Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1601/2020 01.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi, iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətininin (bundan sonra iddiaçı) nümayəndəsi X6 iştirakı ilə iddiaçının Cavabdeh, X9 və X8 qarşı kredit, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi barədə ilkin iddia ərizəsinə, Cavabdeh isə iddiaçıya qarşı pul və mənəvi ziyan tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(051)-17/2020 nömrəli qətnaməsindən tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh, X9 və X4 iddiaçı «xxxx» ASC-nin xeyrinə əsas kredit borcu üzrə 8602,38 manat, faiz borcuna görə 1710,34 manat, cərimə borcu üzrə 3379,09 manat, cəmi 13691,81 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutuması, tələbin Cavabdeh mülkiyyətində ipoteka predmeti olan Mingəçevir şəhəri, D.Əliyeva küçəsində 0,06 ha torpaq sahəsi və həmin sahədə yerləşən 11 A fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 100.000 manat müəyyən edilərək hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi və əmlak satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və X5 həmin yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» KB ASC-dən artıq ödədiyi 2644,84 manat pulun və 5000 manat mənəvi ziyanın alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) xx xxx 2020-ci il tarixli 2(051)- 17/2020 nömrəli qətnaməsi ilə ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə qismən təmin edilərək, «xxxx» KB ASC-dən 2644,84 manatın Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(051)-17/2020 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 30000 manat məbləğində 60 ay müddətinə, xx.xx.2019-cu il tarixinədək müddət ərzində əlavə kredit müqavilələri bağlamaqla kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2014-cü il tarixli, 2812micMNG/14 saylı əlavə kredit müqaviləsinə əsasən, Cavabdeh 30 ay müddətinə illik 24 % ödəmək şərti ilə 15000 manat məbləğində istehlak məqsədləri üçün kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatının üsulu kimi xx.xx.2014cü il tarixdə Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri, D.Əliyeva küçəsində 0,06 ha torpaq sahəsi və həmin sahədə yerləşən 11 A saylı fərdi yaşayış evi “xxxx” KB ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi xx.xx.2014-cü il tarixdə DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda, əsas və əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq X9 və X10 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh dəfələrlə xəbərdarılq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və nəticədə onun banka xx xxxxxxx 2019-cu il tarixədək 2894,33 manat məbləğdə kredit borcu yaranmışdır. Qeyd olunanlara əsasən Cavabdeh, X9 və X4 2894,33 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində ipoteka predmeti olan Mingəçevir şəhəri, D.Əliyeva küçəsində 0,06 ha torpaq sahəsi və həmin sahədə yerləşən 11 A fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 100.000 manat müəyyən edilərək hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi və əmlak satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və X5 həmin yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslanıdırılmışdır ki, «xxxx» ASC ona, yəni Cavabdeh, X9 və X8 qarşı “Kredit, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Mən məhkəmə iclasında iddia tələbini qəbul etməmişəm və iş üzrə ekspertiza təyin olunmasını tələb etmişəm. Belə ki, mənə məlum idi ki, mən artıq pul ödənişi etmişəm. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert rəyi ilə mənim borcumun olmaması göstərilmişdir. Bankın nümayəndəsi ekspert rəyi ilə razılaşmamış və təkrar ekspertizanın aparılmasını tələb etmişdir. İş üzrə təkrar ekspertiza aparılmış və onun artıq 2644,84 manat ödəniş etməyim müəyyən olunmuşdur. Hazırda tərəfimdən «xxxx» KB ASC-yə artıq ödədiyim 2644,84 manat pulun və 5000 manat mənəvi ziyanın alınıb mənə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edirəm. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 17/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə razı deyillər. Adı çəkilən qətnamə çıxarılarkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, isin halları və sübutlar hərtərfii və obyektiv araşdırılmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 AZN dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən “xxxx” KB ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının nümayəndəsi Yavər Novruzov apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, Mərkəzi Bankın rəyinə əsasən qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasınа baxmayaraq, cavabdehlər Cavabdeh, X9 və X10 məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh isə məhkəmə kollegiyasına teleqram göndərərək bildirmişdir ki, səhhəti ilə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilmir. Ekspertizanın rəyi ilə razılaşmır. Məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan sübutlardan, yəni: xx.xx.2014-cü il tarixli 2812micMNG/14-EM nömrəli kredit müqaviləsindən görünür ki, “xxxx” Kommersiya Bankı ASC-nin müvəkkil edilmiş nümayəndəsi X2 şəxsində borcalan Cavabdeh (üçüncü tərəfdən “zamin” adlandırılacaq X10 və X9) istehlak məqsədləri üçün 60 ay müddətə, xx.xx.2019-cu il tarixinədək 30000 manat məbləğində bu kredit verilməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənir. xx.xx.2014-cü il tarixli 2812micMNG/14 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, borcverən «xxxx» KB ASC 30 ay müddətinə, xx.xx.2017-ci il tarixədək, illik 24 % ödəmək şərti ilə 15.000 manat məbləğində pulu borcalanın mülkiyyətinə vermiş borcalan Cavabdeh isə həmin kreditdən məqsəli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 2812micMNG/14 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, borcalan Cavabdeh Əmir oğlu xx xxxxxxx 2014-cü ildən başlayaraq hər ay sabit məbləğdə 670 manat olmaqla, xx xxxx 2017-ci ilə kimi, 30 ay ərzində illik 24 faiz dərəcəsi ilə 15000 manata görə 5095,79 manat faiz, ümumilikdə isə 20095,79 manat qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, əsas və əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq X9 və X10 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən onlar zamin kimi Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmədikdə, borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyacaqlarını üzərlərinə götürmüşlər. xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan, Mingəçevir şəhəri, D.Əliyeva küçəsində 0,06 ha torpaq sahəsi və həmin sahədə yerləşən 11 A fərdi yaşayış evini ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri 100.000 manat qiymətləndirilmişdir. DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, D.Əliyeva küçəsində 0,06 ha torpaq sahəsi və həmin sahədə yerləşən 11 A fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmin idarə tərəfindən verilmiş ******* nömrəli çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, D.Əliyeva küçəsində 0,06 ha torpaq sahəsi və həmin sahədə yerləşən 11 A fərdi yaşayış evi tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq yüklü edilmiş və yüklülük xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır. «xxxx» KB ASC-nin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh həmin tarixə 2894,33 manat məbləğdə borcu yaranmışdır. Məxaric orderinin surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü ildə «xxxx» ASC-dən 14850 manat kredit götürmüşdür. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 2199 saylı ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış materialları və xx.xx.2014-cü il tarixli 2812micMNG/14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx xxxxxx 2017-ci il (iddia tarixinə), xx xxxx 2017-ci il və xx xxxxxx 2018-ci il tarixlərə xxxx” KB ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx xxxxxx 2017-ci ilə: - əsas borc üzrə - 8543,89 manat, faiz borcu üzrə - 486,38 manat. xx xxxx 2017-ci ilə: - əsas borc üzrə- 843,89 manat, faiz borcu üzrə - 907,88 manat. xx xxxxxx 2018-ci ilə: - artıq ödəniş - 499,77 manat. Qeyd edilir ki, xx.xx.2014-cü il tarixli 2812micMNG/14 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimə hesabı və cərimənin hesablanması qaydası göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmadı. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 27054 saylı ekspert rəyində göstərilir ki, iş materiallarında olan hesabdan çıxarış materialları və xx.xx.2014-cü il tarixli 2812micMNG/14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx xxxxxx 2017-ci il (iddia tarixinə), xx xxxx 2017-ci il (sualda qeyd edilən tarixə) və xx xxxxxxx 2019-cu il (sualda qeyd edilən tarixə) tarixlərə “xxxx” KB ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx xxxxxx 2017-ci ilə: - əsas borc üzrə - 8543,89 manat, faiz borcu üzrə - 486,38 manat. xx xxxx 2017-ci ilə: - əsas borc üzrə- 843,89 manat, faiz borcu üzrə - 907,88 manat. xx xxxxxxx 2019-cu ilə: - artıq ödəniş - 2644,84 manat. Qeyd olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2014-cü il taixli 2812micMNG/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli tarixdən sonra Cəfərov aqif Dəmir oğlu tərəfindən 2.145,08 manat məbləğində ödənişin aparılması müəyyən olunur. Həmin ödənişlər nəzərə alındıqda Cavabdeh 2.644,85 (2.154,08+499,77 manat məbləğində artıq ödənişinin olması müəyyən olunur. Bundan başqa,xx.xx.2014-cü il tarixli 2812micMNG/14 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimə hesabı və cərimənin hesablanması qaydası göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmadı. Həmçinin, “xxxx” KB ASC tərəfindən xx.xx.2019-cu il tarixli təkrar ekspertizanın təyin edilməsi barədə barədə vəsatətdə qeyd olunanlarla bağlı iş materiallarında hər hansı bir sənəd mövcud deyildir. Belə ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən borc alan tərəfindən aparılmış ümumi ödənişlər 25.699,39 manat məbləğində təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/3977 saylı ekspert rəyindən isə göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən. “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2812micMNG/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə banka olan borcu, ümumilikdə 2.863,62 manat müəyyən olunur. O cümlədən: xx xxxxxxx 2019-cu ilə: - əsas borc üzrə - 2863,62 manat, faiz borcu üzrə - 0,00 manat. Qeyd olunur ki, “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2812micMNG/14 nömrəli kredit müqaviləsi üzrə cərimə faizi cərimə hesabından çıxarışda və maliyyə arayışında göstərildiyi kimi minimum 180 % dərəcəsi ilə hesablandı. Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli 16-04331-2020 nömrəli məktubda göstərilmişdir ki, birinci sual: Bank tərəfindən kredit müqaviləsi üzrə gecikmələrə görə cərimə hesablanması müqavilə şərtlərinə uyğundurmu? Cavab: Bank tərəfindən kredit üzrə gecikmələrə görə cərimənin hesablanması xx.xx.2014-cü il tarixdə bankla müştəri arasında bağlanmış 2812micMNG/14 saylı əlavə kredit müqaviləsi ilə tənzimlənir. Belə ki, müqavilənin 4.3-cü bəndinə əsasən, “borcalan” kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 7 (yeddi) təqvim günündən çox gecikdirdikdə 8-ci təqvim günündən başlayaraq “borcverən” “borcalan”a qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan borc məbləğinin illik 180%-dən 360%-dək miqdarında və kreditdən istifadəyə görə faizlərin ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 180%-dən 360%-dək miqdarında cərimə tətbiq edir. İş üzrə mövcud olan müqavilə (ödəniş cədvəli) və kredit alan tərəfindən edilən ödənişlərin qarşılıqlı analizi əsasında müəyyən edilir ki, kredit alan müqavilə üzrə öhdəliklərini vaxtında və lazimi məbləğdə etmədiyi üçün bank tərəfindən müqavilə şərtlərinə uyğun olaraq cərimənin tətbiq edilməsi və ödənilən vəsaitlərdən cərimə borcuna silinmələr tərəflər arasında olan müqaviləyə uyğundur. İkinci sual: Ümumilikdə cərimə borcuna silinən məbləğlər nə qədərdir? Cavab: Bank tərəfindən təqdim olunan besabdan çıxarışlara əsasən müştəri tərəfindən 4832.89 manat cərimə borcu ödənilmişdir. Üçüncü sual: xx.xx.2018-ci il tarixdə səhv ödənilmiş vəsait üzrə düzəliş müxabirləşməsi, məhkəmə qətnaməyə (əmrə) uyğunlaşma olan 3120.91 manat müştəri tərəfindən ödənilən məbləğ kimi nəzərə alınmalıdırmı? Cavab: Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarışa əsasən xx.xx.2017-ci il tarixdən (iddia tarixi) xx.xx.2018-ci il tarixədək “borcalan” tərəfindən aparılmış cəmi 6 500.00 manat məbləğin (ödənişlərin) hamısı cəriməyə silinmişdir. Lakin 2(051)-152/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməyə uyğun olaraq 3379.09 manat məbləğində cərimə müəyyən edilmişdir və cəriməyə artıq silinmiş 3120,91 manat məbləği (6 500.00 - 3379.09 = 3120.91) bank xx.xx.2018-ci il tarixdə öz sistemində (bank hesabları üzrə) geri qaytarıb müxabiriəşmə (məhkəmə qətnaməsinə uyğunlaşma) apararaq, həmin 3120.91 manat məbləğin 1410.57 manatı əsas məbləğdən, qalan 1710.34 manatı isə faizdən silmişdir. Dördüncü sual: Cərimə borcuna silinən məbləğləri də nəzərə almaqla, müştərinin xx.xx.2019-cu il tarixinə banka olan əsas, faiz və cərimə borcu nə qədər təşkil edir? Cavab: Cərimə borcuna silinən məbləğləri də nəzərə almaqla, müştərinin xx.xx.2019-cu il tarixə banka 2.894,33 manat məbləğində əsas borcunun olması müəyyən edilmişdir. Göstərilənlərlə yanaşı, iddia ərizəsinə əlavə olunmuş xəbərdarlıq və bildirişlərdən görünür ki, iddiaçı dəfələrlə cavabdehlərə borcun ödənilməsi barədə məlumat vermişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixli 2812micMNG/14-EM nömrəli kredit, xx.xx.2014-cü ildə isə əlavə kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən, iddiaçı Cavabdeh 30 ay müddətinə, xx.xx.2017-ci il tarixədək, illik 24 % ödəmək şərti ilə 15.000 manat məbləğində kredit vermiş, cavabdeh müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüş, müqavilələrdən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq digər cavabdehlər Rəna Cəfərova və Arifə Məmmədova ona zaminlik müqaviləsi əsasında zamin kimi bank qarşısında birgə məsuliyyət daşıyacaqlarını üzərlərinə götürmüş, bundan əlavə Cavabdeh kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan, fərdi yaşayış evini ipoteka qoymuş, lakin Cavabdeh iddiaçıya olan borcunu kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq ödəməmiş və nəticədə onun iddiaçıya 2863,62 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi ilk iddia tələbini rədd edib qarşılıqlı iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) «xxxx» KB ASC qanunun tələblərinə uyğun olaraq bir neçə dəfə borcluya borcunu gecikdirdiyi barədə bildiriş göndərərək məhkəməyədək pritenziya hüququndan istifadə etmişdir. Lakin Cavabdeh işin məhkəmə icraatı dövründə ödənişlər etməklə borcunu tam ödəmişdir. Bu hal məhkəmə mühasibatlıq ekspertizasının rəyində də öz əksini tapmışdır. Belə ki, ilkin ekspertiza rəyində cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) bank qarşısında borcu olmaması müəyyən olunmuşdur. Lakin “xxxx” KB ASC bununla razılaşmayaraq, təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh banka artıq 2644,84 manat ödəniş etməsi müəyyən olunmuşdur. Bu səbəbdən də Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi verməklə onun tərəfindən artıq ödənilmiş 2644,84 manat pulun “xxxx” KB ASC-dən alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh heç bir borcu olmadığı üçün ilkin iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Cavabdeh hər hansı pulun alınması mümkün olmadığı üçün iddianın ipoteka predmetinə dair hissədə də təmin edilməməlidir. Əksinə, ekspert rəyi əsas götürülərək Cavabdeh tələbi qismən təmin olunmalıdır. Belə ki, iddia 2644,84 manat pulun “xxxx” KB ASC-dən alınıb Cavabdeh verilməsi hissəsində təmin olunmalıdır. Cavabdeh banka qarşı mənəvi ziyan tələbinə dair hissədə isə heç bir sübut təqdim edilmədiyi üçün təmin edilməməlidir. Apellyasiya şikayətində isə göstərilmişdir ki, ekspert rəyində qeyd etmişdir ki, “iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən banka xx.xx.2019-cu il tarixədək 25699.39 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 25699.39 manat məbləğində pulun 15.000 manat əsas borcdan, 8054.54 manat faiz borcundan silinmiş, 2644.85 manat isə artıq ödəniş kimi müəyyən edilir”. Lakin hesabdan çıxarışda olan məlumatlara nəzər yetirdikdə aydın olur ki, kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixədək 25699.39 manat deyil, 22578.48 manat ödəniş aparılmışdır. Ekspert edilmiş ödənişlərin cəmini süni olaraq 3120.91 manat artıq hesablamışdır. Bu fərqin olmasının real səbəbi, ekspert rəyinin 3-cü səhifəsində cavabdehin ödədiyi məbləğlərin ödənilməsini əks etdirən qrafikdə ekspertin xx.xx.2018-ci il tarixdə 3620,91 manat ödəniş edilməsini göstərməsidir. Halbuki, hesabdan çıxarışa nəzər yetirəndə məlum olur ki, həmin tarixdə (xx.xx.2018-ci il) ümumiyyətlə 3620.91 manat ödəniş edilməsi ilə bağlı heç bir qeyd yoxdur. Həmin tarixdə cəmi 500 AZN ödəniş olub. Belə ki, bank öncə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixə hesablanmış 8602.38 AZN əsas, 1710.34 AZN faiz və 3379.09 AZN cərimə olmaqla, cəmi 13691.81 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesabdan çıxarış və ekspert rəyindən göründüyü kimi, məhkəməyə müraciət edildikdən sonra kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə 3000 AZN ödəniş olmuşdur ki, həmin məbləğ bank tərəfindən bütünlüklə cəriməyə, ekspert tərəfindən isə 1636.96 AZN faizdən, 1363.04 AZN isə əsas borcdan, xx.xx.2017-ci il tarixdə 500 AZN ödəniş olmuşdur ki, həmin məbləğ bank tərəfindən bütünlüklə cəriməyə, ekspert tərəfindən isə 215.43 AZN faizdən, 1363.04 AZN isə əsas borcdan, xx.xx.2017-ci il tarixdə 500 AZN ödəniş olmuşdur ki, həmin məbləğ bank tərəfindən bütünlüklə cəriməyə, ekspert tərəfindən isə 165.51 AZN faizdən, 334.49 AZN isə əsas borcdan, xx.xx.2017-ci il tarixdə 500 AZN ödəniş olmuşdur ki, həmin məbləğ bank tərəfindən bütünlüklə cəriməyə, ekspert tərəfindən isə 126.86 AZN faizdən, 373.14 AZN isə əsas borcdan, xx.xx.2017-ci il tarixdə 500 AZN ödəniş olmuşdur ki, həmin məbləğ bank tərəfindən bütünlüklə cəriməyə, ekspert tərəfindən isə 127.90 AZN faizdən, 372.10 AZN isə əsas borcdan, xx.xx.2018-ci il tarixdə 500 AZN ödəniş olmuşdur ki, həmin məbləğ bank tərəfindən bütünlüklə cəriməyə, ekspert tərəfindən isə məbləğin 116.33 AZN faizdən, 383.67 AZN isə əsas borcdan, xx.xx.2018-ci il tarixdə 500 AZN ödəniş olmuşdur ki, həmin məbləğ bank tərəfindən bütünlüklə cəriməyə, ekspert tərəfindən isə məbləğin 105.04 AZN faizdən, 394.96 AZN isə əsas borcdan, xx.xx.2018-ci il tarixdə 500 AZN ödəniş olmuşdur ki, həmin məbləğ bank tərəfindən bütünlüklə cəriməyə, ekspert tərəfindən isə 97.40 AZN faizdən, 402.60 AZN isə əsas borcdan silinmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-152/2018 saylı xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ilə 8602.38 AZN əsas, 1710.34 faiz və 3379.09 AZN cərimə olmaqla, cəmi 13691.81 AZN borcun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra bankın sistemi üzrə olan borcun həmin qətnaməyə uyğunlaşdırılınası aparılmışdır. Çünki, məhkəmə qətnaməsinə əsasən kredit müqaviləsi üzrə cavabdehlərin xx.xx.2017-ci il tarixinə 8602.38 AZN əsas, 1710.34 faiz və 3379.09 AZN cərimə olmaqla, cəmi 13691.81 AZN borcu olduğu müəyyən edilmişdir. Lakin bank xx.xx.2017-ci il tarixdən sonra cavabdeh tərəfindən aparılmış, cəmi 6500 AZN məbləğin (ödənişlərin) hamısını cəriməyə silmişdir. Odur ki, 2(051)-152/2018 saylı xx.xx.2018-ci il tarixli qiyabi qətnaməyə uyğun olaraq cəriməyə artıq silinmiş 3120.91 AZN məbləği (6500–3379.09=3120.91) bank xx.xx.2018-ci il tarixdə öz sistemində (bank hesabları üzrə) geri qaytarıb müxabirləşmə (məhkəmə qətnaməsinə uyğunlaşma) apararaq həmin 3120.91 AZN məbləğin 1410.57 AZN-ni əsas məbləğdən, qalan 1710.34 AZN-ni isə faizdən silmişdir. Ödəniş olaraq isə həmin tarixdə cavabdeh tərəfindən bankın kassası vasitəsi ilə 500 AZN ödəniş aparılmış və həmin məbləğ bütünlüklə əsas borcdan silinmişdir. Lakin ekspert bütün bu qeyd olunan real vəziyyəti nəzərə almayaraq, xx.xx.2018-ci il tarixə 3620.91 AZN (3120.91+500) məbləğin hamısını ödəniş kimi qəbul edərək 3518.93 AZN əsas borcdan və 101.98 AZN faiz borcundan silmişdir. Ekspert nəzərə almamışdır ki, 3120.91 AZN məbləğ xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək cavabdehin ödədiyi və bank tərəfindən cəriməyə silinmiş məbləğlərin bank hesablarında geri qaytarılaraq yenidən silinməsi nəticəsində yaranan məbləğdir ki, yuxarıda qeyd olunanlardan da göründüyü kimi, ekspert həmin məbləğləri bir dəfə müvafiq ödəniş tarixlərində əsas və faiz borcundan silmişdir. Sonra isə ekspert həmin məbləğlərin cəmini təkrar olaraq əsas və faiz borcundan bir daha silmişdir. Nəticədə ödəniş olaraq müxtəlif tarixlərdə edilmiş ödənişlərin cəmi olan 3120.91 AZN ödənişi faiz və əsas borca silməklə yanaşı (müvafiq fərqli tarixlərdəki ödənişlərə uyğun olaraq), əlavə olaraq bir dəfə də konkret tarixdə (xx.xx.2018) həmin ödənişlərin cəmi olaraq faiz və əsas borcdan silmişdir. Beləliklə, ekspert cəmi 3120.91 AZN vəsaiti silmək əvəzinə, ümumilikdə 6241.82 AZN (3120,91 x 2=6241,98) vəsaiti faiz və əsas borcdan silmişdir. Cavabdeh tərəfindən xx.xx.2018-ci ildə 3620.91 manat deyil, sadəcə 500 manat ödəniş olunmuşdur. Bundan başqa, ödəniş kimi kassadan natamam məbləğlərdə (qəpiklə) (3120.91 AZN) ödənişin aparılmasının qeyri-mümkünlüyü bir daha dediklərimizin təsdiqidir. 3120.91 AZN məbləğin məhz cavabdeh tərəfindən edilən ödəniş olmasını da cavabdeh heç bir sənədlə sübut edə bilməz. Çünki, bu ödəniş deyil və bu məbləğdə kredit borcu üzrə mədaxil yoxdur. Belə ki, hesabdan çıxarışda da həmin 3120.91 manat məbləğin izahında “Səhv ödənilmiş vəsait üzrə düzəliş müxabirləşməsi. Məhkəmə qətnamə (əmr) uyğunlaşma” kimi qeyd olunmuşdur. Göründüyü kimi, hesabdan çıxarışdakı 3620.91 manat ödənişin 3120.91 manatı (yəni ekspert rəyində artıq ödəniş kimi nəzərdə tutulan məbləğ) düzəliş müxabirləşməsidir. (Bax: hesabdan çıxarışın xx.xx.2018-ci il tarixli ilk+ qeydinə: əsas borc üzrə 1410.57 manat və faiz borcu üzrə 1710.34 manat məbləğ geri qaytarılıb və uyğun olaraq silinmə aparılıb). Belə ki, mühasibatlıq ədəbiyyatında termin olaraq müxabirləşmənın izahı “hesabların müvafiq qaydalara uyğun olaraq debet və kredit əməliyyatları üzrə ikili yazılış forması” kimi qeyd olunur. Ekspert isə müxabirləşmə üzrə olan 3120.91 manat məbləği ödəniş kimi nəzərə alaraq səhv nəticəyə gəlmişdir. Buna görə də cavabdeh tərəfindən edilmiş ümumi ödənişlərin məbləği yanlış göstərilmişdir. Əslində isə cəmi edilən 22578.48 manat ödənişin 12105.67 manatı əsas borcdan, 5789.92 manatı faiz borcundan və 4652.89 manatı cərimə borcundan silinmişdir. Bundan başqa, ekspertin qarşısında qoyulan suallardan biri cərimənin hesablanması olsa da, ekspert iş materiallarını düzgün təhlil etmədiyindən cərimə hesablamamış, əksinə müqavilə şərtlərinə uyğun olaraq hesablanan və cəriməyə silinmiş 4652.89 manatı əsassız olaraq əsas borcdan və faiz borcundan silmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini tam təmin etməyərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş, ilk iddia tələbini qismən təmin etməli olduğu halda təmin etməmiş, qarşılıqlı iddia tələbini isə təmin etməməli olduğu halda qismən təmin etmişdir. Belə ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 1 nömrəli əlavəyə əsasən Cavabdeh xx xxxxxxx 2014-cü ildən başlayaraq hər ay sabit məbləğdə 670 manat olmaqla, xx xxxx 2017-ci ilə kimi, 30 ay ərzində illik 24 faiz dərəcəsi ilə 15000 manata görə 5095,79 manat faiz, ümumilikdə isə 20095,79 manat qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənir. xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsinin 4.3-cü bəndində isə tərəflər nəzərdə tutmuşlar ki, “borcalan” kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini yeddi təqvim günündən çox gecikdirdikdə 8-ci təqvim günündən başlayaraq “borcverən” “borcalan”a qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan borc məbləğinin illik 180%-dən 360%-dək miqdarında və kreditdən istifadəyə görə faizlərin ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 180%-dən 360%-dək miqdarında cərimə tətbiq edir. İşdən görünür ki, qeyd olunan müqavilə şərtlərinə baxmayaraq, Cavabdeh xx xxxxxxx 2014-cü ildən başlayaraq hər ay sabit məbləğdə 670 manat olmaqla, xx xxxx 2017-ci ilə kimi, 30 ay ərzində, ümumilikdə 20095,79 manat krediti iddiaçıya ödəməli olduğu halda, buna əməl etməmiş və nəticədə ona cərimə tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi xx xxxxxxxx 2019-cu il tarixli 2199 nömrəli və xx xxxxxx 2020-ci il tarixli 27054 nömrəli ekspert rəylərinə əsaslanıb Cavabdeh iddiaçıya borcunun olmaması səbəbi ilə iddia tələbini təmin etməyərkən bu rəyləri diqqətlə araşdırıb nəzərə almamışdır ki, bank əvvəlcə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixə hesablanmış 8602.38 AZN əsas, 1710.34 AZN faiz və 3379.09 AZN cərimə olmaqla, cəmi 13691.81 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və bundan sonra cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə 3000 AZN ödəniş edilmiş və həmin məbləğ bank tərəfindən bütünlüklə cəriməyə, ekspert tərəfindən isə 1636.96 AZN faizə, 1363.04 AZN isə əsas borca, xx.xx.2017-ci il tarixdə 500 AZN ödəniş edilmiş və həmin məbləğ bank tərəfindən bütünlüklə cəriməyə, ekspert tərəfindən isə 215.43 AZN faizə, 1363.04 AZN isə əsas borca, xx.xx.2017-ci il tarixdə 500 AZN ödəniş olmuşdur və həmin məbləğ bank tərəfindən bütünlüklə cəriməyə, ekspert tərəfindən isə 165.51 AZN faizə, 334.49 AZN isə əsas borca, xx.xx.2017-ci il tarixdə 500 AZN ödəniş olmuş və həmin məbləğ bank tərəfindən bütünlüklə cəriməyə, ekspet tərəfindən isə 126.86 AZN faizə, 373.14 AZN isə əsas borca, xx.xx.2017-ci il tarixdə 500 AZN ödəniş olmuş və həmin məbləğ bank tərəfindən bütünlüklə cəriməyə, ekspert tərəfindən isə 127.90 AZN faizə, 372.10 AZN isə əsas borca, xx.xx.2018-ci il tarixdə 500 AZN ödəniş olmuş və həmin məbləğ bank tərəfindən bütünlüklə cəriməyə, ekspert tərəfindən isə 116.33 AZN faizə, 383.67 AZN isə əsas borca, xx.xx.2018-ci il tarixdə 500 AZN ödəniş olmuş və həmin məbləğ bank tərəfindən bütünlüklə cəriməyə, ekspert tərəfindən isə məbləğin 105.04 AZN faizə, 394.96 AZN isə əsas borca, xx.xx.2018-ci ildə 500 AZN ödəniş olmuş və həmin məbləğ bank tərəfindən bütünlüklə cəriməyə, ekspert tərəfindən isə 97.40 AZN faizə, 402.60 AZN isə əsas borca silinmişdir. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş komission məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/3977 nömrəli ekspert rəyində də göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2812micMNG/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə banka olan borcu, ümumilikdə 2.863,62 manat müəyyən olunur. O cümlədən: xx xxxxxxx 2019-cu ilə - əsas borc üzrə 2863,62 manat, faiz borcu üzrə 0,00 manat. “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2812micMNG/14 nömrəli kredit müqaviləsi üzrə cərimə faizi cərimə hesabından çıxarışda və maliyyə arayışında göstərildiyi kimi minimum 180 % dərəcəsi ilə hesablandı. Həmin rəydə o da göstərilmişdir ki, bank tərəfindən təqdim olunmuş hesabdan çıxarışa əsasən, xx.xx.2017-ci il tarixdən (iddia tarixi) xx.xx.2018-ci il tarixədək borcalan tərəfindən aparılmış, cəmi 6500.00 manat məbləğin (ödənişlərin) hamısı cəriməyə silinmişdir. Lakin 2(051)-152/2018 nömrəli xx.xx.2018-ci il tarixli qiyabi qətnaməyə uyğun olaraq 3379.09 manat məbləğində cərimə müəyyən edilmiş və cəriməyə artıq silinmiş 3120,91 manat məbləği (6500.00 - 3379.09 = 3120.91) bank xx.xx.2018-ci il tarixdə öz sistemində (bank hesabları üzrə) geri qaytarıb müxabirləşmə (məhkəmə qətnaməsinə uyğunlaşma) apararaq həmin 3120.91 manat məbləğin 1 410.57 manatı əsas məbləğdən, qalan 1 710.34 manatı isə faizdən silmişdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirmədiyinə görə gecikdirdiyi ödənişlər cəriməyə hesablanmış və sonda onun iddiaçıya yalnız 2863,62 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra MM) görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (mad. 385.1). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər (mad. 421.2). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (mad. 425.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (mad. 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (mad. 448.1). Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir (mad. 449.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (mad. 465.2). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda bunu etməmiş və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması barədə qanunun tələbini yerinə yetirməmişdir. Ona görə də qeyd olunan tələblərə uyğun olaraq tədqiq etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyi üçün faiz və cərimə borcunun olmaması nəzərə alınmaqla, iddiaçıya ödəməli olduğu 2863,62 manat əsas borc məbləği ondan tutulub iddiaçıya verilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, iddianın tələbin Cavabdeh mülkiyyətində olub ipoteka predmetini təşkil edən Mingəçevir şəhəri, D.Əliyeva küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 11 A fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 100.000 manat müəyyən edilərək hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi və əmlak satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və Rəna Cəfərovanın həmin yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılmaları barədə hissəsi də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur (mad. 1.0.6). Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır (mad. 34.1). İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər (mad. 37.1). İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər (mad. 41.1). MM-in 319.3-319.6-cı maddələrinə əsasən, ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 47.4-cü maddəsində göstərilir ki, bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Qeyd olunanlarla yanaşı, «İpoteka haqqında» Qanunda göstərilir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: -əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır (mad. 4). İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (mad. 59.3). Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar (mad. 59.4). Göstərilənlərlə yanaşı, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin edərkən gəldiyi nəticəni belə əsalandırmışdır ki, Cavabdeh işin məhkəmə icraatı dövründə ödənişlər etməklə borcunu tam ödəmişdir. Bu hal məhkəmə mühasibatlıq ekspertizasının rəyində də öz əksini tapmışdır, ilkin ekspertiza rəyində cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) bank qarşısında borcunun olmaması müəyyən olunmuşdur. Lakin “xxxx” KB ASC bununla razılaşmayaraq təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh banka artıq 2644,84 manat ödəniş etməsi müəyyən olunmuşdur. Bu səbəbdən də Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi verməklə onun tərəfindən artıq ödənilmiş 2644,84 manat pulun “xxxx” KB ASC-dən alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh banka heç bir borcu olmadığı üçün ilkin iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Ona görə də Cavabdeh tələbi qismən, 2644,84 manat pulun “xxxx” KB ASC-dən alınıb Cavabdeh verilməsi hissəsində təmin olunmalıdır. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu qənaətlə də razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlar onu göstərir ki, Cavabdeh hazırda iddiaçıya faiz və cərimə borcu olmasa da, 2.863,62 manat əsas borcu vardır. Belə olan halda qarşılıqlı tələbin ödənilməsindən söhbət gedə bilməz. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarm Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-in 119.1-ci maddəsi). Ona görə də iş üzrə ekspertiza tədqiqatının dəyəri 445 manat və dövlət rüsumu xərci cavabdehlərdən tutularaq müvafiq olaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə (Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ43CTRE********************, büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesaba) və iddaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə çıxarıldığından, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçının cavabdehlərə qarşı 2.863,62 manat əsas borc, dövlət rüsumu tutulmalı, tələb ipoteka predmeti olan Mingəçevir şəhəri, D.Əliyeva küçəsində 0,06 ha torpaq sahəsi və həmin sahədə yerləşən 11 A fərdi yaşayış evinə yönəldilməli, ipoteka müqaviləsinə əsasən tərəflərin razılığı ilə müəyyən edilmiş ilkin satış qiyməti 100.000 manat olan ipoteka predeti olan ev hərracda satılmalı, satış həyata keçdikdən sonra Cavabdeh və X9 həmin yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılmalı, qarşılıqlı idda tələbi isə təmin edilməməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(051)-17/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, X9 və X4 müştərək qaydada 2.863,62 manat əsas borc və 10 manat dövlət rüsumu alınıb iddiaçıya verilsin. Tələb ipoteka predmeti olan Mingəçevir şəhəri, D.Əliyeva küçəsində 0,06 ha torpaq sahəsi və həmin sahədə yerləşən 11 A fərdi yaşayış evinə yönəldilsin. Əmlakın ilkin satış qiyməti 100.000 manat müəyyən edilərək hərracda satılsın. Satış həyata keçildikdən sonra Cavabdeh və X9 həmin yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imza var Düzdür. Hakim: Rafail Əliyev
Məhkəmə qərarları › İş №2(107)-1601/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1601/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver