Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1571/2021 06.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh4 qarşı alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tаrixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı sonuncuların mülkiyyətində olan 2,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 19 fevral 1998-ci il tarixli müqavilənin etibarlı (bağlanmış) hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tаrixli, 2(033)-962/2018 saylı qətanaməsi (hakim Elbrus Məmmədov) ilə iddia təmin edilmiş, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 807 №-li təsərrüfat olmaqla, cavabdehlərə ayrılmış 2,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,62 ha hissəsinin satılması ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə İddiaçı arasında alqısatqı müqaviləsi bağlanmış hesab edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tаrixli, 2(033)-962/2018 saylı qətnaməsi ləğv edimiş, yeni qətnamə qəbul ediləriək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı sonuncuların mülkiyyətində olan 2,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 19 fevral 1998-ci il tarixli müqavilənin etibarlı (bağlanmış) hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.05.2021-ci il tarixli 2(102)-2265/2021 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1718/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı sonuncuların mülkiyyətində olan 2,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqısatqısına dair 19 fevral 1998-ci il tarixli müqavilənin etibarlı (bağlanmış) hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə kollegiyası iddia tələbinin cavabdehlər Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 münasibətdə olan hissə ilə bağlı qeyd edir ki, cavabdehlər Cavabdeh5 15 may 2000-ci il, Cavabdeh3 10 avqust 2012-ci il və Cavabdeh1 28 avqust 2017-ci ildə, yəni iddai ərizəsi məhkəməyə verilənə qədər ölmüşlər (ölüm haqqında şəhadətnamələrə əsasən). Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda, ölmüş şəxslərin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apelyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 387.1-ci maddəsinə əsasən isə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Kollegiya qeyd edir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Belə ki, Mülki Prosessual Məcəllənin 39.2.-ci maddəsinə əsasən vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Belə bir sənəd isə təqdim edilmiş ərizəyə əlavə edilməmişdir. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək cavabdehlər Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 öldüyündən və onlar, öldükdən sonra mübahisəli hüquq münasibətləri üzrə hüquq varisləri müəyyən edilmədən ölmüş şəxsə qarşı məhkəməyə müraciət edildiyindən, onlara münasibətdə iş üzrə icraata xitam verilməlidir. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır (MPM-in 262.1-ci maddəsi). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (MPM-in 391-ci mad). Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbinin qeyd edilən hissəsi üzrə Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tаrixli qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və MPM-in 261-262, 263-264, 384-385, 387, 391, 400 və 402- 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı : Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tаrixli, 2(033)-962/2018 saylı qətnaməsi iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 münasibətdə olan hissədə ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. İşdə iştirak edən şəxslər qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Şikayət verilməzsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1571/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1571/2021
06.10.2021 · Müqavilələrin məcburi bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver