Məhkəmə qərarları › İş №2(107)-1580/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1580/2021

15.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1580/2021 15.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı “vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(037)-250/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(037)-250/2021 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hissədə qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərin əvəzi kimi müştərək qaydada 3424 (üç min dörd yüz iyirmi dörd) manatın alınaraq İddiaçı verilməsi, iddia tələbinin cavabdeh X4 qarşı hissədə rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 (bundan sonra birinci cavabdeh), Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) və X2 (bundan sonra üçüncü cavabdeh) müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 5080 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasının xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 2008ci ilin aprel-may aylarında həmkəndlisi və qohumu üçüncü cavabdeh ona müraciət edərək qardaşı birinci cavabdehə ev almaq istədiklərini, lakin pulu çatmadığından birinci cavabdeh özünə və ailəsinə məxsus əvvəllər üzüm bağı olmuş torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Üçüncü cavabdehə torpaq sahəsinin alğı-satqısının rəsmiləşdirilməsi ilə bağlı problem olacağını bildirdikdə sonuncu onu arxayın etmiş və heç bir problem olmayacağını demişdir. O, üçüncü cavabdehə inanaraq birinci cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətində olan əvvəllər üzüm bağı olmuş pay torpaq sahəsinin 0,52 hektar hissəsini 300 manat ödəməklə şifahi alğı-satqı yolu ilə satın almışdır. Aralarındakı alğı-satqı barədə üçüncü cavabdeh öz xətti ilə sadə yazılı formada müqavilə tərtib etmiş və həmin müqaviləyə əsasən həmin torpağın mülkiyyətçiləri torpağı ona satdıqlarını imzaları ilə təsdiq etmişlər. 2017-ci ildə birinci cavabdehin anası Sayalı Xəlilova vəfat etmişdir. Ötən müddət ərzində o, birinci cavabdehə torpaq sahəsinin alğı-satqısının rəsmiləşdirilməsi üçün notariat kontoruna getmək istədiyini bildirdikdə o, torpaq sənədlərinin qardaşında olduğunu, anasının vəfat etdiyini və vərəsəlik aça bilmədiyini deməklə müxtəlif bəhanələrlə bundan yayınmışdır. 2019-cu ildə cavabdehlərin həmin torpaq sahəsini başqa şəxslərə satdıqları ona məlum olmuşdur. Bununla da cavabdehlər ona maddi zərər vurmuşlar. Həmin torpaq sahəsindən faktiki vəziyyətdə istifadə etmiş və torpağın tam yararlı hala gətirilməsi üçün xeyli vəsait sərf etmişdir. Hazırda həmin torpaq sahəsinin bir hektarının orta bazar qiyməti 3500-4000 manat təşkil edir. Belə olan halda 0,52 hektar torpaq sahəsinin orta bazar qiyməti 2080 manat təşkil edir. Bundan başqa o, həmin torpaq sahəsini satın aldıqdan sonra vaxtilə üzüm bağı yeri olduğuna görə vəhşiləşmiş tənəkləri, beton dirəkləri, məftilləri çıxarıb ərazidən daşıtdırmaqla sahəni əkinə yararlı hala gətirmək üçün 1500 manat, həmin torpaq sahəsini münbitləşdirmək üçün hər il hər maşını 50 manat olmaqla, ən azı 10 maşın peyin daşıtdırmaqla təqribən 30 maşın peyin vermiş, bunun üçün 1500 manat xərc çəkmişdir. O, həmin torpaq sahəsinə ümumilikdə 5080 manat xərc çəkmişdir. Cavabdehlərdən ona dəymiş zərərin ödənilməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Cavabdehlərdən müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 5080 manat məbləğinin alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o, iddiaçı ilə həmkəndlidir. O, əvvəllər üzüm bağı olmuş torpaq sahəsini iddiaçıya istifadə etməsi üçün müvəqqəti vermişdir. Onunla iddiaçı həmin yer üçün 300 manata razılaşmışlar. İddiaçının atası ona 200 manat pul vermiş, lakin sonradan qalan pulu istəməmişdir. Aralarında tərtib edilmiş sadə yazılı formada müqavilənin mahiyyətini bilmədən imza çəkmişdir. O, iddiaçıya torpaq sahəsini satmamışdır. İddia tələbini əssasız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İkinci cavabdehə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə ikinci cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Üçüncü cavabdeh birinci instansiya məhkəməsinin sonuncu iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, birinci cavabdeh onun qardaşıdır. İddiaçı ilə birinci cavabdeh arasında olan mübahisə ona aid deyil. Həmin mübahisəni iddiaçı ilə birinci cavabdeh öz aralarında həll etməlidirlər. İddiaçının ona qarşı iddia tələbini əsassız hesab edir və ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. X9 ifadə verərək göstərmişdir ki, iddiaçı onun qardaşıdır. Birinci cavabdeh əvvəllər üzüm bağı olmuş torpaq sahəsini qardaşına satmışdır. O, öz torpaq sahəsini qardaşının torpaq sahəsinə birləşdirmişlər. Onlar həmin torpaq sahələrini tam yararlı hala salmış və əkib becərmişlər. Qardaşı torpağın tam yararlı hala gətirilməsi üçün 1500 manatdan çox xərc çəkdiyini, həmin torpağın münbitləşdirilməsi üçün hər il peyin verdiyini və bunun üçün 1500 manatdan çox xərc çəkdiyini görmüşdür. X3 ifadə verərək göstərmişdir ki, iddiaçı ilə torpaq qonşusudur. Birinci cavabdeh əvvəllər üzüm bağı olmuş torpaq sahəsini iddiaçıya satdığını bilir, lakin neçəyə satdığını isə bilmir. İddiaçı torpağın tam yararlı hala gətirilməsi üçün 1500 manatdan çox xərc çəkdiyini və həmin torpağın münbitləşdirilməsi üçün hər il peyin verdiyini bilir. X1 ifadə verərək göstərmişdir ki, iddiaçı onun dayısıoğludur. Birinci cavabdeh əvvəllər üzüm bağı olmuş torpaq sahəsini iddiaçıya satmışdır. Həmin ərazidə onun da torpaq sahəsi var və onlar həmin torpaq sahələrinin təmizlənməsi üçün 2 il əziyyət çəkmişlər. İddiaçı torpağın tam yararlı hala gətirilməsi üçün 1500 manatdan çox xərc çəkdiyini, həmin torpağın münbitləşdirilməsi üçün hər il peyin verdiyini və bunun üçün xərc çəkdiyini bilir. X6 ifadə verərək göstərmişdir ki, iddiaçı ilə torpaq qonşusudur. Birinci cavabdeh əvvəllər üzüm bağı olmuş torpaq sahəsini iddiaçıya satdığını bilir. İddiaçı həmin torpaq sahəsinin təmizlənməsi üçün əziyyət çəkdiyini görmüşdür. İddiaçı torpağın tam yararlı hala gətirilməsi üçün 1500 manatdan çox xərc çəkdiyini, həmin torpağın münbitləşdirilməsi üçün hər il peyin verdiyini və bunun üçün 1500 manatdan çox xərc çəkdiyini bilir. X7 ifadə verərək göstərmişdir ki, iddiaçı onun atasıdır. Atası birinci cavabdehdən əvvəllər üzüm bağı olmuş torpaq sahəsini almışdır. Atası birinci cavabdehə torpağın satın alınması üçün 300 manat pul vermişdir. Həmin vaxt birinci cavabdehin qardaşı üçüncü cavabdehdə orada olmuşdur. Atası həmin torpaq sahəsini təmizləmiş və yararlı vəziyyətə gətirmişdir. Atası torpağın tam yararlı hala gətirilməsi üçün 1500 manatdan çox xərc çəkmiş, həmin torpağın münbitləşdirilməsi üçün hər il peyin vermiş və bunun üçün də 1500 manatdan çox xərc çəkmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1, Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onlar keçirilən məhkəmə iclaslarında dəfələrlə qeyd etmişlər ki, iddiaçıya torpaq salmamışlar, iddiaçı həmin torpaq sahəsini onlardan müvəqqəti istifadə etmək üçün götürmşdür. O, aralarında olan sadə yazılı müqavilənin mahiyyətini bilmədən imza etmişdir. İddiaçı onun torpaq sahəsini kifayət qədər istifadə edib, onun torpaq sahəsindən yaxşı qazanc əldə edib. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(037)- 250/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, iddianın rədd olunmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(037)-250/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. X8 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(037)-250/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 05 yanvar 2018-ci il tarixli RX Seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən 0,5294 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və X11 ümumi birgə mülkiyyətindədir. İşdə olan tərəflər arasında bağlanmış sadə yazılı formada müqavilədə Sayalı Xəlilova, Cavabdeh1 və Cavabdeh2 razılıq əsasında onlara məxsus pay torpaq sahələrindən 0,55 hektar hissəsini İddiaçı satmaları qeyd edilmişdir. Müqavilənin doğruluğunu mülkiyyətçilər imzaları ilə təsdiq etmişlər. İşdə olan İsmayıllı rayon Kəlbənd bələdiyyəsinin 17 fevral 2021-ci il tarixli 19 nömrəli arayışından görünür ki, İsmayıllı rayon Kəlbənd kəndi ərazində vətəndaşlara məxsus torpaq sahəsinin hal-hazırda satış qiyməti 3500-4000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1 və 1092.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 2008-ci ildə birinci cavabdeh özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən əvvəllər üzüm bağı olmuş 0,52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini iddiaçıya satmaq barədə razılığa gəlmiş və iddiaçı qeyd olunan torpaq sahəsinin aralarında razılaşdırılmış dəyərini birinci cavabdehə ödəmişdir. Bundan sonra birinci cavabdeh həmin torpaq sahəsini iddiaçının istifadəsinə vermişdir. Qeyd olunan torpaq sahəsi əvvəllər üzüm bağı olmuş və iddiaçı həmin torpaq sahəsinin tam yararlı hala gətirilməsi üçün xərc çəkmişdir. Tərəflər həmin torpaq sahəsini notarial qaydada alğı-satqı edə bilməmiş və aralarında bu barədə sadə yazılı formada müqavilə tərtib etmişlər. Ötən müddət ərzində iddiaçı torpaq sahəsini öz adına rəsmiləşdirmək istəsə də birinci cavabdeh bundan yayınmışdır. 2019-cu ildə birinci cavabdehin həmin torpaq sahəsini başqa şəxslərə satdığı iddiaçıya məlum olmuşdur. Mübahisə predmetinə aid olan torpaq sahəsinin hazırkı dəyəri İsmayıllı rayon Kəlbənd bələdiyyəsinin arayışına əsasən 1 hektarı 3500-4000 manat təşkil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci və ikinci cavabdehlər iddiaçıdan torpaq sahəsinin dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş pulu aldıqları halda həmin torpaq sahəsini iddiaçıya satmamaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxslər sayılırlar. Birinci və ikinci cavabdehlər əsassız varlanmadan əldə etdikləri vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq həmin torpaq sahəsinin 1 hektarı 3700 manat məbləğində dəyəri əsas götürülməklə, iddia tələbi qismən təmin olunaraq 0,52 hektar torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 1924 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Habelə məhkəmə iddiaçının torpağın tam yararlı hala gətirilməsi üçün çəkilən xərcləri 1500 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Birinci instansiya məhkəməsi iddia tələbinin üçüncü cavabdehə qarşı hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi birinci cavabdeh və onun ailə üzvlərinə məxsus olmuş və həmin torpaq sahəsini iddiaçıya satmaq adı ilə ondan pul almışlar. Üçüncü cavabdeh bu barədə müqavilə tərtib etmiş və birinci cavabdeh və onun ailə üzvləri müqavilənin doğruluğunu imzaları ilə təsdiq etmişlər. İddiaçı üçüncü cavabdehdən vurulmuş maddi zərərin ödənilməsini tələb etməkdə haqlı deyil. Belə ki, üçüncü cavabdeh iddiaçıya torpaq sahəsi satmamış və ya iddiaçıdan pul almamışdır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi üçüncü cavabdehə qarşı hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehlər qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş 1656 manata aid hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(037)- 250/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(037)-250/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar