Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1593/2020 03.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi İddiaçı (bundan sonra iddiaçı) və Cavabdeh1 iştirakı ilə iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və DƏDRX-nin 12 saylı X15 Qax Rayon Şöbəsinə qarşı gediş-gəliş yolunun açılması, maneələrin aradan qaldırılması və orada qoyulmuş darvazanın sökülməsi tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Qax Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X15 Qax rayon şöbəsinə qarşı iddia qaldıraraq, gedişgəliş yolunun açılması, maneələrin aradan qaldırılması və orada qoyulmuş darvazanın sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) xx xxxxxx 2018-ci il tarixli 2(024)- 111/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarışa əsasən İddiaçı məxsus Qax şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması, Cavabdeh1 tərəfindən həyətyanı torpaq sahəsinə iddiaçıya gediş-gəliş üçün yaradılan maneələrin aradan qaldırılması və Cavabdeh1 tərəfindən qoyulmuş darvazanın sökülməsi, iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə köçürülməsi (büdcə təsnifatının kod-142319, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-Dövlət Xəzinədarlıq Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az41NABZ**********00003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab-AZ34GCTRE********************) qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-733/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(102)-5563 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni Apellyasiya baxışına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(024)- 111/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin edilməməsi hissəsində ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. İŞİN HALLARİ İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Qax şəhəri, M.F.Axundov küçəsi, ev 18a-da özünə məxsus olan 0,03 ha həyətyanı torpaq sahəsi vardır. Həmin həyətyanı sahəyə gediş-gəliş yolundan əvvəllər yol kimi istifadə etmişdir. O, həmin həyəti 2006-cı ildə almışdır. Daha sonra Rusiya Federasiyasında işləməyə getdiyi üçün maraqlanmamışdır. Bildiyi qədər qonşusu Emin 2007-ci ildə onun gediş-gəliş yoluna darvaza qoyaraq bağlamışdır. Digər qonşusu Zaur da ona gediş-gəliş yolu vermir. Həmin vaxt onun orada evi olmadığı üçün buna əhəmiyyət verməmişdir. O, evinə gedə bilmir. 2009-cu ildə evinin tikintisinə başlayanda Eminin zəbt etdiyi həyətdən istifadə etmişdir. Digər qonşusu Zaur da ona öz zəbt etdiyi yoldan gediş-gəlişə mane olmuşdur. Bu günə kimi orada evi olmadığı üçün istifadə etməmişdir. Həmin yola düşən ərazini qonşuları olan cavabdehlər Emin və Zaur öz həyətyanı sahəsinə qataraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən torpağın kadastrını almışdır. Qonşuları Emin və Zaur qanunsuz olaraq həmin yolu zəbt edərək mənimsəmişlər. Belə olan halda o, həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu tapa bilmir. Çarəsiz qalıb digər qonşusu Zaurun həyətindən istifadə edir. Həmin həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin həmin torpaq sahəsində tikilmiş evinə gedə bilmir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən gediş-gəliş yolunun açılması, maneələrin aradan qaldırılması, darvazanın sökülməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu mülki mübahisəyə tək o yox, əsashəqiqi cavabdeh Cəlilov Zöhrab Sədrəddin oğlu tamamilə əsaslı olaraq cəlb edilmişdir. Lakin qətnamənin təsviri, əsaslandırıcı və nəticə hissələrində həqiqi Cavabdeh2 haqqında bir kəlmə belə deyilmir, onun heç adı da keçmir. Halbuki, sözügedən iddia yalnız və yalnız ona qarşı yönəldilə bilər və iddianın ona qətiyyən aidiyyəti yoxdur. Bununla belə, məhkəmə ona münasibətdə iş üçün əhəmiyyətli olan faktiki, obyektiv halları sübut etməmiş və onun qətnamədə gəldiyi nəticə işin çoxsaylı obyektiv və faktiki hallarına, hətta özünün təyin etdiyi məhkəmə ekspertizası rəyinə belə daban-dabana zidd olmuşdur ki, bu xüsusatlar da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-385.1.4-cü maddələrinə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. İddiaçının iddia ərizəsində göstərdiyi və məhkəmənin də qətnamədə onun izahatı kimi istinad etdiyi hallar təhrif olunmuşdur. Belə ki, əslində İddiaçı öz evinin yerləşdiyi həyətyanı torpaq sahəsini və ona bitişik-hazırda ünvan 1 b ünvanında olan bir mərtəbəli köhnə fərdi yaşayış evini həyətyanı torpaq sahəsi ilə birlikdə, bütöv olaraq 2008-ci ildə X4 almışdır və təbii ki, onun günü bu gün də ünvanı həmin ünvan, gediş-gəliş yolu da, özünün reyestrdən çıxarışında səhvən göstərildiyi kimi M.F.Axundov küçəsi istiqamətindən yox, 2008-ci ildə satın aldığı evin ünvanı, yəni ünvan 2 fakt iş materniallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli, 17414 saylı rəyi ilə birmənalı şəkildə təsdiq olunmuşdur. Yuxarıda qeyd etdiyi kimi, 2008-ci ildə İddiaçı ünvan 1 b ünvanındakı, şəkildə göstərilən bu köhnə evi və həyətyanı torpaq sahəsini alarkən alqı-satqının son günü orada o və digər qonşular da olmuşlar. Evi satan X2 oğlu Nəcəflə «Volqa» maşını ilə gəlmişdilər. Orada ondan başqa İddiaçı anası, qohumu Daşdəmirova Xanım da var idi. Onlar razılaşdılar, halallaşdılar, hətta evdə qalan əşyaları yorğan-döşəyi də aparmadılar. Ev əşyalarını qonşu X.Daşdəmirovaya verdilər. Bundan bir müddət sonra İddiaçı aldığı bu köhnə evin həyətinin aşağı hissəsində hazırkı evin bünövrəsini qoyduqdan sonra evi satan Ə.M.Muxtarova gəlib həyətin köhnə ev (öz evi) yerləşən hissəsindən 0,03 ha (3 sot) torpaq sahəsini evlə birlikdə geri qaytardı. Bundan sonra Ə.M.Muxtarova onun yanına gələrək, İddiaçı onun həyətindən gediş-gəliş yolu verilməsini istəmişdir və o, Raminə qəti etirazını bildirmişdir. Buna baxmayaraq, İddiaçı bir qonşu kimi onun həyətindən işləməsinə etiraz etməmişdir. İkincisi, işin yuxarıda göstərilən hallarından aydındır ki, İddiaçı həmin köhnə ev və həyətyanı torpaq sahəsini Ə.M.Muxtarovadan almışdır və onun ünvanı 28 May küçəsi, ev 10b-dir. Yolu da 28 May küçəsindəndir və bunun alternativi yoxdur. İddiaçı özü üçün gedişgəliş yolu məsələsini ancaq həmin torpaq sahəsini ona satan şəxslə edə bilər. O özü də bunu yaxşı bilir və ona görə də, iddianı tək ona qarşı yox, eləcə də Cəlilov Zöhrab Sədrəddin oğluna (Ə.M.Muxtarovanın oğluna) qarşı qaldırmışdır və bu sonuncu İddiaçı gediş-gəliş yolu verməyə məcburdur. Qətnamədə adı keçən, adına çıxarış verilmiş Cavabdeh2 evi satan və sonra geri qaytaran Ə.M.Muxtarovanın böyük oğludur (o, 4-5 il bundan əvvəl vəfat etmişdir), cavabdeh kimi cəlb edilmiş Zöhrab onun ortancıl, şikayətdə adı keçən Nəcəf isə kiçik oğludur. Satılandan sonra və indi də qaytarılandan sonra da həmin evdə heç kəs yaşamır, yaşayış yoxdur. Onlar Şirvan (Əli-Bayramlı) şəhərində yaşayırlar. Bununla belə, evi və həyətyanı torpaq sahəsini satan və sonra evi geri qaytarıb, özünün satdığı həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu verməmək absurddur. İddiaçı evi və torpaq sahəsini aldığı şəxsi qoyub, ona qarşı, lap o, olmasın başqa şəxs olsun, kənar hər kimsəyə qarşı gediş-gəliş yolundan ötrü iddia qaldırması ondan da betər absurddur. Çünki, ona qarşı ona gediş-gəliş yolu verilməsi üçün iddia qaldırmağa İddiaçı subyektiv hüquqi olmamışdır. Mübahisələndirilən bu halda isə İddiaçı mübahisə predmeti olan torpaq sahəsindən istifadə hüququ olmadığından və sonradan da yaranmadığından o, qeyd olunan tələbi irəli sürmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. İddiaçı yeganə istinad etdiyi «sübuta» onun adına verilmiş reyestrdən çıxarışa gəldikdə, qeyd etmək lazımdır ki, əvvəla həmin çıxarışın verilməsinə əsas olmuş xx.xx.2008-ci il tarixli arxiv çıxarışının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı kitabında qeyd olunub uçota alınan torpaq sahəsinin planı və ölçüsü sənədinin mövcudluğu fonunda heç bir hüquqi qüvvəsi yoxdur. İkincisi, arxiv sənədlərini əsas götürsək belə, yenə onun 2000-ci ilin yazında X3 aldığıhazırda yaşadığı evinin və həyətyanı torpaq sahəsinin hələ bu ərazilər Qax-Muğal kəndi olan zaman 1973-cü ildə işlənmiş plana əsasən onun həyətinin öz darvazasından (əvvəllər dəmir tor setka və əl qapısı olub) savayı heç bir (o cümlədən də, qonşularla) giriş-çıxış, gediş-gəliş nəinki darvazası, heç əl qapısı da olmamışdır (həmin planın surətini şikayətə əlavə edir). İşin bu xüsusatını son məhkəmə iclasında iştirak edən, evi və həyətyanı torpaq sahəsini ona satan Z.M.Əliyevanın (o özü vəfat edib) qızı Nüyvər də qeyd etmişdir ki, bu gediş- gəliş yolu təkcə onların yox, ailənin yolu olub. Üçüncüsü də, çıxarış almaq üçün sənəd təqdim edərkən İddiaçı əlində plan ölçü sənədi də olmuşdur. O, DƏDRX-yə niyə plan-ölçü sənədini yox, hansısa arxiv arayışını təqdim etmişdir. Axı çıxarışın verilməsi üçün əsas mötəbər sənəd plan-ölçü sənədidir. Ona görə təqdim edə bilməmişdir ki, onun plan-ölçü sənədində mübahisələndirilən ərazi yol kimi göstərilməmişdir. Bunu ekspert rəyi də sübut etdi ki, həmin ərazi yol deyildir və onun mülkiyyətində olan ərazidir, onun yoludur. Ekspert tədqiqatının bu nəticələri onu da sübut edir ki, İddiaçı adına verilmiş çıxarış və texniki pasport həm ünvan, həm də gediş-gəliş yolu (qapı) hissəsində saxtadır və bu hissələrdə ləğv olunmalıdır. Bu məhkəmə icraatı başlamazdan bir qədər əvvəl İddiaçı əvvəlcə Qax şəhər bələdiyyəsinə, sonra da DƏDRX-nin 12 saylı X15 Qax rayon şöbəsinə şikayətlər etmişdir. Şikayətin yerində araşdırılması üçün mübahisəli ərazidə olan Qax şəhər bələdiyyəsinin sədr müavini M.S.İmamov, mühəndis V.Hacıyev və mütəxəssis E.Quliyevdən ibarət komissiya İddiaçı və onun torpaq sahəsinin plan və ölçüsü sənədlərinə baxaraq, İddiaçı izah etdilər ki, bu kadastra görə sənin yolun 28 May küçəsindəndir. Yəni, aldığı həyətyanı torpaq sahəsinin ünvanındandır, tamamilə əks tərəfdəndir (sonradan bunu ekspert də sübut etdi). İddiaçı onu da bildirdilər ki, nə iddiaçının, nə də onun kadastrlarında burada yol göstərilməmişdir. Bundan sonra yenə İddiaçı şikayəti ilə əlaqədar onlar hər ikisi DƏDRX-nin 12 saylı X15 Qax rayon şöbəsinin rəisi Ş.Ə.Əhmədlinin yanında olmuş və o, şöbənin mühəndismütəxəssisi E.S.Hacıyevin də iştirakı ilə şikayətçi İddiaçı bildirmişlər ki, onun çıxarış və texniki pasportunda müvafiq olaraq ünvan və yol yeri səhv işlənib, səhvən yol yeri Cavabdeh1K (yəni o) tərəfdən göstərilib. Ona təklif etdilər ki, yeni ərizə və sənədlərini versin, onlar da düzəliş etsinlər. Lakin İddiaçı buna qəti etirazını bildirmişdir. Burada adlarını sadaladığı Qax şəhər bələdiyyəsinin və reyestr şöbəsinin məsul şəxsləri göstərdiyi bu xüsusatları məhkəmədə də təsdiq edə bilərlər. İddia ərizəsinin sərlövhəsindən və mətnindən də göründüyü kimi, İddiaçı hələ də müəyyən edə bilmir ki, onun gediş-gəliş yolu haradan olmalıdır? Əgər onun gediş-gəliş yolu onun həyəti tərəfindən olsaydı, o, iddianı tək ona qarşı qaldırardı. Sadəcə olaraq, o 2009-cu ildə ev tikərkən ona öz həyətindən işləməyə icazə verdiyinə və o buna vərdiş etdiyinə görə elə düşünür ki, elə belə də olmalıdır. Yəni, onun xeyirxahlığından sui-istifadə etmək istəyir. İddia ərizəsində o, bir-birinə tamamilə əks istiqamətdə və əhəmiyyətli dərəcədə aralı məsafədə, müxtəlif küçələrdə və ünvanlarda yerləşən gediş-gəliş yollarından, müxtəlif darvazalardan özünə yol istəyir. Onun istəyi odur ki, haradan olur olsun, ona yol olsun. Onu başqalarının hüquqi mənafeyi maraqlandırmır. Halbuki, o yaxşı bilir ki, özünün bir gediş-gəliş yolu var, bu da həyətyanı torpaq sahəsini aldığı ünvandan, yəni 28 may küçəsindən, digər cavabdeh Cəlilov Zöhrab Sədrəddin oğlunun ünvanından olan yoldur. Burada onu da qeyd etmişdir ki, iddia ərizəsində gediş-gəliş yolunun hansı ünvandan, onun ünvanından, yoxsa digər cavabdeh Cəlilov Zöhrab Sədrəddin oğlunun ünvanından istənilməsi belə dəqiq göstərilməmişdir. Bütün bunlara baxmayaraq, məhkəmə yalnız onu cavabdeh kimi görmüş, əsl Cavabdeh2 barədə bir kəlmə belə deməmiş (yalnız onun məhkəmə iclasına üzürsüz səbəbdən gəlmədiyini qeyd etmişdir) və nəticədə əsassız iddianı təmin edərək, əsassız və qanunsuz qətnamə çıxarmışdır. Belə ki, məhkəmə əsassız iddianı təmin edərkən İddiaçı xeyrinə olan hər hansı maddi qanun normasına əsaslanmamışdır. Əksinə, məhkəmənin əsaslandığı maddi qanun normalarının hamısı onun mülkiyyət hüququnu və onun toxunulmazlığını təsbit edən qanun normalarıdır. Axı, bu işdə mübahisələndirilən torpaq sahəsində İddiaçı hansı mülkiyyəti var ki, o qoruna da bilsin? Əksinə, işin bütün faktiki halları və ekspert rəyi də sübut edir ki, İddiaçı həyətinə gediş-gəliş yolu 28 May küçəsindəndir və mübahisələndirilən əraziyə İddiaçı qətiyyən aidiyyəti yoxdur. Belə olan halda İddiaçı hansı hüququ, o cümlədən də mülkiyyət hüququ pozulmuşdur ki, məhkəmə Raminin ona qarşı tamamilə əsassız iddiasını təmin edərək, onun mülkiyyət hüququnu kobudcasına pozmuşdur. Bununla da məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməməklə və səhv təfsir etməklə, eyni zamanda, prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu mülki işdə də məhkəmənin mülki mübahisənin həlli üçün tətbiq etdiyi maddi qanun normaları düzgün tətbiq edilməmiş, səhv təfsir olunmuş, səhvən İddiaçı xeyrinə yozulmuş, bununla da, prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaları pozulmuş və nəticədə əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Ona görə də Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(024)-111/2018 nömrəli əsassız və qanunsuz qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 bildirmişdir ki, İddiaçı mənə qarşı əsassız iddia qaldırmış, mən Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişəm. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə şikayətim təmin edilmiş və İddiaçı iddiası rədd edilmişdir. Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərarı ilə həmin qətnamə iddianın mənə qarşı təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.. Ədalətli qərar qəbul edilməsini xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında İddiaçı bildirmişdir ki, iddia tələbimi müdafiə edirəm. Bildirirəm ki, Cavabdeh2 vəfat etmişdir. Onun evi uşağının adına rəsmiləşdirmişdir. Onun ölümü ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir. Mən torpağı Zaur Cəlillovun anasından almışam və həmin vaxt mənə yolun Axundov küçəsi tərəfindən olduğunu göstərmişdir. Həmin vaxt orada yol var idi. Mənə verilən çıxarışa əsasən yolu tələb etmişəm. Hazırda yolumun hansı tərəfdən olmasını müəyyən edə və evimə gedib-gələ bilmirəm. Məndə göstərilən sənədlərdən əlavə sənədlər yoxdur. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh DƏDRX-nin 12 saylı X15 Qax rayon şöbəsinin nümayəndəsi vəməhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. cavabdeh X13 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, ailə vəziyyətimdə əlaqədar olaraq məhkəmə iclasına iştirakım olmadan baxılmaısnı və ədalətli qərar qəbull edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixliqətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi cavabdeh Əsmər Əlizadəyə münasibətdə qismən təmin edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün faktiki halları kifayət qədər araşdırmamış və mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olan hüquqi nəticəyə gəlməmişdir. Belə ki,iş materialarında olan sübutlardan, yəni: Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2007-ci il tarixli 02 nömrəli qərarına əsasən X5 438,9 kv m torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qax RAİK-nın xx xxxxxx 2007-ci il tarixli 02 nömrəli qərarına əsasən, Cavabdeh1 699,37 kv m torpaq sahəsi verilmişdir. DƏDRX tərəfindən verilmiş MH seriyalı ******* nömrəli xx xxxx 2009-cu il tarixli çıxarışın sürətindən görünür ki, Qax şəhəri, M.F.Axundov küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 70,8 kv m olan yaşayış, 35,19 kv m köməkçi sahədən ibarət 18A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. DƏDRX-nin 12 saylı X15 verdiyi reyestr nömrəsi **********57-10301 olan fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Qax şəhəri, M.F.Axundov küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 70,8 kv m olan yaşayış, 35,19 kv m köməkçi sahədən ibarət 18A nömrəli fərdi yaşayış evinin hüququ subyekti İddiaçıdur. DƏDRX tərəfindən xx xxxxxx 2009-cu ildə verilmiş MH seriyalı ******* nömrəli çıxarışın sürətindən görünür ki, Qax şəhəri, 28 May küçəsində, 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 25,42 kv m olan yaşayış, sahədən ibarət 10b nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətindədir. Qax Rayon İcra Hakimiyyəti başçısının Qax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 1685 nömrəl arayışdan görünür ki, İddiaçı Qax şəhəri, M.F.Axundzadə küçəsi, ev 18A-da yaşayır. Seriya AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Qax şəhəri, H.Əliyev prospekti, ev 4, mənzil 6-da qeydiyyatdadır. xx.xx.2017-ci il tarixli TT745569 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli 17414 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin X10 tərtib etdiyi mütəxəssis rəyinə əsasən, mübahisələndirilən torpaq sahəsi təsərrüfatın DWG faylına əsasən 4876B kimi qeyd olunmuş bələdiyyə mülkiyyəti olan ərazidir. Həmin fayldan çıxarış mütəxəssis rəyinə əlavə edilmiş sxem 3-də göstərilmişdir. Qax RAİK-nın xx xxxxxx 2007-ci il tarixli 02 nömrəli qərarı ilə cavabdehə verilmiş planölçü sənədində isə həmin ərazinin bir hissəsi cavabdeh X1 mülkiyyəti, digər hissəsi isə iddiaçı ilə cavabdehin qonşuluq sərhəddinə qədər gediş-yolu kimi göstərilmişdir. Yolun son nöqtəsi iddiaçının sərhəddi başlamamış bitir. İddiaçının qoyduğu giriş qapısının qabağında yol kimi iddia etdiyi ərazi plan-ölçü sənədinə əsasən cavabdehin mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin X10 tərtib etdiyi mütəxəssis rəyinə əsasən, cavabdeh həmin yolu öz giriş qapısına qədər olan hissəsini istifadəsinə qatmışdır ki, həmin hissə iddiaçının plan-ölçü sənədində yol kimi göstərilməmişdir. Həmin hissə mütəxəssis rəyinə əlavə edilmiş sxem 1-də ştirixlənərək göstərilmişdir. X10 tərtib etdiyi mütəxəssis rəyinə əsasən, cavabdeh tərəfindən qoyulmuş darvaza gediş-gəliş yolunun üzərində qoyulmuşdur. Lakin həmin yol ancaq cavabdehin həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş hissəsidir (plan-ölçü sənədinə əsasən). Eyni zamanda, həmin mütəxəssis rəyinə əsasən, iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu plan-ölçü sənədinə əsasən, mütəxəssis rəyinə əlavə edilmiş sxem 3-də iddiaçının cizgisindəki A-dan B-yə qədər olan 3,5 metr məsafədə göstərilmişdir. Həmin yol xətti sxem 3-də ştrixlənmişdir. Hal-hazırda iddiaçının faktiki istifadə konfiqurasiyası sənəd üzrə olan konfiqurasiyadan fərqlidir. Bu səbəbdən də iddiaçının öz plan-ölçü sənədində göstərilən gediş-gəliş yoluna çıxışı məhdudlaşır. Faktiki istifadə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş sxem 2-də göstərilmişdir. MPM-in 420-ci maddəsinə əsaən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərinə uyğun araşdırma aparılmalıdır. Qeyd olunan göstərişlər baxımından iddiaçıdan ona məxsus torpaq sahəsinin planı və ölçüsü sənədini tələb edilmiş, lakin o özündə əlavə sənədlərin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının özü üçün gediş-gəliş yolunu həmin torpaq sahəsini ona satan şəxsdən deyil, digər Cavabdeh1 tələb etməsinin səbəblərini araşdırarkən iddiaçı bildirmişdir ki, torpağın bir hisəsi sonradan Əsmər Muxtarovaya qaytarılsa da, onun gedişgəliş yolu mübahisəli ərazidən olmuşdur. Mübahisəli ərazinin cavabdehə heç bir aidiyyəti yoxdur. İşdən isə görünür ki, iddiaçıya məxsus olan torpaq sahəsinə gediş-gəliş yolu mübahisəli ərazidən deyil, Qax şəhəri 28 may küçəsindən perpendikulyar olaraq ayrılan 1ci döngədən olmuşdur. Belə ki, iddiaçı həmin torpaq sahəsini əvvəlcə bütöv olaraq almış, lakin sonradan əvvəlki mülkiyyətçi ilə aralarında narazılıq yarandığından torpağın bir hissəsi əvvəlki vəziyyətə qaytarılmışdır. Ona görə də iddiaçı gediş-gəliş yolunu əvvəlki mülkiyyətçidən tələb etməlidir. Çünki, Cavabdeh1 adına xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 saylı qərarına əsasən 699,37 kv.m torpaq sahəsi E.Cumayevə məxsusdur, onun qanuni istifadəsindədir. Həmin sənəd isə Ali Məhkəmənin qərarında qeyd edildiyi kimi torpaq sahəsinin ayrılması barədə qərarla birlikdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır və mülkiyyət hüququnun daşınmaz əmlakı dövlət reyestrində qeydə alınmaması həmin torpağın cavabdehə məxsus olmaması demək deyildir. İş materiallarında olan ekspert rəyində konkret olaraq göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu plan-ölçü sənədinə əsasən mütəxəssis rəyinə əlavə edilmiş sxem 3-də (iş v. 57) «iddiaçının cizgisindəki A-dan B-yə qədər olan 3,5 metr məsafədə göstərilmişdir və həmin yol xətti ştrixlənmişdir. Bu sxemdən mübahisəsiz qaydada açıq-aşkar aydın olur ki, İddiaçı həyətyanı torpaq sahəsinə gedişgəliş yolu Qax şəhəri, M.F.Axundov küçəsi istiqamətindən yox, bu küçəyə paralel vəziyyətdə olan-Qax şəhəri, 28 May küçəsindən perpendikulyar olaraq ayrılan 1-ci döngədəndir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, iddia tələbinin və etirazın dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının göstərdiyi dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın cavabdeh Əsmər Əlizadəyə münasibətdə qismən təmin edilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apelyasiya şikayəti verib qətnaməni mübahisələndirsə də və ona münasibətdə birinci instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minsə də, hazırda apelyasiya yoxlamasında olan qətnamənin qanunsuz və əsassız olması müəyyən edildiyindən, iddiaçının tələbinə hüquqi qiymət verilməli olduğundan və apelyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, mübahisənin predmeti isə bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mahiyyəti üzrə həll edilməlidir. İddia tələbinə nəzər salanda müəyyən olunur ki, iddiaçının tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və DƏDRX-nin 12 saylı X15 Qax rayon şöbəsinə qarşı yönəlmişdir. Birinci instansiya məhkəməsi isə qət etmişdir ki, iddia təmin edilsin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarışa əsasən İddiaçı məxsus Qax şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə gediş-gəliş yolu açılsın, Cavabdeh1 tərəfindən həyətyanı torpaq sahəsinə iddiaçıya gediş-gəliş üçün yaradılan maneələr aradan qaldırılsın və Cavabdeh1 tərəfindən qoyulmuş darvaza sökülsün, iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh1 alınaraq dövlət büdcəsinə köçürülsün. Hazırda iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsinə dair qanuni qüvvəyə minmiş qətnamə vardır. Ona görə də iddia tələbinin digər cavabdehlərə münasibətdə təmin edilibedilməməsinin mümkünlüyü araşdırılır. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmənin bütün prosessual hərəkətləri iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbinin dəlillərinə məhz iddiaçı tərəfin iddianın əsası kimi istinad edilən halları üzrə, onun mənayefinə uyğun hüquqi qiymət verməyə çalışsa da cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara diqqət yetirməmiş, sübutları birtərəfli qiymətləndirmiş, qəbul etdiyi qətnaməsində işdə olan sənədləri sadalamaqla kifayətlənmiş, işin hallarını araşdırılmasını və araşdırılmasının nəticəsi kimi işin hansı faktiki halları müəyyən etməsini göstərməmişdir. İşin faktiki hallarından göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materiallarında olan rəylə uzlaşmır. Belə ki, verilmiş rəyin nəticə hissəsindən aydın olur ki, İddiaçı açılmasını tələb etdiyi yol (M.F.Axundov küçəsinə çıxış) onun özünün plan-ölçü sənədində yol kimi göstərilməmişdir, həmin yolun son nöqtəsi iddiaçının sərhədi başlamamış bitir, yəni iddiaçının həmin yola çıxışı Cavabdeh1 plan-ölçü sənədinə əsasən onun qanuni istifadəsində olan torpaq sahəsindən keçməklə mümkündür. Cavabdeh1 adına xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 saylı qərarına əsasən 699,37 kv m torpaq sahəsi E.Cumayevə məxsusdur, onun qanuni istifadəsindədir. Bu isə Ali Məhkəmənin sözügedən qərarında qeyd edildiyi kimi torpaq sahəsinin ayrılması barədə qərarla birlikdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması həmin torpağın cavabdehə məxsus olmaması demək deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 münasibətdə təmin etməməkdə səhvə yol vermiş, ekspertin rəyinin digər sübutlarla birgə qiymətləndirməmiş, ekspertin rəyinin məzmunun əks etdirməsinə baxmayaraq, bu rəylə razılaşmamasını qətnaməsində əsaslandırmamış, gəlinmiş nəticə iş materiallarında olan rəylə ziddiyyət təşkil etmişdir. Bununla əlaqədar olaraq, birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin plan və ölçüsü sənədini tələb edərək araşdırmamış, iddiaçının faktiki istifadəsindəki torpaq sahəsinin konfiqurasiyasının sənəd üzrə olan konfiqurasiyadan fərqli olması və bu səbəbdən də iddiaçının öz plan ölçü sənədində göstərilən gediş-gəliş yoluna (28 may küçəsinə) çıxışının məhdudlaşdığı barədə rəydə qeyd edilənləri (bax sxem 2 və 3-ün müqayisəsinə (iş v. 56, 57) yoxlamamışdır. İşdə iddaçının öz evinin yerləşdiyi 0,03 ha həyətyanı torpaq sahəsinin X5, yəni digər Cavabdeh2 anasına məxsus hazırda ünvan 1 b ünvanında yerləşən həyətin bir hissəsi kimi satın aldığını, həmin həyətin 28 May küçəsinə yolu olduğunu, həmin torpaq sahəsi bölünüb satıldığına görə iddiaçıya əvvəlki mülkiyyətçi tərəfindən yol verilməli olmasını nəzərə almamış, İddiaçı ev və həyətyanı torpaq sahəsini Əsmər Muxtarovadan alarkən evin yolununun məhz hansı küçədən olmasını aydınlaşdırmamış, iddiaçının özü üçün gediş-gəliş yolu məsələsini həmin torpaq sahəsini ona satan şəxsdən deyil, məhz Cavabdeh1 tələb etməsinin səbəblərini araşdırmamışdır. Birinci instansiya məhkəməsi onu da nəzərə almamışdır ki, DƏDRX-nin 12 saylı X15 Qax rayon şöbəsi iş üzrə cavabdehlərdən biridir. Ancaq buna baxmayaraq, həmin cavabdeh tərəfindən verilmiş ******* nömrəli daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarışa və texniki pasporta istinad edərək İddiaçı məxsus Qax şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması barədə nəticəyə gəlmişdir ki, bu da qanuni və əsaslı ola bilməz. İddia tələbi, iddiaçının izahatı və apelyasiya şikayətindən müəyyən olunur ki, iddiaçı mübahisəli torpaq sahəsini cavabdeh Zaur Cəlillovun (hazırda onun hüquqi varisi cavabdeh Əsmər Əlizadədir) anası X4 almışdır. İddiaçıya satılan 0,03 ha torpaq sahəsi isə Cavabdeh2 yaşadığı evin həyətyanı torpaq sahəsinin bir hissəsi olmuşdur və iddiaçıya mübahisəli torpaq sahəsi satılarkən həmin torpaq sahəsinə gediş-gəliş üçün yol müəyyən edilməmiş, başqa sözlə alıcı olan iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad əşya verilməmişdir. Məhz bu səbəbdən də iddiaçının aldığı torpaq sahəsinə sərbəst gediş-gəliş üçün yol Qax şəhəri, 28 May küçəsindən ayrılan döngədən verilməli olduğu halda, M.F.Axundov küçəsindən göstərilmişdir ki, bu da iş üzrə Cavabdeh1 hüquqlarına toxunmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh Əsmər Əlizadənin mübahisəli torpaq sahəsinə gedən yolun üzərində darvaza qoyması iş materialları ilə sübut olunmur. Ona görə də iddia tələbinin bu hissəsi ona münasibətdə təmin oluna bilməz. İddia tələbinin digər cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X15 Qax rayon şöbəsinə qarşı təmin edilməsi məsələsinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşa bilmir. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, DƏDRX-nin 12 saylı X15 Qax rayon şöbəsi yalnız iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2009-cu il tarixdə ******* nömrəli çıxarış vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2-ci bəndinə əsasən, xidmətin fəaliyyət istiqamətləri dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək, daşınmaz əmlakın dövlət reyestrini tərtib edib aparmaq, daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin etmək, daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil etməkdən ibarətdir. Göründüyü kimi, DƏDRX-nin fəlaiyyət istiqamətlərində şəxslərin mülkiyyətində olan torpaq sahələrinə müdaxilələrin aradan qaldırılması kimi fəaliyyət istiqaməti nəzərdə tutulmamışdır. Ona görə də iddia tələbi cavabdeh DƏDRX-nin 12 saylı X15 Qax rayon şöbəsinə münasibətdə təmin edilə bilməz. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Həmin qanunun 8-ci maddəsinə görə, ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit olunmuşdur (127-ci maddənin İİ hissəsi). Birinci instansiya məhkəməsinin qeyd edilən Plenum qərarının tələbləri baxımından sübutlara müfəssəl hüquqi qiymət verməyərək işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçının iddia tələbinin əsası kimi, cavabdehlərin isə iddiaya olan etirazının əsas kimi istinad etdikləri hallara və sübutlara lazımi hüquqi qiymət verməyərək iş üzrə gəldiyi nəticəni qanunauyğun əsaslandırmamışdır. Ona görə də iddia tələbi cavabdeh Əsmər Əlizadəyə münasibətdə təmin edilməli, digər cavabdeh DƏDRX-nin 12 saylı X15 Qax rayon şöbəsinə münasibətdə isə təmin olunmamalıdır. Məhkəmə kollegiyasının gəldiyi nəticə MPM-in 420-ci maddəsinin tələbləri baxımından da əsaslıdır. Belə ki, həmin maddənin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən kassasiya instansiyası məhkəməsinin göstərişi də belədir. MPM-in 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-ə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad. 77.1). Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (mad. 88). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Qeyd olunanlarla yanaşı, MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarına əsasən, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan, apelyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(024)-111/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi cavabdeh Əsmər Əlizadəyə münasibətdə qismən təmin edilməli, digər cavabdeh DƏDRX-nin 12 saylı X15 Qax rayon şöbəsinə münasibətdə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(024)-111/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi cavabdeh X11 münasibətdə qismən təmin edilsin. Cavabdeh X13 iddiaçıya aid torpaq sahəsinə gediş-gəliş yolunu açsın və maneələri aradan qaldırsın (sxem əlavə olunur). Məhəmə ekspertiza xərci olan 50 manat cavabdeh Əsmər Əlizadədən alınıb Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. BİK CTREAZ 22) hesabına köçürülsün. İddia tələbi cavabdeh X11 münasibətdə qalan hissədə təmin edilməsin. İddia tələbi digər cavabdeh DƏDRX-nin 12 saylı X15 Qax rayon şöbəsinə münasibətdə təmin olunmasın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1593/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1593/2020
03.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver