Məhkəmə qərarları › İş №2(107)-159/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-159/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-159/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəfiyev Rövşən Rafiq oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı ASC “xxxx” Bankının nümayəndəsi X9 və Cavabdeh iştirakı ilə İddiaçı ASC “xxxx” Bankının cavabdehlər Cavabdeh, X11 və X3 qarşı 29.10.2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxatma tələbinə dair ilk, Cavabdeh, X10 və X1 ASC “xxxx” Bankına qarşı 29.10.2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsinə Azərbaycan Respublikası Mərkəzi Bankının 21 fevral 2015-ci tarixli qərarı verildiyi gündən xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 nömrəli qətnaməsindən iddiaçı ASC “xxxx” Bankının nümayəndəsi X16 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 nömrəli qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ASC “xxxx” Bankının Cavabdeh, X18 və X4 qarşı «29 oktyabr 2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxartma» tələbinə dair iddiasının qismən təmin edilməsi, X8 12999.74 ABŞ dolları məbləğdə əsas, 926.41 ABŞ dolları məbləğdə faiz və 50 ABŞ dolları məbləğdə cərimə olmaqla, cəmi 13976.15 ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC «xxxx» Bankına verilməsi, həmin borcun ödənilməsinin ipotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına X10 banka olan borcunun ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manatın və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 17 manat rüsumun X8 alınıb ASC «xxxx» Bankının hesabına ödənilməsi, iş üzrə 120 manat məbləğdə ekspertiza xərcinin iddiaçıdan və 100 manat məbləğdə ekspertiza xərcinin cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə 250 manat məbləğdə əmlakın qiymətləndirilməsinə dair xərclərin cavabdeh X8 alınıb «xxxx» MMC-nin hesabına ödənilməsi, iş üzrə 250 manat məbləğdə əmlakın qiymətləndirilməsi xərcinin iddiaçı ASC «xxxx» Bankından alınıb «xxxx» MMC-nin hesabına ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, X18 və X2 ASC “xxxx” Bankına qarşı «29.10.2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşin halları ASC “xxxx” Bankın nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 1) 29 oktyabr 2014-cü il tarixli, **********30014 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan, Cavabdeh məxsus Mingəçevir şəhərinin Abdulla Şaiq küçəsindəki 15 saylı evin, 2-ci mərtəbəsində yerləşən, 26,57 kv.metr yaşayış, 21,24 kv.metr yardımçı sahəsindən ibarət, ümumi sahəsi 47,81 kv.metr olan 2 otaqlı 46 saylı mənzilinə tutmanın yönəldilməsi, 29 oktyabr 2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə cavabdeh X8 14437,74 ABŞ dolları məbləğdə əsas, 1322,53 ABŞ dolları məbləğdə faiz, 25,13 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 15785,40 ABŞ dolları məbləğdə borcun, 03 fevral 2017-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin illik 19 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğdəçəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “xxxx” Bankın xeyrinə tutulması, 2) dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini, 3) mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh, X18 və X5, onların ailəüzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və 4) ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 20000 manat məbləğində təyin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, X18 və X5 qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh ASC «xxxx» Bankı ilə onun arasında bağlanmış «29.10.2014cü il tarixli, **********0014 saylı kredit müqaviləsinə Azərbaycan Respublikası Mərkəzi Bankının 21 fevral 2015-ci il tarixli qərarı verildiyi gündən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. ASC «xxxx» Bankın etibarnaməüzrə nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinin həcmini artıraraq verdiyi izahatında göstərmişdir ki, X18 «xxxx» ASC ilə 29 oktyabr 2014- cü il tarixdə **********30014 nömrəli kredit müqaviləsi bağlayaraq, 48 ay müddətinə, illik 19 faiz dərəcəsi olmaqla 17500 ABŞ dolları məbləğdə kredit götürmüşdür. Eyni zamanda Cavabdeh 29 oktyabr 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlayaraq öhdəliyinin təmin olunmasıüçün mülkiyyətində olan, Mingəçevir şəhərinin Abdulla Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilini ipotekaya qoymuşdur. İpoteka predmetinin bazar qiyməti müqavilədə 20000 manat qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrəöhdəliyini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir və kredit müqaviləsi üzrəödənişləri lazımi qaydada etməmişdir. Cavabdeh X11 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmişdir. Qeyd olunanlara əsasən 1) 29 oktyabr 2014-cü il tarixli, **********00014 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan, Cavabdeh məxsus, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilinə tutmanın yönəldilməsi, 29 oktyabr 2014-cü il tarixli, **********00014 nömrəli kredit müqaviləsi üzrə cavabdeh X8 12999.74 ABŞ dolları məbləğdəəsas, 29.10.2018- ci il tarixinə illik 19% (on səkkiz) dərəcəsi ilə hesablanmış 5931.19 ABŞ dolları məbləğdə faiz, 29.10.2019-cu il tarixdən 22.08.2019-cu il tarixədək vaxtı keçmişəsas borc məbləğinə illik 5 % (beş) dərəcəsi ilə hesablanmış 582.94 (beş yüz səksən iki ABŞ dolları 94 sent) ABŞ dolları məbləğindəəldən çıxmış faydanın əvəzi, 22 avqust 2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş) dərəcəsi ilə hesablanmış 4130.94 (dörd min bir yüz otuz ABŞ dolları 94 sent) ABŞ dolları məbləğində penya olmaqla, cəmi 23644.81 (iyirmi üç min altı yüz qırx dörd ABŞ dolları 81 sent) ABŞ dolları və 22.08.2019cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğdəçəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “xxxx” Bankın xeyrinə tutulması, 2) dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini, 3) fərdi yaşayış evi satıldıqdan sonra fərdi yaşayış evində yaşayan Cavabdeh, X18 və X6, onların ailəüzvləri və digər şəxslərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və 4) ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsi və qarşılıqlı iddia tələbinin isə rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbi ilə razı olmadığını bildirərək izahatında göstərmişdir ki, iddiaçı ASC «xxxx» Bankı ilə 29 oktyabr 2014-cü il tarixdə kredit müqaviləsi bağlamış və 17500 ABŞ dolları məbləğdə kredit götürmüşdür. Eyni zamanda Cavabdeh həmin tarixdə ipoteka müqaviləsi bağlamış və mülkiyyətindəki mənzili ipotekaya qoymuşdur. Lakin bank ona çox şişirdilmişəsas, faiz və cərimə borcları hesablamışdır. Qeyd olunan borc məbləği ilə razı deyildir. Buna görə də ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı ASC “xxxx” Bankının nümayəndəsi X16 apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC “xxxx” Bankı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmənin yuxarıda qeyd olunan qətnaməsi maddi və prosessual hüquq normaları pozularaq qəbul edildiyi üçün qismən ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi haqqında yeni qətnamə qəbul olunmalıdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən işdə olan mövcud sübutları tədqiq edərkən onlara hüquqi qiymət verməli, ekspert rəyinin yaxud bankın iddia ərizəsinə əlavə etdiyi sənədlərin mötəbər sübut olaraq qəbul edilməsini əsaslandırmalı (AR MPM 88-ci, 103-cü maddələrinin tələblərinə uyğun olaraq) və bunu təmin edərək ekspert rəyində göstərilən adi faizlər üzrə məbləğin (926.41 ABŞ dolları) 05.04.2017-ci il tarixə hesablandığını (həmin tarixə bankın tələb etdiyi adi faizlər üzrə məbləğ isə 1633.53 ABŞ dolları təşkil etmişdir), bankın tələb etdiyi adi faizlər üzrə məbləğin (5931.19 ABŞ dolları) isə 20.10.2018-ci il tarixə hesablandığını, aradan 18 aydan artıq müddət keçdiyini və kredit müqaviləsinin şərtlərinə əsasən faizlərin hesablanmasının davam etdiyini nəzərə almalı idi. Lakin Mingəçevir Şəhər Məhkəməsi bunu etməmiş və yalnız ekspert rəyində adi faiz borcunun 926.41 ABŞ dolları məbləğində müəyyən edildiyini göstərməklə kifayətlənmişdir. Bu isə özlüyündə absurd yanaşmadır, ədalətli məhkəmə araşdırması və iş üzrə məhkəmə baxışının prinsipləri ilə ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsi ekspert rəyində göstərilən adi faizlər üzrə borc məbləğinin əvvəlki, yəni 05.04.2017-ci il tarixə hesablandığını nəzərə alaraq, ya bank tərəfindən təqdim olunmuş 22.08.2018-ci il tarixli ərizədə göstərilən məbləğ həddində iddianı təmin etməli, ya da ki, iddia ərizəsinə tələb həcminin artırılması barədə dəyişiklik nəzər alınmaqla borcun yenidən hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi. Birinci instansiya məhkəməsi bankın vəsatətini təmin etməmiş və qanunun qeyd edilən tələbini pozaraq qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti kimi ekspert rəyi əsasında müəyyənləşdirilmiş bazar qiymətini təyin etmişdir. Ona görə də,, Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)- 32/2019 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş edir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 dekabr 2019-cu-ci il tarixli, 2(107)-3154/2019 nömrəli qətnaməsi ilə «xxxx» Bank ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı ASC “xxxx” Bankının nümayəndəsi X15 və vəkil X23 oğlu kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işin yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 2(102)- 2462/2020 nömrəli qərarı ilə iddiaçı ASC «xxxx» Bankının kasasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsi ipotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı saylı mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və Cavabdeh, X18 və X5, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı ASC “xxxx” Bankının nümayəndəsi X19 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 2(102)-2462/2020 nömrəli qərarı ilə ləğv edilmiş hissədə təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 nömrəli qətnaməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 2(102)-2462/2020 nömrəli qərarı ilə ləğv edilmiş hissədə də dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 2(102)-2462/2020 nömrəli qərarındakı göstərişlərinə əməl edərək, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı ASC “xxxx” Bankının nümayəndəsi X16 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 nömrəli qətnаməsi ipotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və Cavabdeh, X18 və X5, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ipotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin ilkin satış qiyməti 34 000 (otuz dörd) manat müəyyən edilməli, mənzil satıldıqdan sonra boşaldılmalı, Cavabdeh, X18 və X5 1 ay ərzində mənzildən çıxarılmalıdırlar. İşdə olan 29 oktyabr 2014-cü il tarixli, **********30014 saylı kredit müqaviləsindən görünür ki, X18 ASC «xxxx» Bankı ilə müqavilə bağlayaraq, yaşayış sahəsinin təmiri üçün 17500 ABŞ dolları məbləğdə kredit almaq barədə razılığa gəlmiş, aldığı borc məbləğini illik 19 faiz əlavəsi ilə, 48 ay müddətində tam ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 29 oktaybr 2014-cü il tarixli, **********30014/ip saylı ipoteka müqaviləsindən görünür ki, ASC «xxxx» Bankının Mingəçevir filialı ilə X10 arasında bağlanmış 29 oktaybr 2014-cü il tarixli, **********30014 №-li kredit müqaviləsi üzrəəmələ gələn öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan, Mingəçevir şəhərinin Abdulla Şaiq küçəsindəki 15 saylı evin 2-cü mərtəbəsində yerləşən, 26,57 kv.metr yaşayış, 21,24 kv.metr yardımçı sahəsindən ibarət, ümumi sahəsi 47,81 kv.metr olan 2 otaqlı 46 saylı mənzili ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsində mənzilin bazar qiyməti 20000 manat müəyyən olunmuşdur. İşdə olan DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylıçıxarışdan görünür ki, Mingəçevir şəhərinin Abdulla Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzili yuxarıda qeyd olunan **********30014 saylı, 29 oktaybr 2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi 30 oktyabr 2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində **********82-05101-093015 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan «xxxx» MMC-nin 10 sentyabr 2018-ci il tarixli, ML02412018 №-li rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzilinin real bazar dəyəri 40000 (qırx min) manat təşkil edir. İşdə olan «xxxx» MMC-nin 02 avqust 2019-cu il tarixli, Ç563 №-li hesabatından görünür ki, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzilinin real bazar dəyəri 37000 (otuz yeddi min) manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Аzərbаycаn Rеspublikаsı Mülki Məcəllənin 14.2.1, 317.1, 319.3, 319.6, 324, 329.1, 331.1, 337.1, 337.5, 385, 386.1, 425.1, 439.1, 439.2, 442, 443.1, 448.1, 449, 462.1, 463.2, 739 və 742.1-ci maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndinə, «İpoteka haqqında» Qanunun 1.0.6, 4, 34.1.1, 39.147.2, 59.3 və 59.4-cü maddələrinə, “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə istinad etmişdir. «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun ipoteka ilə təmin edilən tələbin həcmini müəyyən edən 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun əsaslarından biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. Məhkəmədə müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir. Həmin Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən məhkəmənin qərarıəsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 59.3 və 59.4-cü maddələrinin tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarıəsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra məhz bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinəəsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X18 «xxxx» ASC ilə 29 oktyabr 2014- cü il tarixdə **********30014 nömrəli kredit müqaviləsi bağlayaraq, 48 ay müddətinə, illik 19 faiz dərəcəsi olmaqla 17500 ABŞ dolları məbləğdə kredit götürmüşdür. Eyni zamanda Cavabdeh 29 oktyabr 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlayaraq öhdəliyinin təmin olunmasıüçün mülkiyyətində olan, Mingəçevir şəhərinin Abdulla Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilini ipotekaya qoymuşdur. Həmin vaxt ipoteka predmetinin bazar qiyməti müqavilədə 20000 manat qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir və kredit müqaviləsi üzrəödənişləri lazımi qaydada etməmişdir. Cavabdeh X11 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmişdir. Kredit müqaviləsi üzrə kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, lakin borcalan X18 müqavilə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmiş və nəticədə onun kreditora borcu yaranmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ASC «xxxx» Bankı ilə Cavabdeh, X18 və X2 arasında yaranmış hüquq münasibətləri kredit və ipoteka ilə bağlı yaranan mülki münasibətlərdir. Birinci instansiya məhkəməsi işin hallarına kredit və ipoteka qanunvericiliyinə, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab etmişdir ki, ilkin iddia tələbi qismən təmin edilməlidir. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, borcun ipoteka qoyulmuşəmlaklara yönəldilməsi üçün «İpoteka haqqında» Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş bütün prosedurlara kreditor tərəfindən riayət olunmuşdur. Məhkəmə hesab edir ki, ipoteka qoyulmuş mənzil hərracda satıldıqdan sonra mülkiyyət hüququ yeni mülkiyyətçiyə keçdiyinə görə həmin mənzillə bağlı hər hansı tələblə məhkəməyə müraciət etmək hüququ yeni mülkiyyətçiyə məxsusdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi ipoteka predmeti olan mənzil satıldıqdan sonra Cavabdeh, X18 və X2 və onların ailəüzvləri və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 2(102)-2462/2020 nömrəli qərarındakı göstərişlərini nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ipotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin ilkin satış qiymətini 40000 (qırx min) manat müəyyən etməklə və Cavabdeh, X18 və X5, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları hissəsini rədd etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, həmin hallara münasibətdə məhkəmə tərəfindən qətnamə qəbul edərkən maddi və prsessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə, qətnamənin qismən ləğv olunmasına və qətnamənin ləğv edilən hissəsində iddianın qismən olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş mənzilin hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun ) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Ona görə də iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi qanuni və əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsi bu hissədə də iddianı təmin etməklə iş üzrə düzgün qənaətə gəlmişdir. Birinci instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil real bazar dəyərini əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. Bundan başqa məhkəmə kollegiyası iddianın Cavabdeh, X18 və X5, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları hissəsində rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmır. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddələrinin tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi ipotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı saylı mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və Cavabdeh, X18 və X5, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərini qismən Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 2(102)-2462/2020 nömrəli qərarında göstərilən hissəsini işin faktiki hallarına uyğun olduğu üçün qismən inandırıcı qəbul edir. Göründüyü kimi həm milli, həm də beynəlxxxx qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları tam şəkildə məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən iddia tam təmin edilə bilməz. Məhkəmə hazırki qərtnaməni qəbul edərkən Şəki Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(107)-159/2021 nömrəli iddianın baxılmamış saxlanılması ilə bağlı olan qərardadını nəzərə alır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddiaçı ASC “xxxx” Bankının nümayəndəsi X16 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)- 32/2019 nömrəli qətnаməsi ipotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı saylı mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və Cavabdeh, X18 və X5, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ipotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı saylı mənzilin ilkin satış qiyməti 34 000 (otuz dörd) manat müəyyən edilməli, mənzil satıldıqdan sonra boşaldılmalı, Cavabdeh, X18 və X5 1 ay ərzində mənzildən çıxarılmalıdırlar. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC “xxxx” Bankının nümayəndəsi X16 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edlsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 nömrəli qətnаməsi ipotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı saylı mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və Cavabdeh, X18 və X5, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində ləğv edilsin.Həmin hissədə yeni qətnamə qəbul edilsin. İpotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin ilkin satış qiymətinin 34 000 (otuz dörd) manat müəyyən edilsin. Mənzil satıldıqdan sonra boşaldılsın, Cavabdeh, X18 və X5 1 ay ərzində mənzildən çıxarılsınlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar