Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1557/2020 18.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-562/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hаkim Pərviz Hacıyev) xx xxxx 2020-ci il tarixli, 2(075)- 562/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 1800 (bir min səkkiz yüz) ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 (bir min səkkiz yüz) ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Cavabdeh işi ilə bağlı ona pul lazım olduğunu bildirmiş, ona borc verməyi xahiş etmişdir. O da öz növbəsində cavabdehin səmimiliyinə inanaraq ona xx xxxx 2018-ci il tarixdə 1800 (bir min səkkiz yüz) ABŞ dolları məbləğində borc vermişdir. Cavabdeh aldığı pulu 03 (üç) ay ərzində qaytaracağına söz vermiş, bununla bağlı qəbz yazmışdır. Artıq 2 ilə yaxındır ki, borcu qaytarılmamışdır. Bu səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Məhz buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşdə olan Cavabdeh tərəfindən yazılmış xx xxxx 2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh xx xxxx 2018-ci il tarixdə İddiaçı 1800 ABŞ dolları borc pul aldığını etiraf etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sorğu verilərək iş materialarına əlavə edilmiş Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X1 tərəfindən HK-1/1538 nömrəli material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə Şəki ŞRPŞ-də verdiyi izahatında İddiaçı 3060 manat pul aldığını, lakin maddi imkanı olmadığından halhazıradək qaytara bilmədiyini etiraf etmiş, 3060 manat məbləğində borcunu qısa müddət ərzində qaytaracağına söz vermişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Cavabdeh Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-562/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Аpelyаsiyа şikаyətinin dəlilləri : Cavabdeh аpelyаsiyа şikаyətində qeyd etmişdir ki, məhkəmənin iclasının vaxtı və yeri barədə ona lazımı qaydada xəbərdarlıq edilməmişdir. Verilən borcun miqdarı gah manatla gah da dollarla göstərilir. Birinci instansiya məhkəməsinin istinad etdiyi pul alma qəbzi ona təzyiqlə yaxud könüllü yazdırıldığı araşdırılmamışdır. Məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı ola bilməz. İşlə bağlı psixoloji ekspertizanın aparılmasına zərurətin olubolmamasını məhkəmə araşdırmamışdır. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-562/2020 saylı qətnaməsinin tamamilə ləğv edilməsinə, iddianın rədd edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edirəm. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, Cavabdeh ondan xx xxxx 2018-ci il tarixdə 1800 (bir min səkkiz yüz) ABŞ dolları borc almış və ona heç bir təzyiq göstərməmiş və hədə qorxu gəlmədən pulun alması barədə qəbz vermişdir. Əgər ona təzyiq edilsəidi məhkəməyə müraciət edərdi. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-562/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni Cavabdeh münаsibətdə düzgün həll etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası cavbdehin apelyasiya şikayətində göstərdiyi pul alma qəbzi ona təzyiqlə yazdırılması dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Cavabdeh isə məhkəmədə iddiaçı ilə arasında bağlanmış əqdin etibarsızlığının mübahisələndirlməsi və nəticəsi barədə məhkəməyə subut təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Cavabdeh İddiaçı 1800 ABŞ dolları (3060 manat) məbləğində borc almış, lakin bugünədək borcunu ödəməmişdir. İddiaçı iddianı müdafiə edir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Şəki rayonu üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 760 nömrəli arayışdan görünür ki, İddiaçı məcburi köçkündür. Məhkəmə kollegiyası Cavabdeh xx xxxx 2018-ci il tarixli qəbzini və xx xxxxxx 2019cu il tarixdə Şəki ŞRPŞ-də verdiyi izahatına hüquqi qiymət verərək, onları borcun etirafı kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kolleiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)- 562/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.1-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-562/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Rövşən Rəfiyev Ələddin Məcidov
Məhkəmə qərarları › İş №2(107)-1557/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1557/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver