Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1582/2021 29.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qərardadından İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq kollegiyası müəyyən etdi: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 185 528 ABŞ dolları, faiz borcu üzrə 211 733,84 ABŞ dolları, cəmi 397 261,84 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 04 fevral 2020-ci il tarixdə məhkəmənin icraatında daxil olmuşdur. 19 may 2020-ci il tarixdə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, "xxxx" ASC ilə Cavabdeh arasında imzalanmış 04.03.2009-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsi elə həmin tarixdə Azərbaycan Respublikası MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə 10 fevral 2021-ci il tarixdə baxılaraq qətnamə çıxarılmış, qətnamənin surəti poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı QSC BOKT narazı qalmış və onun apellyasiya şikayəti 19 aprel 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(075)-28/2021 saylı qərardadı ilə İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair Cavabdeh İddiaçı QSC BOKT-na qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(075)- 18/2021 saylı qətnaməsindən İddiaçı QSC BOKT-nın verdiyi apellyasiya şikayəti qaytarılmışdır. 17 may 2021-ci il tarixdə cavabdeh İddiaçı QSC BOKT-nın Şəki Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qərardadından şikayəti və qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizəsi Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qərardadı ilə İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Şəki apellyasiya məhkəməsinə göndərilmişdir. İddiaçı QSC BOKT-un nümayəndəsi məhkəmə kollegiyasına telegram ünvanlayaraq məhkəmə işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə prosesinə gələ bilməyəcəklərini, işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh tərəf heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rаyоn Məhkəməsinin 2(075)-18/2021 nömrəli, 21 aprel 2021-ci il tаrixli qərаrdаdı qаnuni və əsаslıdır. Belə ki, iş materialından görünür ki, İddiaçı QSC BOKT-nın nümayəndəsi “Mustafayev(a)” 17.02.2021-ci il tarixdə xəbərnamə kötüyünü imzalamaqla məhkəmə qətnaməsini təhvil almışdır. İşdə olan İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətindən və SS695211882AZ kodlu zərfdən görünür ki, apellyasiya şikayəti 29 mart 2021-ci il tarixdə yazılmış və 09 aprel 2021-ci il tarixdə "xxxx" MMC-nə verilmişdir. İddiaçı QSC BOKT-na göndərilmiş Şəki Rayon Məhkəməsinin Şəki Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(075)-18/2021 saylı məhkəmə qətnaməsinin surəti rəsmi qaydada verildikdən sonra 1 ay müddətində qətnamədən apellyasiya şikayəti vermək hüququ izah olunmasına baxmayaraq iş meterialından görünür ki, məhkəmə qətnaməsinin qəbul edilməsindən 2 aya yaxın müddət keçdikdən sonra İddiaçı QSC BOKT-nın apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Аzərbаycаn Respublikаsı MPM-nin 268.1-ci mаddəsinə əsаsən şikаyət qərаrdаd tərəfə rəsmi qаydаdа verildikdən sоnrа 10 (on) gün müddətində verilir. Аzərbаycаn Respublikаsı MPM-nin 269.1-ci mаddəsinə görə şikаyətə qərаrdаdı qəbul etmiş birinci instаnsiyа məhkəməsi tərəfindən 3 gün müddətində bаxılır. Həmin Məcəllənin 269.3-ci mаddəsinə görə şikаyət əsаssızdırsа, bu şikаyət bаxıldıqdаn sоnrа 7 gün müddətində işlə birlikdə аpellyаsiyа instаnsiyа məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Göründüyü kimi Şəki Rаyоn Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(075)-18/2021 nömrəli qərаrdаdındаn İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməli, Şəki Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(075)-18/2021 saylı İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair Cavabdeh İddiaçı QSC BOKT-na qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qətnaməsindən iş üzrə İddiaçı QSC BOKT-nın apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsi barədə qərardadının qanuni qüvvəsini alması müddəti nəzərə alınmalıdır. Аzərbаycаn Respublikаsı MPM-nin 268.1-ci mаddəsinə əsаsən şikаyət qərаrdаd tərəfə rəsmi qаydаdа verildikdən sоnrа 10 (on) gün müddətində verilir. Аzərbаycаn Respublikаsı MPM-nin 269.1-ci mаddəsinə görə şikаyətə qərаrdаdı qəbul etmiş birinci instаnsiyа məhkəməsi tərəfindən 3 gün müddətində bаxılır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki, inzibati, komersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki, inzibati, komersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(075)-18/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(075)-18/2021 saylı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1582/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1582/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver