Məhkəmə qərarları › İş №2(107)-1575/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1575/2020

23.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1575/2020 23.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Cəlal oğlu və Cavabdeh1 qarşı “maddi zərərin əvəzi kimi 2230 manat və mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğinin alınaraq ona verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(037)-260/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(037)-260/2020 nömrəliqətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 Cəlal oğlu və Cavabdeh1 qarşı maddi zərərin əvəzi kimi 2230 manat və mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğinin alınaraq ona verilməsinə dair iddia tələbirədd edilmişdir. İşin hаllаrı : İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 Cəlal oğlu (bundan sonra birinci cavabdeh) və Cavabdeh1 (bundan sonra ikinci cavabdeh) ona vurulmuş maddi zərərin əvəzi kimi 2230 manat və mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 2015-ci ildə Cavabdeh2 hərbi xidməti bitirib Qalagah kəndinə qayıtdıqdan sonra qızı Pərvanə Yəhyayevanı sevdiyi üçün onunla ailə qurmasını təklif etmiş və bir müddət keçdikdən sonra elçi göndərəcəyini bildirmişdir. Cavabdeh2 anası Cavabdeh1 Pərvanə Pərvanə Yəhyayeva ilə Cavabdeh2 arasında olan evliliyə razılığı olmamışdır. 2016-cı ilin avqust ayının 13-də Cavabdeh2 yaşadıqları evə gələrək Pərvanə Yəhyayevanın yaşadıqları evə getməsini tələb etmiş və həmin vaxt X10 Məmmədovun yaşadığı evə getmişdir. X10 Məmmədovun yaşadığı evdə valideyinləri Cəlal Məmmədov və Cavabdeh1 tərəfindən nalayiq söyüşlərlə söyülərək təhqir olunmuşdur. 2016-cı ilin avqustun 22-də X4 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh2 və valideyinləri tərəfindən söyülərək təhqir olunduğu, şərəf və ləyaqətinin alçaldığına görə Cavabdeh2 və valideyinləri barəsində tədbir görülməsini xahiş etmişdir. İsmayıllı rayon Polis Şöbəsində aparılmış araşdırmalardan sonra cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İsmayıllı rayon Polis Şöbəsində söyülüb təhqir olunmaları, şərəf və ləyaqətlərinin alçaldılmasına görə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. 2017-ci ilin avqustun 5-də Xəyal X1çıraraq Bakı şəhərinə aparmışdır. Cavabdeh2 Bakı şəhərində kirayə yaşadıqları evdə Pərvanə Yəhyayevanı mütamadi olaraq nalayiq söyüşlərlə söyərək təhqir etmiş və döyərək çoxlu işgəncələr vermişdir. X10 Məmmədovun işgəncələrinə dözməyərək qaçıb yaşadığı kəndə gəlmişdir. Pərvanə Yəhyayeva qaçıb yaşadığı kəndə qayıtdıqdan sonra Cavabdeh2 yaşadığı evə gələrək evin elektrik xəttini kəsərək onu altı gün işıqsız qoymuşdur. Cavabdeh2 qanunsuz əməlləri barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Cavabdeh2 onun mobil telefonuna zəng vuraraq Türkiyə Rüspublikasına getdiyini və qızı Pərvanə Yəhyayevanın əmanət olduğunu bildirmişdir. Cavabdeh2 altı ay Türkiyə Respublikasında yaşadıqdan sonra yaşadıqları kəndə gələrək qanunsuz hərəkətlərini davam etdirməyə başlamışdır. Cavabdeh2 Pərvanə Yəhyayevanı təkrar qaçıraraq İsmayıllı şəhərində yerləşən “Orman” istirahət mərkəzinə aparmış və orada Pərvanə Yəhyayevanı döyərək işgəncələr vermişdir. Cavabdeh2 və anası Cavabdeh1 onun və qızının mobil telefonuna mütamadi olaraq zəng vuraraq nalayiq söyüşlərlə təhqir edərək şərəf və ləyaqətlərini alçaltmışlar. Cavabdeh2 anası Cavabdeh1 onu nəvələrini öldürəcəyi və digər qızılarının şəkillərini sosial şəbəkələrdə paylaşacağı ilə hədələmişdir. Cavabdeh2 Pərvanə Yəhyayeva üçün aldığı 300 manat dəyərində Samsung A-3 markalı, 190 manat dəyərində ES-3 markalı və 250 manat dəyərində Lenova markalı mobil telefonları ələ keçirərək mənimsəmişdir. 2018-ci ildə Cavabdeh2 sərxoş vəziyyətdə yaşadığı evə gələrək qızı Pərvanə Yəhyayevanı döymüş, onu nalayiq söyüşlərlə söyərək təhqir etmiş, yaşadığı evdə olan iki ədəd ev telefonunu, stenka mebellərinin şüşələrini, çoxlu sayda xrustal qabları və evin pencərələrinin şüşələrini vurub sındırmaqla ona 1490 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh2 qanunsuz əməlləri nəticəsində ona ümumilikdə 2230 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehlər onun və qızı Pərvanə Yəhyayevanın şərəf və ləyaqətini nəinki yaxın qohumları, həmçinin yaşadığı kənddə kənd sakinləri arasında da alçaltmışlar. Cavabdehlərin onun və qızı Pərvanə Yəhyayevanın barəsində işlətdikləri nalayiq ifadələr nəticəsində güclü sarsıntılar keçirmiş, əsəb gərginliklərinə və iztirablara məruz qalmış və nəticədə ona mənəvi zərər dəymişdir. O, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərəri 10000 manat məbləğində qiymətləndirir və cavabdehlərdən maddi zərərin əvəzi kimi 2230 manat, mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğinin alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində Cavabdeh2 Cəlal oğlu iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçının qızı Pərvanə Yəhyayeva ilə əvvəllər bir-birlərini sevmişlər. Pərvanə Yəhyayaevanın deməsinə görə içkili vəziyyətdə Pərvanə Yəhyayevanın yaşadığı evə gəlmiş və orada Pərvanə Yəhyayevanı və anası İddiaçı nalayiq söyüşlər söyərək təhqir etmişdir. O, Pərvanə Yəhyayevanın yaşadığı evə gəlsə də orada Pərvanə Yəhyayevanı və anası İddiaçı nalayiq söyüşlər söyərək təhqir etməmişdir. X4 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək söyülərək təhqir olunduğu, şərəf və ləyaqətinin alçaldığına görə onun barəsində tədbir görülməsini xahiş etmişdir. xx xxxxxxxx 2016 və xx xxxx 2019-cu il tarixlərdə Pərvanə Yəhyayevanın müraciətləri əsasında İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqiat Qurupunun təhqiqatçıları polis kapitanları X8 və X9 tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır. O, iddiaçıya 2230 manat məbləğində maddi zərər və 10000 manat məbləğində mənəvi zərər vurulmasına səbəb olmamışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İkinci Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə ikinci cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini qərara almışdır. Birinci instansiya məhkəməsinin iclasına dəvət edilmiş X3 izahat verərək göstərmişdir ki, Cavabdeh2la əvvəllər aralarında sevgi münasibətləri olmuşdur. Cavabdeh2 onun barəsində nalayiq söyüşlər söyməsi barədə İsmayıllı rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun müraciətləri əsasında xx xxxxxxxx 2016 və xx xxxx 2019-cu il tarixlərdə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqiat Qurupunun təhqiqatçıları polis kapitanları X8 və X9 tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır. Cavabdeh2 qarşı iddiaçı qismində iştirak etmək istəmir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Аpellyаsiyа şikаyətinin dəlilləri : İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Məhkəməsinin gəldiyi həmin bu nəticə ilə razılaşmır. Belə ki, 015-ci ildə Cavabdeh2 hərbi xidməti bitirib kəndimizə qayıtdıqdan sonra qızı Pərvanəni sevdiyi üçün onunla ailə qurmasını təklif etmiş və bir müddət keçdikdən sonra ona elçi göndərəcəyini bildirmişdir. Lakin Xəyalın valideyinləri bu evliliyə razılıqları oİmamışdır. 2016-cı ilin avqust ayının 13də Xəyal yaşadığımız evə gələrək qızından onların evlərinə getməsini tələb etmişdir. Pərvanə də bu təklifə razılıq verərək Xəyalgilə getmişdir, ora getdikdən sonra Xəyalın valideyinləri tərəfindən nəlayiq söyüşlərlə söyülərək təhqir unmuşdur. Bu səbəbdən də qayıdıb öz evlərinə gəlmişdir. Onlar tərəfindən söyülüb təhqir olunaraq şərəf və ləyaqətinin alçaldılmasına görə şikayət ərizəsi ilə İsmayıllı rayon Polis şöbəsinə müraciət etmişdir. İsmayıllı rayon Polis Şöbəsində araşdırmalar aparılmış, cinayət inin başlanmasının rədd edilməsi qərara alınmışdır. Bu barədə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. 2017-ci ilin avqust ayının 5-də Cavabdeh2 qızını qaçıraraq Bakı şəhərinə aparmışdır. Bir müddət Bakı şəhərindən yaşamaqlarına baxmayaraq Pərvanə əyalın işgəncələrinə dözməyərək qayıdıb kəndə gəlmişdir. Evdə olduqları zaman Xəyal onların yaşadıqları evə gələrək, evin elektrik xəttini kəsərək onları altı gün işıqsız qoymuşdur. Hadisələrdən sonra X5 çıxıb getmişdir. Altı aydan sonra Türkiyədən kəndə qayıdaraq onalra qarşı öz əməllərini yenədə davam etdirmişdir. Pərvanənin qaçıraraq başqa-başqa yerlərə aparmış ona işgəncələr verərək döymüş, nalayiq yüşlərlə söyüb təhqir etmişdir. Cavabdeh2 anası Pərvanə dəfələrlə onların şərəf və ləyaqətlərini, nəvələrini öldürəcəyi, digər qızlarının şəkillərini sosial şəbəkələrdə paylaşacağı ilə hədələmişdir. Xəyal qızı üçün aldığı əl telefonlarını ələ keçirərək mənimsəmiş, sərxoş vəziyyətdə yaşadığı evə gələrək Pərvanəni söyüb təhqir etmiş, döymüş, ev əşyalarını sındıraraq onlara xeyli maddi və mənəvi zərər vurmuşdur. Xəyalın anası dəfələrlə onun və qızı Pərvanənin açıq aşkar şərəf və ləyaqətini kənd camaatı arasında alçaltmışdır. Onun bu rəkətləri nəticəsində hər ikisi güclü sarsıntılar keçirərək maddi və mənəvi zərərə görmüşlər. Xəyalın qanunsuz hərəkətləri nəticəsində onlara vurulmuş maddi zərərin əvəzi kimi 2230 manat, mənəvi zərərin əvəzi kimi 10000 min manat məbləğinin alınaraq onlara verilməsi barədə məhkəməyə müraciət etmişdir. İş üzrə Cavabdeh1 qızma məhkəmə iclası barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəməyə hörmətsizlik edərək gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq ədalətsiz bir qərar qəbul etmişdir. Məhkəmənin qəbul etdiyi qərarda qızı Pərvanənin Cavabdeh2 qarşı iddiaçı qismində iştirak etmək istəməməsi qeyd edilmişdir. Qeyd edilmiş bu cümlələr hamısı məhkəmənin öz fikirləri ilə irəli sürülmüş, yazılmış cümlələrdir. Pərvanə Yəhyayeva məhkəmə iclasında iddiaçı qismində çıxış edərək, iddialarını müdafiə etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə gedişi zamanı sədirlik edən X7 çaşdırıcı suallar verərək ona təzyiqlər etmişdir. Bu təyziqlər nəticəsində Pərvanə çaşaraq qorxmuş və düzgün ifadələr verə bilməmişdir. Odur ki, o, İsmayıllı rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)-260/2020 tarixli qətnaməsi ilə razılaşmır. Qətnaməni ədalətsiz və qanunsuz hesab edir. Göründüyü kimi işə baxan məhkəmənin işə birtərəfli münasibət bəsləməsi iddiyaya qarşı məhkəmənin laqeyidsizliyi, işi tam və hərtərəfli araşdırmaq marağında olmaması tam aydınlığı ilə özünü biruzə verir.. Ona görə də birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilərək yeni qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)-260/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilmsəini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)-260/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 Cəlal oğlu və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlmədiklərinə görə işə onların iştirakı olmadan baxıldı. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(037)- 260/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2016-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İsmayıllı rayon Qalagah kənd sakini X2 ərizəsi əsasında İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqiat Qurupunun təhqiqatçısı polis kapitanı X8 tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İsmayıllı rayon Qalagah kənd sakini X2 müraciəti əsasında İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqiat Qurupunun təhqiqatçısı polis kapitanı X6 icraatında olan xx xxxx 2019-cu il tarixli HK-1/532 nömrəli material üzrə araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından xx xxxx 2019-cu il tarixli HK-1/532 nömrəli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni düzgün həll etmişdir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, Qalagah kəndi ərazisində yaşayırlar. İddiaçının qızı X4 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək söyülərək təhqir olunduğu, şərəf və ləyaqətinin alçaldığına görə Cavabdeh2 və valideyinləri barəsində tədbir görülməsini xahiş etmişdir. Pərvanə Yəhyayevanın müraciətləri əsasında xx xxxxxxxx 2016 və xx xxxx 2019-cu il tarixlərdə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqiat Qurupunun təhqiqatçıları polis kapitanları X8 və X9 tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır. İddiaçı cavabdehlərin təqsiri üzündən ona ümumilikdə 2230 manat məbləğində maddi zərər dəyməsini bildirsə də, həmin faktları mötəbər sübutlarla əsaslandıra bilmədi. Həmin xüsusatlar məhkəmə iclasında da öz təsdiqini tapmadı. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2016-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İsmayıllı rayon Qalagah kənd sakini X2 ərizəsi əsasında İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqiat Qurupunun təhqiqatçısı polis kapitanı X8 tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İsmayıllı rayon Qalagah kənd sakini X2 müraciəti əsasında İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqiat Qurupunun təhqiqatçısı polis kapitanı X6 icraatında olan xx xxxx 2019-cu il tarixli HK-1/532 nömrəli material üzrə araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından xx xxxx 2019-cu il tarixli HK-1/532 nömrəli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçıya 2230 manat maddi zərərin dəyməsi iş materialları ilə öz təsdiqini tapmır. Kollegiya eyni zamanda, iddianın mənəvi zərərin əvəzi kimi 10000 manat zərərin dəyməsi faktını araşdıraraq, hesab edir ki,birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbi göstərilən hissədə də rədd etmişdir. Belə ki, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bütün bunlar məhkəmə iclası zamanı öz təstiqini tapmamışdır. Belə ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı Qərarının 3-cü bəndində göstərilir ki, “Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması”. Məhkəmə hesab etmişdir ki, bu şərtlərin hamısı mövcud olduqda şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzu barədə məhkəmə iddiası təmin edilir. Bundan əlavə Ali Məhkəmə Plenumunun yuxarıda göstərilən Qərarının 3-cü bəndindən görünür ki, şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsinə dair işlərə baxılarkən məhkəmələrin aydınlaşdırmalı olduğu halların sırası da müəyyən edilmişdir və burada birinci sıra yayılan məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi göstərilmişdir. Qanunverici bunu Mülki Məcəllənin 23-cü maddəsinin məntiqindən çıxış edərək bu şəkildə nəzərdə tutmuşdur. Belə ki, Mülkin Məcəllənin 23-cü maddəsinin adından və məzmunundan da göründüyü kimi bu maddəyə əsaslanaraq qaldırılan iddia hər hansı doğru olan və ya doğru olmayan informasiya haqqında deyil, yalnız şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən informasiyalara aiddir. Yəni vətəndaş və ya hüquqi şəxs haqqında həqiqətə uyğun olmayan informasiya şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələmirsə Mülki Məcəllənin 23-cü maddəsinin daxilində iddia predmeti ola bilməz. Bu halda həmin maddə üzrə iddiaçının xeyrinə məhkəmə qərarı çıxarıla bilməz. Beləliklə, iş üçün aydınlaşdırılması tələb olunan əsas məsələ iddiaçıların şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi hallarının müəyyən edilməsidir, yəni iddiaçı tərəf sübut etməlidir ki, iddia ərizəsində göstərilən informasiyalar onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlardır. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin normasına görə informasiyanın həqiqətə uyğun olubolmadığını sübut etmək vəzifəsi məlumatı yaymış şəxsə, yəni cavabdehə aiddir. Qalan bütün halları, o cümlədən yayılmış məlumatın şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələməsinin sübutu iddiaçıya aiddir.Göründüyü kimi qanunvericiliyin göstərilən tələbləri hazırki iddia üzrə müəyyən olunmamışdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instаnsiyа məhkəməsi düzgün оlаrаq qeyd etmişdir ki,Məhkəmə iddia tələbinin cavabdehlərdən mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində güclü sarsıntılar keçirdiyini, əsəb gərginliklərinə və iztirablara düçar olduğunu və bununla da ona 10000 manat məbləğində mənəvi zərər dəydiyini qeyd etsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Bundan əlavə məhkəmə iclasına dəvət edilmiş X10 Məmmədova qarşı iddiaçı qismində iştirak etmək istəmədiyini bildirmişdir. İddiaçılar аpellyаsiyа şikаyətinin dəlilləri ilə bаğlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə İddiaçınа münаsibətdə dəyişdirilmədən, аpellyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(037)-260/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar