Məhkəmə qərarları › İş №2(107)-1600/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1600/2020

03.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1600/2020 03.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X2 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Əmlak» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(051)-419/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh3tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh31. 9500 manat, 2. 1 ABŞ dollarının-1.70 manat olan dövrdə 13331 ABŞ dolları, 22662,70 manat, 3. 1 türk lirəsinin Azərbaycan manatına olan məzənnəsi 0,4360 manat olan dövrdə 459 lirə, yəni 200,12 manat, 4. 1 Rusiya rublunun Azərbaycan manatına olan məzənnəsi 0,0296 manat olan dövrdə 8000 rubl, yəni 236,8 manat nəğd pul və 12 adda qızıl-zinət əşyalarının özlərinin və dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(051)-419/2020 nömrəli (hakim Ə.Hüseynov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 13908,20 (on üç min doqquz yüz səkkiz manat iyirmi qəpik) manat, Cavabdeh2 13908,20 (on üç min doqquz yüz səkkiz manat iyirmi qəpik) manat və Cavabdeh3 7618 (yeddi min altı yüz on səkkiz) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilmə qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 apelyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(051)-419/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli 1(051)-50/2019 saylı hökmü ilə cavabdehlər olan şəxslər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər. Hökm qanuni qüvvəsini almışdır. Cavabdehlər ona məxsus mənzildən 1) 9500 (doqquz min beş yüz) manat, 2) 13331 (on üç min üç yüz otuz bir) ABŞ dolları, 3) 22662.7 (iyirmi iki min altı yüz altmış iki manat 7 qəpik) manat, 4) 459 (dörd yüz əlli doqquz) lirə, 5) 8000 (səkkiz min) rubl nəğd pul və 6) əyarı 583, şəkisi 3 qram, dəyəri 150 manat olan bir ədəd “qızıl sırğa”, 7) əyarı 583, çəkisi 2 qram, dəyəri 100 manat olan bir ədəd badamı fomalı slikon qaşlı “bir tayı olmayan sırğa”, 8) əyarı 750, forması yevrey , dəyəri 4200 manat olan, briliant qaşlı sırğa, üzük, bilərzik və boyunbağıdan ibarət olan bir ədəd komplekt, 9) əyarı 583, çəkisi 33 qram, dəyəri 1650 manat olan bir ədəd “yoluçnu boyunbağı”, 10) əyarı 750, çəkisi 20 qram, dəyəri 1400 manat olan bir ədəd “üzərində balıq, nal və sair fiqurlar olan qolbağ”, 11) əyarı 583, çəkisi 10 qram, dəyəri 500 manat olan bir ədəd “Qızıl qolbağ” 12) əyarı 750, çəkisi 5 qram, dəyəri 350 manat olan bir ədəd “ağ qızıldan ibarət olan tək daşlı briliant üzük”, 13) əyarı 750, çəkisi 5 qram, dəyəri 350 manat olan bir ədəd “briliant qaşlı qızıl üzük”, 14) əyarı 583, çəkisi 4 qram, dəyəri 200 manat olan bir ədəd “briliant qaşlı üzük”, 15) əyarı 583, çəkisi 4.5 qram dəyəri 225 manat olan bir ədəd “sırğa və üzükdən ibarət olan komplekt”, 16) əyarı 583, çəkisi 2.5 qram, dəyəri 125 manat olan bir ədəd “abadok formalı bir qaşı düşmüş üzük”, 17 əyarı 583, çəkisi 2.5 qram, dəyəri 125 manat olan bir ədəd “göy safir qaşlı üzük” oğurlamışlar. Bununla bağlı hökm qanuni qüvvəsini almışdır. Bundan əlavə Cavabdeh3 və onun valideynləri ona xx.xx.2019-cu il tarixdə 3000 manat, xx.xx.2018-ci il tarixdə 1800 ABŞ dolları, 200 manat və 1000 Rus rublu vermişlər. Ona görə də cavabdehlərdən 1. 9500 manat, 2. 1 ABŞ dollarının-1.70 manat olan dövrdə 13331 ABŞ dolları, 22662,70 manat, 3. 1 türk lirəsinin Azərbaycan manatına olan məzənnəsi 0,4360 manat olan dövrdə 459 lirə, yəni 200,12 manat, 4. 1 Rusiya rublunun Azərbaycan manatına olan məzənnəsi 0,0296 manat olan dövrdə 8000 rubl, yəni 236,8 manat nəğd pul və 12 adda qızıl-zinət əşyalarının özlərinin və dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh3 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Mülki Məcəllənin maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Belə ki, onlar bir neçə oğurluqda ayrı və iki nəfər iştirak etsələr də sözü gedən oğurluq hadisəsini Cavabdeh1 etmişdir. O zərərçəkmiş şəxsə 6290 manat ödədiyini və 1710 manat borcunun qaldığını hesab etsə də, ünvanına gələn qətnamədə 7618 manat borcunun qaldığı göstərilmişdir. Hesab edir ki, borc məbləği şişirdilmişdir.Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(051)-419/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işdə iştirak edən tərtəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020ci il tarixli, 2(051)-419/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə əlavə olunmuş MingəçevirŞəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib müxtəlif cəzalara məhkum edilmişlər. Sözügedən hökmün əsaslandırıcı hissəsindən də görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı 41724,62 manat dəyərində ziyan vurmuşlar. Bundan əlavə sözügedən hökmün əsaslandırıcı hissəsindən görünür ki, Cavabdeh3 və valideynləri İddiaçı dəymiş ziyandan xx.xx.2019-cu il tarixdə 3000 manat, xx.xx.2018-ci il tarixdə 1800 ABŞ dolları, 200 manat və 1000 Rus rublu qaytarmışlar. Öyrənilən işdən bəlli olur ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarmışdır. İşə əlavə edilmiş hökmdən göründüyü kimi İddiaçı 41724,62 manat dəyərində ziyan vurmuşlar. Həmin məbləğ üç nəfər arasında bölünərək digər iki nəfərə o cümlədən apelyasiya şikayəti vermiş Cavabdeh3 13908,20 manat məbləğ düşmüşdür. Birinci instansiya məhkəməsi Cavabdeh3 və valideynlərinin İddiaçı dəymiş ziyandan xx.xx.2019cu il tarixdə 3000 manat, xx.xx.2018-ci il tarixdə 1800 ABŞ dolları, 200 manat və 1000 Rus rublu qaytarmalarını nəzərə alaraq Cavabdeh3 7618 (yeddi min altı yüz on səkkiz) manat alınıb İddiaçı verilməsini qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MMP-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Apelyasiya şikayətində göstərilmiş dəlillərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, göstərilmiş dəlillər əsassızdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh3 tərəfindənverilmiş apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(051)-419/2020 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar