Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1595/2021 06.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun məcburi qaydada alınması tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(014)-841/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(014)-841/2021 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) iddia təmin olunmuş, İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh 15000 (on beş min) ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 09.09.2019-cu il tarixdə onunla qiyməti 15000 (on beş min) ABŞ dolları olan “FORD TRANSİT TOURNLO YÜK” markalı, buraxılış ili 2008-ci il olan, ** JU *** dövlət qeydiyyat nişanlı ağ rəngli yük avtomobil almışdır. Razılaşmaları belə olmuşdur ki, cavabdeh avtomobilin dəyərini bir il ərzində ona qaytaracaqdır. Cavabdehin səmimiyyətinə və bacanağı olan Bəhmanla şəriklik münasibətində olduğuna görə, inanaraq həmin avtomobili ona vermişdir. Aradan bir ildən çox vaxt keçsə də, cavabdeh avtomobilin pulunu vermədiyinə görə onunla görüşüb, avtomobilin pulunu istəyəndə bildirdi ki, uzun müddət işsiz olduğuna görə müəyyən məbləğdə borcu yaranmışdır. Avtomobillə əldə etdiyi qazancını borclarına ödəmişdir. Cavabdehlə aralarında sadə yazılı formada “Mövcud borcun etirafı barədə mücərrəd müqavilə” bağlayaraq hər ikisi həmin müqaviləni imzalamışlar. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh avtomobilə görə ona borclu olduğu 15000 ABŞ dolları məbləğində borcunu müqavilə bağlandığı vaxtdan 1 (bir) il müddətinə, yəni 1 il tarixədək tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək, yəni borcunu qeyd edilən tarixədək qaytarmayaraq üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Cavabdeh ona olan borcunu qaytarması barədə tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməyinə baxmayaraq, bu günədək borcu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdehlə aralarında yaranmış borc mübahisəsini aralarında sadə formada yazılmış müqavilənin şərtlərinə uyğun məhkəmədən kənar həll etmək mümkün olmadığından ona qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək, boclu olduğunu etiraf etdi və borcunu 2022-ci ilin fevral ayında ödəyəcəyini bildirdi. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin həmin qətnaməsi əsassız və qanunsuzdur, maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol verilməklə çıxarılmışdır. 2019-cu il tarixdə o, iddiaçının bacanağı Bəhmanla şərikli alver etmişdir. Bir gün iddiaçı onlarla görüşərək Gürcüstan Respublikasından “FORD TRANSİT TOURNEO YÜK” markalı avtomobil alacağını onlara söyləmiş və həmin avtomobili alıb onlara vermək, onlarla birlikdə şərikli alver etmək istədiyini bildirmişdir. Avtomobilin pulunun isə 1/3 hissəsinin ondan, 1/3 hissəsini isə bacanağından alacağını söylədi. Onlar hər üçü razılaşaraq 2019-cu ilin sentyabrında Gürcüstandan maşın bazarından həmin avtomobili almışlar. Avtomobili Azərbaycanda onun adına sənədləşdirdikdən sonra rayonlararası alverə başlamışlar. İddiaçı ilə bacanağı arasında şəxsi problemləri yarandığına görə iddiaçı onu şəriklikdən aralaşdırmışdır. İddiaçının təklifi ilə Ağdaş şəhərində onun adına olan "X1 Təsərrüfatı” MMC-nin xətti ilə ümumi dəyəri 25614 (iyirmi beş min altı yüz on dörd) ABŞ dolları məbləğində nar məhsulunu iddiaçının tanışlarının sifarişi ilə Ukrayna Respublikasının Odessa şəhərinə aparmışlar. Yol boyu yaranan problemlər nəticəsində Odessa şəhərinə apardıqları nar meyvəsi tamamilə yararsız vəziyyətə düşərək xarab olmuşdur. Məhsulun xarab olmasında onun heç bir günahı olmamışdır. Bu məsələni həll etmək üçün iddiaçı nümayəndə kimi Odessa şəhərinə getmişdir. Keçirilmiş ekspertizanın nəticəsində məhsulun xarab olması faktı öz təsdiqini tapmışdır. Məhsulun alınması üçün əldə pul vəsaiti olmadığına görə o, həmin minik avtomobilini ipoteka qoymaqla lizinqdən 15000 manat pul da götürmüşdür. Ağdaş Rayon Məhkəməsində işə baxılan zaman o, bütün bunları öz izahatında bildirmişdir və həmin avtomobilə görə iddiaçıya 5000 ABŞ dolları borcu olduğunu, 6000 manat lizinqdən götürdüyü krediti də tək ödədiyini, 15200 manat aldıqları nara görə vətəndaşlara onun ödədiyini, hazırda itki və gəlirlər hesablanan zaman onun hazırda iddiaçıya cəmi 2150 manat borcu olduğunu məhkəmədə etiraf etmişdir. İşə baxan məhkəmə ona iddiaçıya həmin borcunu etiraf etməyi barədə yazılı ərizə tələb olunduğunu bildirmiş, onların diqtəsi ilə ərizəni yazıb məhkəməyə vermişdir. Lakin məhkəmədə ona yazdırılmış ərizədən belə görünür ki, guya o, həmin yük avtomobilinə görə iddiaçıya 15000 ABŞ dolları borcunu etiraf etmişdir. Göründüyü kimi işə baxan məhkəmə də işə baxarkən ancaq iddiaçının mövqeyini və maraqlarını müdafiə etmiş, izahatında verdiyi işin həqiqi hallarını əsaslandırmadan ona qarşı qərəzli mövqe tutaraq heç bir hüquqi əsası olmayan iddia tələbini təmin etməklə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(014)-841/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(014)-841/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəməyə göndərdiyi teleqramda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(014)-841/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 449.1, 739 və 742.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun məcburi qaydada alınması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbinə əsasən cavabdehin ona 15000 ABŞ dolları borcu vardır. Cavabdeh də təsdiq edir ki, onun iddiaçıya 15000 ABŞ dolları borcu vardır. Belə olan halda tərəflər arasında borcun olması işin mübahisəsiz halıdır. Cavabdeh bildirmişdir ki, aralarında olan danışığa əsasən borcu cavabdehə 2022-ci ilin fevral ayında qaytarmağa söz vermişdir. İddiaçı isə aralarında belə danışığın olmadığını, əksinə 2020-ci ilin sentyabr ayınadək cavabdehin pulu ödəməli olduğunu bildirir. Belə olan halda isə görünür ki, cavabdehin etirazı ilə bağlı sübutetmə yükü onun üzərinə düşür və cavabdeh öz etirazının əsaslarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə cavabdehin iddia tələbinə bu hissədə etirazı əsaslı hesab edilə bilməz. Borcun qaytarılması vaxtı barəsində tərəflər arasında ziddiyətli fikirlər olduğundan və heç bir tərəf bununla bağlı əsaslı sübut təqdim etmədiyindən, məhkəmə hesab edir ki, borcun qaytarılması üçün müddət şərtləndirilməmiş hesab edilməlidir. İşin materiallarına mövcud borcun etirafı haqqında mücərrəd müqavilə əlavə olunsa da, həmin müqavilə iki səhifədən ibarətdir. Müqavilənin şərtləri birinci səhifədə qeyd olunsa da, həmin səhifə cavabdeh tərəfindən imzalanmamış və cavabdeh məhkəmə iclasında müqavilənin birinci səhifəsinin dəyişdirildiyini bildirdiyindən həmin müqavilə işə baxılarkən sübut kimi nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 15000 ABŞ dolları borcu vardır. Borcun qaytarılması müddəti barəsində mötəbər sübut təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, borc verən borcu tələb etdiyindən borc alan tərəfindən dərhal qaytarılmalıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 15000 (on beş min) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(014)-841/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(014)-841/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1595/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1595/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver