Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-158/2020 08.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(037)-604/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(037)-604/2019 nömrəli qətnaməsi ilə (hakim Rafayel Şirinov) İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 4254 (dörd min iki yüz əlli dörd) manat 30 (otuz) qəpik maddi ziyanın və 30 (otuz) manat 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, cavabdeh onun ərinin qardaşıdır. 2014-cü cavabdeh onun ona pul lazım olduğunu, özünün və ailə üzvlərinin adına kredit götürə bilmədiyini bildirmiş və ona təklif etmişdir ki, bankdan öz adına kredit götürüb ona versin. O, da cavabdehlə qohumluq münasibətlərinə görə onun bu təklifinə etiraz etməmişdir. Bu məqsədlə “xxxx” QSC BOKT-nın Şamaxı filialından qrup şəklində xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əssən X4, X3 və onun hər birinə 1500 manat olmaqla 4500 manat kredit götürmüşlər. Şamaxı şəhərindən yaşadıqları evə qayıtdıqdan sonra götürdüyü pulu cavabdeh ondan almışdır. Bildirmişdir ki, krediti özü ödəyəcəkdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Dəfələrlə cavabdehdən kredit borcunu ödəməyi xahiş etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. “xxxx” QSC BOKT ödənişlər gecikdirildiyinə görə ərizə ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş və xx xxxxxx 2017-ci il tarixli məhkəmə əmri ilə X2, X1 və ondan müştərək qaydada 3414 manat 79 qəpik əsas, 819 manat 51 qəpik faiz, ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 4254 manat 30 qəpik borc məbləğinin tutularaq “xxxx” QSC BOKT-nın Şamaxı filialının ödənilməsi qərara alınmışdır. Məhkəmə əmri icraya yönəldimiş və İsmayıllı rayon İcra Şöbəsinin icra məmurunun qərarı ilə onlardan icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər qismində əlavə olaraq 297,8 manat icra ödənişi tutulması qərara alınmışdır. O, İsmayıllı şəhəri 6 saylı tam orta məktəbdə xadimə işləyir. 4254,3 manat kredit borcu və 297,8 manat icra ödənişi onun əmək haqqına yönəldilmiş və hər ay əmək haqqının 50 % tutularaq bankın hesabına ödənilməsi qərar alınmışdır. O, kredit borcunu və icra ödənişini tam şəkildə ödəmişdir. Həmin vaxtdan sonra keçən müddət ərzində dəfələrlə cavabdehə müraciət edərək kredit məbləği ilə bağlı çəkdiyi bütün xərcləri qaytarmasını tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələr edərək həmin məbləğləri ödəməkdən imtina etmişdir. Ona görə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu da ödəmişdir. Cavabdehin borcunu ödəməməsi nəticəsində ona cəmi 4254 manat 30 qəpik maddi ziyan dəymişdir və o, həmin məbləği və ödədiyi 30 manat dövlət rüsumunu cavabdehdən tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, nümayəndəsi X5 məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçı ilə qohumluq münasibətləri vardır. İddiaçı götürdüyü krediti həmin vaxtlar məktəbdə müəllim işləyən X6 vermişdir. Həmin pulu da Adildən tələb etmək əvəzinə onun ərindən istəyir. Əri iddiaçıdan heç vaxt pul almamışdır. Ərinin öz adına və ya ailə üzvlərinin adına kredit götürmək imkanlarında da hər hansı maneə yoxdur. Cavabdehin iddiaçıya hər hansı məbləğdə borcu yoxdur. İddiaçı ilə münasibətləri yaxşı olmadığına görə iddiaçı qərəzli şəkildə ərinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddiaçının iddia tələbini əsassız hesab edir və həmin tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni qanunsuz və ədalətsiz hesab edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(037)-604/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(037)-604/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(037)-373 saylı məhkəmə əmrinin surətindən görünür ki, X2, X1 və İddiaçı müştərək qaydada 3414 manat 79 qəpik əsas, 819 manat 51 qəpik faiz, ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 4254 (dörd min iki yüz əlli dörd) manat 30 qəpik borc məbləğinin tutularaq “xxxx” QSC BOKT-nın Şamaxı filialının hesabına ödənilməsi qərara alınmışdır. İşdə olan İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2018-ci il tarixli 81956/17-45-1 saylı məktubunun surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(037)-373 saylı məhkəmə əmrinin icrasını və icra ödənişinin ödənilməsini təmin etmək məqsədi ilə İddiaçı əmək haqqından hər ay 50 % tutulması barədə İsmayıllı şəhəri 6 saylı tam orta məktəbə müraciət olunmuşdur. İşdə olan İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxx 2018-ci il tarixli 81956/17-45-1 saylı məktubunun surətindən görünür ki, İddiaçı əmək haqqından tutulmanın dayandırılması üçün İsmayıllı şəhəri 6 saylı tam orta məktəbə müraciət olunmuşdur. İşdə olan xx xxxx 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödəmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, X4, X3 və iddiaçı xx xxxx 2014-cü il tarixdə “xxxx” QSC BOKT-nın Şamaxı filialından hər birinə 1500 manat olmaqla 4500 manat kredit götürmüşlər. “xxxx” QSC BOKT-nın ərizəsinə əsasən İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(037)-373 saylı məhkəmə əmri ilə X2, X1 və İddiaçı müştərək qaydada 3414 manat 79 qəpik əsas, 819 manat 51 qəpik faiz, ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 4254 manat 30 qəpik borc məbləğinin tutularaq “xxxx” QSC BOKT-nın Şamaxı filialının hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə əmri icraya yönəldilmişdir. Əmrin icrası ilə bağlı müvafiq tədbirlər görülmüşdür. İddiaçı “xxxx” QSC BOKT-dan öz adına aldığı 1500 (bir min beş yüz) manat kredit məbləğini cavabdehə verdiyini bildirərək kreditin gecikdirilməsinə görə ondan tutulan 4254 manat 30 qəpik məbləğini, ödədiyi 30 manat dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmir, cavabdehin iddiaçıdan heç vaxt pul almadığını və ona hər hansı məbləğdə borcu olmadığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddiaçının “xxxx” QSC BOKT-dan kredit götürüb cavabdehə verməsi barədə izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin özünün və ailə üzvlərinin adına kredit götürə bilməməsi, iddiaçıdan öz adına kredit götürüb ona verməsini xahiş etməsi və iddiaçının “xxxx” QSC BOKT-dan hər hansı məbləğdə kredit götürüb cavabdehə verməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçı pulu cavabdehə kimin yanında verməsi, kreditin aylıq ödənişlərinin ilk vaxtlarda cavabdeh tərəfindən ödənilməsi ilə də bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi sənədlərdə cavabdehin ona maddi ziyan vurmasını təsdiq edən hər hansı sübutunu, bununla da iddia tələbini sübuta yetirəcək və eləcə də cavabdehin həmin iddia tələbinə görə məsuliyyət daşıdığını sübut edə biləcək hər hansı dəlilini məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının dəlilləri cavabdehin nümayəndəsinin izahatında qeyd etdiyi xüsusatlarla, habelə iddiaçının özünün qeyri müəyyən, ziddiyyətli izahatı ilə təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə “xxxx” QSC BOKT arasında bağlamış kredit müqaviləsi üzrə icra edilməyən öhdəliklərə görə bilavasitə kredit alan özü, yəni iddiaçı maddi məsuliyyət daşıyır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçının adına olan kredit borcunun gecikdirilməsi ilə bağlı çəkilən digər xərclərə görə də cavabdeh hər hansı maddi məsuliyyət daşımır. Birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələbinə əsasən qərara gəlmişdir ki, cavabdehin kredit borcunun ödənilməsi ilə bağlı iddiaçının qarşısında hər hansı öhdəlik götürməsi və kredit borcunun vaxtında ödənilməməsinə görə iddiaçıya maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirilmədiyindən və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən iddia tələbinin 4254,3 manat maddi ziyanın cavabdehdən tutulmasına dair hissəsi rədd edilməlidir. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia tələbinin maddi ziyan məbləğinə dair hissəsinin rədd edilməsi nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli və iddia tələbinin cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutulmasına dair hissəsi də rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(037)-604/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(037)- 604/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-158/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-158/2020
08.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver