Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1561/2020 20.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, iddiaçı “xxxxxxxxxx QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxx QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc pul tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-480/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rаyon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxx 2020-ci il tarixli 2(033)-480/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 müştərək qaydada xx.xx.2013-cü il tarixli 019L000000420 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına və ona əlavə sazişlər üzrə, xx.xx.2013-cü il tarixli 019S000000981 nömrəli, xx.xx.2013-cü il tarixli 019S000000982 nömrəli, xx.xx.2013-cü il tarixli 019S000002161 nömrəli zaminlik müqavilələrinə əsasən, xx.xx.2020-ci il tarixə olan 7328,05 (yeddi min üç yüz iyirmi səkkiz ABŞ dolları beş sent) ABŞ dolları əsas kredit borcu, 6573,68 (altı min beş yüz yetmiş üç ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 150 (bir yüz əlli) ABŞ dolları cərimə olmaqla cəmi 14051,73 (on dörd min əlli bir ABŞ dolları yetmiş üç sent) ABŞ dolları məbləğində vəsait ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla alınaraq, iddiaçı “xxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumunun tutularaq “xxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı QSC) bank kreditinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 müştərək qaydada iddiaçı «xxxxxxxxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R********** saylı kredit razılaşması və ona edilmiş əlavə saziş üzrə 7328,05 ABŞ dolları məbləğində kredit borcu, 6573,68 ABŞ dolları məbləğində faiz borcu və 5708,79 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 19610 ABŞ dolları 52 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh4 birinci instansiya məhkəməsinin baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh1 «xxxxxxxxxx» QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 019L000000420 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 «xxxxxxxxxx» QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 019R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 019R**********S saylı, xx.xx.2016-cı il tarixli 019R**********SA saylı, xx.xx.2016-cı il tarixli 019R**********SB saylı, xx.xx.2017-ci il tarixli 019R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7671,95 ABŞ Dolları ödəmiş, onun 7328,05 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə hesablanmış faiz borcu 6573,68 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2020cu il tarixə 664 gün üçün hesablanmış cərimə 5708,79 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Qeyd etdikləri nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, «xxxxxxxxxx» QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 019R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərini bir müddət icra etmiş sonradan ABŞ dollarınn dəyərinin Azərbaycan manatına nisbətdə qalxmasına görə və maddi imkanı pisləşdiyindən kredit müqaviləsi üzrə kredit borcunu vaxtı vaxtında və tam həcmdə ödəyə bilməmişdir. Hazırda İddiaçı QSC-yə 7328 ABŞ dollarına yaxın əsas borcu və o məbləğə hesablanmış faiz borcu vardır və iddianı əsas və faiz borcun ödənilməsi hissəsində qəbul edir, lakin hesablanmış cərimə borcunun yüksək olduğunu bildirərək iddianın qismən təmin olunmasını və cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Cavabdeh1 ilə iddiaçı «xxxxxxxxxx» QSC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 019L000000420 nömrəli uzunmüddətli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən həmin cavabdehə 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsinin 1.3-cü bəndinə görə cavabdehə veriləcək hər bir kreditin məbləği, faiz dərəcəsi və müddəti bu müqavilə və ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İşdə olan Cavabdeh1 ilə iddiaçı «xxxxxxxxxx» QSC arasında bağlanmış xx.xx.2014cü il tarixli 019R********** nömrəli kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən həmin cavabdehə aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla, 24 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarılmaq şərti ilə 15000 (on beş min) ABŞ dolları kredit verilmişdir. Kredit razılaşmasının 1.2-ci bəndinə görə kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına əsasən, razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən, faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.2-ci və 4.2.2-ci bəndlərinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərimə ödəməlidir. İşdə olan xx.xx.2014-cü il tarixli kreditin verilməsi-köçürülmə qəbzindən görünür ki, iddiaçı «xxxxxxxxxx» QSC tərəfindən Cavabdeh1 hesabına 15000 ABŞ dolları kredit vəsaiti köçürülmüşdür. İşdə olan iddiaçı «xxxxxxxxxx» QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013cü il tarixli 019S000000981 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. İşdə olan iddiaçı «xxxxxxxxxx» QSC ilə Cavabdeh3 Elburus oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 019S000000982 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. İşdə olan iddiaçı «xxxxxxxxxx» QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2013cü il tarixli 019S000002161 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün iddiaçı qarşısında cavabdeh borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İşdə olan «xxxxxxxxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 019R**********S nömrəli, xx.xx.2016-ci il tarixli 019R**********SA nömrəli, xx.xx.2016cı il tarixli 019R**********SB nömrəli, xx.xx.2017-cı il tarixli 019R**********SC nömrəli sazişlərə əsasən razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarının surətindən görünür ki, iddiaçı cavabdehlərdən kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. İşdə olan iddiaçının xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 xx.xx.2020-cu il tarixə iddiaçıya 7328,05 ABŞ dolları əsas kredit borcu, 6573,68 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 664 gün üçün hesablanmış 5708,79 ABŞ dolları cərimə olmaqla, cəmi 19610,52 ABŞ dolları kredit borcu vardır. Məhkəmədə yuxarıda göstərilən qətnaməni qəbul edilmişdir. Cavabdeh Cumazadə X4 Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)- 480/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apelyasiya şikayətində qeyd etmişdir ki, “xxxxxxxxxxx” QSC Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı ərizə ilə Zaqatala rayon məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 19R********** nömrəli-kredit razılaşdırılması və ona edilmiş əlavə saziş üzrə kreditorun xeyrinə 7328.05 ABŞ dolları məbləğində kredit borcu, 6573.68 ABŞ dolları məbləğində faiz borcu və 5708.79 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 19610 ABŞ dolları məbləğində borcun, məhkəməyə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun xxxxxxxxxx QSC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (033)-480/2020-ci il tarixli qətnaməsinə əsasən İddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ndan müştərək qaydada 7328.05 ABŞ dolları məbləğində kredit borcu, 6573.68 ABŞ dolları məbləğində faiz borcu və 150 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 14051.73 ABŞ dolları məbləğində borcun, məhkəməyə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun xxxxxxxxxx QSC-nin xeyrinə verilməsi barədə qətnamə qət edilmişdir. Hesab edir ki, həmin qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamış eyni zamanda maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. xxxxxxxxxx QSC ilə xx.xx.2015-ci il tarixli 019R**********S nömrəli, xx.xx.2016-cı il tarixli 019R**********SA nömrəli, xx.xx.2016-cı il tarixli 019R**********SB nömrəli, xx.xx.2017-ci il tarixli 019R**********SC nömrəli sazişlərə əsasən razılaşmaya və ödəniş planlarına dəyişikliklər edilmişdir. xxxxxxxxxx QSC ilə bağlanmış Zaminlik müqaviləsinin 4.3-cü bəndinə əsasən Kredit və zaminlik müqavilələri ilə bağlı hər hansı bir tələb, bildiriş, xəbərdarlıq və s sənədlər zaminin bu müqavilənin 5-ci maddəsində göstərilən ünvanına və ya banka məlum olan sonuncu ünvanına yazılı şəkildə bildirişli sifariş məktubu ilə göndərildikdə və ya ona şəxsən təqdim edildikdə zaminə çatdırılmış hesab olunur. Zamin ünvanında hər hansı bir dəyişiklik barədə dərhal bankı xəbərdar etməlidir. Belə ki, kredit xətti müqaviləsinin 1.3-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Həmin müqavilənin bəndindən aydın olur ki tərəflərin məlumatlandırılması sənədlərin siyahısı tələb, bildiriş və xəbərdarlıqla kifayətlənmir. Bank tərəfindən müqaviləyə dəyişiklik və əlavələr barədə hər hansı bir rəsmi məlumat yaşadığım ünvana göndərilməmişdir. Bununlada mənimlə bağlanmış zaminlik müqaviləsinin şərtləri banktərəfındən pozulmuşdur. Ona görə də Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (033)- 480/2020-ci il tarixli qətnaməsini cavabdehlər (zaminlər) Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 dair hissədə ləğv edərək yeni qətnamə qəbul edəsiniz. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı “xxxxxxxxxx QSC-nin nümayəndəsi X6 birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)- 480/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı “xxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xəttinin açılmasına dair xx.xx.2013-cü il tarixli 019L000000420 nömrəli kredit xətti müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsinə görə cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Ona görə də həmin uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 ilə bağlanmış xx.xx.2014-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla 24 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarılmaq şərti ilə 15000 (on beş min) ABŞ dolları kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. xx.xx.2013-cü il tarixli 019S000000981 nömrəli, xx.xx.2013-cü il tarixli 019S000000982 nömrəli, xx.xx.2013-cü il tarixli 019S000002161 nömrəli zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər-cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh4 iddiaçı qarşısında borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və onların iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı Cavabdeh1 apelyasiya şikayətindən görünür ki, o, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-480/2020 nömrəli qətnaməsinin cavabdehlər (zaminlər) Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 dair hissədə ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, işdə olan 019R**********S nömrəli kredit razılaşmasına əlavə edilmiş ödəniş planlarından görünür ki, həqiqətən də ödəniş planlarına dəyişiklik edilərək hər ay ödəmə məbləğləri azaldılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Göründüyü kimi ödəmə planına edilmiş dəyişiklik zaminlərin məsuliyyətin artmasına və ya onlar üçün əlverişsiz nəticələrə səbəb olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-480/2020 saylı qətnaməsi dəyişdirilmədən, аpelyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-480/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1561/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1561/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver