Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1596/2020 02.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-851/2020 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilməsi, xx xxxxxxx 2016-cı il təvəllüdlü Yusifov Ömər Tahir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-10426/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsi təmin edilməsi qət edilmişdir. işin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların xx xxxxxxx 2016-cı il tarixdə anadan olmuş uşaqları Yusifov Ömər Tahir oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh alınıb ona verilməli olan aliment məbləğinin artırıaraq hər ay üçün sabit pul məbləğində 170 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, Cavabdeh ilə nikahları rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə onların xx xxxxxxx 2016-cı il tarixdə Ömər adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşalar da, sonradan münasibətləri dəyişmişdir. Sonradan onlar ayrılmışlar, aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuş və azyaşlı uşağı onun yanında saxlanılmışdır. Eyni zamanda həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 80 manat alimentin alınaraq ona verilməsi qərara alınmışdır. Lakin bu günki bazar qiymətlərinə görə həmin məbləğ çox azdır və o, maddi cəhətdən çox çətinlik çəkir. Belə ki, Cavabdeh hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olur, gündəlik qazancı yaxşıdır. Cavabdeh xeyli pul qazanmasına baxmayaraq qazancından uşaq üçün ona ayda cəmi 80 manat məbləğində aliment ödəyir. Həmin məbləğlə uşağının pal-paltarlarının, təhsilinin, sağlamlığının və maddi təminatlarının qeydinə qalmaq heç cür mümkün deyildir. Uşağın səhhəti ilə əlaqədar mütamadi olaraq dərman xərcləri artır. Uşaq böyüdükcə tələbatları artır. Lakin buna baxmayaraq cavabdeh uşağın saxlanılması üçün az miqdarda aliment ödəyir. Ümumiyyətlə cavabdeh uşağı ilə maraqlanmır, ona qayğı göstərmir. Artıq azyaşlının 4 yaşı var, lakin o, atasını tanımır. Azərbaycan Respualikası Prezidentinin Sərəncamına əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Ona görə də alimentin artırılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, o, iddiaçı ilə nikahları rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə onların xx xxxxxxx 2016-cı il tarixdə Ömər adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşalar da, sonradan münasibətləri pozulmuşdur. Sonradan onlar ayrılmışlar, aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuş və azyaşlı uşağı İddiaçı yanında saxlanılmışdır. Eyni zamanda həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh ondan hər ay sabit pul məbləğində 80 manat alimentin alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Lakin bu günədək uşağını görməmişdir və uşağı onu ümumiyyətlə tanımır. Həmçinin uşağı ilə görüşərək ünsiyyətdə olmas ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. Hazırda fəhləliklə məşğuldur. İkinci dəfə ailə qurmamışdır. Stabil gəliri yoxdur. İddia tələbində göstərilən aliment məbləğini ödəmək onun imkanı xaricindədir. Maddi imkanı olduqca zəifdir. İddianı qəbul etmir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apelyasiya şikаyəti vermişdir. apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığı üçün ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. tərəflərin İzahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh İddiaçı hər ay 100 manat aliment kartına pul oturda biləcəyi, 5 manat isə əlavə xərclərlə bağlı, ümumilikdə ondan 105 manat alimentin tutulmasını, əks halda işləyə bilməyəcəyi bildirərək, aliment məbləğinin 105 manata endirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı yazılı ərizə ilə müraciət edərək bildirdi ki, Cavabdeh qarşı alimentin artırılaraq 170 manat tələbi ilə iddia qaldırmışdır. Ancaq cavabdehin təkilifi ilə razılaşdığını və cavabdeh tərəfindən ona 105 manat aliment ödənilməsinə etiraz etmədiyini bildirdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatalarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-851/2020 nömrəli qətnaməsi dəyişdirilməli, xx xxxxxxx 2016-cı il təvəllüdlü Yusifov Ömər Tahir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-10426/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği hər ay 105 (bir yüz beş) manat sabit pul məbləğində müəyyən edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-10426/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 ilə Cavabdeh arasında Şəki Rayon Qeydiyyat Şöbəsində bağlanmış xx xxxx 2013-cü il tarixli nikahın pozulması, tərəflərin birgə nikahdan olan xx xxxxxxx 2016-cı il tarixdə anadan olmuş uşaqları Yusifov Ömər Tahir oğlunun anası X2 yanında saxlanılması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün sabit pul məbləğində 80 manat məbləğində alimentin Cavabdeh alınaraq iddiaçı X3 verilməsi, alimentin tutulmasının əvvəlinin xx xxxxxxx 2016-cı il tarixdən hesablanması qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə və 34-cü maddəsinin İV bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 58, 75.1, 78.1, 78.2 və 100.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 19-cu maddələrinə, “Uşaq Hüquqları haqqında” X1 Konvensiyasının 3-cü maddəsinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinə və «Аzərbаycаn Respublikаsındа yаşаyış minimumu hаqqındа» Аzərbаycаn Respublikаsının qаnununа istinad etməkdə haqlı olsa da, sabit məbləğdə aliment təyin edərkən alimentin məbləği ilə bağlı tərəflərin qarşılıqlı münasibətlərinə və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinə uyğun olaraq valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludur; uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır; digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqa malikdir; uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludur; uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsinin və təhsil formasını seçmək hüququna malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və bir hissəsini həmin vaideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəiri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” X1 Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməməsindən asılıolmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Həmin Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. «Аzərbаycаn Respublikаsındа yаşаyış minimumu hаqqındа» Аzərbаycаn Respublikаsının qаnununа əsаsən 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-10426/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxxx 2016-cı il təvəllüdlü Yusifov Ömər Tahir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin olunmasını qət edərkən işin hallarını düzgün müəyyən etsə də həmin hallara uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etsə də, sabit məbləğdə alimentin məbləğini müəyyən edərkən reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə əsas ola biləcək hallar müəyyən edilməsə də qətnamənin dəyişdirilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Birinci instansiya məhkəməsi qanunun yuxarıda göstərilən normasının tələblərinə əməl etməməkdə də, haqlı olmamışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Apellyasiya Məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxxx 2016cı il tarixdə cavabdehlə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx xxxxxxx 2016-cı il təvəllüdlü Yusifov Ömər Tahir oğluadlı oğlu dünyaya gəlmişdir.Tərəflər arasında olan narazılıqlar səbəbindən nikahları Şəki rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-10426/2016 saylı qətnaməsi ilə pozulmuş vətərəflərin birgə nikahlarından dünyaya gəlmiş xx xxxxxxx 2016-cı il təvəllüdlü Yusifov Ömər Tahir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 80 manat aliment tutulması qət edilmişdir.İddiaçı həmin aliment məbləği ilə xx xxxxxxx 2016-cı il təvəllüdlü Yusifov Ömər Tahir oğlunun tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşağın tələbatlarının artması ilə əsaslandırmışdır. Cavabdeh isə iddianı birinci instansiya məhkəməsi araşdırması zamanı qəbul etməmiş, birinci instansiya məhkəməsinin məlum qətnaməsindən apellyasiya şikayəti verərək iddia tələbinin təmin olunmamasını xahiş etsə də, xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iddiaçıya hər ay 105 manat aliment ödəyə biləcəyini qeyd etmiş, iddiaçı da bununla razılaşdığını qeyd edərək yazılı ərizə təqdim etmişlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-851/2020 nömrəli qətnaməsi dəyişdirilməli, xx xxxxxxx 2016-cı il təvəllüdlü Yusifov Ömər Tahir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-10426/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği hər ay 105 (bir yüz beş) manat sabit pul məbləğində müəyyən edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddianın məbləği yuxarıda qeyd olunan normanın dispozisiya şərtlərini yaratmır. Belə ki, iddiaçı hər ay uşağın saxlanması üçün 80 manat aliment alırdı. Hazırkı iddiasında uşağa görə tələb 170 manat təşkil edir. Deməli, artırılması tələb olunan məbləğ 90 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Tələb olunan məbləğin bir il ərzində məcmusu (90 X 12 ay = 1080 manat) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-851/2020 nömrəli qətnaməsi dəyişdirilsin. xx xxxxxxx 2016-cı il təvəllüdlü Yusifov Ömər Tahir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-10426/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği hər ay 105 (bir yüz beş) manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1596/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1596/2020
02.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver