Məhkəmə qərarları › İş №2(107)-1572/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1572/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1572/2020 24.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı «xxxxxxxxx» ASC-nin nümayəndəsi X11 və Cavabdeh2 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(014)-23/2018 saylı qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı «xxxxxxxxx» ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, X2, X1 və X3 qarşı «xx.xx.2014-cü il tarixli, **********94314 N:li Kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2014-cü il tarixli **********94314/ip N:li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus olan Ağdaş şəhəri, Babək küçəsində yerləşən 0,06 ha. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 60 kv.m., yardımçı sahəsi 60,7 kv.m., ümumi sahəsi 120.7 kv.m təşkil edən 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və xx xxxxx 2014-cü il tarixli, **********94314 N:li kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı «xxxxxxxxx» ASC qarşısında 16664 manat məbləğində əsas borc, 6083.85 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx xxxxxx 2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1106.62 manat məbləğində penya, cəmi 23854.47 manat və xx xxxxxx 2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı «xxxxxxxxx» ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Şəhmərdan qızı, Cavabdeh4, X6, X4 və X7, onların ailə üzvüləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 40 000 manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxx» ASC məhkəməyə iddia həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2014-cü il tarixli **********94314/ip N:li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus olan Ağdaş şəhəri, Babək küçəsində yerləşən 0,06 ha. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 60 kv.m., yardımçı sahəsi 60,7 kv.m., ümumi sahəsi 120.7 kv.m təşkil edən 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və xx xxxxx 2014-cü il tarixli, **********94314 N:li kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı «xxxxxxxxx» ASC qarşısında 16664 manat məbləğində əsas borc, 9874.44 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx xxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % dərəcəsi ilə hesablanmış 1490.50 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx xxxxxxxx 2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 4641.36 manat məbləğində penya, cəmi 32670.30 manat və xx xxxxxxxx 2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % dərəcəsi ilə hesablanmış faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı «xxxxxxxxx» ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Şəhmərdan qızı, Cavabdeh4, X6, X4 və X7, onların ailə üzvüləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 40 000 manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(014)-23/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxxx 2014-cü il tarixli, **********94314 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 «xxxxxxxxx» ASC-nin xeyrinə 16664 manat məbləğində əsas borc, 9874.44 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx xxxxx 2018ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % dərəcəsi ilə hesablanmış 1490.50 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx xxxxxxxx 2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 200 manat məbləğində penya, cəmi 28228.94 manat məbləğində borcun tutulması, Cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus olan Ağdaş şəhəri, Babək küçəsində yerləşən 0,06 ha. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 60 kv.m., yardımçı sahəsi 60,7 kv.m., ümumi sahəsi 120.7 kv.m təşkil edən 10 nömrəli fərdi yaşayış evinə tutmanın yönləndirilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı «xxxxxxxxx» ASC-nin xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Şəhmərdan qızı, Cavabdeh4, X6, X4 və X7, onların ailə üzvüləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 40000 (qırx min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi, cаvаbdеh Cavabdeh2 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi və «xxxxxxxxx» ASC-dən 145 manat təkrar ekspertizanın xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh2 tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(014)-23/2018 saylı qətnaməsinin ləğv edilərək iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib, qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(014)-23/2018 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində məhkəmə iclası xx xxxxxx 2018ci il tarixə, saat 11:30-a təyin edilmiş, lakin bu barədə iş üzrə cavabdehlər lazımi qaydada məlumatlandırılmamış və işə onun iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə görə isə işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. İş materiallarında cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar aşkar edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin tələblərini pozaraq işə cavabdehin iştirakı olmadan baxmışdır. Bu isə məhkəmə tərəfindən prosessual normanın kobud pozulması kimi qiymətləndirilir və şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. “Gyuleva Bolqarıstana qarşı” iş üzrə x xxxx 2016-cı il tarixli Qərarında Avropa Məhkəməsi vurğulamışdır ki, tərəflərin məhkəmə baxışında iştirak etmək hüququ Konvensiyanın 6-cı maddəsinin məqsədləri və təyinatından irəli gəlir. 6-cı maddənin 1-ci paraqrafı sənədlərin rəsmi qaydada verilməsinin xüsusi formasını nəzərdə tutmur. Buna baxmayaraq, işin çəkişmə prinsipi əsasında həyata keçirilməsini müəyyən edən fundamental prinsipin də daxil olduğu ədalətli məhkəmənin ümumi konsepsiyası tələb edir ki, mülki prosesin bütün tərəfləri məhkəmə qərarına təsir etmək üçün əks tərəfin irəli sürdüyü dəlillərlə, təqdim etdiyi sübutlarla tanış olmaq və onlara şərh vermək imkanına malik olmalıdır. İlk növbədə, məhkəmə baxışı kimə qarşı yönəlmişsə, o şəxs məlumatlandırılmalıdır. Məhkəmə bildirişləri də daxil olmaqla, məhkəmə sənədlərinin şəxsən çatdırılmaması ərizəçini, məhkəmədə özünü müdafiə etmək hüququndan məhrum edə bilər. Beləliklə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmə sənədlərinin lazımi qaydada göndərilməməsi ədalətli məhkəmə araşdırmasının pozuntusu kimi qiymətləndirilir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(014)-307/2020 saylı qətnаməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, xxxxxxxxx» ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli **********94314 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 48 ay müddətinə 19 faizlə 20000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təmin edilməsi üçün «xxxxxxxxx» ASC ilə Cavabdeh3 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Ağdaş şəhəri, Babək küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 60 kv.m., yardımçı sahəsi 60,7 kv.m., ümumi sahəsi 120.7 kv.m təşkil edən 10 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx xxxxx 2014-cü il tarixli **********94314/ip saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh2 maddi vəziyyəti pisləşdiyindən bank qarşısında öhdəliyini icra edə bilməmişdir. Beləliklə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1-ci, 739.1-ci, 445.2.1-ci, 449.1-ci, 465-ci, maddəsinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 36.1, 36.2, 36.3, 36.4, 59.3, 59.4-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 319.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışından məlum olur ki, Cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus olan Ağdaş şəhəri, Babək küçəsində yerləşən 0,06 ha. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 60 kv.m., yardımçı sahəsi 60,7 kv.m., ümumi sahəsi 120.7 kv.m təşkil edən 10 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan «xxxxxxxxx» ASC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli **********94314/ip saylı ipoteka müqaviləsindən məlum olur ki, Cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus olan Ağdaş şəhəri, Babək küçəsində yerləşən 0,06 ha. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 60 kv.m., yardımçı sahəsi 60,7 kv.m., ümumi sahəsi 120.7 kv.m təşkil edən 10 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan «xxxxxxxxx» ASC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli **********94314/ip saylı ipoteka müqaviləsindən məlum olur ki, ipoteka predmetinin likvidit dəyəri tərəflərin razılığı ilə 40000 (qırx min) manat müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxx 2014-cü il tarixli razılıq ərizəsinin surətindən məlum olur ki, X5 atası Cavabdeh3 məxsus Ağdaş şəhəri, Babək küçəsi 10 ünvanında yerləşən mənzilin ipotekaya qoyulmasına etirza etmir, gələcəkdə məhkəmə mübahisəsi yaranarsa evi qeyri şərtsiz tərk edəcək və bütün müsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 5001 saylı еkspеrt rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan, hesabdan çıxarış məlumatları və xx xxxxx 2014-cü il tarixli **********94314 kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixinə (iddia ərizəsində borcun hesablandığı tarixə) «xxxxxxxxx» ASC-yə olan borcu 22224.11 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 16668.01 manat, faiz borcu üzrə 5556.10 manat. İş materiallarında olan «xxxxxxxxxxxxxxx» MMC-nin xx xxxxxx 2018-ci il tarixli Ç-1234 saylı məktubundan məlum olur ki, Ağdaş rayon Məhkəməsinin 2(014)-23/2018 saylı qərardadı, cavabdehin ekspertizanın aparılmasına şərait yaratmaması səbəbindən icra olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayəti ilə qismən razılaşaraq qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslı olsa da, iddianın rədd edilməsi üçün kifayətedici hesab edilə bilməz. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(014)-307/2020 saylıqətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, xx xxxxx 2014-cü il tarixli, **********94314 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 «xxxxxxxxx» ASC-nin xeyrinə 16664 manat məbləğində əsas borc, 9874.44 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx xxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % dərəcəsi ilə hesablanmış 1490.50 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx xxxxxxxx 2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 200 manat məbləğində penya, cəmi 28228.94 manat məbləğində borcun tutulmalı, Cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus olan Ağdaş şəhəri, Babək küçəsində yerləşən 0,06 ha. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 60 kv.m., yardımçı sahəsi 60,7 kv.m., ümumi sahəsi 120.7 kv.m təşkil edən 10 nömrəli fərdi yaşayış evinə tutmanın yönləndirilməli, ipoteka predmetinin açıq hərracda satılmalı, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı «xxxxxxxxx» ASC-nin xeyrinə tutulmalı, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Şəhmərdan qızı, Cavabdeh4, X6, X4 və X7, onların ailə üzvüləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalı, ipoteka predmetinin likvidit dəyəri 40000 (qırx min) manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə rədd edilməli, cаvаbdеh Cavabdeh2 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməli, «xxxxxxxxx» ASC-dən 145 manat təkrar ekspertizanın xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. İddia tələbi xx xxxxxxxx 2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % dərəcəsi ilə hesablanmış faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% faiz dərəcəsi ilə hesablanan penya hissəsi iddiaçı tərəfindən həmin tələbi əsaslandıran və təsdiq edən sübut məhkəməyə təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(014)-23/2018 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. xx xxxxx 2014-cü il tarixli, **********94314 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 «xxxxxxxxx» ASC-nin xeyrinə 16664 manat məbləğində əsas borc, 9874.44 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx xxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % dərəcəsi ilə hesablanmış 1490.50 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx xxxxxxxx 2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 200 manat məbləğində penya, cəmi 28228.94 manat məbləğində borc tutulsun. Cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus olan Ağdaş şəhəri, Babək küçəsində yerləşən 0,06 ha. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 60 kv.m., yardımçı sahəsi 60,7 kv.m., ümumi sahəsi 120.7 kv.m təşkil edən 10 nömrəli fərdi yaşayış evinə tutma yönləndirilsin. İpoteka predmeti açıq hərracda satılsın. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı «xxxxxxxxx» ASC-nin xeyrinə tutulsun. Fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Şəhmərdan qızı, Cavabdeh4, X6, X4 və X7, onların ailə üzvüləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılsınlar. İddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulsun. İpoteka predmetinin likvidit dəyəri 40000 (qırx min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cаvаbdеh Cavabdeh2 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. «xxxxxxxxx» ASC-dən 145 manat təkrar ekspertizanın xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar