Məhkəmə qərarları › İş №2(107)-1553/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1553/2023

28.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1553/2023 28.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və əlavə xərc tələbinə dair mülki iş üzrə (Açar sözlər: Apellyasiya baxışından çıxarma, işin istənilməsi) X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və əlavə xərc tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1836/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və əlavə xərc tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2010-cu il təvəllüdlü Aliyə, xx.xx.2012-ci il təvəllüdlü Əli, xx.xx.2018-ci il təvəllüdlü Aylin və xx.xx.2020-ci il təvəllüdlü Arif adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləği həddində müəyyən edilməsi və cavabdehin xx.xx.2012-ci il təvəllüdlü Əli adlı uşağın müalicəsi üçün əlavə xərclərə cəlb edilərək hər ay 150 manat sabit pul məbləğində vəsaitin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1836/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü Aliyə, xx.xx.2012-ci il təvəllüdlü Əli, xx.xx.2018-ci il təvəllüdlü Aylin və xx.xx.2020-ci il təvəllüdlü Arif adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022 il tarixli 2(051)–739/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 135 (bir yüz otuz beş) manat sabit pul məbləği həddində müəyyən edilməsi, həmin məbləğdə aliment və xx.xx.2012-ci il təvəllüdlü Əli adlı uşağın müalicəsi üçün hər ay 60 manat əlavə pul vəsaitinin Cavabdeh alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına daxil olsa da onun mümkünlüyünə dair qərar qəbul edilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin sədri X4 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, hazırki mülki iş Şəki Apellyasiya Məhkəməsinə göndərildikdən sonra həmin iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1836/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bu səbəblə apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün 2(051)-1836/2023 nömrəli mülki işin Mingəçevir Şəhər Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, 2(051)-1836/2023 nömrəli mülki işin ümumiyyətlə icraata qəbul edilməməsi nəzərə alınaraq, mülki iş apellyasiya baxışından çıxarılmalı, iş üzrə İddiaçı apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün mülki iş Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1836/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1836/2023 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün mülki iş Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul olunduğu аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar