Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1558/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- Borc pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tаrixli, 2(051)-300/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin nümayəndəsi H.F.İsrafilzadə məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 00939698 №li 26.09.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh X5 Surgulu, X6, Genua mebel, X8 Ceviz mebel əşyaları almışdır. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə cavabdehin X5 Surgulu, X6, Genua mebel, X8 Ceviz mebel əşyaları üçün 6280 manat əsas borc, 942 manat cərimə olmaqla cəmi 7222 manat borcu qalmışdır. Həmin borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi xahiş olunur. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tаrixli, 2 (051)-300/2021 saylı qətnaməsi ilə ( hakim M.Kərimova) iddia qismən təmin edilmiş, Cavabdeh 6280 (altı min iki yüz səksən) manat əsas borc və 100 (bir yüz) manat cərimə olmaqla, cəmi 6380 (altı min üç yüz səksən) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) pul alınıb iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 00939698 №li 26.09.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh X5 Surgulu, X6, Genua mebel, X8 Ceviz mebel əşyaları almışdır. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə cavabdehin X5 Surgulu, X6, Genua mebel, X8 Ceviz mebel əşyaları üçün 6280 manat əsas borc, 942 manat cərimə olmaqla cəmi 7222 manat borcu qalmışdır. Həmin borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi xahiş olunur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış 00939698 №li 26.09.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı qiymətini hissə-hissə ödəmək şərti ilə cavabdehə 6280 manat dəyərində olan X5 Surgulu, X6, Genua mebel, X8 Ceviz mebel əşyalarını vermişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 6280 manat əsas borc və 100 manat cərimə olmaqla, cəmi 6380 manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Aşağıdakı iş materialları müəyyən edilmişdir; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 00939698 №li 26.09.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh X5 Surgulu, X6, Genua mebel, X8 Ceviz mebel əşyalarını verməyi, Cavabdeh əşyanın qiymətini ödəniş cədvəlinə uyğun ödəməyi öhdələrinə götürmüşdür. İşdə olan müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh iddiaçıdan aldığı-əşyanın qiymətini 20 ay müddətinə, hər ay 314 manat olmaqla ödəməlidir. İşdə olan əşyanın təhvil-təslim aktından görünür ki, Dəmirova X3 X7, X6, Genua mebel, X8 Ceviz mebel əşyalarını iddiaçıdan təhvil almışdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 –ci, 443.1-ci, 448.1-ci, 431.1-ci, 882.1-ci, 882.2-ci, 882.4-cü, 882.1-882.3-cü, 882.5-ci ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o ərizə ilə məhkəməyə müraciət edərək qeydiyyatda olduğu ünvan Mingəçevir şəhəri olmasına baxmayaraq, Bakı şəhəri Nərimanov rayonunda yaşadığını, bu səbəbdən iddia ərizəsinin surətini ala bilmədiyini, iddia ərizəsinin ünvanına göndərilməsini xahiş etmişdir. Lakin məhkəmə iddia ərizəsini ona göndərməyək Mülki Prosessual Qanunvericiliyin tələblərini pozmuşdur. Bundan başqa məhkəmə qətnaməsindən aydın olur ki, iddiaçı tərəfdə məhkəmə iclasında iştirak etməmiş, yalnız məhkəməyə teleqram ünvanlayaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi tərəflər məhkəmə iclasında iştirak etməmiş bununla da MPM-nin əsas prinsiplərindən olan çəkişmə prinsipi pozulmuşdur. Bundan başqa onu da qeyd edim ki, iddiaçı tərəfindən mənə heç zaman pretenziya məktubu çatdırılmamışdır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-300/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsini ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-300/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə kollegiyaya heç bir məlumat verməmişdir . Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını iddia ərizəsinin surətini ala bilmədiyini, lakin məhkəmə iddia ərizəsini ona göndərməyərək Mülki Prosessual Qanunvericiliyin tələblərini pozmuşdur. Eyni zamanda iddiaçının yalnız məhkəməyə teleqram ünvanlayaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, iclasda iştirak etməmişdir. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-300/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-300/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tаrixli, 2(051)-300/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 00939698 №li 26.09.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh X5 Surgulu, X6, Genua mebel, X8 Ceviz mebel əşyaları almışdır. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə cavabdehin X5 Surgulu, X6, Genua mebel, X8 Ceviz mebel əşyaları üçün 6280 manat əsas borc, 942 manat cərimə olmaqla cəmi 7222 manat borcu qalmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, apelyator apellyasiya şikayətində göstərmişdir ki, qeydiyyatda olduğu ünvan Mingəçevir şəhəri olmasına baxmayaraq, Bakı şəhəri Nərimanov rayonunda yaşadığını, bu səbəbdən iddia ərizəsinin surətini ala bilmədiyini, iddia ərizəsinin ünvanına göndərilməsini xahiş etmişdir. Lakin məhkəmə iddia ərizəsini ona göndərməyərək Mülki Prosessual Qanunvericiliyin tələblərini pozmuşdur. Kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. İş materiallarının 38-ci səhifəsində olan məlumatdan görünür ki, birinci instansiya məhkəməsi iddia ərizəsinə təkrar olaraq apelyatorun ərizədə göstərdiyi ünvana göndərmişdir. Ona görə də şikayət həmin hissədə əsassızdır. İkinci dəlil ondan ibarətdir ki, iddiaçı tərəfdə məhkəmə iclasında iştirak etməmiş, yalnız məhkəməyə teleqram ünvanlayaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kollegiya hesab edir ki, şikayətin həmin dəlili də əsassızdır. Belə ki, iddiaçının məhkəmə iclasında iştirak edib-etməməsi onun hüququ olmuşdur. Yəni məhkəməyə teleqram ünvanlayaraq iddia ərizəsini müdafiə etdiklərini bildirərək məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı tərəf öz iddia ərizəsini əsaslandırmağa dair sübutlarını iddia ərizəsinə əlavə etmişdir. Ona görə də məhkəmə iclasında iştirak etməmək hüququndan istifadə etmişdir. Apelyator isə öz etirazına dair sübutlarını kollegiyaya təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-300/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-300/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1558/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1558/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver