Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1581/2020 29.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı qızı və cavabdeh X4 iştirakı ilə, İddiaçı qızının cavabdeh X7 qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-272/2020 saylı qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-272/2020 saylı qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin edilmiş, xx.xx.2006-cı il tarixdə doğulmuş X1 və xx.xx.2008-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 İddiaçı qızına ödədiyi alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün sabit pulun məbləğində 90 manat müəyyən edilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması və uşaqlar yetkinlik yaşına çatanadək davam etdirilməsi, cavabdeh X2 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı qızı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2006-cı il tarixdə doğulmuş X1 və xx.xx.2008-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X9 ona ödədiyi alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 200 manat olmaqla cəmi 400 manat miqdarında müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı qızı iddia tələbini müdafiə etmiş, cavabdeh X9 iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı qızı izahat verərək göstərmişdir ki, X9 ilə nikahlarını xx.xx.2005-ci ildə qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan onların xx.xx.2006-cü il tarixdə Firuzə, xx.xx.2008ci il tarixdə isə Nadir adlı 2 uşağı olmuşdur. Cavabdeh N. Qadaşovla münasibətləri pozulmuş və aralarında olan nikah qeydi məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. 2018-ci il tarixli məhkəmə qətnaməsinə əsasən hər bir uşaq üçün 70 manat olmaqla cəmi 140 manat X2 alınaraq ona verilməsi qət edilmişdir. Cavabdehin verdiyi alimentlə iki uşağın getdikcə artan etiyaclarını ödəmək mümkün deyil. O, iki uşağı saxlamaqda maddi cəhətdən cətinlik çəkir. Özü heç bir yerdə işləmir. Uşaqların atası isə bununla maraqlanmır. Cavabdeh ata kimi uşağının saxlanması üçün kömək etməyə borcludur. Ona görə də o, məcbur olub alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən xx.xx.2006-cı il tarixdə doğulmuş X1 və xx.xx.2008-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X9 ona ödədiyi alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 200 manat olmaqla cəmi 400 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X9 birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iddiaçı ilə birgə nikahdan Firuzə və Nadir adlı uşaqları olmuşdur. İddiaçı ilə münasibətləri pozulduğundan ayrılmış, məhkəmə qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Firuzə və Nadirin saxlanılması üçün aliment ödəməkdən imtina etmir. Sadəcə olaraq iddiaçının tələb etdiyi aliment miqdarını ödəməyə maddi imkanı yol vermir. Çünki İddiaçı boşandıqdan sonra ikinci dəfə ailə qurmuş, ikinci nikahdan iki övladı var. Özü İİ qrup əlildir və 232 manat pensiya alır, başqa gəliri yoxdur. Ona görə də, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X8 xx.xx.2006-cı il tarixdə və X10 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi etdiyi AZ-İİ № 862957 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 70 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi etdiyi AZ-İV № 016489 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qadaşova Kövşər Nəsimi qızı xx.xx.2017-ci il tarixdə tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 389 № ilə qeyd edilmişdir. İş materiallarında olan DSMF Qax rayon şöbəsinin verdiyi etdiyi xx.xx.2020-ci il trixli arayışdan görünür ki, X7 İİ qrup əlil kimi daimi 231.37 manat məbləğində pensiya təyin olunub və hal hazırda 140 manat tutularaq İddiaçı qızına aliment köçürülür. İş materiallarında olan AZE № 13241691 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 şəhəri, C.Cabbarlı küçəsi, döngə 1, ev 1A-da qeydiyyatdadır. Məhkəmədə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. İddiaçı Kərimova X14 Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-272/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı qızı apelyasiya şikayəti verərək qeyd etmişdir ki, Qax rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X7 qarşı xx.xx.2006-cı il tarixdə anadan olmuş X1 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X5 yetginlik yaşına çatanadək saxlanması üçün cavabdeh X4 ona ödədiyi alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat miqdarında müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş xahiş etmişdir. Lakin məhkəmə cavabdehdən hər bir uşaq üçün 90 manat miqdarında aliment tutulması barədə qərar qəbul etmişdir. Hesab edir ki, məhkəmə azyaşlı uşaqların mənafeinə uyğun qərar qəbul etməmiş, məhkəmə qərar qəbul edərkən maddi və prpsesual hüquq normalarına əməl etməmişdir. Ona görə də Qax rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-272/2020 saylı qətnaməsini ləğv edəsiniz və həmin hissədə yeni qətnamə qəbul etməklə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarasınız. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qızı apelyasiya şikayətinin təmin edilməsini və Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-272/2020 nömrəli qətnaməsini ləğv edəsiniz və həmin hissədə yeni qətnamə qəbul etməklə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X9 apelyasiya şikayətinin təmin edilməməsini və Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)- 272/2020 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni düzgün həll etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il tarixdə Firuzə, xx.xx.2008-ci il tarixdə isə Nadir adlı uşaqları olmuşdur. Münasibətləri pozulduqdan tərəflər arasında olan nikah qeydi məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Hazırda azyaşlı Nadir və Firuzə iddiaçının himayəsindədir. Qax rayon Məhkəməsinin 2(024)-797/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il tarixdə doğulmuş X1, xx.xx.2008-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 İddiaçı qızına ödədiyi alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün sabit pul məbləğində 70(yetmiş) manat miqdarında müəyyən edilmişdir. İddiaçı qətnaməyə əsasən təyin edilmiş 140 manat məbləğində alimentin 2 uşağın getdikcə artan etiyaclarını ödəmədiyini, uşaqları saxlamaqda maddi cəhətdən cətinlik çəkdiyini və heç bir yerdə işləmədiyini bildirərək uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 200 manat olmaqla cəmi 400 manat məbləğində alimentin ona verilməsini xahiş etmişdir. Cavabdeh Nəsimi Qadaşov məhkəmə iclasında iddiaçıdan boşandıqdan sonra başqa qadınla ailə qurduğunu İİ qrup əlil olmaqla 320 manat pensiya aldığını, digər qazancının olmamasını və birgə nikahlarından iki uşağının olduğunu bildirərək apelyasiya şikayətinin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycanda 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanunda uşaqların saxlanması üçün 170 manat məbləğ müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsi valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını müəyyən etmişdir. Odur ki, uşağın qayğısına qalmaq və ehtiyaclarını təmin etmək hər iki valideynin üzərinə qoyulmuş vəzifə və mənəvi borcdur. Belə olan halda uşağın saxlanması üçün nəzərdə tutulmuş 170 manat məbləğə də ümumilikdə hər iki valideynin öhdəliyi kimi yanaşılmalıdır. Həmin məbləğin bir valideynin üzərinə qoyulması cavabdehin maddi vəziyyətinə və Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Məhkəmə cavabdehdən uşaqların saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində bir uşaq üçün 90 manat məbləğində müəyyən edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maliyyə vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə kollegiyası İddiaçı аpelyasiya şikayətindəki dəlillərlə razılaşmır. İşdə olan sənədlərlə müəyyən edilir ki, cavabdeh Nəsimi Qadaşov ikinci dəfə nikaha girərək ailə həyatı qurmuş və həmin nikahdan iki uşaq doğulmuş və hal-hazırda onun himayəsindədir. İİ qrup əlil olmaqla 320 manat pensiya alır. Pensiyasından hər ay 140 manat tutularaq hazırki iddiaçıya göndərilir. Onun digər qazanc yeri yoxdur. İddiaçı cavabdeh Nəsimi Qadaşovun maliyyə vəziyyətində əsaslı bir dəyişiklik olmasına dair məhkəməyə subut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası həmin diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hər iki tərəfin maddi vəziyyətini və uşaqların mənafeyini üstün tutaraq iddia tələbin qismən təmin etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə оnа münаsibətdə dəyişdirilmədən, аpelyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı Qət etdi: İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-272/2020 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı qızı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1581/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1581/2020
29.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver