Məhkəmə qərarları › İş №2(107)-156/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-156/2022

19.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-156/2022 19.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, iddiaçının vəkili X6, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yolun və su bərəsinin açılması və s. tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(063)-33/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(063)-33/2021 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yolun və su bərəsinin açılması və s. tələbi barədə iddiasının təmin edilməməsi, İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22) və mütəxəssis rəyinin dəyərinə görə 527 (beş yüz iyirmi yeddi) manat 50 (əlli) qəpiyin Kadastr və Yerquluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin (kod 200071, VÖEN(bank) **********, müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, VÖEN:**********, hesab N:AZ23AİİB********************) xeyrinə tutulması qət edilmişdir. İşin halları İddiaçı cavabdehlərə qarşı yolun və su bərəsinin açılması və s. tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən ona və ailə üzvlərinə verilmiş 0.97 hektar torpaq sahəsinə gələn yolu tam açması, həmin torpaq sahəsinə gələn su bərəsini bərpa etməsi və tam açması, həmçinin həmin yolda olan tikililərin sökülməsi və bir daha həmin yolun və su bərəsinin tutmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, iddiaçnın iddia ərizəsinə əlavə etdiyi torpağın mülkiyyətə verilməsinə dair JN-977A, kod 90400038 nömrəli şəhadətnamənin surətindən göründüyü kimi Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən idiaçıya və ailə üzvlərinə fərdi yaşayış evi və s. məqsədlərlə 0.97 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində iddiaçının istifadəsində olan yaşayış evi vardır. İddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır və həyətyanı sahəsində kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə məşğul olur, içmək və kənd təsərrüfatı bitkilərini becərmək üçün lazım olan suyu isə həyətlərinə gələn su arxı vasitəsi ilə təmin edir. Lakin artıq bir ildən çoxdur ki, qonşuları Cavabdeh2 və Cavabdeh1 (sonuncu Bakı şəhərində qeydiyyatda olsa da Ucar rayonunun Qazyan kəndində də evi vardır və bəzən gəlib həmin evdə yaşayır) onların həyətinə gələn arxı torpaqla doldurmuş və dam örtüyü ilə həmin sahəni hasarlamışlar. Nəticədə isə onların ailəsi və ağacları susuz qalmışdır. Bundan başqa, cavabdehlər həmin torpaq sahəsinə gedən yolun da bir hissəsini zəbt etdiklərindən yol daralmış və nəticədə böyük maşınlar həmin yola girə bilmirlər. Kənd təsərrüfatı ilə məşğul olduğundan isə həmin yola traktorların girə bilməməsi iddiaçının fəaliyyətinə mane olur. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə tanış olmuşdur, lakin rəydə göstərilənlərlə razı deyildir, rəydə göstərilənləri təkzib edən başqa sübutu yoxdur, iddiaçının və ailə üzvlərinin torpaq sahəsi ilə Nümayəndə istifadəsində olan torpaq sahəsi həmsərhəd deyildir. İddiaçı su bərəsinin açılmasını Cavabdeh1, yolun açılmasını isə Nümayəndə tələb edir. Əvvəllər, yəni torpaq islahatı aparılmamışdan əvvəl qonşuluqda yaşayan İlham adlı şəxsin həyətindən həm onların həyətinə, həm də Cavabdeh1 torpaq sahəsini satan Etibarın torpaq sahəsinə su yolu olmuşdur. Cavabdehlərin nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, iddiaçı öz tələblərini guya cavabdehlərin onun həyətinə gələn arxı torpaqla doldurmaları, dam örtüyü ilə həmin sahəni hasarlamaları, torpaq sahəsinə gedən yolun bir hissəsini zəbt etdikləri üçün yolun daralması, nəticədə böyük maşınların həmin yola girə bilməməsi ilə əsaslandırmışdır. İddiaçının həyətyanı torpaq sahəsi Cavabdeh1 oğlu Əli Quluzadənin mülkiyyətində olan torpaq sahəsi və öz əmisi oğlu X10 həyətyanı torpaq sahələri ilə həmsərhəddir. İddiaçı öz həyətyanı torpaq sahəsini suvarmaq üçün İlham Quliyevin torpaq sahəsindən keçən suvarma bərəsindən istifadə etmişdir. Lakin təxminən 1 il 4 ay əvvəl münasibətləri pozulduğu üçün İlham Quliyev həyətində olan suvarma bərəsindən istifadə etməsi üçün iddiaçıya icazə verməmişdir və bundan sonra iddiaçı cavabdehlərlə su yolu barədə mübahisəyə başlamışdır. Bundan başqa iddiaçı tələbi əsl olmayan cavabdehlərə qarşı vermişdir. Belə ki, Cavabdeh2 mərhum atasından miras qalmış və mərhumun ölümündən sonra miras kimi qəbul edərək istifadə etdiyi torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə həmsərhəd deyil və bu səbəbdən də Cavabdeh2 iddiaçının həyətinə gedən su yolunu bağlaması tələbi işin faktiki hallarına uyğun deyildir. Həmçinin, iddiaçının su yolunu açılmasını tələb etdiyi Cavabdeh1 mülkiyyətində nəinki iddiaçı ilə qonşuluqda, hətta Qazyan kəndində torpaq sahəsi yoxdur. Yuxarıda da qeyd etdiyi kimi iddiaçının torpaq sahəsi X16 torpaq sahəsi ilə həmsərhəddir. İddianın yolun açılması tələbinə dair hissəsinə etiraz olaraq bildirir ki, iddiaçı təxminən 10 il əvvəl həyətyanı təsərrüfatında tövlə tikərkən ümumi istifadədə olan yolun təxminən 4-5 metr hissəsini zəbt edərək tövləni həmin yolda inşa etmiş, keçən ilin mart-aprel aylarında tövlənin davamı olaraq yenə ümumi yolun üzərində 30 metr uzunluqda hasar çəkib talvar tikmiş, çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş xəndəyi öz həyətinə salaraq zəbt etmişdir. Cavabdeh1 bu mübahisə ilə bağlı Ucar Rayon İcra Hakimiyyətinə və digər aidiyyəti orqanlara müraciət etmişdir. Müraciətlərə cavab verən Ucar Rayon İcra Hakimiyyəti başçısı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Cavabdeh2 iddiaçının istifadə etdiyi ümumi yola çıxışı yoxdur və Cavabdeh2 ümumi istifadədə olan yolu zəbt etməmişdir. Göründüyü kimi cavabdehlər nə ümumi istifadədə olan yolu, nə də iddiaçının həyətinə gedən su yolunu zəbt etməmişlər. Əksinə ümumi istifadədə olan yolun təxminən 4-5 metr enində, 35-40 metr uzunluqda hissəsini iddiaçı özü zəbt etmiş, nəticədə yol daralmışdır. Cavabdeh Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və nümayəndəsi və vəkilinin izahatı ilə razı olduğunu bildirmiş və əlavə olaraq göstərmişdir ki, hasarı 1987-ci ildə tikmişdir, iddiaçı özü 2000-ci ildə tövlə tikərək yolu daraltmışdır. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və nümayəndəsi və vəkilinin izahatı ilə razı olduğunu bildirmiş və əlavə olaraq göstərmişdir ki, iddiaçı özü sonradan tövlə tikərək ümumi yolu daraltmışdır, iddiaçının su bərəsi onun əmisi oğlu İlhamın həyətindən olmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ucar rayonu Qazyan bələdiyyəsinin sədri X17 izahatında göstərmişdir ki, iddiaçı su yolu ilə bağlı bələdiyyəyə müraciət etmişdir, həmin həyətə baxış keçirilmiş, lakin tərəflər razılığa gəlməmişlər. Ona görə də məhkəməyə müraciət etməsi izah olunmuşdur. Əlavə olaraq bildirdi ki, qeyd olunan yolun çıxış hissəsində barı düz xətt boyunca çəkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, əvvəllər Ucar rayonu, Qazyan kəndində mülkiyyətində olan torpaq sahəsini 2016-cı ildə Əli Quluzadəyə satmışdır. Həmin torpaq sahəsindən İddiaçı torpaq sahəsinə su bərəsi olmamışdır. İddiaçı qohumları İlham Quliyevin torpaq sahəsindən keçən su bərəsindən stifadə etmişdir. Su bərəsi həmişə orada olmuşdur, 1987-ci ildə o, əmisi İslam Quliyevin təklifi ilə özünə ayrıca su yolu çəkmişdir. İddiaçı isə həmin su bərəsindən istifadə etmişdir. İddiaçı 2006-cı ildə ona məxsus torpaq sahəsini almaq istəmişdir, beh də vermiş, 11 ay sonra isə aralarında razılaşma baş tutmamışdır, həmin müddətdə İddiaçı ona məxsus torpaq sahəsindən istifadə etmiş və ona məxsus torpaq sahsindən özünə su bərəsi çəkmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-977 A,KOD 90400038 nömrəli şəhadətnamədən göründüyü kimi, Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli,16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən iddiaçıya və ailə üzvlərinə fərdi yaşayış evi və s. məqsədlərlə 0,97 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində iddiaçının istifadəsində olan yaşayış evi vardır. İddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır və həyətyanı sahəsində kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə məşğul olur, içmək və kənd təsərrüfatı bitkilərini becərmək üçün lazım olan suyu isə həyətlərinə gələn su arxı vasitəsi ilə təmin edir. Lakin artıq bir ildən çoxdur ki, qonşuları Cavabdeh2 və Cavabdeh1 (sonuncu Bakı şəhərində qeydiyyatda olsa da Ucar rayonunun Qazyan kəndində də evi vardır və bəzən gəlib həmin evdə yaşayır) onların həyətinə gələn arxı torpaqla doldurmuş və dam örtüyü ilə həmin sahəni hasarlamışlar. Nəticədə isə onların ailəsi və ağacları susuz qalmışdır. Bundan başqa, cavabdehlər həmin torpaq sahəsinə gedən yolun da bir hissəsini zəbt etdiklərindən yol daralmış və nəticədə böyük maşınlar həmin yola girə bilmirlər. Kənd təsərrüfatı ilə məşğul olduğundan isə həmin yola traktorların girə bilməməsi iddiaçının fəaliyyətinə mane olur. Ekspert rəyi ilə tanış olmuşdur, lakin rəydə göstərilənlərlə razı deyildir, rəydə göstərilənləri təkzib edən başqa sübutu yoxdur. İddiaçının və ailə üzvlərinin torpaq sahəsi ilə Nümayəndə istifadəsində olan torpaq sahəsi həmsərhəd deyildir. Ucar rayon məhkəməsində mülki işə baxılarkən məhkəməyə Qazyan bələdiyyəsinin sədri Əlisəməd Əliyev tərəfindən ünvanlanmış məktubda da göstərilmişdir ki, Ucar rayon Qazyan Bələdiyyəsi yazaraq, sizə bildirir, sabiq Qazyan kənd sakini X3 islahat dövründən əvvəl,0,82 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinə bitişik eni 3 metr,uzunu 250 metr olan əlavə torpaq sahəsində onun zəbtində və istifadəsində olmuşdur.2016-cı ildə isə həmin torpaq sahəsini alqı-satqı yolu ilə Qazyan kənd sakini olmuş X24 almışdır. Hal hazırda həmin torpaq sahələri X18 istifadəsindədir. Birinci instansiya məhkəməsində işə baxılarkən 09 okytabr 2021-ci il tarixdə “tikintitexniki obyektlərin tədqiqi” ekspertizası keçirilmişdir. O, həmin ekspertizanın rəyi ilə də razılaşmır. Necə olur ki, iddiaçının qanuni əsaslarla əldə edilmiş JN-977A KOD90400038 Torpağın Mülkiyyətə X1muş olsa da və torpaq sahəsinin planı və sərhədləri də müəyyən edilmiş olsa da qonşu torpaq sahəsinin sahibləri da göstərildiyi halda, ekspert rəyində göstərilir ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli, 16 saylı Qərarı ilə naturada torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyiidir. Eyni zamanda həmin rəydə o da qeyd edilmişdir ki, iş materiallarına təqdim edilən İddiaçı və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli,16 saylı Qərarı ilə Ucar rayonu Qazyan kəndinə verilmiş, JN-977A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən torpaq sahəsinə elektron baza məlumatlarında şimal-şərq hissədə yol nəzərdə tutulmuşdur, su bərəsi isə nəzərdə tutulmamışdır. Ekspertiza rəyi natamam olduğu halda məhkəmə öz qərarında həmin rəyi və mütəxəssis rəyini əsas götürmüşdür. Əsas suallar ekspert tərəfindən cavablandırılmadan qalmışdır. Belə olduğu halda bu mübahisələri məhkəmə də həll etməyəcəksə kim həll etməlidir. Artıq il yarımdan çoxdur ki, içməli su və təsərrüfat üçün su maşınla gətirilir. İddiaçının evinin yerləşdiyi sahələrin qonşularının bağ sahələri hamısı yaşıllıq olduğu halda iddiaçının bağında əkmiş olduğu bütün ağaclar da susuzluqdn qurumuşdur. Ona görə də, Ucar Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(063)- 33/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə və iddiaçının vəkili X14 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(063)-33/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Üçüncü şəxs X29 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ucar Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(063)-33/2021 nömrəli qətnaməsi iddia tələbinin 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən ona və ailə üzvlərinə verilmiş 0.97 hektar torpaq sahəsinə gələn su bərəsinin bərpa edilməsi və tam açılmasına dair rədd olunmuş hissədə ləğv edilməli, iddia tələbi qismən - 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən ona və ailə üzvlərinə verilmiş 0.97 hektar torpaq sahəsinə gələn su bərəsinin bərpa edilməsi və tam açılması hissəsində təmin edilməli, 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən ona və ailə üzvlərinə verilmiş 0.97 hektar torpaq sahəsinə gələn Cavabdeh1 istifadəsində olan torpaq sahəsindən keçən su bərəsi Cavabdeh1 tərəfindən bərpa edilməli və su bərəsinin qarşısı açılmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan JN-977A, kod 90400038 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə Ucar rayonu, Qazyan kəndində X4, İddiaçı, X7, Nümayəndə, X12, X8 və X5 fərdi yaşayış evi və s.məqsədi ilə 0,97 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 22 dekabr 2001-ci ildə ölmüşdür. İş materiallarında olan Ucar rayonu Qazyan bələdiyyəsinin 19 iyun 2020-ci il tarixli, 14 nömrəli məktubundan görünür ki, Qazyan kənd sakini İddiaçı bələdiyyəyə şifahi olaraq müraciət etmişdir ki, qonşusu Cavabdeh1 tərəfindən onun həyətinə gələn su yolu bağlanmışdır. Müraciəti əsasında bələdiyyə və kənd icra nümayəndəliyi tərəfindən həmin həyətə baxış keçirilmişdir. Lakin tərəflər razılığa gəlmədiyi üçün məsələ həll olunmamış qalmışdır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, Ucar rayonu, Qazyan kəndində qeydiyyatdadır. İş materiallarından olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayonu, Qəzyan kəndində 0,82 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79,5 kv.m olan fərdi yaşayış evi X16 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində 12 oktyabr 2016-cı ildə qeydiyyata alınmışdır. İş materiallarından olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayonu, Qəzyan kəndində 0,30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 171,40 kv.m olan fərdi yaşayış evi X9 adına daşınmaz əmlakın dövlət reyestrində 18 iyun 2020-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Ucar Rayon Polis Şöbəsinin 27 iyun 2020-ci il tarixli, 187- 8302-1220 nömrəli məktubundan və AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Ucar rayonu, Qazyan kəndində qeydiyyatdadır. İş materiallarında olan MAPS şöbəsinin 01 iyul 2020-ci il tarixli arayışından və AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 17, mənzil 27-də qeydiyyatdadır. İş materiallarında olan Ucar rayonu Qazyan bələdiyyəsinin 13 avqust 2021-ci il tarixli, 44 nömrəli məktubundan görünür ki, Qazyan kənd sakini X3 islahat dövründən əvvəl 0.82 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinə bitişik eni 3 metr, uzunu 250 metr olan əlavə torpaq sahəsində onun zəbtində və istifadəsində olmuşdur. 2016-cı ildə həmin torpaq sahəsini alqı-satqı yolu ilə Qazyan kənd sakini olmuş X25 almışdır. Hal-hazırda həmin torpaq sahələri X16 istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 10/2471 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Fuad İsgəndərovun rəyində qeyd edilir ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə naturada torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. İş materiallarında təqdim edilən İddiaçı və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonu, Qazyan kəndinə verilmiş JN-977A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsinə elektron baza məlumatlarında şimal-şərq hissədə yol nəzərdə tutulmuşdur, su bərəsi isə nəzərdə tutulmamışdır. Elektron baza məlumatları ilə faktiki istifadə vəziyyəti arasında sahə və konfiqurasiya fərqi mövcud olduğundan yolun və su bərəsinin cavabdehlər tərəfindən naturada istifadə edilibedilmədiyi müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Fuad İsgəndərovun rəyində qeyd edilir ki, elektron baza məlumatları ilə faktiki istifadə vəziyyəti arasında sahə və konfiqurasiya fərqi mövcud olduğundan qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı. İddiaçı və ailə üzvlərinə Ucar rayonu, Qazyan kəndində verilmiş torpaq sahəsi üçün nəzərdə tutulmuş gediş-gəliş yolu X16 mülkiyyətinə verilmiş Ucar rayon Qazyan kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0.82 ha torpaq sahəsinin hüdudları daxilində deyil, naturada mübahisəli su bərəsinin bir hissəsi RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0.82 ha torpaq sahəsinin hüdudları daxilindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Fuad İsgəndərovun rəyində qeyd edilir ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə naturada torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. Elektron məlumat bazası ilə faktiki istifadəçilik arasında sahə və konfiqurasiya fərqi olduğundan qərardadın 4-cü sualının cavablandırılması mümkün olmadı. Ekspert tərəfindən qeyd olunur ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqat aparılması mümkün olmamışdır. Odur ki, mütəxəsss rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 158.2 və 170.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə naturada torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. İş materiallarında təqdim edilən İddiaçı və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonu, Qazyan kəndinə verilmiş JN-977A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsinə elektron baza məlumatlarında şimal-şərq hissədə yol nəzərdə tutulmuşdur, su bərəsi isə nəzərdə tutulmamışdır. Elektron baza məlumatları ilə faktiki istifadə vəziyyəti arasında sahə və konfiqurasiya fərqi mövcud olduğundan yolun və su bərəsinin cavabdehlər tərəfindən naturada istifadə edilib-edilmədiyi müəyyən etmək mümkün olmadı. Elektron baza məlumatları ilə faktiki istifadə vəziyyəti arasında sahə və konfiqurasiya fərqi mövcud olduğundan qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı. İddiaçı və ailə üzvlərinə Ucar rayonu, Qazyan kəndində verilmiş torpaq sahəsi üçün nəzərdə tutulmuş gediş-gəliş yolu X16 mülkiyyətinə verilmiş Ucar rayon Qazyan kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0.82 ha torpaq sahəsinin hüdudları daxilində deyil, naturada mübahisəli su bərəsinin bir hissəsi RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0.82 ha torpaq sahəsinin hüdudları daxilindədir. Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə naturada torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. Elektron məlumat bazası ilə faktiki istifadəçilik arasında sahə və konfiqurasiya fərqi olduğundan qərardadın 4-cü sualının cavablandırılması mümkün olmadı. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi əsaslı və qanunauyğun deyildir, buna görə də iddiaçının iddiası təmin edilməməlidir. İddiaçı öz tələbini əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən iddia tələbinin 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən iddiaçıya və ailə üzvlərinə verilmiş 0.97 hektar torpaq sahəsinə gələn su bərəsinin bərpa edilməsi və tam açılmasına dair rədd olunmuş hissədə gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 10/2471 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinə Ucar rayonu, Qazyan kəndində verilmiş torpaq sahəsi üçün nəzərdə tutulmuş gediş-gəliş yolu X16 mülkiyyətinə verilmiş Ucar rayon Qazyan kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0.82 ha torpaq sahəsinin hüdudları daxilində deyil, naturada mübahisəli su bərəsinin bir hissəsi RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0.82 ha torpaq sahəsinin hüdudları daxilindədir. Elektron baza məlumatları ilə faktiki istifadə vəziyyəti arasında sahə və konfiqurasiya fərqi mövcud olduğundan yolun və su bərəsinin cavabdehlər tərəfindən naturada istifadə edilib-edilmədiyi ekspertlər tərəfindən müəyyən edilə bilməsə də, məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və baxış nəticəsində ekspert rəyində göstərilən məlumatların doğruluğu təsdiqlənmişdir. Yuxarıda göstərilən normaların tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən ona və ailə üzvlərinə verilmiş 0.97 hektar torpaq sahəsinə gələn su bərəsinin bərpa edilməsi və tam açılmasına dair hissədə təmin olunmalıdır. Torpaq sahələrinə yerli baxış keçirilməsi nəticəsində həmçinin müəyyən edildi ki, Cavabdeh2 məxsus torpaq sahəsi ilə 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən iddiaçıya və ailə üzvlərinə verilmiş 0.97 hektar torpaq sahəsi arasında gediş-gəliş yolu vardır, həmin yoldan istifadə edilməsinə heç bir maneə aşkar edilmir. Ona görə də, məhkəmə kolelgiyası iddia tələbinin gediş-gəliş yolunun açılmasına aid hissəsinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, iddiaçının yolunun açmaq istədiyi su bərəsi Cavabdeh1 oğlu X16 mülkiyyətində olan torpaq sahəsində yerləşsə də, həmin torpaqdan və torpağın üzərində olan evdən mülkiyyətçinin atası Cavabdeh1 istifadə edir və su yolunun açılmasına o maneə törədir. Ona görə, iddia tələbini ona qarşı yönəltməkdə iddiaçı haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə iddia tələbinin 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən iddiaçıya və ailə üzvlərinə verilmiş 0.97 hektar torpaq sahəsinə gələn su bərəsinin bərpa edilməsi və tam açılmasına dair rədd olunmuş hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ucar Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(063)-33/2021 nömrəli qətnaməsi iddia tələbinin 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən iddiaçıya və ailə üzvlərinə verilmiş 0.97 hektar torpaq sahəsinə gələn su bərəsinin bərpa edilməsi və tam açılmasına dair rədd olunmuş hissədə ləğv edilməli, iddia tələbi qismən - 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən ona və ailə üzvlərinə verilmiş 0.97 hektar torpaq sahəsinə gələn su bərəsinin bərpa edilməsi və tam açılması hissəsində təmin edilməli, 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən ona və ailə üzvlərinə verilmiş 0.97 hektar torpaq sahəsinə gələn Cavabdeh1 istifadəsində olan torpaq sahəsindən keçən su bərəsi Cavabdeh1 tərəfindən bərpa edilməli və su bərəsinin qarşısı açılmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ucar Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(063)-33/2021 nömrəli qətnaməsi iddia tələbinin 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən İddiaçı və ailə üzvlərinə verilmiş 0.97 hektar torpaq sahəsinə gələn su bərəsinin bərpa edilməsi və tam açılmasına dair rədd olunmuş hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. 27 oktyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Ucar rayonunun Qazyan kəndi ərazisindən İddiaçı və ailə üzvlərinə verilmiş 0.97 hektar torpaq sahəsinə gələn Cavabdeh1 istifadəsində olan RX seriyalı ******* nömrəli çıxarışla X16 mülkiyyətinə verilmiş Ucar rayonu Qəzyan kəndində yerləşən 0.82 ha torpaq sahəsindən keçən su bərəsi bərpa edilsin və su bərəsinin qarşısı açılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar