiş və həmin Qurumun qərarı ilə icra sənədi xx.xx.2022-ci ildə məhkəməyə geri qaytarılmışdır. Bundan bir müddət sonra "xxxx" ASC tərəfindən Cavabdeh qarşı iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət edilərək xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmaqla 1324,96 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək kredit üzrə ödənilməsi gecişdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 933,05 ABŞ dolları peniya olmaqla, cəmi 2258,01 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq Banka ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qeyd edilən iddia tələbinə Şəki Rayon Məhkəməsində baxılaraq xx.xx.2024-ci il tarixli e-2(075)-246/2024 nömrəli qətnamə ilə iddia tələbi qismən təmin edilmiş və Cavabdeh xx.xx.2014-cü il tarixli **********99914 №-li Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1322,54 ABŞ dollarının və 42,52 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Açıq Səhimdar Cəmiyyəti "xxxx" Bankına verilməsi qət edilmişdir. Lakin, Cavabdeh məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materialarına əlavə edilmiş sənədlərdən göründüyü kimi tərəflər icra mərhələsində qarşılıqlı razılaşma əldə etmişlər. Razılaşmaya əsasən tərəflər borclu Cavabdeh icra vərəqəsi üzrə razılaşmadan dərhal sonra ilkin olaraq 12000 manat ödənilməsi şərti ilə, geri qalan borc məbləğinin isə hissəhissə ödənilməsi və bunun qarşılığında isə Bank tərəfindən icra vərəqəsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmasına razılaşmışlar. Nəticədə, borclu Cavabdeh xx.xx.2020-ci il tarixində 12000 manat (7060 ABŞ dolları) ödəmişdir. Geri qalan borcu isə hər ay hissə-hissə olmaqa xx.xx.2023-cü ilə kimi tam olaraq ödəmişdir. Tələbkar Bank tərəfindən isə İcra Şöbəsinə müraciət edilərək icra sənədinin geri qaytarılması xahiş edilmişdir. Tələbkar Bankın xahişini nəzərə alan Şəki rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində icra sənədi məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi, borclu olan Cavabdeh icra sənədinin icrasından qərəzli yayınmamışdır. Əksinə, borcun ödənilməsi üçün tələbkar Bank və Borclu qarşılıqlı razılaşma əldə etmişlər. Yəni, tərəflər borc sənədi üzrə borcun ödənilməsi barədə qarşlıqlı razılaşıblar və Tələbkarın razılığı ilə Borclu icra sənədini hissə-hissə icra edib. Belə olan halda isə, tələbkarın əldən çıxmış fayda tələb etməsi üçün heç bir əsası yoxdur və məhz buna görə də iddia tələbi rədd edilməlidir.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayəti üzrə 23 yanvar 2025-ci ildə keçirilən iclasda iştirak edən apellyasya şikayəti vermiş Cavabdeh Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli e-2(075)-246/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, iddiaçı xxxxnın Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli e-2(075)-246/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin əsassız olduğundan tam rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Həmin iclasda iştirak edən iddiaçı xxxxnın nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədiyini bildirib, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli e-2(075)- 246/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini – hazırkı iş üzrə iddiaçı xxxxnın Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsində göstərilənlərlə əsaslandırdı.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli e-2(075)-246/2024 nömrəli qətnaməsinin ləğv edilməsinin və iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı iddia tələbinin rədd edilməsinin” xahiş olunması və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 296.1. Girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. 529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. 551.2.4. Məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
"İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun normaları (maddələri): 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
"İcra haqqında" Azərbaycan Respublikası Qanununun normaları (maddələri): 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda. 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, Cavabdeh apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilib, Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli e-2(075)-246/2024 nömrəli qətnaməsi qismən, yəni “Cavabdeh Ənvər oğlundan xx.xx.2014-cü il tarixli **********99914 №-li Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1322,54 (bir min üç yüz iyirmi iki ABŞ dolları 54 sent) ABŞ dolları və 42,52 (qırx iki manat 52 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Açıq Səhimdar Cəmiyyəti "xxxx" Bankına verilsin” hissəsində ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı xxxxnın Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi “Cavabdeh Ənvər oğlundan xx.xx.2014-cü il tarixli **********99914 №-li Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1324,96 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin tutulması” hissəsində də tam rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları və mübahisənin konkret halları ilə müəyyən edilmişdir ki, kredit verən xxxx ilə kredit alan Cavabdeh arasında bağlanmış 04 iyul 2014-cü il tarixli **********99914 nömrəli Kredit Müqaviləsinə əsasən “yaşayış sahəsinin tikintisi” üçün sonuncuya 48 ay müddətinə, yəni 04 iyul 2018-ci il tarixinədək illik 19 % dərəcəsi ilə 25400 ABŞ dolları məbləğində kredit verilmiş və eyni zamanda, kredit verən ASC "xxxx" Bankı ilə ipoteka qoyan X2 arasında bağlanmış 07 iyul 2014-cü il tarixli **********99914/1 nömrəli İpoteka Müqaviləsinə əsasən sonuncuya məxsus Şəki şəhərinin Mikayıl Cəbrayıl küçəsində yerləşən 0,05 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 4 nömrəli fərdi yaşayış evi həmin Kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmişdir. Lakin, 04 iyul 2014-cü il tarixli **********99914 nömrəli Kredit Müqaviləsi üzrə borcalan Cavabdeh kreditin müqavilədə nəzərdə tutulan qaydada qaytarılması öhdəliklərini pozduğuna görə, borcverən ASC "xxxx" Bankı müvafiq iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələrlə Şəki Rayon Məhkəməsinə müraciət edib, yekun olaraq 07 iyul 2014-cü il tarixli **********9914/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X1 məxsus Şəki şəhərinin Mikayıl Cəbrayıl küçəsində yerləşən 0,05 hektar torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, 07 iyul 2014-cü il tarixli **********155914 №-li kredit müqaviləsi üzrə borcalan Cavabdeh iddiaçı qarşısında 14000,17 ABŞ dolları məbləğində əsas borc, 04 iyul 2018-ci il tarixinə illik 19% dərəcəsi ilə hesablanmış 10752,02 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc, 04 iyul 2018-ci il tarixdən 01 iyun 2020-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 2158,72 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi və 01 iyun 2020-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 9670,03 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 36580,94 ABŞ dolları məbləğində borcun, 01 iyun 2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15 % dərəcəsi ilə hesablanan penyanın Cavabdeh tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankının həmin iddia tələbi üzrə qəbul edilmiş Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş və 07 iyul 2014-cü il tarixli **********9914/1 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında cavabdeh X1 məxsus Şəki şəhərinin Mikayıl Cəbrayıl küçəsində yerləşən 0,05 hektar torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək, ilkin satış qiyməti 70000 manat müəyyən edilməklə açıq hərracda satılması və əmlakın satışından əldə olunmuş vəsait hesabına 04 iyul 2014-cü il tarixli **********99914 nömrəli Kredit müqaviləsi üzrə borcalan Cavabdeh iddiaçı qarşısında 14000,17 ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2018-ci il tarixinə illik 19% dərəcəsi ilə hesablanmış 10442,6 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği və xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 100 ABŞ dolları cərimə olmaqla, cəmi 24542,17 ABŞ dolları məbləğində kredit borcu (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) ipoteka predmetinin dəyərindən ASC "xxxx" Bankının xeyrinə tutulmuşdur (qeyd olunan Nəticə Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsində ətraflı şərh olunmuş və əsaslandırılmışdır). Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsindən qismən narazı qalan iddiaçı ASC "xxxx" Bankı apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etsə də, Şəki Apellyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(107)-261/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini aldığı üçün müvafiq qaydada icraya yönəldilən Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi əsasında 19 oktyabr 2020-ci ildə verilmiş icra sənədi əsasında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində qəbul edilmiş 21 oktyabr 2020-ci il tarixli qərarla icraata başlanılaraq, bu qərarın surəti müvafiq qaydada tələbkara (iddiaçı ASC "xxxx" Bankına) və borclulara (Cavabdeh və digərlərinə) göndərilmiş və borclulara icra sənədi üzrə “tələbin 10 gün müddətində könüllü icrası” barədə bildiriş təqdim edilməklə, həmin icra sənədi əsasında icra tədbirləri başlanmışdır. Lakin, tələbkar ASC "xxxx" Bankı 04 noyabr 2020-ci il tarixli 611 nömrəli məktubla Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək, tələbkar Bankla borclu Cavabdeh arasında qətnamə ilə tutulan borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə edildiyinə görə Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi üzrə icra icraatının dayandırılmasını və bu barədə Banka məlumat verilməsini xahiş etmişdir. Tələbkarın həmin müraciəti əsasında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş 12 noyabr 2020-ci il tarixli qərarla “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən, yəni “tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalıdır” əsası ilə Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)- 4/2020 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraat dayandırılmışdır. Daha sonra Şəki Rayon Məhkəməsinin hakimi tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə ünvanlanmış 19 aprel 2021-ci il tarxli 2(075)-4/2020 nömrəli məktubla Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra tədbrlərinin davam etdirilməsi xahiş olunmuşdur. Lakin, tələbkar ASC "xxxx" Bankı 22 dekabr 2021-ci il tarixli 752 nömrəli məktubla Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Tələbkarın həmin ərizəsi əsasında da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş 19 aprel 2022-ci il tarixli qərarla “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi məhkəməyə qaytarılmışdır. Həmin qərardan şikayət verilməmiş və bundan sonra həmin icra sənədi üzrə icra qurumunda icra işi olmamışdır. Qeyd etmək lazımdır ki, iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə hazırkı iddia ərizəsinə dair mülki iş üzrə aparılan məhkəmə araşdırmaları zamanı işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tutulan kredit borcu, yəni “04 iyul 2014-cü il tarixli **********99914 nömrəli Kredit müqaviləsi üzrə 14000,17 ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsinin sonu olan 04 iyul 2018-ci il tarixinə illik 19% dərəcəsi ilə hesablanmış 10442,6 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği və 01 iyun 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 100 ABŞ dolları cərimə faizləri olmaqla, cəmi 24542,17 ABŞ dolları məbləğində kredit borcu” borcalan Cavabdeh tərəfindən hissə-hissə olmaqla 30 may 2023-cü il tarixinədək tam ödənilmişdir. Göründüyü kimi, cəmi 24500 ABŞ dolları məbləğində alınmış kreditin qaytarılması ilə əlaqədar Cavabdeh 04 iyul 2014-cü il tarixli **********99914 nömrəli Kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün hesablanmış borcun krediti vermiş iddiaçı ASC "xxxx" Bankının iddia ərizəsinə əsasən qəbul edilən və qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada icraya yönəldilən Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi - tələbkar ASC "xxxx" Bankının öz müraciəti və təşəbbüsü əsasında icra edilməyərək, cavabdehdən tutulan borcun “ilkin satış qiyməti 70000 manat miqdarında müəyyən edilmiş ipoteka predmetinin açıq hərracda satışı yolu ilə ödənilməsi” təmin edilməmiş və həmin borc tərəflərin şifahi qarşılıqlı razılıqları əsasında cavabdeh tərəfindən hissə-hissə olmaqla 30 may 2023-cü ilədək tam ödənilmişdir. Yəni, 04 iyul 2018-ci ildə müddəti bitmiş 04 iyul 2014-cü il tarixli **********99914 nömrəli Kredit müqaviləsi üzrə “14000,17 ABŞ dolları məbləğində əsas borc, xx.xx.2018-ci il tarixinə illik 19% dərəcəsi ilə hesablanmış 10442,6 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği və xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % faiz dərəcəsi ilə hesablanmış 100 ABŞ dolları cərimə faizləri olmaqla, cəmi 24542,17 ABŞ dolları məbləğində kredit borcu” qanuni qüvvəsini almış məhkəmə Qətnaməsində qət edilmiş qaydada, həmin Kredit Müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilərək tutulmamışdır. Həmin Qətnaməyə əsasən ipoteka predmetinin açıq hərracda satılması üsulu ilə tutulmalı olan borc məbləği – krediti vermiş tələbkar Bankın öz razılığı ilə kredit alan Cavabdeh tərəfindən hissə-hissə olmaqla ödənilmiş və onun “borcalan” olaraq 04 iyul 2014-cü il tarixli **********99914 nömrəli Kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcları - yəni, məlum Məhkəmə Qətnaməsi ilə tutulan pul vəsaitləri üzrə icra olunmamış öhdəlikləri qalmamışdır. Bundan sonra isə iddiaçı ASC "xxxx" Bank “xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1324,96 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 933,05 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 2258,01 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması” üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsinə dair mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2024-cü il tarixli e-2(075)-246/2024 nömrəli qətnamə ilə iddia “xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1324,96 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin tutulması” hissəsində qismən, yəni “xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1322,54 (bir min üç yüz iyirmi iki ABŞ dolları 54 sent) ABŞ dollarının tutulması” hissəsində təmin olunsa da, iddia digər hissəsində - yəni, “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 933,05 ABŞ dolları məbləğində penyanın tutulması” hissəsində tamamilə rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməyərək, iddianın təmin olunmayan hissəsini mübahisələndirməmiş, cavabdeh isə hazırkı apellyasiya şikayətində iddia tələbinin rədd olunmasını xahiş etməklə, qətnamədə ondan “xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1322,54 (bir min üç yüz iyirmi iki ABŞ dolları 54 sent) ABŞ dollarının tutulması” ilə də razılaşmayaraq, iddianın həmin hissədə də rədd olunmasını xahiş etmişdir. Bununla belə, qeyd olunmalıdır ki, hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 933,05 ABŞ dolları məbləğində penyanın tutulması hissəsində rədd edilməsi” nəticəsinin qanuniliyini və əsaslılığını inkar edən hallar müəyyən edilməmişdir. Göründüyü kimi, Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)- 4/2020 nömrəli qətnaməsi ilə müəyyən edilən cavabdehin borcu - qətnamədə nəzərdə tutulan qaydada, yəni “ipoteka predmetlərinin satılması və satışdan əldə edilən pul vəsaiti” hesabına deyil, cavabdehin (borclunun) bilavasitə ödədiyi pul vəsaiti hesabına hissə-hissə olmaqla ödənilmiş və iddiaçı tərəf, yəni tələbkar (kreditor) öhdəliyin bu cür icrasını qəbul etmişdir. Lakin, məlum qətnamə qəbul edilərkən icra müddəti bitmiş kredit müqaviləsi (müqavilədə kreditin son qaytarılma tarixi 04 iyul 2018-ci il tarixi müəyyən edilmişdir) üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin qətnamədə nəzərdə tutulduğu üsulla deyil, başqa üsulla icra olunmasının şərtləri və nəticəsi ilə əlaqədar tərəflər arasında hər hansı bir yeni öhdəlik yaradan saziş (müqavilə və s.) imzalanmamışdır. Yəni, icraya yönəldilmiş qətnamədə nəzərdə tutulan qaydada deyil, digər bir qaydada borcun ödənilməsi - qarşılıqlı razılıq əsasında təmin edilsə də, bu icranın şərtləri yazılı tərtib edilmiş və hər iki tərəfin imzalamış olduğu hər hansı bir yazılı sazişdə və s. təsbit olunmamışdır. Buna baxmayaraq, qanuni qüvvəsini almış məhkəmə qətnaməsində dəqiq məbləği müəyyən edilən borcun - həmin qətnamədə nəzərdə tutulan qaydada icranı tələb etməyən tələbkarın razılığı ilə - hissə-hissə olmaqla, Borclunun özü tərəfindən könüllü ödənilməsi yekunlaşdıqdan sonra, hazırkı iddia tələbində qeyd olunan "xxxx" tələb olunur. Qeyd etmək lazımdır ki, borcverən ASC "xxxx" Bankı ilə 48 ay müddətinə bağlanmış 04 iyul 2014-cü il tarixli Kredit Müqaviləsi üzrə Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş borcalan Cavabdeh halhazırda hər hansı bir ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş faiz borcu (qaytarılmamış əsas kredit məbləği və ödənilməmiş faiz məbləği) yoxdur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında məlum kredit müqaviləsi bağlanmaqla, ilk olaraq tərəflər arasında həmin müqavilədən irəli gələn “öhdəlik” hüquq münasibətləri yaranmış olsa da, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və bu müraciət əsasında qəbul edilərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə məlum kredit müqaviləsi üzrə mövcud borcun dəqiq məbləği müəyyən edilib, həmin borcun “ipoteka predmetinə yönəldilməklə tutulması” qət edilmişdir. Bu səbəbdən də, qanuni qüvvəsini almış qətnamədə müəyyən edilən pul öhdəliklərinin yerinə yetirilməsi qaydaları artıq müqavilə şərtləri ilə deyil, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müəyyən edilməlidir. Ona görə də, məlum qətnamə icraya yönəldildikdən sonra cavabdehin hərəkətlərinə hüquqi cəhətdən bu aspektdən, yəni kredit müqaviləsi üzrə “borc alan” kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə “borclu” kimi qiymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə, qətnamə ilə tutulan borcun hazırkı iddia ərizəsində qeyd olunan qaydada “hissə-hissə” olmaqla, 30 may 2023cü tarixədək icra olunmasında cavabdehin (borclunun) təqsiri müəyyən edilmir. Çünki, Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi əsasında “ipoteka predmetləri satılmaqla” borcun ödənilməməsinə görə cavabdeh məsuliyyət daşımır və yuxarıda qeyd olunduğu kimi, qətnamə ilə tutulan borcun başqa üsulla ödənilməsinə (borcun Borclu tərəfindən hissə-hissə olmaqla ödənilməsinə) isə iddiaçı (tələbkar) tərəfindən heç bir etiraz olunmayaraq, kreditor olaraq onun tərəfindən borcun həmin üsulla icra olunması qəbul edilmişdir. Yuxarıda qeyd olunan işin hallarından da görünür ki, məlum qətnamə əsasında verilmiş icra sənədi üzrə icra hərəkətləri tələbkarın, yəni hazırkı iş üzrə iddiaçı ASC "xxxx" Bankının öz təşəbbüsü ilə qətnamədə nəzərdə tutulan qaydada icra olunmamış və onun öz ərizəsi əsasında icra sənədi məhkəməyə geri qaytarılmışdır. Yəni, məlum qətnamə icraya yönəldikdən sonra əvvəlcə iddiaçı ASC "xxxx" Bankının öz müraciəti əsasında icra işi üzrə icraat dayandırılmış, daha sonra isə yenə də onun müraciəti əsasında həmin icra sənədi məhkəməyə geri qaytarılmışdır. Halbuki, iddiaçı - tələbkar olaraq, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə tutulan borcun yuxarıda qeyd olunan qaydada icrasını qəbul etməyib, məlum qətnamənin Nəticə hissəsinin “məhkəmə tərəfindən qət olunmuş” qaydada icra olunmasını tələb edə bilərdi. Eyni zamanda, qeyd etmək lazımdır ki, iddiaçı hazırkı iş üzrə vermiş olduğu iddia ərizəsində iddia tələbini əsaslandırdığı “kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır” kimi mövqeyinin əsaslılığı da işin konkret halları ilə öz təsdiqini tapmır. Belə ki, “14000,17 ABŞ dolları məbləğində əsas borc, xx.xx.2018-ci il tarixinə illik 19 % dərəcəsi ilə hesablanmış 10442,6 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği və xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 100 ABŞ dolları cərimə olmaqla, cəmi 24542,17 ABŞ dolları məbləğində borcun tutulması” barədə qəbul edilmiş məlum məhkəmə qətnaməsindən borcalan cavabdeh deyil, iddiaçı Bank apellyasiya şikayəti verərək, həmin qətnamə əsasında icra hərəkətlərinin başlanmasını yubatmış və daha sonra isə iddiaçı “tələbkar” olaraq qətnamənin İcra Qurumu tərəfindən icra olunmasının qarşısını almağa yönəlmiş və tələbkarın hüquqlarına aid yuxarıda sadalanan hərəkətləri etmişdir. Həmçinin, iddiaçının yuxarıda qeyd olunan “əldən çıxmış fayda qismində zərərə uğraması” kimi dəlilinin əsaslılığı da öz təsdiqini tapmır. Çünki, işin hallarından görünür ki, 04 iyul 2014-cü ildə “24500 ABŞ dolları” məbləğində kredit verildikdən bir neçə ay sonra, yəni 2015-ci ilin əvvəllərində ABŞ dollarının məzənnəsində baş vermiş məlum dəyişiklik nəticəsində onun dəyəri manata nisbətdə kəskin surətdə bahalaşmış və bu vəziyyətdə Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi ilə kreditin qaytarılmayan hissəsinə görə cavabdehdən “qətnamə icra olunan günə manata məzənnəsi” üzrə “14000,17 ABŞ dolları məbləğində əsas borc, xx.xx.2018-ci il tarixinə illik 19% dərəcəsi ilə hesablanmış 10442,6 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faiz borcu və xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 100 ABŞ dolları cərimə olmaqla, cəmi 24542,17 ABŞ dolları məbləğində kredit borcunun” tutulması qət edilmiş və cavabdeh tərəfindən də həmin ABŞ dolları ilə tutulan pul vəsaiti ödənmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş borcun - qətnamədə qət olunan qaydada deyil, başqa qaydada ödənilməsinin iddiaçı (tələbkar) tərəfindən qəbul olunmasına baxmayaraq, 30 may 2023-cü il tarixinədək icra olunmasına görə hazırkı iddia tələbində qeyd olunan “xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1324,96 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin tutulmasının” tələb olunması – iddiaçının (tələbkarın) hüquqdan sui-istifadəsi kimi qiymətləndirilməlidir. Yəni, Mülki Məcəllənin tələbləri baxımından mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir və bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər etibarsızdır. Ona görə də, tərəflər arasında hər hansı bir yazılı öhdəlik şərtləri tərtib edilmədən, qətnamə üzrə tutulan borcun Borclu (hazırkı iş üzrə cavabdeh) tərəfindən hissə-hissə icra olunmasına Tələbkar (hazırkı iş üzrə iddiaçı) razılıq verərək, Tələbkarın özü qətnamənin müvafiq İcra Qurumu tərəfindən icra olunmasına imkan vermədiyi halda, həmin borcun hissə-hissə ödənilməsini qəbul etdikdən və həmin icra başa çatdıqdan sonra isə özü razılıq verdiyi icra üsuluna görə borcludan “əlavə olaraq əldən çıxmış faydanın (zərərin) əvəzini” tələb etməsi tamamilə əsassız və ədalətsiz yanaşmadır. Çünki, tələbkar - qanuni qüvvəsini aldıqdan sonra icrası məcbur olan qətnamənin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun icrasını və qətnamədə nəzərdə tutulan qaydada borcun ödənilməsini tələb etməli olduğu halda, qətnamə qəbul edilib icraya yönəldikdən sonra borclunun “borcun hissə-hissə icrasını” qəbul etmiş və eyni zamanda, öz təşəbbüsü ilə qətnamə üzrə icra sənədinin icrasının əvvəlcə dayandırılmasına, daha sonra isə icra sənədinin icra olunmadan məhkəməyə qaytarılmasına nail olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilib, Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli e-2(075)-246/2024 nömrəli qətnaməsi qismən ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı xxxxnın Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi qalan hissədə də təmin edilməməli və iddia tələbi təmin edilmədiyinə görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçı ASC "xxxx" Bankının özünə aid edilməlidir. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, hazırkı iş üzrə cavabdehin vəsatəti əsasında məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən 05 avqust 2024-cü il tarixli 9/1745 nömrəli rəy alınmış və Rəyin hesabatında həmin ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli e-2(075)-246/2024 nömrəli qətnaməsində isə həmin ekspertiza tədqiqatının dəyərinin “İddiaçı xxxxndan və Cavabdeh müştərək qaydada 05 avqust 2024cü il tarixli № 3-16-16/2-9/1745/2024 nömrəli ekspert rəyinə əsasən 200 manat (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi” qət edilmişdir. Lakin, məhkəmə xərci olaraq ekspertizanın dəyəri tərəflərdən “müştərək qaydada” deyil, hazırkı mübahisə üzrə iddianın rədd olunması və ekspertiza keçirilməsi barədə müvafiq vəsatətin hazırkı apellyasiya şikayətini vermiş cavabdeh tərəfindən verilməsi nəzərə alınaraq, həmin xərc hər iki tərəf arasında bərabər bölünməklə, hər iki tərəfdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384, 385, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli e-2(075)-246/2024 nömrəli qətnaməsi qismən, yəni “Cavabdeh xx.xx.2014-cü il tarixli **********99914 №-li Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1322,54 (bir min üç yüz iyirmi iki ABŞ dolları 54 sent) ABŞ dolları və 42,52 (qırx iki manat 52 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Açıq Səhimdar Cəmiyyəti "xxxx" Bankına verilsin” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı xxxxnın Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi “Cavabdeh xx.xx.2014-cü il tarixli **********99914 №-li Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1324,96 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin tutulması” hissəsində də təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı xxxxnın özünə aid edilsin. Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli e-2(075)-246/2024 nömrəli qətnaməsi ekspertiza xərcinin tərəflərdən “müştərək qaydada” tutulması hissəsində dəyişdirilsin və iş üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində ekspertiza xərci iş üzrə tərəflər arasında bərabər bölünərək, 100 (yüz) manatı iddiaçı xxxxndan və 100 (yüz) manatı Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.