Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1569/2021 06.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı6, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(025)-8/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Qyasəddin oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişlər. Qəbələ Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(025)-8/2019 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin edilmiş, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinə gedən gediş-gəliş yolunun 1,7 metr hissəsi (0,0241 ha hissəsi Cavabdeh2, 0,0246 hissəsi Cavabdeh1 tərəfindən) cavabdehlər tərəfindən açılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 150 (bir yüz əlli) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri – 153,56 (bir yüz əlli üç manat əlli altı qəpik) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(107)-36/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(025)-8/2019 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası rədd edilmiş, aparılmış ekspertiza tədqiqatlarının dəyəri-150 (bir yüz əlli) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri olan cəmi – 221,06 (iki yüz iyirmi bir manat altı qəpik) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməsi, mütəxəssis rəyinin verilməsinə dair çəkilən cəmi 600 (altı yüz) manat xərc iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 alınıb Azərbаycаn Respublikаsı "xxxx" MMC-nin hesabına ödənilsin. ("xxxx" ASC Gənclik Mall filialı, Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ013501**********1944, VÖEN **********, Hesab AZ53AİİB********************) Şəki Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(107)-36/2021 saylı qətnaməsindən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 onların vəkili Vəkil kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin 14 iyun 2021-ci il tarixli, 3676/2021 saylı qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(107)-36/2021 saylı qətnaməsi ləğv edilərək işin yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən tərəflər mübahisə ilə bağlı barışığa gəlməyə təşəbbüs göstərmiş və bununla bağlı birgə məhkəmə kollegiyasına müraciət etmişlər. Tərəflər aşağıdakı şərtlərlə barışa gəldiklərini ərz edirlər:
1. Hazırkı gündən (06.10.2021) cavabdehlər iddiaçıların mülkiyyətində olan torpaq sahələrinə gedən gediş-gəliş yolunun azı 0,50 ha hissəsinin (məsafə müəyyən yerlərdə dəyişməklə və torpaq sahələrinə gedən gediş-gəliş yolunun eninin 3 metrdən az olmaması şərti ilə) açılması barədə qarşılıqlı razılığa gəldilər.
2. Barışıq sazişinə əsasən tərəflər barışıq sazişinin 1.1-ci bəndində göstərilən şərti öhdələrinə götürdükləri üçün iddiaçılar iddiadan imtina edir və bununla bağlı gələcəkdə cavabdehlərə qarşı iddia tələbi ilə müraciət etməyəcəklərini bildirirlər.
3. İddiaçılar barışıq sazişinin 1.1 və 1.2-ci bəndlərində göstərilən şərtləri pozduğu halda hər biri, hər bir cavabdehə 10.000 (on min) manat verməyi, cavabdehlər barışıq sazişinin 1.1-ci bəndində göstərilən şərti pozduğu halda isə hər biri, hər bir iddiaçıya 10.000 (on min) manat verməyi öhdəsinə götürürlər. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin Məcəllənin 191.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 20-ci fəslinə daxil olan 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası barışıq sazişini nəzərdən keçirərək belə qənaətə gəlir ki, sazişin şərtləri qanunun tələblərinə zidd deyil və tərəflər arasında mübahisənin həllinə kömək etməklə digərlərinin hüquqlarını pozmur. İş materiallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(025)-8/2019 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin edilmiş, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinə gedən gediş-gəliş yolunun 1,7 metr hissəsi (0,0241 ha hissəsi Cavabdeh2, 0,0246 hissəsi Cavabdeh1 tərəfindən) cavabdehlər tərəfindən açılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 150 (bir yüz əlli) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri – 153,56 (bir yüz əlli üç manat əlli altı qəpik) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməsi qət edilmişdir. Hazırkı mərhələdə tərəflər barışıq sazişi ilə bağlı izahat verərək sazişlərinin nəzərə alınmasını məhkəmə kollegiyasından xahiş edirlər. Məhkəmə kollegiyasının qənətincə tərəflərin barışıq sazişi ilə bağlı hərəkətlərində hər hansı qanunsuz hal aşkar edilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Hazırkı gündən (06.10.2021) cavabdehlər iddiaçıların mülkiyyətində olan torpaq sahələrinə gedən gediş-gəliş yolunun azı 0,50 ha hissəsinin (məsafə müəyyən yerlərdə dəyişməklə və torpaq sahələrinə gedən gediş-gəliş yolunun eninin 3 metrdən az olmaması şərti ilə) açılması barədə qarşılıqlı razılığa gəldilər. Barışıq sazişinə əsasən tərəflər barışıq sazişinin 1.1-ci bəndində göstərilən şərti öhdələrinə götürdükləri üçün iddiaçılar iddiadan imtina edir və bununla bağlı gələcəkdə cavabdehlərə qarşı iddia tələbi ilə müraciət etməyəcəklərini bildirirlər. İddiaçılar barışıq sazişinin 1.1 və 1.2-ci bəndlərində göstərilən şərtləri pozduğu halda hər biri, hər bir cavabdehə 10.000 (on min) manat verməyi, cavabdehlər barışıq sazişinin 1.1-ci bəndində göstərilən şərti pozduğu halda isə hər biri, hər bir iddiaçıya 10.000 (on min) manat verməyi öhdəsinə götürürlər. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(025)-8/2019 nömrəli qətnaməsi ləğv edilərək icraata xitam verisin. Qərardad qəbul edildiyi gündən qanuni qüvvəyə minir. Qərardaddan 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 150 (bir yüz əlli) manat məbləğində pul hər tərəflərin hər birindən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri olan cəmi – 221,06 (iki yüz iyirmi bir manat altı qəpik) manat məbləğində pul hər tərəflərin hər birindən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilsin. Mütəxəssis rəyinin verilməsinə dair çəkilən cəmi 600 (altı yüz) manat məbləğində pul hər tərəflərin hər birindən müştərək qaydada tutularaq Azərbаycаn Respublikаsı "xxxx" MMC-nin hesabına ödənilsin. ("xxxx" ASC Gənclik Mall filialı, Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ013501**********1944, VÖEN **********, Hesab AZ53AİİB********************)
İş üzrə sədrlik edən hakim: Akif Eyvazov