Məhkəmə qərarları › İş №2(107)-1590/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1590/2020

01.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1590/2020 01.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ucar Rayon Məhkəməsindəcavabdehə qarşı iddia qaldıraraq, xx xxxxxxxx 2003-cü il tarixdə doğulmuş X1 və xx xxxxxxxx 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Ucar Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının artırılması və cavabdehdən hər bir uşağa görə 170 manat olmaqla, hər ay 340 manat məbləğində alimentin tutularaq ona verilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) xx xxxx 2020-ci il tarixli 2(063)- 330/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, xx xxxxxxxx 2003-cü il tarixdə doğulmuş X1 və xx xxxxxxxx 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Ucar Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli,2(063)-998/2016 nömrəli qətnaməsinə əsasən, hər uşağa 50 (əlli) manat olmaqla, hər ay üçün sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq hər ay üçün yetkinlik yaşına çatmayan hər uşağa 90 (doxsan) manat olmaqla, ümumilikdə 180 (bir yüz səksən) manat müəyyən edilməsi və həmin miqdarda alimentin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub xx xxxxxxxx 2003-cü il tarixdə doğulmuş X1 və xx xxxxxxxx 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(063)-330/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx xxxxxx 1999-cu ildə qeyri-rəsmi ailə qurmuş və birgə yaşadıqları dövrdə xx xxxxxx 2000-ci ildə Leyla, xx xxxxxxx 2001-ci ildə Fərqanə, xx xxxxxxxx 2003-cü ildə Emiliya və xx xxxxxxxx 2010-cu il tarixdə Fərhad adlı uşaqları doğulmuşlar. Rəsmi nikahları olmasa da, uşaqların atalıq faktı müəyyən olunmuşdur. Xasiyyətləri düz gəlmədiyi üçün cavabdehlə ayrılmışlar və uşaqlar onunla qalırlar. Ucar Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsilə iddiası qismən təmin edilmiş, cavabdehdən xx xxxxxx 2016-cı il tarixdən başlayaraq hər uşağa 50 manat olmaqla hər ay sabit pul məbləğində 200 manat alimentin tutulub xx xxxxxx 2000-ci il tarixdə doğulmuş X4, xx xxxxxxx 2001-ci il tarixdə doğulmuş X2, xx xxxxxxxx 2003-cü il tarixdə doğulmuş X1 və xx xxxxxxxx 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi qət edilmişdir. Övladları Leylanın xx xxxxxx 2018-ci ildə, Fərqanənin isə xx xxxxxxx 2019-cu ildə 18 yaşları tamam olmuşdur. Birgə nikahlarından doğulmuş və yetkinlik yaşına çatmamış uşaqların mənafeyini və onların böyüdükcə artan tələbatını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılması şərtlərini, cavabdehin fərdi işlə məşğul olmasını və onun azyaşlı uşaqlarının saxlanılması üçün artan təlabatını təkbaşına ödəyə bilməməsi nəzərə alınmalı, xx xxxxxxxx 2003-cü ildə doğulmuş Emiliya və xx xxxxxxxx 2010-cu il təvəllüdlü Fərhadın yetkinlik yaşına çatanadək saxlanılması üçün Ucar Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarı artırılmalı və cavabdehdən hər bir uşağa görə 170 manat olmaqla, hər ay 340 manat məbləğində aliment tutularaq ona verilməlidir. Qətnamə ilə hər uşağa 50 manat olmaqla dörd uşağın saxlanılmasına görə 200 manat aliment tutulması qət edilmişdir, o da həmin qətnamədən apelyasiya şikayəti verməmişdir. Hazırda uşaqlardan ikisi yetkinlik yaşına çatmışdır, odur ki, yetkinlik yaşına çatmayan digər iki uşağın saxlanılması üçün alimentin miqdarının artırılmasını tələb edir. Cavabdehin qazancı və gəliri barədə sübutu yoxdur, amma cavabdeh nəqliyyat vasitəsi ilə nəqliyyat xidməti göstərir və qazanc əldə edir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti belə əsasladırılmışdır ki, Ucar Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli qətnaməsi əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, o heç bir yerdə işləmir. Əvvəl Bakı şəhərində fərdi işlə məşğul olub təyin olunmuş alimenti vaxtında ödəyirdi. Hazırda isə məlum karantin dövründə işsiz qalmışdır. Həmçinin, keçmiş həyat yoldaşı İddiaçı Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən “Meqa” adlı marketdə işləyir və yüksək əmək haqqı alır. Ucar Rayon Məhkəməsinə bu barədə bildirsə də, heç bir araşdırma aparmadan iddiaçı ilə əvvəlcədən sövdələşdiyi üçün iddianı qismən təmin etməklə ədalətsiz qərar qəbul etmişdir. Ona görə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərinə əlavə olaraq Cavabdeh bildirmişdir ki, iddiaçı ilə 1998-ci ildə ailə qurmuşuq, 4 uşağımız var. 2016-cı ildən iddiaçı ilə ayrılmışıq və uşaqlar onun himayəsində qalmışlar. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mən heç bir yerdə işləmirəm. Əvvəl Bakı şəhərində fərdi işlə məşğul olub təyin olunmuş alimenti vaxtında ödəyirdim. Hazırda isə məlum karantin dövründə işsiz qalmışam. Həmçinin, İddiaçı Ucar şəhərində yerləşən “Meqa” adlı marketdə işləyir və yüksək əmək haqqı alır. Hər uşağa görə 90 manat miqdarında aliment ödəməyə imkanım yoxdur. Hər uşağa 60 manat miqdarında aliment ödəyə bilərəm.Ona görə də apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı Mülkünaz Muradova məhkəmə kollegiyasına teleqram göndərərəkək, maddi vəziyyətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və Ucar Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 372.6cımaddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(063)-330/2020 nömrəliqətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sübutlardan, yəni: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxxxxxx 2003-cü ildə X5 və xx xxxxxxxx 2010-cu ildə isə X8 doğulmuşlar. Ucar Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(063)-998/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiası qismən təmin edilmiş, Cavabdeh xx xxxxxx 2016-cı il tarixdən başlayaraq hər uşağa 50 manat olmaqla, hər ay sabit pul məbləğində 200 manat alimentin tutulub xx xxxxxx 2000ci ildə doğulmuş X9, xx xxxxxxx 2001-ci ildə doğulmuş X6, xx xxxxxxxx 2003-cü ildə doğulmuş X5 və xx xxxxxxxx 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmiş və iddianın qalan hissəsi təmin edilməmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi Ucar Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(063)-998/2016 nömrəli qətnaməsi ilə Cavabdeh xx xxxxxx 2016-cı il tarixdən başlayaraq hər uşağa 50 manat olmaqla hər ay sabit pul məbləğində 200 manat alimentin tutulub xx xxxxxx 2000-ci ildə doğulmuş X9, xx xxxxxxx 2001-ci ildə doğulmuş X6, xx xxxxxxxx 2003-cü ildə doğulmuş X5 və xx xxxxxxxx 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmiş və iddianın qalan hissəsi təmin edilməmişdir. Hazırda iddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib təyin edilmiş alimentin miqdarının artırılması və iki yetkinlik yaşına çatmayan uşağın hər birinə 170 manat olmaqla, hər ay sabit pul məbləğində 340 manat alimentin cavabdehdən tutulmasını tələb etsə də, cavabdehin həmin məbləği ödəməyə imkan verən gəlirlərinin olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsində səhvə yol verməmişdir. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsində təsbit edilmişdir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideyinlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra AM) 75.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamaqda borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabitpul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsində qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşаq hüquqlаrı hаqqındа” 12 nоyаbr 1989-cu il tаriхli BMT Kоnvеnsiyаsının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Həmin Qanununun 19-cu maddəsinə əsasən isə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasını, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir (Həmin Qanununun 3-cü maddəsi). “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında o da qeyd olunmuşdur ki, MPM-in 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya az qazanca malik olması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə vəziyyətdə hər iki valideyn uşağın ən azı zəruri təminatını təmin etmək məqsədilə çalışmalı və qazanc əldə etməlidirlər. Bu tələb həm də Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunlarından irəli gəlir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edib hər ay yetkinlik yaşına çatmayan hər uşağa görə 90 manat olmaqla, ümumilikdə 180 manat aliment müəyyən etməklə və həmin miqdarda alimentin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq cavabdehdən tutulub Emiliya və Fərhadın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya verilməsi barədə qətnamə qəbul etməkdə haqlı olmuşdur. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (MPM-in 78.1-ci maddəsi). «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. MPM-in 217.4-cü mаddəsinə əsаsən, məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında araşdırma aparıb iş üzrə düzgün nəticəyə gəlmiş, bu nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(063)-330/2020 nömrəli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(063)-330/2020 nömrəli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar